Məhkəmə qərarları › İş №2(103)-2098/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2098/2025

17.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2098/2025 17.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-2864/2024 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 Sürət oğlunun və Cavabdeh1 azyaşlı uşaqları və əmlakları ilə birlikdə, həmçinin icra vaxtı mənzildə olan digər şəxslərin, onun mülkiyyətində olan yeni qaydalarla AZ1052, ünvan 1 ünvanında yerləşən, sahəsi 71,10 kv.m. olan 2 otaqlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2864/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 Sürət oğlunun və Cavabdeh1 uşaqları və əşyaları, eləcə də onlarla yaşayan digər şəxslərlə birlikdə ünvan 2 ünvanında yerləşən 71,10 kv.m sahəsi olan 2 otaqlı mənzildən çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 Sürət oğlundan və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2864/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. Bu qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1122/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 2864/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-2864/2024 saylı qərardadı ilə yenidən geri qaytarılmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətini baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 2864/2024 saylı qərardadı ilə onun şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra iddiaçı şikayətə qarşı etiraz təqdim edərək, öz etirazında işin hallarına, apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadlarına istinad etmiş və apellyasiya şikayətinin müddət ötürülməklə verilməsinə istinadən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bundan başqa şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-2864/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2864/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə tərəflərin, o cümlədən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Həmin cavabdeh nümayəndəsi və vəkili vasitəsi ilə xx.xx.2024-cü il tarixdə qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, 2(005)-2864/2024 saylı qərardadla geri qaytarılmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası bu nəticə ilə razılaşaraq, 2(103)-1122/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadla bu cavabdehin şikayətini təmin etməmişdir. Bundan sonra bu cavabdeh xx.xx.2024-cü il tarixdə həmin qətnamədən yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarixdə “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verməklə, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 artıq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin axımı xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə birtmişdir. Lakin apellyasiya şikayəti başqa əsasla geri qaytarılmış və bu nəticə ilə razılaşmayan cavabdeh həmin nəticəni mübahisələndirdikdən sonra yenidən apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir. Bununla belə, yuxarıda göstərilən ilk hal nəzərə alınmadan da, prosessual qanunvericiliyin tələbləri baxımından apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Bu da öz növbəsində apellyasiya şikayəti ilə birlikdə müddətin bərpa olunması barədə vəsatətin də verilməsini, verilmədiyi təqdirdə isə müddətin ötürülməsi əsası ilə apellyasiya şikayətinin geri qaytarılmasını şərtləndirir. Cavabdeh tərəfindən də belə bir vəsatət verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2864/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini müddətin ötürülməsi əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 2864/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar