Məhkəmə qərarları › İş №2(103)-2112/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2112/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2112/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1098/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət edərək, Cavabdeh 100.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianı təmin etmə tədbirinin tətbiqinə dair vəsatət verərək, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evinin, “Mercedes Benz Vito111” minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması, həmin əmlakların özgəninkiləşdirilməsini cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1098/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evinin, “Mercedes Benz Vito111” minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə iddianın təmini tədbiri kimi həbs qoyulmuşdur. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili X2 şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1098/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evi iş üzrə Cavabdeh mülkiyyətində deyil, iş üzrə tərəf olmayan X1 mülkiyyətindədir. Hesab edir ki, əmlakın üzərinə həbs qoyulması X1 mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1098/2020 nömrəli qərardadı ilə üçüncü şəxs X1 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1098/2020 nömrəli qərardadı qismən ləğv edilmiş, X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 164T nömrəli bağ evinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1098/2020 nömrəli qərardadının ləğv edilməsini, üçüncü şəxs X1 iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)- 1098/2020 nömrəli qərardadından verdiyi şikayətin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və maraqlı şəxs kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş Reyestrdən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaqla iddianı təmin etmək üçün tədir görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəsi ilə razılaşaraq hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evi Cavabdeh mülkiyyətində deyil, iş üzrə tərəf olmayan X1 mülkiyyətində olduğuna görə, məhkəmə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadını - X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evinin üzərinə həbs qoyulmasına dair hissədə ləğv edərkən haqlı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar