Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2093/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair Nərimanov Rayon Məhkəməsinin 2(005)-5687/2021 saylı işi üzrə 29 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil Ağaməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5687/2021 saylı işi üzrə 29 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı etməsi tələbinə riayət edilməsini təsdiq edən sənədi əlavə etmədiyindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, İddiaçı nümayəndəsi və vəkili Vəkil Ağaməmməd oğlu apellyasiya şikayəti vermiş, Nərimanov Rayon Məhkəməsinin iş üzrə 10.12.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya icraatı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil Ağaməmməd oğlu ərizə ilə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və bu əsasla apellyasiya icraatına xitam verilməsini xahiş etrmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib hesab edir ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5687/2021 saylı işi üzrə 29 noyabr 2021-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369, 370, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili Vəkil Ağaməmməd oğlunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5687/2021 saylı işi üzrə 29 noyabr 2021-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-2093/2022 saylı mülki iş üzrə apellyasiya icraatına xitam verilsin.
Məhkəmə qərarları › İş №2(103)-2093/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2093/2022
21.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver