Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2107/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X2, Cavabdeh2, onun nümayəndəsi və vəkili, eyni zamanda Cavabdeh8 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh6 vəkili Vəkil3 iştirakları ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Rəhimova (Qafarova) Zibəndə Rəhim qızı, Cavabdeh6 və Cavabdeh7 Talib oğluna qarşı “kirayə haqqı və kompensasiya ödənilməklə mənzil və qeyri-yaşayış sahələrindən çıxarılma, mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2332/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı "İddiaçı" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, X4, Cavabdeh6 və Cavabdeh7 Talib oğluna qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Rəhimova (Qafarova) Zibəndə Rəhim qızı və Cavabdeh7 mülkiyyətlərində olan mənzillərin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.m 1500 manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahələrindən 20-30% artıq sahəsi olan mənzil verilməklə, eləcə də yeni mənzil təhvil verilənədək hər birinə aylıq 500 manat kirayə haqqı ödənilməklə, Cavabdeh6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.m üçün 2000 manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahəsindən 20- 30% artıq sahəsi olan qeyri-yaşayış sahəsi verilməklə, eləcə də yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 1000 (min) manat kirayə haqqı ödənilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Rəhimova (Qafarova) Zibəndə Rəhim qızı və Cavabdeh7 qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrində yerləşən mənzillərdən və qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin mənzillərin və qeyriyaşayış sahəsinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxx 2017-ci il tarixdə rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında apardığı manitoring nəticəsində verdiyi Rəyə əsasən, həmin ərazidə yerləşən məhəllələrdə keçən əsrin əvvəllərində tikilən azmərtəbəli yaşayış və qeyri-yaşayış binaları qəzalı vəziyyətdədir, yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş, və fiziki aşınmaya məruz qalmışdır. Yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmiş və yarasız hala düşmüşdür. Bu səbəbdən də Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2019-cu il tarixli, 161 saylı "Sərəncamı" ilə rayonun Təbriz, Ə.Əlizadəvə Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin apatılması məqsədilə, söküləcəyi nəzərdə tutulan azmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının altında yerləşən 0.884 hektar torpaq sahəsi "İddiaçı" MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin ərazidə yerləşən qə2alı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının, orada yaşayan sakinlərə hər ay kirayə haqqıödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təuıirli mənzillərlə təmin olunması şərtilə, sökülməsinivə həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin həyata keçirilməsinə icazə verilmişdir. Beləliklə, yuxarıda göstərilən ərazidə yerləşən 0.884 hektartorpaq sahəsi yüklü edilərək, Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2019-cu il tarixli, 161 saylı Sərəncamın1.2-ci bəndi əsasında, yüklü edilmiş ərazidə yerləşən tikililərin sökülməsi və onların yerində müasir tələblərə uyğun yenilərin tikilməsi, eyni zamanda qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin hər ay razılaşdırılmış vahid pul məbləğində kirayə haqqı ödənilməklə, tikiləcək binalarda daha çoxyaşayış sahəsivə daha rahat həyat şəraitiolan tam təmirlimənzillərə köçürülməsi İddiaçıya həvalə edilmişdir. İddiaçı yuxarıda adı çəkilən Sərəncama uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadəvə Ə.Vahid küçələrinin kəsişməsində köhnə yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin 161 mülkiyyətçisindən, 153 mülkiyyətçi ilə sökülmüş mənzillərin əvəzi kimi, onlara daha çox yaşayış sahəsi olan mənzillər və mülkiyyətçinin ailə tərkibi, kirayəyə götürdüyü mənzilin ümumi sahəsi nəzərə alınmaqla hər ay razılaşdırılmış vahid pul məbləğindəkirayə haqqı ödəməklə (ümumilikdə hər ay 56000 manat) qanunvericilikdə nəzərdə tutulmuş qaydada Razılaşma Müqaviləsi bağlamaqla mülkiyyətçiləri həmin ərazidən köçürülməsini təmin etmiş və ərazinin bir hissəsində söküntü işlərini tamamlayaraq, yerində çoxmınzilli yaşayış binalarının tikintisinə başlamışdır. Eyni zamanda, hazır ki, iddia üzrə Cavabdehlər və onların ailə üzvləri mülkiyyətlərində olan mənzil sahəsinin əvəzi kimi İddiaçının təklif etdiyi, nə konpensasiya ödənişi (1500 manat hər kvadrat üçün) ilə, nə də ki, mülkiyyətində olan mənzillərin faktiki sahəsindən daha çox yaşayış sahəsi olan mənzillərlə əvəzlənməsindən razı olmadıqlarından, reallığa uyğun olmayan, bazar qiymətindən qat-qat artıq kompensasiya,eləcə də, insan övladının təsəvvür qabiliyyətindən çox-çox kənarda qalan "ölçüdə" yaşayış sahəsitələb etdiklərindən İddiaçı həmin ərazidə tikinti və abadlıq işlərini tam həcmdə apara bilməmiş və bununla da Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının yuxarıda göstərilən Sərəncamından irəli gələn öhdəliklərini yerinə yetirə bilməmişdir. Bu hərəkətləri ilə hesab edirik ki, Cavabdehlər İddiaçıya hər ay 56000 manat məbləğində maddi ziyan vurmaqla yanaşı, həmin ərazidən köçürülmüş 153 mülkiyyətçinin hüquqlarını kobudcasına pozurlar, həmin mülkiyyətçilərin İddiaçı ilə bağladıqları Razılaşma Müqaviləsindən əmələ gələn öhdəliklərin yerinə yetirilməsinə məqsədyönlü şəkildə hüquqi maneələr törədirlər. Bundan başqa, Cavabdehlər İddiaçının həmin ərazidən onları köçürmədiklərinə görə Rayon İcra Hakimiyyəti orqanlarına və eləcə də, digər dövlət qurumlarına müraciət edərək, tezliklə köçürülmələrini tələb etmişlər. Sakinlərin köçürülməsinə bilavasitə nəzarət edən müvafiq dövlət qurumları tərəfindən sakinlərin mübahisəli ərazidən köçürülməsi tələbi ilə İddiaçıya müraciət edərək, onların tezliklə köçürülməsi ilə bağlı tapşırıq verilmişdir. Cavabdehlərin mülkiyyətində olan həmin yaşayış sahələri Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşir və Rayon İcra Hakimiyyəti orqanının İddiaçıya verilmiş, ayrıc aktının təsiri dairəsinə düşərək sökülməsi qərara alınmış torpaq sahəsində yerləşir və faktiki olaraq qəzalı vəziyyətdə olan tikililərdir. Eyni zamanda, Cavabdehlərin əksəriyyəti orada yaşamır, həmin yaşayış sahələrini özbaşına olaraq, heç bir müvafiq İcra Hakimiyyəti orqanlarının Qərarıolmadan qeyriyaşayış sahəsinə çevirərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri orada yerləşdirmişlər. Bunun da nəticəsində yüklü edilərək, İddiaçının istifadə hüququna ayrılmış torpaq sahəsindətikinti işlərinin aparılması ləngimiş və İddiaçı küllü miqdarda maliyyə vəsaiti itirməklə yanaşı, digər mülkiyyətçilərvə podriyad şirkətləri ilə bağladığı Müqaviləöhdəliklərini yerinə yetirə bilmədiyindən maliyyə sanksiyalarınaməruz qalmışdır. Cavabdehlərlə mübahisəni razılaşma və danışıqlar yolu ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət olunaraq müvafiq iddia qaldırılmışdır. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 21 iyun 291 -cu il tarixli 161 saylı Sərəncamın 2-cimaddəsinə əsasən, "rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli, çoxmənzilliyaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 0.884 ha torpaq sahəsi "İddiaçı" MMC-nin daimi istifadəsinə verilsin". Həmin Sərəncamın 3.1-cimaddəsinə əsasən, "İddiaçı" MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin". Həmin Sərəncamın 3.2cimaddəsinə əsasən, "ayrılmış torpaq sahəsinə "İddiaçı" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qayda da istifadə hüququ əldə edilsin". Yenə də həmin Sərəncamın 4-cü maddəsinə əsasən, "Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz Küçəsi 32, 34, 36, 38; Ə.Əlizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14, 16 nömrəli yaşayış binaları sökülsün". Nəzərinizə çatdırmaq istəyirik ki, Bakı şəhərində artıq sakinlərin kompensasia ödənilərək köçürülməsində formalaşmış ümumi praktika vardır. Belə ki, H.Əliyev sarayının arxasında Cənab Prezidentin tapşırığına əsasən, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədi ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Ə.Topçubaşov, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X10, Mirzə İbrahimov küçələrininəhatəsində yerləşən ərazidə park-bağ kompleksinin salınması ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi, Bakı Şəhər İcra Hakimiyyətitərəfindən həyata keçirilmiş, qeyd olunan işlərin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X8 Komitəsi ilə razılaşdırılmış qaydada, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat kompensasia ödənilməsi nəzərdə tutulmuşdur. Hazır ki, iş üzrə sakinlərin köçürülməsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılsaydı yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat kompensasia ödənilmək ilə köçürülmə həyata keçiriləcəkdi. Lakin hal-hazırda göstərilən ərazinin köçürülməsi üçün dövlət büdcəsindən vəsait ayrılmadığından, ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsində sahibkarların iştirakından istifadə edilərək şəhərin Baş Planınınicrası təmin edilir. Aparılan monitoring nəticəsində müəyyən edilmişdirki Cavabdehlərin yaşadıqları evlər hal-hazırda qəzalı vəziyyətdədir və hər an uçmaq təhlükəsi vardır, bu baxımdan onların orada yerləşdirdikləri qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin həyatı üçün də təhlükəlidir. Bu səbəbdən də hesab edir ki, İddiaçıya ayrılmış ərazidə yerləşən tikililər sökülərək, cavabdehlər mübahisəli ərazidən köçürülməlidirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2332/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun özünün iddia ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər həmçinin onların vəkilləri ayrı-ayrılıqda izahatlarında apellyasiya şikayətinin əsassız olduğunu bildirirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1148 saylı rəyi nəzərə alınaraq, Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 №li Sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, Rayonun Təbriz. Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0.884 ha torpaq sahəsi “İddiaçı" MMC-nin daimi istifadəsinə verilməsi, Rayonun Təbriz. Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "İddiaçı MMC-yə aşağıdakılar həvalə edilməsi, "İddiaçı” MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə “İddiaçı" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi, Tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsısatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması "İddiaçı" MMC-yə tapşırılması, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla 'xxxx" MMC-nm vəsaiti hesabına həyata keçirilməsi, Rayonun Təbriz küçəsi 32, 34. 36 38; Ə.Əlizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14,16 yaşayış binalarının sakinləri qarşılıqlı razıləşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 32. 34 36 38; Ə.Əlizadə 23. 25. 27 və Ə.Vahid küçəsi 14,16 nömrəli yaşayış binalarının sökülməsi qərara alınmışdır; "İddiaçı” MMC-nin Ə.Vahid 14,16. Təbriz 32,34,36,38 Ə.Əlizadə 23,25,27 ünvanlarından köçürülmüş siyahıdan görünür ki, 153 nəfər sakinlər müxtəlif ünvanlarda yaşamış və onlar evlərinin sökülməsinə görə ***-**** manat aralığında "İddiaçı” MMC tərəfindən kirayə evlərlə təmin olunmuşdurlar. Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə” Dövlət Baş Layihə X1 texniki şöbəsinin mühəndisi Nizami Yusubov, inşaat şöbəsinin aparıcı mütəxəssisi Samir Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Toğrul Əliyev, Nərimanov rayonunun 37 saylı Mənzil Kommunal istismar Sahəsinin rəisi Elxan Abdullayev ilə birlikdə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2017-ci il tarixli 34/05421 saylı tapşırığına əsasən Bakı səhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində, Təbriz 32, 34. 36. 38. Ə.Əlizadə küçəsi, 23, 25, 27 və Ə.Vahid küçəsi, 14, 16 ünvanlarında yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirmiş, Təbriz küçəsi 32 (ümumi həyət): Nərimanov rayonu, Təbriz küçəsi, 32 ünvanında ümumi həyətdə yerləşən birmərtəbəlı yaşayış evləri 1900-cü illərdə inşa edimişdir. Həyət birgirişli, yaşayış evləri 3 hissədən ibarətdir və planda ölçüləri 13.9x13.16,16.8x10.5, 5.32x2.5 metrdir. Yaşayış evlərinin xarici divarlarının qalınlığı 0.8 metr olub, but daşından inşa edilmişdir. Mərtəbələrin hündürlüyü 3.5 metrdir. Örtük ağac materialındandır. Damlar yastı tipli olub, ruberoid materialındandır. Planda ölçüləri 13.9 x 13.16 metr olan hissə qeyri yaşayış sahəsi kimi istifadə edilir. Qeyri-yaşayış sahəsi kimi (ticarət obyekti) istifadə edilən birmərtəbəli zirzəmisiz tikilinin divarlarının qalınlığı 0.4 metr olub, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Mərtəbənin hündürlüyü 3.5 metrdir, örtük ağac materialındandır. Dam biryamaclı olub, sinklənmiş metal vərəqələrdən inşa edilmişdir. Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Kommunikasiya xətlərinin nizamsız çəkilməsi və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətdə inşa edilmiş birmərtəbəli evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Təbriz küçəsi 34 (ümumi həyət): Nərimanov rayonu, Təbriz küçəsi, 34 ünvanında ümumi həyətdə yerləşən birmərtəbəli yaşayış evləri 1900-cü illərdə inşa edilmişdir. Həyət birgirişli, yaşayış evləri 10 hissədən ibarətdir. Planda ölçüləri 11.7x9.9, 10.9x4.2. 10.9x4.28, 9.8x9.4, 6.3x3.2, 4.11x3.36, 4.07x1.3. 2.77x2.53, 2.6x2.17, 2.52x1.55 metrdir. Həyətdə inşa edilmiş, planda ölçüləri 11.7 x 9.9 və 10.9 x 4.2 metr olan evlərin, hündürlüyü 2.3 metr olan zirzəmiləri vardır. Mərtəbələrin hündürlüyü 3.5 metrdir. Yaşayış evlərinin divarlarının qalınlığı 0.8 metr olub, but daşından inşa edilmişdir. Örtük ağac materialındandır. Damlar yastı tipli olub, ruberoid materialındandır. Bəzi hissələrin dam örtükləri dalğalı asbest şiferlərdəndir. Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Həyətə girişin üst hissəsinin (təqribən 4.0 metr məsafədə) örtüyünün ağac konstruksiyalarında çürümələr, sınmalar müşahidə olundu. Bu da gələcəkdə sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Kommunikasiya xətlərinin xaotik çəkilməsi və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin giriş hissəsinin dar olması, sakinlər tərəfindən, müxtəlif illərdə, yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililərin inşa edilməsi, yanğın və bu kimi digər hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırır. Həyətdə inşa edilmiş birmərtəbəli evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. ..Ə.Vahid küçəsi 14: Nərimanov rayonu, Ə.Vahid küçəsi, 14 ünvanında ümumi həyətdə yerləşən birmərtəbəli evlər 1900-cü illərdə inşa edilmişdir. Həyət birgirişlidir və evlər 14 hissədən ibarətdir. Planda ölçüləri 15.3 x 7.56, 13.22 x 7.35, 13.1 x 7.5. 10.74 x 10 74, 10.6 x 1.3,8.7x 5.45, 7.5 x 3.3, 6.28 x5.46, 4.98 x 3.23, 4.5 x 2.2, 4.21 x2.31, 3 9 x 3.0, 3.29 x 2.31, 1.2 x 1.1 metrdir. Planda ölçüləri 7.5 x 3.3, 4.21 x 2.31 olan hissələr ikimərtəbəlidir. İkinci mərtəbələr sonradan inşa edilmişdir. Planda ölçüləri 13.1 x 7.5 metr olan ikimərtəbəli, zirzəmili bina qeyri – yaşayış sahəsi kimi istifadə edilir. Bina divarlarının qalınlığı 0.4 metr olub, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Mərtəbələrin hündürlüyü 3.3 metrdir. Pilləkən binanın daxilində monolit dəmir - betondan inşa edilmişdir. Mərtəbəarası örtüklər monolit dəmir - betondandır. Dam ikiyamaclı olub "Ondjlin” tipli vərəqələrlə örtülmüşdür. Qalan evlər (planda ölçüləri 7.5 x 3.3, 4.21x2.31 olan və sonradan inşa edilmiş 2-ci mərtəbələr istisna olmaqla) birmərtəbəli olub divarlarının qalınlığı 0.8 metrdir və but daşından inşa edilmişdir. Mərtəbənin hündürlüyü 3.2 metrdir. Mərtəbə və dam örtükləri agac materialındandır. Evlərin dam örtüyü yastı tipli olub, ruberoid materialı ilə örtülmüşdür. Bəzi hissələr asbest-şiferlə örtülmüşdür. Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Birmərtəbəli yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmiş və yararsız hala düşmüşdür. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş vərə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin giriş hissəsinin dar olması, sakinlər tərəfindən, müxtəlif illərdə, yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikili ərin inşa edilməsi, yanğın və bu kimi digər hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırır. Evlər sanitar-gigiyenik normaların tələblərinə cavab vermir. Həyətdə inşa edilmiş birmərtəbəli evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Ə.Vahid küçəsi 16: Nərimanov rayonu, Ə.Vahid küçəsi, 16 ünvanında ümumi həyətdə yerləşən birmərtəbəli evlər 1900-cü illərdə inşa edilmişdir. Həyəti birgirişlidir və 12 hissədən ibarətdir. Planda ölçüləri 19.8 x 3.73, 17.7 x 7.6, 13.96 x 11.08, 13.9 x 10.8, 13.4 x 7.2, 12.3 x 5.24,11.46 x 4.03, 4.44 x 4.11, 3.73 x 2.13, 2.8 x 2.13, 2.2 x 2 13, 1.61 x 1.3 metrdir. Bina divarlarının qalınlığı 0.8 metr olub, but daşından inşa edilmişdir. Mərtəbənin hündürlüyü 3.2 metrdir. Mərtəbə və dam örtüyü agac materialındandır. Binanın dam örtüyü yastı tipli olub, ruberoid materialı ilə örtülmüşdür. Bəzi hissələr asbest-şiferlə örtülmüşdür. Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və f.ziki aşınmaya məruz qalmışdır. Həyətə girişin üst hissəsinin (təqribən 7.0 metr məsafədə) örtüyünün ağac konstruksiyalarında çürümələr, sınmalar müşahidə olundu. Bu da gələcəkdə sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Birmərtəbəli yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmiş və yararsız hala düşmüşdür. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola biiər. Həyətin giriş hissəsinin dar olması, sakinlər tərəfindən, müxtəlif illərdə, yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililərin inşa edilməsi, yanğın və bu kimi digər hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırır. Evlər sanitar-gigiyenik normaların tələblərinə cavab vermir. Həyətdə inşa edilmiş birmərtəbəli evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. İşin müəyyən olunmuş hallarına əsasən ki, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, rəyi nəzərə alınaraq, Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 267 №li Sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, Rayonun Təbriz. Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0.884 ha torpaq sahəsi “İddiaçı" MMC-nin daimi istifadəsinə verilməsi, Rayonun Təbriz. Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "İddiaçı MMC-yə aşağıdakılar həvalə edilməsi, "İddiaçı” MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə “İddiaçı" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi, Tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsısatdan kənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması "İddiaçı" MMC-yə tapşırılması, layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla “xxxx" MMC-nm vəsaiti hesabına həyata keçirilməsi, Rayonun Təbriz küçəsi 32,
34. 36 38; Ə.Əlizadə 23, 25, 27 və Ə.Vahid küçəsi 14,16 yaşayış binalarının sakinləri ilə qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 32. 34 36 38; Ə.Əlizadə 23. 25. 27 və Ə.Vahid küçəsi 14,16 nömrəli yaşayış binalarının sökülməsi qərara alınmışdır. Mübahisəsi gedən ünvan 1 ünvanda yerləşən mənzillər üzrə sakinlər iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Rəhimova (Qafarova) Zibəndə Rəhim qızı və Cavabdeh7 mülkiyyətlərində olan mənzillərin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.m 1500 manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahələrindən 20-30% artıq sahəsi olan mənzil verilməklə, eləcə də yeni mənzil təhvil verilənədək hər birinə aylıq 500 manat kirayə haqqı ödənilməklə, Cavabdeh6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.m üçün 2000 manat kompensasiya ödənilməklə və ya inşa ediləcək yeni hündürmərtəbəli yaşayış binasında hazırki mövcud faktiki sahəsindən 20-30% artıq sahəsi olan qeyri-yaşayış sahəsi verilməklə, eləcə də yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 1000 manat kirayə haqqı ödənilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət qızı, Cavabdeh4, Cavabdeh5 oğlu, Rəhimova (Qafarova) Zibəndə Rəhim qızı və Cavabdeh7 qəzalı vəziyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrində yerləşən mənzillərdən və qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi tələbi irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Kollegiya hesab edir ki, mübahisə mülkiyyət hüququ ilə bağlı olduğundan, habelə mülkiyyət hüququnun pozulması (mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə) mübahisənin əsas dəlilini təşkil etdiyindən mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı Avropa İnsan Hüquqları Konvensiyasının (AHİK) 1 saylı Protokolunun 1-ci maddəsinin hazırkı işə tətbiq edilib-edilməməsi məsələsi müəyyən edilməlidir. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Kollegiya hesab edir ki, iddiaçı tərəfin Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 161 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamına əsaslanmaqla ünvan 2 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "İddiaçı MMC”-yə ayrılmış torpaq sahəsində yerləşən mənzillərdən cavabdehlərin çıxarılması və həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli binalarda yaşayış və ya qeyriyaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək aylıq kirayə haqqının verilməsi tələblərinin təmin olunması mülkiyyət hüququ əsasında cavabdehlərə məxsus olan yaşayış sahəsinə dair əmlaka mülkiyyət hüquqlarının pozulması, bu hüquqa müdaxilə və həmin hüququn “şərti və qeyri-sabit” xarakter almasına səbəb ola bilər. Bu mənada kollegiya prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdıracaq: mülkiyyət hüququna müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? Kollegiya xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb-yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlərin mülkiyyət hüquqlarına və müqavilə azadlığı prinsipinə (və ya müqavilə bağlamağa məcburetmə qadağasına) istinadla iddiaçı «Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 32, 34, və Ə.Vahid 14, 16 saylı evlərdə yaşayan sakinlərin əmlakının əvəzində İddiaçı MMC-nin tərəfindən yeni tikiləcək binada yaşayış və ya qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən təhvil alacağı günədək hər ay üçün kirayə pulunun ödənilməsi tələbi təmin oluna bilməz. Bu tələbin təmin olunması «müqavilə azadlığı» prinsipinə zidd olmaqla əmlaka dair mülkiyyətçiləri müqavilə bağlamağa məcbur edir ki, bu hal da mülki qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Xüsusilə nəzərə alınmalıdır ki, “Bakı şəhərinin Nərimanov və digər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarında vətəndaşların müqavilə bağlamağa məcbur olması ilə bağlı heç bir müddəa olmamışdır. Belə ki sözügedən qərarın 1.2-ci bəndinə əsasən İcra Hakimiyyətlərinə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirmələri tapşırılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlar Kabinetinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarı ləğv edilmişdir. xx xxxxxx 2019-cu il tarixli qərarın 4.1-ci bəndində də yuxarıda göstərilən müddəaya yer verilmişdir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X6 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə xx xxxx 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2332/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov