Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2097/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3736/2021 saylı iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında imzalanmış 20.04.2016-cı il tarixli, 35 saylı "Çoxmərtəbəli yaşayış binasında pay mənzilinin tikintisinə dair” iddia ərizəsi üzrə müqaviləyə görə Cavabdeh MTK-yə əlavə olaraq ödənilmiş 29.260 manat pulun alınaraq iddiaçıya ödəniməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 20.04.2016-cı il tarixli, 35 saylı "Çoxmərtəbəli yaşayış binasında pay mənzilinin tikintisinə dair" müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əsasən Satıcı "xxxx" MTK Bakı şəhər Nərimanov rayonu, predmeti olan 38 saylı mənzilin 164.6 kv.m deyil 184 kv.m olmasını bildirərək əlavə 20 kv.m üçün 20.000 manat pul vəsaitinin də MTK-ya ödənilməli olduğunu bildirmiş, payçı İddiaçı isə hazırda yalnız müqavilədə nəzərdə tutulmuş pul vəsaitini ödəyə biləcəyini demişdir. "Ay BİR” MTK-nın nümayəndəsi isə iddiaçıya narahat olmayın əlavə 20 kv.m sahənin dəyərini hissə-hissə ödəyə biləcəyini demişdir. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən isə müqavilədə nəzərdə tutulmuş artıq 20 kv.m sahə ilə əlaqədar olaraq 20.04.2016-cı il tarixli, 35 saylı müqaviləyə əlavə hazırlanmalı və tərəflər imzalamalı idilər. Lakin bu günə əsas müqaviləyə əlavə hazırlanmamış və iddiaçıya təqdim edilməmişdir. Payçı İddiaçı müqavilə şərtlərinə və tərəflər arasında olan razılaşmaya əməl edərək 20 aprel 20)6 cı ıl tarixdə 50.000 manat, 17 avqust 2016-cı ıl tarixdə 10.000 manat, 30 avqust 2016 cı il tarixdə 10,000 manat, 27 sentyabr 2016-cı il tarixdə 20 00 manat, 17 oktyahr 2016-cı il tarixdə 10.000 manat, 11 noyabr 2016 il tarixdə 10.000 manat, 02 dekabr 2016-cı il tarixdə 10.000 manat, 17 yanvar 2017-ci il tarixdə 10.000 manat, 06 aprel 2017-ci il tarixdə 10.000 manat, 17 yanvar 2017 ci il tarixdə 20.000 manat, 19 dekabr 2018-ci il tarixdə 10.000 manat, 11 mart 2019-cu il tarixdə 2.600 manat, 01 may 2019-ci il tarixdə 2 000 manat, 28 iyun 2019 il tarixdə 2.000 manat, 06 fevral 2020-ci il tarixdə 1000 manat olmaqla ümumilikdə 177.600 manat pul vəsaitini "xxxx" MTK ya ödəmiş və "xxxx" MTK tərəfindən 177.600 manat pulun ödənilməsinə dair maliyyə arayısı verilmişdir. Hazırda isə məlum olmuşdur ki, tərəflər arasında imzalanmış 20.04.2016 cı il tarixli, 35 saylı müqavilədə mənzilin ümumi sahəsi 164.6 kv.m göstərilsədə, reallıqda mənzilin ümumi sahəsi 148,34 kv.metrdir. Dəfələrlə Payçı İddiaçı "xxxx" MTK-ya müraciət edərək mənzilin sahəsinin 148.34 kv.m olmasını nəzərə alaraq əlavə ödənilmiş 29.260 (iyirmi doqquz min iki yıiz alımış) manat pui vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Lakin bütün müraciətləri cavabsız və nəticəsiz qalmışdır. Son dəfə 18.06.2021-ci il tarixdə cavabdeh təşkilata rəsmi qaydada müraciət edərək əlavə ödənilmiş pul vəsaitinin geri qaytarılmasını xahiş etmişlər. Lakin digər müraciətləri kimi, bu müraciəti də cavabsız qalmışdır. Daha sonra iddiaçı 14.12.2021-ci il tarixdə iddia ərizəsinə əlavə verərək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı blokunun 8-ci mərtəbəsində yerlən 4 otaqdan ibarət 38 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliylə tələb olunan sənədlərin-maliyyə arayışı, MTK-nın üzvlərinin ümumi yığıncağının iclas protokolundan çıxarışın, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və digər zəruri sənədlərin ona təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması və əlavə olaraq ödədiyi 29.260 manat pul vəsaitinin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3736/2021 saylı iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Mənzil- Tikinti Kooperativindən 13.000 (on üç min) manat məbləğində artıq ödənilmiş pulun tutulub İddiaçı verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 6-cı blokunun 8-ci mərtəbəsində yerlən 4 otaqdan ibarət 38 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan maliyyə arayışının, MTK-nın üzvlərinin ümumi yığıncağının iclas protokolundan çıxarışın, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktının və digər zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, qalan hissədə iddia ərizəsinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisə mənziln faktiki sahəsinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş sahəsindən az olması ilə bağlı olduğundan və bu sahədə hüquqi tənzimləmə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin müddəaları, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsala və Arxitektura Komitəsi Kollegiyasıının 04.12.2012-ci il tarixli Qərarı ilə təsdiqedilmiş “Tikinti obyeklərinin sahəsinin və həcminin hesablanması” Qaydaları ilə tənzimləndiyindən iş üzrə mübahisənin düzgün həll edilməsi üçün Nərimanov Rayon Məhkəməsi qətnamə qəbul edərkən hazırki mübahisəyə qeyd edilən normativ hüquqi aktların müddəalarını deyil, izgüzar adətləri tətbiq etmişdir. Halbuki işgüzar adətlər yalnız mülki hüquq münasibətləri mülki qanunvericilikdə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə tətbiq edilir. Ona görə də məhkəmə hazırki iş üzrə mübahisəyə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin müddəaları, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsala və Arxitektura Komitəsi Kollegiyasıının 04.12.2012-ci il tarixli Qərarı ilə təsdiqedilmiş “Tikinti obyeklərinin sahəsinin və həcminin hesablanması” Qaydalarını tətbiq etməklə hüquqi qiymət verməli və müvafiq qətnamə qəbul etməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli 104007 nömrəli ekspert rəyində mənzilin sahəsi 148,34 kv.m təşkil etdiyi göstərilmişdir. Məhkəmə hazırki iş üzrə həqiqətə nail olmaq üçün qanunvericilin ona verdiyi mümkün vəsaitlərdən istifadə etməmiş, işi hərtəeəfli və düzgün araşdırmamışdır. Məhkəmə ekspert rəyini sübut kimi qəbul etsə də Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin müddəaları, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsala və Arxitektura Komitəsi Kollegiyasıının 04.12.2012-ci il tarixli Qərarı ilə təsdiqedilmiş “Tikinti obyeklərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndi nəzərə alınaraq mənzilin müəyyən edilmiş sahəsi 148,34 kv.m olduğu halda, ümumi sahəni 164,6 kv.m götürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni cavabdeh ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3736/2021 saylı iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından olan Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 20.04.2016-cı il tarixli 35 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, satıcı Cavabdeh MTK Bakı şəhərində, Nərimanov rayonu ərizəsində, Təbriz küçəsi, 794-cü məhəllədə inşa etdiyi binanın, 6 blok, 38 saylı, 4 otaqdan ibarət, ümumi sahəsi 164,6 kv.m olan mənzili “payçı” İddiaçı satmağı, “Payçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Satıcı satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra Payçıya təhvil verməyi, Payçı isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür 1.2-ci bənd). Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi dəyəri tərəflərin razılığı ilə hər kv.m 1000 olmaqla ümumilikdə 164600 manat miqdarında müəyyən olunur. Payçı mənzilin qiymətini 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür (2.1-ci bənd). İş materiallarından olan Cavabdeh MTK-nın 20.04.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 50000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 114,600 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 17.08.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 104,600 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 30.08.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 94,600 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 27.09.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 20000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 74,600 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 17.10.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 64,600 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 11.11.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 54,600 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 02.12.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 44,600 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 06.04.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 24,600 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 17.01.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 20000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 24,500 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 17.01.2017-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 34,600 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 19.12.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 10000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 14,600 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 28.06.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 64,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 2000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 8000 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 01.05.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 2000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 10000 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 11.03.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 2600 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 12000 manat təşkil edir. İş materiallarından olan Cavabdeh MTK-nın 06.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MTK tərəfindən inşa edilmişdir. Həmin binanın 6 girişində, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 164,6 kv.m olan, 4 otaqlı, 38 saylı mənzilin dəyərindən 1000 pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Qalıq məbləği 7000 manat təşkil edir. İş materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 oktyabr 2021- ci il tarixli 10/4007 nömrəli ekspert rəyinin nəticə görünür ki, "Aybir” MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 4 otaqlı 38 saylı mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla sahəsi 148,34 m2 təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan Bakı şəhər, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilmiş binanın 6 blokunda yerləşən 38 saylı mənzilinin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 164,6 m2 təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir; 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənziltikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında 20.04.2016-cı il tarixli, 35 saylı "Çoxmərtəbəli yaşayış binasında pay mənzilinin tikintisinə dair" müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh MTK Bakı şəhərində, Nərimanov rayonu ərizəsində, Təbriz küçəsi, 794-cü məhəllədə inşa etdiyi binanın, 6 blok, 38 saylı, 4 otaqdan ibarət, ümumi sahəsi 164,6 kv.m olan mənzili “payçı” İddiaçı satmağı, “Payçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Satıcı satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra Payçıya təhvil verməyi, Payçı isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür 1.2-ci bənd). Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi dəyəri tərəflərin razılığı ilə hər kv.m 1000 olmaqla ümumilikdə 164.600 manat miqdarında müəyyən olunur. Payçı mənzilin qiymətini 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür (2.1-ci bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edilməsi təmin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, Cavabdeh də müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq Bakı şəhər, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilmiş binanın 6 blokunda yerləşən 38 saylı mənzilinin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 164,6 m2 təşkil edən mənzili İddiaçı təhvil vermişdir. İş materiallarından göründüyü kimi, hazırki halda cavabdeh tərəfindən müqavilədə göstərilən ölçüdən az mənzilin verilməsi təkzib olunur. Belə ki, iş materiallarında olan tərəflər arasında iradə ifadəsi əsasında bağlanmış müqavilənin şərtlərindən də görünür ki, alqısatqı xüsusi şərtlər əsasında deyil, məhz ümumi sahədən ibarət olmuş və iş materiallarına olan ekspert rəyi ilə Bakı şəhər, Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə inşa edilmiş binanın 6 blokunda yerləşən 38 saylı mənzilinin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 164,6 m2 təşkil etdiyi müəyyən edilmişdir. Ona görə də, məhkəmə iddia tələbi qeyd edilən hissəsində təmin edilməməsi barədə gəlmiş olduğu qənaətini qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3736/2021 saylı iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3736/2021 saylı iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2097/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2097/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver