Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-210/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh; iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma; alqı-satıq müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X15 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1498/2023 saylı 2 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh; iddiaçı Cavabdeh İddiaçı qarşı “alqısatıq müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2819/2023 saylı 10 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********77-05301-093432 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllə, ev-, mənzil 209 (Yeni qaydalarla: AZ1142, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır.
2. Daşınmaz əmlakın xx.xx.2021-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2345-ci məhəllə, ev-, mənzil 209 (Yeni qaydalarla: AZ1142, ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı 204000 (iki yüz dörd min) manata satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568-ci, 646-cı və 647-ci maddələrinin, habelə Vergi Məcəlləsinin 150-ci, 220ci maddələrinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən “Satıcı” və “Alıcı”ya izah edilmişdir.
3. xx.xx.2021-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə dair notariat işinin materiallarında olan: Nikah haqqında AZ-İ seriyalı 505338 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 nikahı xx.xx.2009-cu ildə bağlanmış, arvada “Əliyeva” soyadı verilmişdir. X7 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2345-ci məhəllə, ev-, mənzil 209 (Yeni qaydalarla: AZ1142, ünvan 2 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə (dəyişməsinə, satılmasına və s.) razı olmuş, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsinin bağlanmadığını bəyan etmişdir. Cavabdeh və İddiaçı tərəfindən 32 saylı notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, onlar Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2345-ci məhəllə, ev-, mənzil 209 (Yeni qaydalarla: AZ1142, ünvan 2 ünvanında yerləşən mənzilin 204000 manat qiymətə satılması barədə razılığa gəlmiş, xərclərin ödənilməsini alıcı öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə 204000 manat məbləğdə pulu notariusun depozit hesabına mədaxil etmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən 209 nömrəli mənzil ilkin olaraq xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 32 saylı DNK-nın xx.xx.2021-ci il tarixli 4Ə/177 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9992-9/10117 nömrəli 8 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə ev-mənzil 209 (yeni qaydalarla: AZ1142, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 141 kv.m olan 3 otaqlı mənzilin orta bazar dəyəri təqribən 220.000,00 (141,00 x 1560,00) manat təşkil etdiyi müəyyən edilmişdir.
İlkin mülki iş üzrə: Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 14, M15, 4 saylı mənzildən Cavabdeh əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 14, M15, 4 saylı mənzili o, xx.xx.2021-ci ildə alqı-satqı müqaviləsi yolu ilə almışdır və həmin mənzilə xx.xx.2021-ci ildə mülkiyyət hüququ tanınmışdır. Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 14, M15, 4 saylı mənzili aldıqda Cavabdeh ilə aralarında olan alqı-satqı müqaviləsinə əsasən bir ay müddətinə mənzildən çıxmağı öz öhdəsinə götürmüşdür. Lakin müddət bitsə də, hələ də ona məxsus mənzildə cavabdeh yaşamağa davam edir. Cavabdeh mənzilin keçmiş sakinidir və qeydiyyatda olmasa da, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi 14, M15, 4 saylı mənzildə yaşamağa davam edir və hazırki vaxtadək mənzilində yaşayır. Mənzilin bütün kommunal xərclərini özü ödəyir. Cavabdehin onun evində qalması ona maddi cəhətdən ziyan vurduğundan, o, əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. Hətta mənzilindən çıxmadığı üçün əlavə olaraq kirayə haqqı ödəyərək başqa bir mənzildə yaşayır. Buna görə də hesab etmişdir ki, mənzildən cavabdeh əşyaları ilə birlikdə çıxarılmalıdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1498/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi; Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2345-ci məhəllə, ev-mənzil 209 (yeni qaydalarla: AZ1142, ünvan 2 ünvanından çıxarılması qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin tam icra edilməsi üçün mühüm əhəmiyyət kəsb edən məqam, yəni əmlakın alıcının mülkiyyətinə verilməsi hissəsi satıcı tərəfindən icra edilməmişdir. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, cavabdeh əmlakı iddiaçının istifadəsinə və sahibliyinə verməkdən hazırki günədək boyun qaçırır və bu hal isə öz növbəsində iddiaçının, yəni əmlak üzərində tam hüquqlu mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 389.1, 390, 390.2, 390.5, 405, 567 və 568-ci maddələinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun arasında bağlanmış AN-1 seriyalı, ******* saylı 1 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” görüntü üçün bağlanmışdır və əsil alqı-satqı müqaviləsi deyildir. İddiaçı ona borc olaraq faizlə verdiyi 120.000 ABŞ dolları məbləğində pula görə girov olaraq qeyd edilən mənzili Paşayev Məmmədin adına rəsmiləşdirmişdir. Borcunu vaxtında qaytara bilmədiyinə görə Paşayev Məmməd mənzilin adına olmasından istifadə edərək onun yaşadığı mənzildən çıxarılmağı ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Qeyd olunan halları nəzərə alaraq Xətai rayon Məhkəməsinin e2(011)-1498/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsi tam ləğv edilməlidir və iddia tələbi təmin edilməməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarş etiraz daxil olmamışdır.
İcraatı birləşdirilmiş mülki iş üzrə:
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdeh İddiaçı qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə ev-mənzil 209 (yeni qaydalarla: AZ1142, ünvan 2 dair onunla cavabdeh İddiaçı arasında 1 mart 2021-ci il tarixdə 32 saylı notariat ofisində bağlanmış AN-1 № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında cavabdeh İddiaçı adına verilmiş (xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli) çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai Rayonu, Babək prospekti 2345-ci məhəllədə ev-mənzil 209 (yeni qaydalarla: AZ1142, ünvan 2 onun xüsusi mülkiyyətində olmuşdur. Həmin mənzilə dair dövlət reyestri xidməti tərəfindən 14 noyabr 2020-ci il tarixdə çıxarış verilmişdir (qeydiyyat nömrəsi **********). Hazırda ailəsi və uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Ona biznes fəaliyyəti ilə əlaqədar borc pul lazım olduğundan tanışı cavabdeh İddiaçı müraciət etmişdir. Cavabdeh ona faizlə borc verməsinə razı olmuş, lakin həmin pula girov kimi mənzilini qoymasını təklif etmişdir. O, cavabdehin təklifinə razı olmuş və bu məqsədlə notariat kontoruna gedərək girov müqaviləsi bağlamışlar. Sonradan borcunu cavabdehə hissə-hissə qaytarmışdır. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh onu aldadaraq girov müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi bağlatdırmışdır. Əslində tərəflərin heç bir alqı-satqı müqaviləsi bağlamaq fikri olmamışdır, çünki onun mənzilini satmaq fikri olmamış, sadəcə girov qoymuşdur. İndi isə cavabdeh onun mənzilini sənəd üzərindən geri qaytarmaq istəmir.
16. Cavabdeh İddiaçı iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, imzalanan müqavilə qanunvericiliyə uyğun olaraq notarial qaydada imzalanmış, tərəflərin fəaliyyət qabiliyyəti yoxlanılmış, müqavilənin məzmunu və doğuracaq hüquqi nəticələri tərəflərə izah edilmişdir. Bununla bağlı müqavilədə qeyd mövcuddur. Hər iki müqavilə tərəfi həmin qeydin altından imza etmişlər. Cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin rəsmiləşdirilmiş olduğu notariat işinin surəti əldə edilmişdir. Həmin notariat işindəki sənədlərdən biri iddiaçının həyat yoldaşı X7 tərəfindən alqı-satqı müqaviləsi bağlanmamışdan üç gün əvvəl digər bir notariat ofisində - 18 saylı Notariat Ofisində imzası təsdiq edilmiş **********757 saylı ərizədir. Ərizənin məzmunundan müəyyən edilir ki, ərizəni imzalayan X7 mənzilin özgəninkiləşdirilməsinə (dəyişdirilməsinə, satılmasına) razılıq bildirmişdir. Bu ərizənin məzmunundan müəyyən edilir ki, alqı-satqı müqaviləsi bağlanmamışdan üç gün əvvəl iddiaçı həyat yoldaşının ipoteka yüklülüyünə dair deyil, məhz alqı-satqı əməliyyatına razılıq verməsi barədə ərizəsini almış və notariat orqanına təqdim etmişdir. Bundan əlavə notariat işində alqı-satqı müqaviləsi üzrə tərəflərin müştərək ərizəsi də var. Həmin ərizəyə əsasən, hər iki tərəf hansı qiymətə alqı-satqı ediləcəyinə dair razılığa gəlmiş olduqlarını bildirərək, xərclərin alıcı tərəfindən ödənəcəyinə dair razılaşdıqlarını bildirirlər. Həmin ərizə də notarial qaydada təsdiq edilmişdir. Qeyd edilən məqamlar işin faktiki halları ilə bağlıdır. İddiaçının iddia tələblərini əsaslandırdığı bütün maddi hüquq normaları əqdin əhəmiyyətsizliyi ilə bağlıdır. Belə olan halda qanunvericiliyin həmin əsaslarla əqdlərin mübahisələndirilməsi üçün müəyyən etmiş olduğu kəsici müddət nəzərə alınmaya bilməz. Yəni bir sözlə iddiaçı əqdi əhəmiyyətsiz hesab edirdisə, bunun üçün istinad etdiyi normaların tətbiqi üçün müəyyən edilmiş mübahisələndirmə müddətinə də əməl etməli idi. Tərəflər arasında alqı-satqı qanunvericiliyə uyğun formada bağlanmışdır, alqı-satqıya görə alıcı tərəfindən mənzilin dəyəri notariat ofisinin bank hesabına qoyulmuş, oradan da satıcı tərəfindən götürülmüşdür. Satıcı qismində çıxış edən iş üzrə iddiaçı satılmış mənzili boşaltmaqdan müxtəlif bəhanələrlə uzun müddət yayınmış, yekunda alıcı məhkəmə qaydasında mənzilin boşaldılmasına nail olmaq üçün məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilmişdir və hal-hazırda həmin qətnamədən hal-hazırki mülki iş üzrə iddiaçı olan Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhz halhazırda icraatda olan mülki işlə əlaqədar mənzilin boşaldılmasına dair apellyasiya instansiyasında baxılan mülki işin icraatı dayandırılmışdır. Əslində iddiaçının məqsədinin mənzilin boşaldılması ilə bağlı baxılan mülki işin süni surətdə uzadılması olduğu aşkardır. Hal-hazırda Cavabdeh barəsində müxtəlif vətəndaşların şikayət ərizələri əsasında Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən cinayət işi qaldırılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu fakt da iddiaçının şəxsiyyətini xarakterizə edən hal sayıla bilər. Yəni müxtəlif vətəndaşların etibarından suiistifadə edərək əmlakını mənimsəyən şəxsin notariat orqanında aldadılaraq, ipoteka müqaviləsi əvəzinə alqı-satqı müqaviləsinin imzalatdırılması barədə iddia ərizəsində göstərilən mülahizələri ağlabatan deyildir.
17. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 öz ifadəsində bildirmişdir ki, cavabdeh köhnə polis işçisidir. O, cavabdehi 10 ildir tanıyır. İddiaçı isə onun kürəkənidir. Kürəkəni cavabdehdən faizə pul götürüb, əvəzinə evi girov qoyub. O özü alqısatqı zamanı notariat ofisində iştirak etməmiş, lakin dəfələrlə borcun geri ödənilməsində iştirak etmişdir. Hətta borcun ödənilməsi məqsədilə bir avtomobil də satıldığını, borcdan ümumilikdə 70.000 manatın ödənildiyini əlavə etmişdir.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2819/2023 saylı 10 avqust 2023cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mübahisə predmeti olan mənzilə dair yazılı şəkildə tərtib olunmuş və tərəflərin bilavasitə iştirakı ilə notarius tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir. Bununla əlaqədar qeyd edilməlidir ki, müqavilə bağlanarkən mülki qanunvericiliyin müvafiq normalarının məzmunu, tərəflərin müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən satıcı və alıcıya izah edilmişdir. Müqavilənin şərtləri müqavilədə aydın şəkildə göstərilmiş və tərəflər müqavilə şərtləri ilə razı olduqlarını və müqavilənin bağlanıldığını öz imzaları ilə təsdiq etmiş, habelə müqavilədə onların real vaxt rejimində çəkilmiş fotoşəkilləri də əks olunmuşdur. Cavabdehin iddiaçının onu aldatması ilə bağlı gətirdiyi mübahisəli dəlillərlə əlaqədar nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə sübut olunmalıdır və Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin iddiaçı həmin dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
20. Hazırda etibarsızlığı mübahisələndirilən 01 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmişdirsə, əksi sübut edilənə qədər, həmin müqavilənin məzmununun və mahiyyətinin notarius tərəfindən izah edilmiş olması prezumpsiyası qüvvədə olmalıdır. Çünki, bu, notariusun birbaşa vəzifəsidir və notarial təsdiq etmənin əhəmiyyəti də şəxsin fəaliyyət qabiliyyətinin yoxlanılması, bağlanılan əqdin qanunazidd olmaması, şəxsə verdiyi etibarnamənin, bağladığı əqdin və sair hansı nəticələr doğura biləcəyinin hüquqi baxımdan izah edilməsi və onun bu məsələlər barədə məlumatlı olmasından ibarətdir. Əks yanaşma notarial qaydada təsdiqləməni əhəmiyyətsiz edər və notarius tərəfindən təsdiq edilmiş müqavilə ilə sadə yazılı müqavilənin arasında heç bir fərq olmaz.
21. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh mübahisələndirdiyi 1 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır. Bu baxımdan alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının iradəsini əks etdirməməsini yalnız iddiaçının hazırkı mülahizələrinə əsaslanmaqla qəbul etmək mümkün deyil. Sonradan iddiaçının iradə ifadəsinin dəyişməsi isə müqavilənin etibarsızlığına səbəb ola bilməz.
22. İddia tələbinin “cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edilmişdir ki, həmin tələb yanakı tələbdir və alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair əsas tələb təmin edilmədiyindən, hazırki tələb də təmin edilməməlidir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1- 324.4, 329.1, 334.1, 334.2, 337.1, 339, 390.1 və 405.1-ci maddələinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
24. İddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
25. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai Rayonu, Babək prospekti 2345-ci məhəllədə ev-mənzil 209 (yeni qaydalarla: AZ1142, ünvan 2 onun xüsusi mülkiyyətində olmuşdur. Həmin mənzilə dair dövlət reyestri xidməti tərəfindən 14 noyabr 2020-ci il tarixdə çıxarış verilmişdir (qeydiyyat nömrəsi **********). Hazırda ailəsi və uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. Ona biznes fəaliyyəti ilə əlaqədar borc pul lazım olduğundan tanışı cavabdeh İddiaçı müraciət etmişdir. Cavabdeh ona faizlə borc verməsinə razı olmuş, lakin həmin pula girov kimi mənzilini qoymasını təklif etmişdir. O, cavabdehin təklifinə razı olmuş və bu məqsədlə notariat kontoruna gedərək girov müqaviləsi bağlamışlar. Sonradan borcunu cavabdehə hissə-hissə qaytarmışdır. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh onu aldadaraq girov müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi bağlatdırmışdır. Əslində tərəflərin heç bir alqı-satqı müqaviləsi bağlamaq fikri olmamışdır, çünki onun mənzilini satmaq fikri olmamış, sadəcə girov qoymuşdur. İndi isə cavabdeh onun mənzilini sənəd üzərindən geri qaytarmaq istəmir. Bunu hətta, məhkəmə iclasında şahid kimi dindirilmiş X8 da öz ifadəsində təsdiq etmişdir. O bildirmişdir ki, cavabdeh köhnə polis işçisidir. Cavabdehi 10 ildir tanıyır. O, isə onun kürəkənidir. Kürəkəni cavabdehdən faizə pul götürüb, əvəzinə evi girov qoyub. Dəfələrlə borcun geri ödənilməsində iştirak etmişdir. Hətta borcun ödənilməsi məqsədilə bir avtomobil də satıldığını, borcdan ümumilikdə 70000 manatın ödənildiyini əlavə etmişdir. Lakin məhkəmə şahidin ifadəsinə düzgün hüquqi qiymət verməmişdir. Gözdən qaçırılan nüans ondan ibarətdir ki, məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, Bakı şəhəri 32 saylı DNK-nın xx.xx.2021-ci il tarixli 4Ə/177 nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən 209 nömrəli mənzillə bağlı əqd bağlanmışdır. Lakin, əqd xx.xx.2021-ci il tarixində bağlansa da bugünə qədər həmin mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Adətən satıcı özünə məxsus evi satdıqdan sonra alıcıdan özünə məxsus əşyaların çıxarılması və ya evin boşaldılması ilə bağlı 1 aylıq möhlət istəyir. Həmin müddət bitdikdən sonra satıcı evi boşaltdıqdan sonra alıcının ixtiyarına və istifadəsinə verir. Bu zaman sual olunur: müqavilənin rəsmiləşdiyi tarixdən 2 il 6 ay keçməsinə baxmayaraq cavabdeh hansı “şərtlər” daxilində sözügedən mənzildə ona öz ailəsi ilə birlikdə yaşamağa razı olmuşdur? Görünən odur ki, cavabdeh İddiaçı ilə bağlanmış əqd digər əqdi pərdələmək üçün atılmış addımdır. Alqı-satqı müqaviləsi formallıqdan başqa bir şey deyildir. Çünki, məhkəmə iclasında dindirilmiş, iddianı müdafiə edib bildirmişdir ki, cavabdehdən faizə pul götürmüş, əvəzində evini alqı-satqı yolu ilə cavabdehin adına rəsmiləşdirmişdir. Aralarında belə razılığa gəliblər ki, o, faizlə götürdüyü pulu cavabdehə geri qaytarandan sonra cavabdeh də ona evini qaytaracaqdır. Məhkəmə qeyd olunan məsələnin araşdırılması üçün mübahisəli Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən 209 nömrəli mənzildə xx.xx.2021-ci il tarixindən bu günkü günə qədər kimlərin yaşaması ilə bağlı aidiyyəti qurumlara sorğu edərək bunu aydınlaşdıra bilərdi. Nəticə olaraq, məhkəmənin işin mahiyyətini araşdıraraq hüquqi qiymət vermədən qətnamə qəbul etməsi ədalət mühakiməsinin təməli olan "həqiqətin ortaya çıxarılması" prinsipinə ziddir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarş etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
27. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-6318/2023 nömrəli 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair 2(103)- 3357/2023 nömrəli mülki iş əsas iş olmaqla bir icraatda baxılması üçün - iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(103)-6318/2023 nömrəli mülki işlə birləşdirilməsi və 2(103)-6318/2023 nömrəli mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək qeyd etmişdir ki, hazırda mübahisəli mənzildə heç kim yaşamır, su və qaz abonent kodları, evin çıxarışı onun adınadır. Qarşı tərəf əsassız olaraq prosesi uzadır. O, evi qanuni şəkildə almış, notariusda rəsmiləşdirilmişdir. Qarşı tərəfi danışdıqları kimi 4-5 ay gözləmiş, daha sonra o həbsə düşdü və evi belə vəziyyətdə qaldı.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının (birləşdirilmiş iş üzrə cavabdehin) nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin olunmamasını xahiş etmişdir. Qeyd etmişdir ki, belə iddia ərizəsinin əsaslandırıcı hissəsində MM-nin 340-cı maddəsinə istinad olunsa da işin faktiki halları barəsində MM-nin 339-cu maddədən bəhs olunur. Birinci instansiya məhkəməsi bu istiqamətdə araşdırma apardı. İş materiallarında həyat yoldaşının digər notariat orqanında əldə olunmuş razılıq ərizəsi vardır. Həmin razılıq alğı-satqı müqaviləsinin bağlandığı notariat orqanında deyil, başqa notariat orqanında verilmişdir. Bu da əvvəldən niyyətin alğısatqı olmasını təsdiq edən bir sənəddir. Eyni binada satan şəxs digər mənzili ipoteka müqaviləsi vasitəsilə almaq niyyətində idi. Qiymətdə onun dediyi qədər fərq yoxdur. Alğısatqı baş tutan zaman tərəflərin şifahi razılığı ilə ilə Cavabdeh evi daha gec boşaltmalı idi, çünki divar qonşusu olan mənzili sosial ipoteka sənədləşdirməli idi, bu isə kifayət qədər vaxt aparırdı, o formada alğı-satqı etməli idi. O mənzil də təmir olundu.
30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Konstitusiyasının
31.13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 32.43-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
33.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 34.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 35.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 36.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 37.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 38.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 39.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 40.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 41.339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 42.339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 43.339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
44. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 45.354-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 46.404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 47.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 48.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 49.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 50.567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 51.570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 52.575-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 53.576-cı maddəsinə əsasən, əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. 54.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
55. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
56.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). 57.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
58. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 59.77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.
Apelyasiya baxışının hədləri
60.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 61.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh (iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv olunması və iddianın rədd (təmin) edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 62.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
63.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəmələrinin qətnamələri isə dəyişdirilmədən saxlanılmalıdır. 64.Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri 32 saylı Notariat Ofisində bağlanan 1 mart 2021-ci il tarixli alğı-satqı müqaviləsinə və ona əlavə edilmiş sənədlərə əsasən Cavabdeh mülkiyyətində olan mübahisəli 3 otaqlı mənzili Paşayev X1. Həmin mənzildə qeydiyyatda olan İddiaçı ailə üzvləri ərizə təqdim edərək mənzilin satılmasına razı olduqlarını bildirmiş və 1 ay müddətinə qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər. 65.Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 3 mart 2021-ci il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345ci məhəllədə ev-mənzil 209 (yeni qaydalarla: AZ1142, ünvan 2 üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.
İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2819/2023 saylı 10 avqust 2023-cü il tarixli qətnaməsinin yoxlanılması
66. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.
67. Cavabdeh qeyd olunan alğı-satqı müqaviləsinin və onun bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, ona biznes fəaliyyəti ilə əlaqədar borc pul lazım olduğundan, o, tanışı cavabdeh İddiaçı müraciət etmişdir. Cavabdeh ona faizlə borc verməsinə razı olmuş, lakin həmin pula girov kimi mənzilini qoymasını təklif etmişdir. O, cavabdehin təklifinə razı olmuş və bu məqsədlə notariat kontoruna gedərək girov müqaviləsi bağlamışlar. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh onu aldadaraq girov müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi bağlatdırmışdır. Əslində, o, mənzilini satmaq niyyətində olmamışdır.
68. İşə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Mülki Məcəllənin 339-cu maddəsinə istinadən qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən aldanması ilə bağlı gətirdiyi mübahisəli dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Etibarsızlığı mübahisələndirilən 1 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmişdirsə, əksi sübut edilənə qədər, həmin müqavilənin məzmununun və mahiyyətinin notarius tərəfindən izah edilmiş olması prezumpsiyası qüvvədə olmalıdır. Çünki, bu, notariusun birbaşa vəzifəsidir və notarial təsdiq etmənin əhəmiyyəti də şəxsin fəaliyyət qabiliyyətinin yoxlanılması, bağlanılan əqdin qanunazidd olmaması, şəxsə verdiyi etibarnamənin, bağladığı əqdin və sair hansı nəticələr doğura biləcəyinin hüquqi baxımdan izah edilməsi və onun bu məsələlər barədə məlumatlı olmasından ibarətdir. Sonradan iddiaçının iradə ifadəsinin dəyişməsi isə müqavilənin etibarsızlığına səbəb ola bilməz.
69. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı rədd edərkən, mübahisəni ərizədə göstərilən norma (340-cı maddə) ilə deyil, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallara uyğun gələn qanuni əsasının dispozisiya şərtlərinə əsasən yoxlamışdır.
70. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
71. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı irəli sürdüyü tələbin qanuni əsası kimi, cavabdehin başdan etibarən aldatma niyyətilə hərəkət etməsinə istinad etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmə mülki qanunvericiliyin əqdin əhəmiyyətsizliyi ilə bağlı deyil, mübahisələndirilməsi ilə bağlı müvafiq normalarını tətbiq etməklə və araşdırmanı aldatmanın olub-olmaması istiqamətində aparmaqla haqlı olmuşdur.
72. Beləliklə göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).
73. Göründüyü kimi “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma təsiri altında bağlanmış əqd yalnız o halda etibarsız sayıla bilər ki, zərərçəkmişin aldanması ilə bağlı hallar onun əqdi bağlamaq qərarı ilə səbəbli əlaqədə olsun.
74. İşdə olan materiallara əsasən isə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iddiaçı tələbini cavabdeh tərəfindən aldadılması, yəni iradə ifadəsində pozuntu olması ilə əsaslandırmışdır. Halbuki iş materiallarından göründüyü kimi iddiaçının 1 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması məqsədi ilə aldadılması, həmin müqavilənin məzmunundan məlumatlı olmaması barədə dəlillər öz təsdiqini tapmamış, mübahisə predmeti olan müqavilənin bağlanması ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmiş və müqavilənin məzmunu aydın şəkildə təsvir edilmişdir; müqavilənin yalan məlumatlar əsasında bağlanması və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmək üçün hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı ümumiyyətlə adatmanın hansı hərəkətlərdə ifadə olunmasını izah edə bilməmişdir.
75. Cavabdehin kəsici müddətin tətbiqi barədə ərizə ilə əlaqədar həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər.
76. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
77. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
78. Məhkəmə kollegiyası kəsici müddətin tətbiq edilməsinə zərurət olmadığını qeyd edərək eyni zamanda vurğulayır ki, qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin isə iddia müddətinin bir növü olduğu nəzərə alınmalı, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan kəsici müddətin tətbiqindən (ötürülüb-ötürülmədiyini araşdırılmasından) məhkəmə tərəfindən imtina edilməlidir.
79. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunan dəlillərə cavabdehin müqavilənin rəsmiləşdirildiyi tarixdən 2 il 6 ay ərzində mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmədiyinə, şahid ifadəsinin nəzərə alınmadığına və s. dair dəlillərə münasibətdə qeyd edir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İradə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Yəni müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşlıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır.
80. Bu baxımdan, müqavilənin icrasının, rəsmiləşdirildiyi tarixdən 2 il 6 ay ərzində tələb edilməməsi də, mübahisələndirilən müqavilənin aldatma nəticəsində bağlanmasını sübut etmir, hazırki halda da yazılı müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən əsaslı sübut olaraq nəzərə alına bilməz.
81. Alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddiaçının sübut qismində istinad etdiyi şahid ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, şahid qismində dindirilmiş X5 iddiaçının qayınatası olması onun tərəfsizliyini şübhə altına alır. Belə ki, şahidin iddiaçı ilə qohumluq münasibətləri, habelə qeyd etdiyi faktların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək kollegiya onun ifadəsini inandırıcı hesab etmir.
82. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi qənaət Mülki Məcəllənin 339.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmuşdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1498/2023 saylı xx.xx.2023-cü il tarixli il tarixli qətnaməsinin yoxlanılması
83. İş materiallarından göründüyü kimi iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən əvvəlki mülkiyyətçinin və onunla yaşayan digər şəxslərin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzili alqı-satqı müqaviləsi ilə almasına, mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına, cavabdehin müqavilə şərtlərini pozaraq ailə üzvləri ilə birlikdə mənzili tərk etməmələrinə istinad etmişdir.
84. Cavabdeh apelyasiya şikayətində qanuni əsas olaraq Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad etməsinə baxmayaraq, məhkəməyə bildirdiyi faktiki hallar həmin Məcəllənin 340.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmuşdur. Belə ki, cavabdeh İddiaçı ilə onun arasında bağlanmış AN-1 seriyalı, ******* saylı 1 mart 2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin əslində alqı-satqı müqaviləsi olmadığını, İddiaçı ona borc olaraq faizlə verdiyi 120.000 ABŞ dolları məbləğində pula görə girov olaraq qeyd edilən mənzili sonuncunun adına rəsmiləşdirdiyini, borcunu vaxtında qaytara bilmədiyinə görə mənzilin adına olmasından istifadə edərək onun yaşadığı mənzildən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etdiyini qeyd etmişdir.
85. Yuxarıda da qeyd edildiyi kimi, tərəflərin arasında daşınmaz əmlakın alğı-satqısı barədə müqavilənin bağlanması mübahisəsiz haldır. Lakin cavabdeh həmin müqavilənin alğı-satqı məqsədi ilə deyil, iddiaçıdan aldığı borc müqaviləsini pərdələmək üçün bağlandığını bildirir. İddiaçı isə cavabdehin bu dəlilini rədd edir və israrla müqavilənin etibarlı olduğunu qeyd edir.
86. İddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.
87. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərə dair formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
88. Nəzərə alınmalıdır ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
89. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Bu zaman müqavilə tərəflərinin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaratmaq üçün birgə hərəkət etmələri zəruridir.
90. Belə ki, yalan əqd - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur;- gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir;- yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
91. Baxmayaraq ki, cavabdeh mübahisəli mənzil barəsində aparılmış hərəkətlərin yalan əqd olaraq qiymətləndirilməsinə dair dəlillərə istinad etmiş, işin faktiki halları mübahisələndirilən əqdin yalan əqd olmasına dəlalət etmir, iş üzrə araşdırılmış faktiki halların istinad olunan qanuni əsasın (340.2) zəruri dispozisiya şərtlərinə uyğunluğu müəyyən edilmir. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi müqavilə tərəflərinin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur, mübahisələndirilən müqavilə üzrə razılaşmanın müqavilədə əks etdirdikləri iradə ifadəsinin arzuladıqları hüquqi nəticəyə uyğun olmamasını, görünüş üçün bağlandığnı, üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaratmaq üçün birgə hərəkət etmələrini, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmalıdır. Bu hallar da öz təsdiqini tapmır. Buna görə də cavabdehin istinad etdiyi borc müqaviləsinin hansı səbəbdən alğı-satqı müqaviləsi ilə pərdələmək lazım olduğu da anlaşılan deyildir.
92. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
93. Yəni hər bir şəxsin mülki hüquq münasibətlərini arzu etdiyi kimi qurmaq və öz davranışlarının sərhədlərini də özünün istəyinə uyğun müəyyən etmək azadlığı vardır. Lakin bütün azadlıqlar kimi müqavilə azadlığı da mütləq deyil. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir (Mülki Məcəllənin 390.2-ci maddəsi).
94. Nəzərə alınmalıdır ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan razılaşma olmasına baxmayaraq, onun şərtləri ilə bağlı mübahisə yarana bilər. Bu zaman şifahi formada bağlanmış müqavilələrdən fərqli olaraq, yazılı formada bağlanmış, xüsusilə notariat qaydada təsdiqlənmiş müqavilələrdə əksini tapmış şərtlərin üstünlüyü qəbul olunur. Başqa sözlə, tərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər.
95. Odur ki, bağlanılmış əqdin aldatma və ya başqa motivlər nəticəsində bağlandığı nəticəsinə gələ bilmək üçün işdə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Cavabdeh isə mübahisələndirilən yazılı müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən, mübahisələndirilən müqavilələrin başqa əqdi pərdələmək üçün bağlanması barədə nəticəyə gəlməyə əsas verən əsaslı sübutlar təqdim etməmişdir.
96. Əqdin yalan əqd olmasına dəlalət edə biləcək əsas hallardan biri də – satılan əmlakın dəyərinin müqavilədə real qiymətindən aşağı göstərilməsi halı öz təsdiqini tapmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9992-9/10117 nömrəli 8 aprel 2024-cü il tarixli ekspert rəyi ilə təkzib edilmişdir. Belə ki, kollegiyanın istinad etdiyi rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə ev-mənzil 209 (yeni qaydalarla: AZ1142, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 141 kv.m olan 3 otaqlı mənzilin orta bazar dəyəri təqribən 220.000,00 (141,00 x 1560,00) manat təşkil etdiyi müəyyən edilmişdir.
97. Göründüyü kimi ekspert rəyinə əsasən mübahisəli əmlakın dəyərindən dəfələrlə ucuz qiymətə özgəninkiləşdirildiyi halı təsdiq olunmur. Beləliklə tərəflər arasında bağlanmış 1 mart 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2345-ci məhəllə, evmənzil 209 (yeni qaydalarla:AZ1142, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi14, M15, m4) ünvanında yerləşən, ümumi sahəsi 141 kv metr olan mənzilini 204.000 manat qiymətinə Paşayev X1. Müqavilədə göstərilən qiymətlə ekspert rəyinə əsasən müəyyən edilmiş qiymət arasında aşkar fərq mövcud deyildir, müqavilədə göstərilən satış qiyməti real vəziyyətə uyğun olmuşdur.
98. Məhkəmə kollegiyası mübahisələndirilən qətnamə ilə əlaqədar isə qeyd edir, alqısatqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və alıcı tərəfindən müqavilə qiymətinin ödənilməsi, satıcı tərəfindən qarşılıqlı olaraq əmlakın verilməsini şərtləndirir. Satıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni alıcının müəyyən məbləğdə ödədiyi pul-müqavilə qiyməti müqabilində əşyanı öz mülkiyyətinə keçirmək hüququnu pozduqda sonuncunun alğı-satqı müqaviləsinin icrasından imtina etmək və ya həmin əmlakın borcludan alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək üzrə hüququnun yaranmasına əsasdır. Müqavilə predmetinin təhvil verilməsi satıcının alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliyinə xitam verən bir hərəkətdir.
99. İddiaçının mübahisəli əmlakı faktiki sahibliyinə ala bilməməsi, cavabdehin əmlakın verilməsinə dair daşıdığı öhdəliyi lazımi qaydada icra etməməsi işin mübahisələndirilməyən hallarıdır. Belə ki, keçmiş mülkiyyətçisi olan Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci ildə alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil satıcı tərəfindən özgəninkiləşdirilmişdir. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 3 mart 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq, cavabdeh müqaviləyə uyğun şəkildə həmin mənzili təhvil verməkdən imtina edir.
100. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür. Məhkəmə kollegiyası alqı-satqı müqaviləsinin etibarsız olması əsası ilə hazırki iddianın rədd edilməli olması barədə apelyasiya şikayətində qeyd olunan dəlilləri əsassız sayır. Bu dəlillərə də ətraflı şəkildə qiymət verilib. (bax: 66-84-cü, 84-97-ci bəndlər)
101. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəmələrinin iş üzrə gəldiyi qənaəti düzgündür və mübahisələndirilən qətnamələrin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
102. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
103. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
104. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2819/2023 saylı 10 avqust 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1498/2023 saylı 2 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova