Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-211/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (" əmlaka dair çıxarışın ləğvi, vərəslik hüququnun tanınması, payların müəyyən edilməsi ) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlaka dair çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 367/2024 saylı işi üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 adına xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməsini, xx.xx.1978-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Azərbaycan SSR Kommunal Təsərüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. sahəsi olan torpaq sahəsinə vərəsəlik hüququnun tanınaraq torpağa dair vərəsəlik payının müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası 7 saylı notariat ofisinin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı mərhum X2 doğma oğludur. Hazırki iş üzrə vərəsəlik işi açılan tərəf X13r. O, 11 fevral 1978-ci ildə Bakı şəhərinin Xəzər rayonunda vəfat etmişdir. Mərhum X31 10 oktyabr 2001-ci il tarixdə vəfat etmişdir. Hazırda o, ünvan 1 ünvanındakı evi və torpaq sahəsini atasının vəfatından sonra o, idarə edir. Həmin mülk və torpaq sahəsi onun nənəsinə məxsus olmuşdur. O, müvafiq olaraq notariat ofisinə müraciət etsə də, notariusun cavab məktubunda torpaq sahəsinə dair sənəd təqdim edilmədiyinə görə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən hazırki torpaq sahəsi 4699,3 kv. m. təşkil edir. 1900,0 kv. m. torpaq sahəsi X8 istifadəsindədir. Lakin qalan hissə üzrə vərəsəlik işi açılmamışdır. O, hesab edir ki, torpaq sahəsinin 2799 kv. m. hissəsinə dair vərəsəlik işi açılmalı olduğu halda notarius bundan imtina etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-367/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3 “ Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 12.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mərhum X7 adına çıxarış qanunvericiliklə müəyyən edilmiş qaydada verildiyi üçün iddiaçının həmin çıxarışın ləğv edilməsi barədə tələbi əsassızdır. İddiaçının ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. torpaq sahəsinə vərəsəlik hüququnun tanınaraq həmin torpaq sahəsinə pay hüququnun müəyyən edilməsi hissəsinə münasibətdə yuxarıda göstərilən torpaq sahəsinin mərhum X14 məxsus olması iş materialları ilə təsdiq edilmədiyi və torpaq sahəsinin həmin şəxsə məxsus olması barədə sənəd olmadığı üçün həmin tələb təmin edilə bilməz.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Doğum haqqında şəhadətnaməsnin surətinə əsasən, İddiaçı xx.xx.1973-cü il tarixdə doğulmuşdur. X1, anası X3r; - AZ-İİ seriyalı, 221488 nömrəli ölüm haqqında şəhadətnaməni surətinə əsasən, X18 xx.xx.1978-ci il tarixdə ölmüşdür; - AZ seriyalı, 095874 nömrəli ölüm haqqında şəhadətnaməni surətinə əsasən,X15 30 iyun 2001-ci ildə, 74 yaşında ölmüşdür; - AZ-İ seriyalı, 270688 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X9 01 noyabr 2007-ci ildə ölmüşdür; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli, **********74 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və oun yerləşdiyi 0,19 ha torpaq sahəsi Aərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli texniki pasporta, Bakı şəhəri 7 saylı notariat kontorunun 479 nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna və mərhuma aid Bakı şəhəri 10 saylı notariat kontorunun 3914 saylı, 1978-ci il tarixli ölüm haqqında şəhadətnaməyə, habelə Bakı şəhəri 9 saylı notariat kontorunun 7E-27431 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli mərhumun vərəsəsi X19 tərəfindən ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. torpaq sahəsindən faktiki istifadəsində olan 1900,0 kv. m. torpaq sahəsinin özəlləşməsinə və dövlət reyestrindən çıxarışın alınmasına etiraz etməməsi ilə bağlı ərizəsinə əsasən X7 adına xx.xx.2016-cı il tarixdə dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Sonradan barəsində soruşulan fərdi yaşayış evi və onun yerləşdiyi 0,19 ha torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə X8 adına qeydiyyata alınmışdır və hazırda adındadır; - Bakı şəhəri 7 saylı notariat ofisinin 2V-265 nömrəli vərəsəlik işinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 54 nömrəli ev və həmin evin yerləşdiyi 0,19 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mərhum X14 məxsus olmuşdur. X7 vəfatından sonra X19 həmin şəxsin qanun üzrə vərəsəsi hesab edilmişdir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 36,9 kv/m olan fərdi yaşayış evinə və mülkiyyətdə olan 0,19 ha torpaq sahəsinə dair verilmiş 02 dekabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 həmin əmlakdan 1/1 hissədə pay hüququ müəyyən edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Xəzər rayon məhkəməsinin 2(003)-367/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini, İddiaçı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.1-8, 1257-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərüfat Nazirliyi tərəfindən verilmiş 1963- cü il tarixli texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. sahəsi olan torpaq sahəsi X14 məxsus olmuşdur. X18 İddiaçı nənəsidir. İş materiallarında olan AZ-İİ seriyalı, 221488 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1978-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə doğulmuşdur. İddiaçının X1,anası X3r. İş materiallarında olan AZ seriyalı, 095874 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 30 iyun 2001-ci ildə, 74 yaşında ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 270688 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01 noyabr 2007-ci ildə ölmüşdür. X7 ölümündən sonra ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. torpaq sahəsi hasarlanmaqla iddiaçının atası və əmiləri arasında 4 hissəyə bölünmüşdür, onların istifadələrində olmuşdur. İddiaçının X1nun ölümündən sonra mübahisəli torpaq sahəsinin 11,5 ar hissəsi iddiaçının istfadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, idarənin arxivində saxlanılan 1963- cü il tarixdə tərtib edilmiş texniki pasportuna, həmçinin X8 həmin ünvanda yerləşən 4699,3 kv. m. torpaq sahəsindən faktiki istifadədə olan 1900 kv. m. torpaq sahəsinin özəlləşməsinə etiraz etməməsi barədə ərizəyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 54 saylı ev və həmin evin yerləşdiyi 0,19 ha torpaq sahəsi X7 adına qeydiyyatdan keçmişdir. X19 iddiaçının əmisidir. X19 anası X7 adına olan 4699,3 kv. m. torpaq sahəsindən məhz özünün faktiki istifadəsində yalnız 1900 kv. m. torpaq sahəsi olduğu, digər 2799 kv. m. hissənin isə onun istifadəsində olmadığı üçün məhz həmin 1900 kv. m. torpaq sahəsinin özəlləşməsinə dair X7 vərəsəsi kimi ərizə vermişdir. Bununla da miras əmlakı olan X7 adına 4699,3 kv. m. torpaq sahəsini vərəsə kimi X19 faktiki olaraq qismən1900 kv. m. torpaq sahəsi həcmində qəbul etmişdir. Bunun əsasında da, 0,19 ha torpaq sahəsi X8 adına qeydiyyatdan keçmiş miras əmlakın digər 2799 kv. m. hissəsini isə digər vərəsələr faktiki qəbul etsələr də, sadəcə olaraq həmin hissələrin dövlət qeydiyyatını həyata keçirməmişlər. Hazırki iddianın da məqsədi məhz X14 məxsus olmuş miras əmlak ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. sahəsi olan torpaq sahəsini faktiki qəbul etmiş vərəsələr arasında bölünməsindən ibarətdir. Xəzər rayon məhkəməsi 2(003)-367/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini “ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. torpaq sahəsinin mərhum X14 məxsus olmasının iş materialları ilə təsdiq edilmədiyi və torpaq sahəsinin həmin şəxsə məxsus olması barədə sənəd olmadığı” ilə əsaslandırmışdır. Halbuki, iş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. sahəsi olan torpaq sahəsi və üzərindəki tikililər X14 məxsus olmuşdur.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2025-ci il tarixli cavab məktubu ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Məktubda qeyd edilmişdir ki, (103)-211/2025 N°-li iş üzrə xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin (bundan sonra - Xidmət) mütəxəssisləri cəlb olunmaqla Mərkəzin ekspertlərinə tapşırılmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 4.0.7-ci bəndinə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. Bundan əlavə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.38-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi olaraq müəyyən olunmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanunun 6-cı maddəsinə görə dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Qeyd olunan normativ sənədlərin tələblərindən aydın olur ki, Xidmət dövlət orqanı kimi rəy vermək səlahiyyətinə malikdir və həmin rəylər dövlət orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən qərar qəbul edilməsi üçün əsas hesab oluna bilər.Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri apardıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır. Göstərilənlərə əsasən, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2ci bəndinə görə qərardad icrasız geri qaytarılır.
6. Xəzər rayon İcra Hakimiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatı, mülkiyyətçiləri və onların əldə etmə əsasları barədə aidiyyəti üzrə Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat başına uçot kitablarına istinadən verdiyi məlumata əsasən ünvan 1 ünvanında X25, X23, X20, X21, X26 və X10 qeydiyyatda olduqları, həmçinin sözügedən ünvana dair nümayəndəlikdə hər hansı hüquqmüəyyənedici və texniki sənədlərin olmadığı bildirilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvan 28 aprel küçəsi, ev 54) ünvan 5lmiş xx.xx.2015-ci il tarixli 479 nömrəli məktubuna, 1963-cü il tarixli texniki pasporta əsasən 23.11 2016-cı il tarixdə X7 adına qeydiyyatdan keçmişdir.Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 2V- 265 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, torpaq sahəsi avqust 1963-cü il tarixli texniki pasportda 0.4698 ha göstər m şa r sahə üzərində “A" literli yaşayış evi var). Torpaq sahəsinin 0.19 ha sahəsi və “A" literli ümumi sahəsi 36.9 kv.m (2 otaq yaşayış sahəsi 20.8 kv.m) olan fərdi yaşayış evi **********78-10301 reyestr nömrəsi ilə X8 xüsusi mülkiyyətindədir. Yerdəqalan torpaq sahəsi 0.11602 ha olmaqla bir hissəsində yardımçı tikili, digər torpaq sahəsi 0.1773 ha olmaqla üzərində yaşayış evi və köməkçi tikililər inşa edilmişdir. Yerdəqalan ümumi torpaq sahəsi 0.29332 ha təşkil edir.
9. Apellyasiya icraatı zamanı X27, X16( X11 etibarnamə üzrə nümayəndəsi) və X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismindən cəlb edilmiş, Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27, X16( X11 etibarnamə üzrə nümayəndəsi) və X23 4 ailə arasında həmin torpaq sahəsi üzrə faktiki bölgü olduğunu və aralarında bu məsələ ilə bağlı hər hansı mübahisə olmadığını bildirmişdirlər.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, X7 iddiaçının nənəsi olduğunu və 1978-ci ildə vəfat etdiyini, onun ölümündən sonra ünvan 6 ünvanında yerləşən 4699.3 kv.m torpaq sahəsinin onun 4 oğlu arasında faktiki olaraq bölündüyünü, həmin torpaq sahəsinin 19 sotunun Babayev Ədalətin, təqribən 11,5 sotunun Babayev Ağadadaşın , 10, 5 sotunun Babayev Sabirin, yerdə qalan 6,5 sotun isə digər qardaş Babayev Niyazinin istifadəsində olduğunu, həmin 4 oğul övladından birinin 2001-ci ildə vəfat edən iddiaçının X1 olduğunu və atasına məxsus olan hissəsinin onun ölümündən sonra faktiki olaraq iddiaçı və qardaşı tərəfindən idarə edildiyini, yerdə qalan iddiaçının əmilərindən 3 qardaşının ikisinin də vəfat etdiyini və onlara məxsus hisənin də bugünki gündə övladlarının faktiki olaraq istifadəsində olduğunu,iddiaçı ona məxsus olan hissənin rəsmiləşdirilməsi üçün müvafiq notarius orqanına müraciət etdiyini, lakin notariusun torpaq sahəsinə dair sənədin təqdim edilməməsi səbəbindən vərəsəlik haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirdiyini, həmçinin bu məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i Daşınmaz Əmlakın Dövlət Kadastrı və X38 şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərildiyini, sorğuya cavab olaraq isə həmin torpaq sahəsinin 1900,0 kv.m hissəsinə münasibətdə X8 adına rəsmiləşdirildiyini, digər vərəsələrə münasibətdə vərəsəlik işinin açılmadığını bildirdiklərini, bugünki gündə tərəflər arasında həmin torpaq sahəsinin faktiki olaraq bölünüb, hasarlanıb istifadələrində olduğunu və bununla bağlı heç bir mübahisələrinin olmadığını bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən cavabdehlərin və mübahisə predmeti barəsinsə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə nəzərdə keçirirək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, kollegiya tərəfindən apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq iş üzrə müvafiq sorğular və ekspertiza təyin edilmiş, mütəxəsis rəyi alınmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, torpaq sahəsi avqust 1963-cü il tarixli texniki pasportda 0.4698 ha göstərilmiş sahə üzərində “A" literli yaşayış evi var). Torpaq sahəsinin 0.19 ha sahəsi və “A" literli ümumi sahəsi 36.9 kv.m (2 otaq yaşayış sahəsi 20.8 kv.m) olan fərdi yaşayış evi **********78-10301 reyestr nömrəsi ilə X8 xüsusi mülkiyyətindədir. Yerdəqalan torpaq sahəsi 0.11602 ha olmaqla bir hissəsində yardımçı tikili, digər torpaq sahəsi 0.1773 ha olmaqla üzərində yaşayış evi və köməkçi tikililər inşa edilmişdir. Yerdəqalan ümumi torpaq sahəsi 0.29332 ha təşkil edir. Beləliklə bununla da müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi mülki işi araşdırarkən səhv nəticəyə gəlmiş, ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərlə mərhum X17 məxsus olması, onun ölümündən sonra vərəsələri olan 4 oğlu arasında faktiki olaraq bölgüsünün aparılması həmin işin materialları, həm tərəflərin izahatları ilə öz təsdiqini tapmış olur. Digər tərəfdən Notarius öz vəzifə səlahiyyətlərini düzgün yerinə yetirməyərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsi, 54 saylı fərdi yaşayış evinin 0.19 ha hissəsini ( köhnə ünvan 28 aprel küçəsi, ev 54) xx.xx.2016-cı il tarixli 2V- 265 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016cı il tarixdə X8 adına qeydiyyatdan keçirdiyi halda digər vərəsələrin olub-olması, digər vərəsələr olduğu təqdirdə onların hər birinin cəlb olunması ilə bağlı vəzifə səlahiyyətlərini yerinə yetirməmiş və əsassız olaraq iddiaçının vərəsəlik hüquqnun tanınmasında imtina etmişdir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
15. “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X12 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 12.2. Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12.3. Çıxarışda göstərilən məlumatlar X12 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Çıxarışda göstərilən məlumatların X12 Sistemi üzərindən təqdim edilməsi çıxarışın təqdim edilməsinə bərabər tutulur.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-367/2024 saylı işi üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, X7 adına xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməli, xx.xx.1978-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Azərbaycan SSR Kommunal Təsərüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli texniki pasporta əsasən iddiaçının (və digər aidiyyət şəxslərin) ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. sahəsi olan torpaq sahəsinə vərəsəlik hüququnun tanınaraq, vərəsəlik payının müəyyən edilərək, vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası 7 saylı notariat ofisinin üzərinə qoyulmalı, eyni zamanda tələbdə göstərilməsə də qanunla nəzərdə tutulan bütün varislərin iştirakı ilə vərəsəlik işində nöqsanların aradan qaldırılması baxımından X19 adına verilmiş vərəsəlik şəhadətnaməsi də ləğv edilməlidir. Qalan hissədə iddia təmin edilməməmlidir.
18. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb olmadığından dövlət rüsumuna görə ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-367/2024 saylı işi üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlaka dair çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik paylarının müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. X7 adına xx.xx.2016-cı il tarixdə verilmiş çıxarış və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 adına verilmiş vərəsəlik şəhadətnaməsi ləğv edilsin, xx.xx.1978-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Azərbaycan SSR Kommunal Təsərüfat Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli texniki pasporta əsasən, iddiaçının (və digər aidiyyət şəxslərin) ünvan 1 ünvanında yerləşən 4699,3 kv. m. sahəsi olan torpaq sahəsinə vərəsəlik hüququ tanınsın,torpağa dair vərəsəlik payı müəyyən edilərək vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası 7 saylı notariat ofisinin üzərinə qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.