Məhkəmə qərarları › İş №2(103)-2107/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2107/2022

25.02.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2107/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh LPO QSC "xxxx" KB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı və ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (3- cü şəxs qismində "xxxx" MMC, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cəlb edilməklə) qarşı daşınmaz əmlakların ipotekasına xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-42/2022 saylı, 12.01.2022-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı və ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (3- cü şəxs qismində "xxxx" MMC, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə İddiaçı1 və İddiaçı2 arasında 30.08.3007-ci il tarixli ********** saylı, 17.07.2013-cü il tarixli İBO12-1428/5 saylı və 19.12.2013-cü il tarixli İBO12- 14286/6 saylı sonrakı ipoteka müqavilələri əsasında yüklü edilmiş adları aşağıda qeyd edilmiş yaşayış evlərinin ipotekalarına xitam verilməsi barədə qətnamə qəbul edilmiəsini xahiş etmişlər: Abşeron rayonu, Saray qəsəbəsi, Villa Badam yaşayış kompleksində yerləşən 1. A/4 saylı fərdi yaşayış evi; 2. A/3 saylı fərdi yaşayış evi; 3. A/10 saylı fərdi yaşayış evi; 4.A/11 saylı fərdi yaşayış evi; 5. A/21 saylı fərdi yaşayış evi; 6. A/24 saylı fərdi yaşayış evi; 7. A/27 saylı fərdi yaşayış evi; 8. A/37 saylı fərdi yaşayış evi; 9. A/40 saylı fərdi yaşayış evi; 10. A/47 saylı fərdi yaşayış evi; 11. A/64 saylı fərdi yaşayış evi; 12. A/65 saylı fərdi yaşayış evi; 13. A/71 saylı fərdi yaşayış evi; 14. A/72 saylı fərdi yaşayış evi; 15. A/78 saylı fərdi yaşayış evi; 16. A/80 saylı fərdi yaşayış evi; 17. B/08 saylı fərdi yaşayış evi; 18. B/15 saylı fərdi yaşayış evi; 19. B/30 saylı fərdi yaşayış evi; 20. B/31 saylı fərdi yaşayış evi;

21. B/40 saylı fərdi yaşayış evi; 22. B/41 saylı fərdi yaşayış evi; 23. B/12 saylı fərdi yaşayış evi; 24. B/48 saylı fərdi yaşayış evi; 25. C/16 saylı fərdi yaşayış evi; 26. C/37 saylı fərdi yaşayış evi; 27.C/39 saylı fərdi yaşayış evi; 28. C/44 saylı fərdi yaşayış evi; 29. A/5 saylı fərdi yaşayış evi; 30. A/22 saylı fərdi yaşayış evi; 31. A/25 saylı fərdi yaşayış evi; 32. A/29 saylı fərdi yaşayış evi; 33. A/31 saylı fərdi yaşayış evi; 34. A/36 saylı fərdi yaşayış evi; 35. A/45 saylı fərdi yaşayış evi; 36. A/51 saylı fərdi yaşayış evi; 37. A/66 saylı fərdi yaşayış evi;

38. A/75 saylı fərdi yaşayış evi; 39. B/04 saylı fərdi yaşayış evi; 40. B/07 saylı fərdi yaşayış evi; 41.B/11 saylı fərdi yaşayış evi.; 42. B/13 saylı fərdi yaşayış evi; 43. B/44 saylı fərdi yaşayış evi; 44. B/49 saylı fərdi yaşayış evi; 45. B/53 saylı fərdi yaşayış evi; 46. B/58 saylı fərdi yaşayış evi; 47. C/7 saylı fərdi yaşayış evi; 48. C/36 saylı fərdi yaşayış evi; 49. B/09 saylı fərdi yaşayış evi; 50. A/13 saylı fərdi yaşayış evi; 51. B/21 saylı fərdi yaşayış evi. Cavabdehin nümayəndəsi Nümayəndə2 01.12.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC “Bank Standard” KB-nin müflis elan edilməsi və iflas prosedurunun başlanılması, Əmanətlərin Sığortalanması Fondunun QSC “Bank Standard” KB-nin ləğvedicisi təyin olunması qərara alınmış, qərardad dərhal icraya yönəldilmişdir. Bildirir ki, Bankın faktiki olduğu yer Əmanətlərin Sığortalanması Fondunun inzibati binasıdır. Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40-dır. Bu baxımdan məhkəmə aidiyyətinə uyğun olaraq iş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin aidiyyətinə aiddir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-42/2022 saylı, 12.01.2022-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 24.01.2022-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, ünvan 2rdadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iddia ərizəsi AR MPM-nin 36.2-ci maddəsinə əsasən cavabdeh olan hüquqi şəxslərdən birinin hüquqi ünvanı üzrə verilmişdir. AR MPMnin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə qarşı iddia cavabdehlərdən birinnin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının hüquqi ünvanı AR X4 Dövlət Reyestrindən məlumata əsasən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan, 4-dür. Belə olan halda hüquqi şəxs olan QSC "xxxx" KB hüquqi şəxs kimi ləğv olunmadığı üçün, dövlət reyestrində qeydiyyatı hazıradək mövcud olduğu üçün, yəni hüquq qabiliyyətli olduğu üçün ona qarşı məhkəmədə iddia onun rəsmi hüquqi ünvanı üzrə qaldırıla bilər. İddiaçılar tərəfindən iddia ərizəsi seçim aidiyyəti üzrə cavabdehlərdən birinin hüquqi ünvanı üzrə aiddiyyət qaydalarına riayət edilməklə verildiyi üçün, məhkəmə tərəfindən icraata düzgün götürülmüşdür və bu səbəbdən cavabdehin nümayəndəsi tərəfindən verilən vəsatət heç bir halda əsaslı hesab edilə bilməz. Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 40 olsa da, bu hal mülki işin aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz. Birincisi, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi kimi ikinci cavabdeh kimi çıxış edir, ikincisi, Əmanətlərin Sığortalanması Fondu müstəqil hüquqi şəxs kimi hazırki tələb üzrə ümumiyyətlə cavabdeh deyil və o, cavabdehliyi yalnız ləğvedici kimi daşıyır. Yəni Fond məhkəmənin qərarına əsasən QSC“ Bank Standard” KB-nin ləğvedicisi kimi təyin olunduğu üçün o hazırki tələb üzrə Fond olaraq cavabdeh deyil. Beləliklə, Bakı şəhər Səbail rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(009)-42/2022 saylı qərardadı qəbul edilərkən AR MPM-nin 35.2-ci maddəsi düzgün tətbiq edilmədiyi üçün, həmçinin AR MPM-nin 36.2-ci maddəsinin tələbləri nəzərə alınmadığı üçün, həmin qərardad əsassız hesab edilməli və ləğv edilməlidir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-42/2022 saylı, 24.01.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Quliyev şikyətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat vermmişdir. Kollegiya cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarında olan AR ƏN X1 Reyestrindən 27.09.2017-ci il tarixli çıxarışdan görünür ki, Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının hüquqi ünvanı AR X4 Dövlət Reyestrindən məlumata əsasən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan, 4-dür. Belə olan halda hüquqi şəxs olan QSC "xxxx" KB hüquqi şəxs kimi ləğv olunmadığı üçün, dövlət reyestrində qeydiyyatı hazıradək mövcud olduğu üçün, yəni hüquq qabiliyyətli olduğu üçün ona qarşı məhkəmədə iddia onun rəsmi hüquqi ünvanı üzrə qaldırıla bilər. Bundan başqa, iş materiallarından görünür ki, iddia tələbi iki cavabdehə qarşı irəli sürülmüşdür: 1) LPO QSC Bank Standart KB və 2) LPO QSC Bank Standart KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu. Belə olan halda, iddiaçılar tərəfindən iddia ərizəsi seçim aidiyyəti üzrə cavabdehlərdən birinin hüquqi ünvanı üzrə aiddiyyət qaydalarına riayət edilməklə verilmişdir. Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bül- Bül prospekti 40 olsa da, bu hal mülki işin aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz. Birincisi, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi kimi cavabdehlərdən biri kimi çıxış edir. İkincisi, Əmanətlərin Sığortalanması Fondu müstəqil hüquqi şəxs kimi hazırki tələb üzrə ümumiyyətlə cavabdeh deyil və o, cavabdehliyi yalnız ləğvedici kimi daşıyır. Yəni Fond məhkəmənin qərarına əsasən QSC“ Bank Standard” KB-nin ləğvedicisi kimi təyin olunduğu üçün o, hazırki tələb üzrə Fond olaraq cavabdeh deyil. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-42/2022 saylı, 12.01.2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi

q ə r a r a a l d ı:

İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-42/2022 saylı, 12.01.2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar