Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2102/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənov Ləman Rasim qızının katibliyi, mərhum Ərizəçi hüquqi varisi X14 və onun nümayəndəsi Vəkil2, iş üzrə cəlb edilmiş maraqlı şəxs. X3 və iş üzrə cəlb edilmiş X10, X8 və X1 nümayəndəsi Vəkil1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı “qohumluq faktının, mirasın qəbulu faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1018/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxslər X10, X8 və X1 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Səbail rayon məhkəməsinə müraciət edərək 29.09.2016-ci il tarixdə ölmüş doğma qardaşı X11, 27.03.1956-ci il tarixdə ölmüş bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X26, 02.12.1955-ci il tarixdə ölmüş nənəsi (atasının anası) X12, 1943-cü il tarixdə ölmüş əmisi (atasının qardaşı) X9 və 1946ci il tarixdə ölmüş atasının bibisi (ata atasının doğma bacısı) X27 ilə qohumluq əlaqəsində olması faktının, onun tərəfindən onların adına olan miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. X10, X17, X8 və X4 iş üzrə maraqlı şəxs qismində cəlb edilmişlər.(85) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1018/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 29.09.2016-ci il tarixdə ölmüş doğma qardaşı X11, 27.03.1956-ci il tarixdə ölmüş bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X26, 02.12.1955-ci il tarixdə ölmüş nənəsi (atasının anası) X12, 1943-cü il tarixdə ölmüş əmisi (atasının qardaşı) X9 və 1946-ci il tarixdə ölmüş atasının bibisi (ata atasının doğma bacısı) X27 ilə qohumluq əlaqəsində olması faktı, X5 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X6 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X2 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, Əliyeva (Nəcəfova) X15 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X18 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir, həmin qətnamə Ərizəçi yuxarıda qeyd olunan miras paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Maraqlı şəxslər X10, X8 və X1 nümayəndəsi Vəkil1 qətnamədən apellyasiya şikayəti verərək, şəhəri Səbail rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(009)-1018/2020 saylı qətnaməsini tam ləğv edərək mülki işi, işdə olan və əlavə sübutlarla tam və hər tərəfli araşdırmaqla ərizənin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 306.4-cu maddəsinin tələblərinə istinadən qeyd edilmişdir ki, qeyd edilən miras əmalk tək ərizəçi tərəfindən deyil, eyni zamanda maraqlı şəxslər tərəfindən də idarə edildiyindən və bu əmlakların faktiki qəbulunu nümayiş etdirdiklərindən düşünür ki, məhkəmənin qeyd edilən normaya istinadı düzgün olmamış, iş materiallarında bunu təsdiq edən sübut olmamışdır. iş üzrə məhkəmə qətnaməsinin mövcudluğu artıq miras əmalkın tərəflərin razılığı əsasında ərizəçinin adına keçdiyini deyil, ortada mübahisənin olduğunu sübuta yetirən haldır. Bu mənada aldadılma yolu ilə etibarsız notarial əqdin alınmasının özü də qeyd edilən halı bir daha sübuta yetirir ki, bu hissədə də məhkəmə işin hallarına düzgün qiymət verməmiş və mülki qanunvericiliyin normalarına istinad etməmişdir, qeyd edilən miras əmlakla bağlı tərəflər arasında ümumi razılıq yoxdur. Məhz bu hal məhkəməyə məlum olmasına baxmayaraq hakim prosessual pozuntuya yol verərək baxılmamış saxlama barədə qərardad deyil, ərizənin təmin olunması barədə qətnamə çıxarmışdır. Məhkəmə qeyd edilən hüquqi faktı tanımaqda tələskənliyə yol vermiş və mülki qanunvericiliyin normalarına düzgün istinad etməmişdir. Şikayətçilər notarial ərizələr vermiş və öz hüquqlarına dair fikirlərini bildirmişlər. Bu halın özü də sübuta yetirir ki, miras əmlak tək ərizəçi tərəfindən deyil, eyni zamanda maraqlı şəxslər tərəfindən də faktiki qəbul edilmiş, qeyd edilən miras əmlakda maraqlı şəxslər uzun müddət yaşamaqla təsərrüfat idarə etmişlər. Ərizəçi isə maraqlı şəxslərə müraciət edərək, miras əmlakı satmağı və müqavilədən əldə edilən gəlirləri tərəflər arasında bərabər bölməyi təklif etmiş və bu vədlə maraqlı şəxsləri ələ alaraq iş materiallarında olan notarial ərizələri ala bilmişdir. İndi isə ərizəçi öldüyündən onun vərəsəsi son iradəsinin ziddinə hərəkət edərək miras əmlakı satmaq niyyətində olmadığını onu öz yaxınlarına bağışlamaq istədiyini bildirmiş məhz bu hal qeyd edilən notarial ərizələrin etibarsızlığı və miras əmlaka görə mübahisənin ortaya çıxdığını sübuta yetirmişdir. Maraqlıdır ki, yuxarıda da qeyd etdiyimiz kimi hakim öz qətnaməsində faktiki miras əmlakın qəbuluna istinad etsə də məhz hansı əsasla bu qənaətə gəldiyini, və ya iş materiallarında olan hansı sübutun belə düşünməyə əsas verdiyini qətnamədə qeyd etməmişdir. Məhkəmə qətnaməsində ərizənin təmin olunması dolayısı ilə də olsa tərəflər arasında mübahisənin olduğunu sübut edən haldır. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxslər X10, X8 və X1 nümayəndəsi Vəkil1 apellyasiya şikayəti müdafiə edərək, həmçinin vəsatət təqdim edərək, iş üzrə olan ərizələrin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etdikləri üçün iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X8 apellyasiya şikayətini müdafiə edərək, mərhumun evi satmaq istədiyini, buna görə maraqlı şəxslərin həmin ərizələri mərhum Ərizəçi verdiklərini, son anda alıcının imtina etdiyini, evin satılmadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mərhum Ərizəçi hüquqi varisi X14 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək və etiraz təqdim edərək, vəsatətin rədd olunmasını xahiş etmiş, şikayətin əsassız olduğunu, xüsusi icraat qaydasında əsaslı qətnamə çıxarıldığını, ərizəçinin rəhmətə gedəndən sonra maraqlı şəxslərin mərhuma düşən payı vermək istəmədiyini, mərhumun həmin evdə 70 il müddətində yaşadığını, məhkəmənin həmin faktı təsdiq etdiyini, şikayətçilərin birinci instansiya məhkəməsində icraat zamanı razılığa gəldiklərini, hər ehtimala qarşı şikayətçilərin ərizələrinin təqdim edildiyini, əslində bu ərizələrə zərurət olmadığını, mərhum vəfat etdikdən sonra müddətləri ötürməklə şikayət verdiklərini, ona mərhumun hüquqi varisi kimi əmlak verməmək üçün etiraz etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mərhum Ərizəçi hüquqi varisi X21 apellyasiya şikayətini qəbul etməyərək, mübahisəli evi satdıqdan sonra maraqlı şəxslərin payını verəcəyini, mərhumun belə vəsiyyət etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən maraqlı şəxs Bakı şəhəri 8 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası prosessual cəhətdən tələbin əsaslarının mümkünsüzlüyü və apellyasiya instansiya məhkəməsində tələbin dəyişdirilməsi əsaslarının mövcud olmamasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-152, 259.0.1, 259.0.10, 306-311, 372-ci maddələrinin tələblərinə müvafiq iddia ərizəsinin baxılmamış saxlanılmasını kollegiya qanuni uyğun hesab edir. Diqqətə çatdırılmalıdr ki, məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Şəxs şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların təsdiqi üçün müvafiq prosedurlara riayət etməklə müraciət etmək hüquqları vardır. Lakin hazırki tələbin (müraciətin) prosessual əsasları və səciyyəsi, habelə qarışıq tərzdə hüquqi faktların qəbul edilməsi üzrə müraciətin zərurəti əsasları müəyyən (sübut) edilmir. Etiraza dair qeyd edilməlidir ki, şikayət verən tərəflərin qətnamənin alması təsdiq edilmədiyindən onların şikayət vermə hüququ üzrə prosessual müddətlərinin ötürümüş hesab edilməsi üçün əsaslar müəyyən edilmir və etirazın əsası olaraq buna dair sübutlar müzakirəyə təqdim edilməmişdir. İcratın dayandırılması üzrə də əsaslar mövcud deyil və bu növ icraatın mövcudluğu halda mübahisənin mövcudluğu bir daha təsdiq edilmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən (259.0.1, 259.0.10, 306.4-cü maddə): məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məcəllənin digər tələblərinə əsasən (307.2.1, 307.2.9, 307.2.11,308, 310.1-ci maddə): şəxslərin qohumluq münasibətlərinin; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə məhkəmə işlərə baxır. Ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkünsüzlüyü hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər kimi təsbit edilmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maraqlı şəxsin cavabında qohumluq əlaqələrinin müəyyən edilmədiyi və mirasın qəbulu müddətinin ötməsi ilə əlaqədar imtina edilmiş, mirasın qəbul etmə müddətinin məhkəmə qaydasında bərpa etdikdən sonra, müvafiq sənədləri təqdim etməklə, təkrar müraciət etmək hüquqları izah edilmişdir. Ərizəçi isə müraciət etmək ardıcıllığna və prosessual qanunvericiliyin tələblərinə müvafiq hüquqi fakt kimi zərurətin mövcudluğunu müəyyən (sübut) etmədən, hüquq haqqında mübahisə olan məsələ üzrə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya qərara a l d ı: Maraqlı şəxslər X10, X8 və X1 nümayəndəsi Vəkil1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1018/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi (X14 (prosessual hüquqi varisi qismində təmsil edilən) maraqlı şəxslər Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı “qohumluq faktının, mirasın qəbulu faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-2102/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2102/2022
14.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver