Məhkəmə qərarları › İş №2(103)-2095/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2095/2025

14.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2095/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(005)-402/2025 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh2 vəsatətlə müraciət edərək, mülki işin baxılması üçün aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçıSC-nin ona və qeyrilərinə qarşı mənzilin boşaldılaraq, təhvil verilməsi tələbinə dair iş üzrə cavabdeh olaraq, hesab edir ki, iş aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən xx.xx.2017-ci il tarixində İddiaçıSC ilə Cavabdeh2 arasında 3 ədəd ipoteka müqaviləsi imzalanmışdır. İpoteka yüklü elan edilmiş əmlaklar 31 may 2018-ci il tarixli H041KR18-H00117 saylı kredit müqaviləsinin təminatı kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdehin öhdəliklərini düzgün icra etməməsinin nəticəsi olaraq tərəfimizdən məhkəməyə müraciət olunmuş, kredit müqaviləsinin ləğvi və borc öhdəliyinin yerinə yetirilməsi üçün tutmanın cavabdehə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospektində istifadəsində olan 0,05118 ha torpaq sahəsində yerləşən 23/25 nömrəli binanın 69 nömrəli mənzilinə (2 otaq, 30,7 kv.m. yaşayış sahəsindən ibarət), S umqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A ünvanında mülkiyyətində olan torpaq sahəsinə (0,03 ha ümumi sahədən ibarət) və S umqayıt şəhəri, Novxanı bağ massivi, B-1352A/1 ünvanında mülkiyyətində olan torpaq sahəsinə (0,06 ha ümumi sahədən ibarət) yönəldilməsi, həmin daşınmaz əmlaklar açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh2 İddiaçıSC-yə olan borcunun ödənilməsi ilə bağlı Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1303/20201 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi qəbul olunmuşdur. Mübahisənin əsasını təşkil edən daşınmaz əmlaklar Sumqayıt şəhərində yerləşir və mübahisəyə müstəsna aidiyyat olaraq Sumqayıt şəhərində baxılmalıdır. Buna baxmayaraq iddiaçı bunları nəzərə almayaraq Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə bunları nəzərə almamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-402/2025 saylı qərardadı ilə cavabdehin ərazi aidiyyatı ilə bağlı vəsatəti təmin edilməmişdir. Cavabdeh2 tərəfindənBakı şəhər Nərimanov Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(005)-402/2025 saylı qərardadındanverilmiş şikayət həmin məhkəmənin 12fevral 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət vəsatətlə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə iş üzrə zəruri aşdırma aparmamış, hüquq normalarını düzgün tətbiq etməmiş, iddia müddətləri ötürüldüyü halda buna məhəl qoymayaraq, işi sadəcə iddiaçının xeyrinə həll etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(005)- 402/2025 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ona məxsus Bakı şəhəri Nərimanov rayonu, X4 prospekti, ev 23/25, mənzil 69 ünvanında yerləşən mənzildən cavabdehlərin çıxarılmasını və mənzilin ona təhvil verilməsini xahiş edir. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsini və mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia ilə məhkəməyə müraciət etmiş və belə iddialar müstəsna aidiyyat qaydaların uyğun olaraq daşınmaz əşyanın olduğu yerə görə verilir. Lakin, cavabdehin vəsatət və şikayətində qeyd etdiyi Sumqayıt şəhərində yerləşən ipoteka predmeti olan daşınmaz əmlkalar hazırkı iddianın predmeti deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırki iddia müstəsna aidiyyat qaydalarına uyğun olaraq mübahisə predmeti olan daşınmaz əmlakın olduğu yer üzrə məhkəməyə verilmiş, cavabdeh tərəfin vəsatəti əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(005)- 402/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar