Məhkəmə qərarları › İş №2(103)-2103/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2103/2024

06.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2103/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “əmək hüquqlarının bərpası, əmək ödənişlərinin ödənməsi, kompensasiya tələbinə dair” ilkin iddia ərizəsi üzrə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4191/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı “əmək hüquqlarının bərpası, əmək ödənişlərinin ödənməsi, kompensasiya tələbinə dair” ilkin iddia ərizəsi ilə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4191/2023 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 22 fevral 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək ödənilməmiş 416,39 manat əmək haqqının, gecikdirilmiş faizi 233,17 manat, əmək kitabçasının xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər təqdim edilməməsinə görə 1577,33 manat məbləğində kompensasiya, cəmi 2226,89 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilməsi, cavabdeh İddiaçı 5837,96 məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Emsa Bakı” MMC tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyərləri 100 manatın cavabdeh "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti vermiş, onun şikayəti Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(001)-4191/2023 saylı qərardadı ilə şikayət verən şəxsin öz tələbini aydın ifadə etməməsi səbəbi ilə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən qeyd olunan qətnamədən təkrar apellyasiya şikayəti verilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4191/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti mövcud nöqsanların aradan qaldırılmaması səbəbindən geri qaytarılmış, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izah edilmişdir ki, o, Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun şəkildə tərtib etməklə apellyasiya şikayəti ilə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4191/2023 saylı qətnaməsi 06 dekabr 2023-cü il tarixdə elektron məhkəmə sistemində onun şəxsi kabinetinə əlavə edilmişdir. Qeyd edir ki, onun asan imzasında yaranmış nasazlıqla bağlı apellyasiya şikayətinin göndərilməsi mümkün olmamışdır. 06 yanvar 2024-cü il tarixdə yeni asan imza alınaraq 07 yanvar 2024-cü il tarixdə apellyasiya şikayəti e-mail vasitəsi ilə məhkəməyə göndərilmiş və eyni zamanda elektron məhkəmə sistemi ilə göndərilməyə cəhd edilmiş, lakin göndərilməsi mümkün olmamışdır. 08 yanvar 2024-cü il tarixdə apellyasiya şikayəti elektron məhkəmə sistemi ilə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4191/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulan müddət üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-4191/2023 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, şikayətini apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin məzmununa uyğun əsaslandırmışdır. Bundan əlavə sənədin əlavə olunması və cavabdeh tərəfindən müddətin bərpası barədə ərizəyə verilmiş etiraza qeydlər barədə ərizə də təqdim etmiş, etirazın əsaslı olmadığını qeyd etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(011)-4191/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının nümayəndəsi və vəkili tərəfindən eyni qətnamədən iki dəfə verilmiş apellyasiya şikayətləri prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən geri qaytarılmış, həmin qərardadlardan şikayət verilməmiş və dolayısı ilə nöqsanların olduğu qəbul edilmiş, iddiaçının nümayəndəsi və vəkili üçüncü dəfə eyni məsələ ilə bağlı müraciət etmişdir. Qeyd edildiyi kimi, apellyasiya şikayətləri və “apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizələr nümayəndə və peşəkar hüquqi xidmət göstərmək vəzifəsi daşıyan vəkil tərəfindən tərtib olunmuşdur və üst-üstə iki dəfə eyni nöqsanlara yol verilməsi səbəbindən şikayət verilmənin müddəti ötürülmüşdür. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilən müddətin bərpasına dair ərizədə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmiş, lakin müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən “Sertifikatın aktivləşdirilməsi barədə bildiriş”dən görünür ki, “ASAN” İmza nömrəsi müvafiq qurum tərəfindən xx/xx/2024-cü il tarixində uğurla aktiv edilmişdir. Əlavə olaraq iş üzrə materiallara “Elektron məhkəmə sisteminin bildirişləri” hissəsindən İddiaçı şəxsi kabinetində olan ekran görüntüsü əlavə edilmişdir. Həmin ekran görüntüsündən də müəyyən olunur ki, məlumatın “oxunma tarixi” xx.xx.2024cü il tarixi olaraq görünür. Hazırda iddiaçının nümayəndəsi və vəkili onun “ASAN” imzasında yaranmış texniki nasazlıqla əlaqədar elektron məhkəmə kabinetində yaranmış çətinlik səbəbilə yükləmənin mümkün olmamasına əsaslansa da, qeyd edildiyi kimi yaranmış texniki nasazlıq məhz nümayəndə və vəkilin “ASAN” imzası ilə əlaqədar olmuşdur. Odur ki, mövcud nasazlığın qeyd edilən nömrə ilə əlaqədar olması şikayətin vaxtında tərəfin özü tərəfindən birbaşa olaraq təqdim etmə imkanını istisna etmir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Beləliklə, kollegiyanın gəldiyi qənaət bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4191/2023 saylı, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar