Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2112/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(004)-5674/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin "xxxx" MMC-yə qarşı işə bərpa, əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC-nin baş direktorunun 28.07.2021-ci il tarixli, 136 K saylı əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ASC-nin "xxxx" MMC-nin rəhbəri ilə müvafiq əmək müqaviləsi bağlamaqla 25.10.2019-cu il tarixli 962 saylı əmr əsasında Cəmiyyətin Göyçay Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 12-ci dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə götürülmüşdür. Cavabdeh "Azərsu” ASC-nin "xxxx" MMC-nin baş direktorunun 28.07.2021-ci il tarixli, 136 K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının işdən azad olunmasına səbəb kimi Göyçay rayon Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi-çilingərləri tərəfindən MMC-nin rəhbərinə ünvanlanmış 14.07.2021-ci il tarixli ərizənin olduğu göstərilir. Həmin ərizənin məzmununa əsasən iddiaçı barəsində yazılanlar tam əsassızdır və həqiqəti əks etdirmir. Həmin ərizə tam əsassız olmaqla iddiaçıya münasibətdə rəhbərlik tərəfindən qərəzli olaraq təşkil olunmuşdur. İddiaçı çalışdığı müəssisənin rəhbəri tərəfindən onun işdən çıxardılması üçün Göyçay rayon Sukanal sahəsinin istismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçiçilingərlərinə müxtəlif vədlər verərək, iş saatının azaldılması və s. kimi, onları aldadaraq iddiaçı barəsində həqiqətə uyğun olmayan, dezinformasiya xarakteri daşıyan ittihamlarla səciyyələnən ərizə yazdırılmışdır. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri pozulmuşdur, belə ki, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılan zaman ziyan və işin ahəngini pozan əlamətlər olmamışdır. İşdən çixarılma barədə əmr əsaslandırılmamış, işəgötürənin mənafeyinə xələl gətirməsi, hüquqpzountusu olması öz əksini tapmamışdır. Hesab edir ki, bu əsasla İddiaçı işdən çıxarılması onun əmək hüquqlarının kobud şəkildə pozulmasıdır, tam qanunsuz və əsasızdır və işəgötürən tərəfindən heç bir obyektiv araşdırma aparılmadan qərəzli şəkildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbeh tədbiri almamışdır. Məhkəmədən "Azərsu” ASC-nin “Birləşmiş Sukanal’ MMC-nin baş direktorunun 28.07.2021-ci il tarixli, 136 K №-li əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əmr əsaslandırılmayıb, əmrdə işəgötürənin mənafeyinə xələl gətirməsi, hüquqpzountusu olması öz əksini tapmayıb. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(004)-5674/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, qeyd olunan əsasla İddiaçı işdən çıxarılması onun əmək hüquqlarının kobud şəkildə pozulmasıdır, tam qanunsuz və əsasızdır və işəgötürən tərəfindən heç bir obyektiv araşdırma aparılmadan qərəzli şəkildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbeh tədbiri almamışdır. Əlavə olaraq bildirmişdir ki, əmr əsaslandırılmayıb, əmrdə işəgötürənin mənafeyinə xələl gətirməsi, hüquqpozuntusu olması öz əksini tapmayıb. Belə ki, İddiaçı çalışdığı müəssisənin rəhbəri tərəfindən onun işdən çıxardılması üçün Göyçay rayon Sukanal sahəsinin istismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi-çilingərlərinə müxtəlif vədlər verərək, iş saatının azaldılması və s. kimi, onları aldadaraq iddiaçı barəsində həqiqətə uyğun olmayan, dezinformasiya xarakteri daşıyan ittihamlarla səciyyələnən ərizə yazdırılmışdır. Əmək müqaviləsinə xitam verilərkən, ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. Onun əmək fəaliyyyəti nəticəsində işin və xidmətin normal ahəngi pozulmamış, işəgötürənə heç bir maddi zərər dəyməmiş, əmr əsaslandırılmamışdır. ƏM-nin 72-ci maddəsinin “e” bəndinin tələbləri də pozulmuşdur. Əmrdə işəgötürənin mənafeyinə xələl gətirməsi, hüquqpozuntusu olmasının öz əksini tapmamasına hüquqi qiymət verilməmişdir. Qətnamə qəbul edilərkən MPM-nin 14, 76, 77, 82, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Bu məsələ ilə əlaqədar araşdırma aparılması üçün Prokurorluq orqanlarına müraciət olunmalı idi. Bunlar iddiaçıya qarşı qərəzli mövqedir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətin müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh ASC-nin "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, iddiaçının əmək müqaviləsinin şərtlərini pozması, həmçinin işçilərin ərizədə göstərdikləri halların öz əksini tapması faktlarla sübuta yetirilmişdir. İddiaçı Cavabdeh ASC-nin "xxxx" MMC-nin Göyçay Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun rəhbəri olub və işlədiyi müddətdə öz tabeçiliyində olan işçilərdən müxtəlif bəhanələrlə pul tələb edib. Tabeçiliyində olan çilingərlər özləri ərizə yazıb Cavabdeh ASC-yə göndəriblər. Ərizə ordan onların idarəsinə daxil olmuşdur. X17 İdarəsinin yerində araşdırma aparılması üçün direktor onu və direktor müavinini Göyçaya ezam etmiş, onlar da Göyçaya getmişlər. Göyçayda işçilər ərizələrində yazdıqlarını yenə təsdiq etmiş, bununla bağlı çəkmiş olduqları videogörüntüləri, səsyazılarını onlara təqdim etmişlər. Hansı ki, həmin videogörüntülər və səs yazıları Fazil müəllimin işçilərdən pul tələb etdiyini və aldığını təsdiq edirdi. Sonra onlar Fazil müəllimi həmkarlar iclasına dəvət etmişlər və orda deyilənləri təsdiq etmişdir. İddia ərizəsinə etirazılarının əsasları-iddiaçının özünün izahatı, işçilərin şikayət ərizəsi, yerində xidməti araşdırma və həmkarlar ittifaqının iclasında verilən suallara verdiyi cavablardır. İddiaçı uzun müddət onların işçiləri olmaqla yanaşı, münasibətləri yaxşı olduğundan, bu faktla bağlı Korrupsiyaya müraciət etmək istəməyiblər. O, iddiaçı tərəfin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, verilmiş əmr Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib edilmişdir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(004)-5674/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən: Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC ilə İddiaçı arasında bağlanmış 962 saylı 25.10.2019-cu il tarixli əmək müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh ASC Birləşmiş Sukanal MMC ilə İddiaçı arasında 25.10.2019-cu il tarixdən 25.01.2020-ci il tarixədək 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmışdır, işçi Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC-nin Göyçay Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupuna 12-ci dərəcə ilə mühəndis qrup rəhbəri peşəsinə işə qəbul edilmişdir, aylıq əmək haqqı 895 manatdır. Əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, İddiaçı 25.10.2019-cu il tarixdə Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC-nin Göyçay Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupuna 12-ci dərəcə ilə mühəndis qrup rəhbəri peşəsinə işə qəbul edilmiş və 28.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmk Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC-nin Göyçay Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun çilingərləri tərəfindən təqdim olunmuş ərizdən görünür ki, Ü.Rəhimov, İ.Kərimov, N.Əhmədov, M.Məmmədov, N.Abbasov, S.Eyyubov, A.Cəlilov, H.İsmayılov, R.Mehdiyev ərizə yazaraq bildimişlər ki, havaların isti keçməsi ilə əlaqədar olaraq onlar hər gün verilən qrafikə əsasən əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə öhdələrinə düşən vəzifəni yerinə yetirmək və əhalinin narazı qalmaması üçün xidməti ərazilərindən çıxmırlar. X19 Kanal İdarəsinin istismarın təşkili və nəzarət qrup rəhbəri İddiaçı onlara israrla bildirir ki, onlar hər gün saat 09:00-da idarəyə gəlməlidirlər. Ancaq onlar Fazil müəllimə bildirmişlər ki, hər gün kənddən 30-35 km məsafəni gəlib-getmək çətinlik törədirvə 0,5 ştatla aldıqları maaş yola sərf olunur. Onları işə götürərkən məlumatlandırılıblar ki, onlar həftənin 5 iş gününün sonuncu gnüdə idarəyə gəlib, gördükləri işlə barədə məlumat verməli tabelə qol çəkməlidirlər. Bu şəxsin məqsədi işin normal təşkili deyil öz şəxsi maraqlarının təmin edillməsidir. İddiaçı onlardan tələb edir ki: “Ya siz gündəlik idarəyə gəlməli, ya da yola xərclənəcək pulu mənə verməlisiniz. Əhalinin su ilə təminatı məni maraqlandırmır. Mənim aylığım və gündəlik tələbatım sizlər tərəfindən ödənilməlidir.” Onlar da kənddə yaşadıqları üçün bildirmişlər ki, ona kənd payı gətirə bilərlər. İddiaçı bununla da razılaşmamış, bildirmişdir ki, əhalidən pul toplayıb ona gətirsinlər. Bu işi bacarmayan işçilər ona lazım deyil. Aldıqları məvacibin bir hissəsini rüşvət kimi onlardan tələb edir. Bu faktın sübutu kimi əllərində fotoşəkillər və videoyazılar var. Fazil müəllim açıq bəyan edir ki, şəhid və qazi ailələri onun üçün maraqlı deyil. Onun ailəsinin bütün tələbatını onlar təmin etməlidirlər. Fazil müəllim açıq-açığa bildirir ki, Ağdaş rayonunda işləyəndə maşınının təkərindən belə işçilərə aldırmışdır. İndi də onlardan tələb edir ki, otağındakı kondisionerin təmiri üçün 280 manat pula ehtiyac var. Onlar isə bildirmişlər ki, onların kondisioner təmir etməyə gücü çatmır. O isə yenə həmişəki kimi onlardan təkidlə pulun iyun ayının əmək haqqını aldıqdan sonra yığılıb onun otağındakı seyfə qoyulmasını tələb etmişdir. Onlar da topladıqları pulu apararaq seyfə qoymuşlar. Qeyd edilənlər hamısı onlarda video və səsyazısı şəklində mövcuddur. Bu şəxs bir dəfə də olsun xidməti ərazilərdə olmayıb, kəndlərdə baş verən qəzalardan xəbərsizdir. Direktor müavini Vəfa Qəyyumov tərəfindən təqdim olunmuş xidməti məlumatdan görünür ki, Vəfa Qəyyumov bildirmişdir ki, o, MMC-yə daxil olan 15.07.2021-ci ii tarixli, kol-130 saylı müraciətin, 24.06.2021-ci il tarixli, 285 saylı, 30.06.2021-ci il tarixli, 299 saylı xidməti yazıların araşdırılması məqsədilə 15-16 iyul tarixlərində energetik Adil Nesibov, hüquq məsləhətçisi Ramidə Məhərrəmova ilə birlikdə Göyçay sukanal sahəsində ezamiyyətdə oldular. 15.07.2021-ci il tarixli, kol-130 saylı müraciətin araşdırılması ilə əlaqədar istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbəri İddiaçı və istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi çilingərləri sahəyə dəvət olundular. Xidməti araşdırma sahə rəisi İ.Kərimov, energetik A.Nəsibov, hüquq məsləhətçisi R.Məhərrəmovanın iştirakı ilə aparıldı. Müraciətin məzmunu tərəflərin nəzərinə çatdırılaraq gəlişilərini səbəbi bildirilib və müraciətə uyğun şifahi izahat vermələri xahiş olundu. Təmirçi çilingərlər müraciətdə yazdığı faktları İddiaçı iştirakı ilə bir daha təsdiq ediblər və daha aqressiv fikir bildirərək bu hallara son qoyulmasını xahiş ediblər. İddiaçı onun barəsində səslənən faktlara aydınlıq gətirərək tabeçiliyində olan təmirçi çilingərlər tərəfindən 50 manat dəyərində bır ədəd tefal alındığını, 12 manat dəyərində istifadə üçün kağız alındığını və xidməti otağında olan kondinsonerin təmiri üçün miqdarını qeyd etmədiyi məbləğdə pulun yığıldığını lakin, işçilərdən idarəyə gəlmədikləri üçün pul almadığını bildirdi. Təmirçi çilingərlər isə bütün bu məqsədlər üçün İddiaçı tərəfindən hər ay maaşlarının yarısının tələb olunduğunu iddia etdilər. Bundan əlavə telefon danışıqlarının, video görüntülərin olduğunu bildirdilər. İddiaçı iştirakı ilə səs yazıları dinlənildi və video görüntülərə baxıidı. Bunun qarşılığında İddiaçı izahat istənildi. İddiaçı faktları təsdiq etdi lakin, bütün bunların çilingərlər tərəfindən könüllü edildiyini bildirdi. Hüquq məsləhətçisi R.Məhərrəmova İddiaçı məsələyə hər hansı fikir bildirməyindən asılı olmayaraq fakt təsdiqini tapdığını və onun əməllərində cinayət tərkibinin olduğuna izah verdi hətta Prokurorluq orqanları tərəfindən araşdırmalı olduğunu da bir daha diqqətinə çatdırdı. 24.06.2021-ci il tarixli, 285 saylı xidməti məlumatın araşdırılması ilə əlaqədar energetik A.Nəsibov şifahi izahat verdi. İddiaçı isə faktı təsdiq etmədi. Faktı təsdiq etməməyinə baxmayaraq enegetik A.Nəsibov fakt üzrə əsaslandırıcı fikirlər səsləndirdi və İddiaçı təkzibinə baxmayaraq fakt təsdiqini tapdı. 30.06.2021-ci il tarixli 299 saylı xidməti yazının araşdırılması ilə əlaqədar sahə rəisi İ.Kərimovdan məlumat istənildi. İ.Kərimov isə 3 aydır yanacağın hesabatının verilməməsinə müxtəlif bəhanələr gətirərək əsaslı bir səbəb göstərə bilmədi. Bunun çox ciddi nöqsan olduğu sahə rəisi İ.Kərimovun diqqətinə çatdırıldı və 2 (iki) iş günü müddətində hesabatın verilməsi tələb olundu. Sahə rəisinin vəzifə təlimatlarına düzgün əməl etməsini, rəhbərin tapşırığını yerinə yetirməyərək hesabatı 2 iş günü müddətində verməyəcəkləri təqdirdə məsui şəxiər barəsində ciddi intizam tənbehi tətbiq olunacağı bildirildi. Bütün bu məsələlərlə bağlı İddiaçı yazılı izahatları alındı. Yazılı izahatlarını şifahi verdiyi izahatlara uyğun yazdı. Yazılı izahatiar əlavə olunur. Bunlardan əlavə sahənin idarəçiliyində böyük problemlərin olduğunun şahidi olduq. Belə ki, araşdırma zamanı işçilərin yanında sahə rəisi İ.Kərimov İddiaçı intizam qaydalarını kobud şəkildə pozaraq qeyri etik ifadələrdən istifadə edirdilər. Digər işçilər isə onların bu hərəkətlərindən narazılıqlar etdilər. Araşdırmanın sonunda rəhbər işçilərə işlərində dönüş yaratmaqla nöqsanların tez bir zamanda aradan qaldırılmasına, vəzifə təlimatlarına uyğun əmək funksiyalarının yerinə yetirməsinə dair ciddi tapşırıqlar verildi. Təmirçi çilingərlərə vəzifə təlimatlarına uyğun işlərinin düzgün yerinə yetirilməsinə dair tövsiyyələr verildi və belə bır halın aşkar oluncağı təqdirdə onların özləri barədə tədbir görüləcəyini bildirildi. Təmirçi çilingərlərə bu gündən sonra heç bir rəhbər işçiyə pul və digər formada hər hansı bir məbləğin verilməməsi qəti tapşırıldı. Hər hansı problemlə qarşılağdıqları halda isə yuxan rəhbərliyə müraciət etmək hüquqlarının olduqları barədə maarifləndirildilər. Göstərilənlərə əsasən istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbəri İddiaçı barəsində müvafiq tədbirin görülməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edilmişdir. Birləşmiş Sukanal MMC-nin direktoru Cavabdeh ASC-nin X6 Komitəsinin sədri Cabir Rüstəmova ünvanladığı 26.07.2021-ci il tarixli işçinin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi haqqında sorğuda qeyd edilmişdir ki, Birləşmiş Sukanal MMC-nin direktor müavini Vəfa Qəyyumovun 22.07.2021-ci il tarixli 356 nömrəli xidməti yazısına əsasən Göyçay Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri İddiaçı işində bir sıra nöqsanlara yol vermişdir. Bununla bağlı Göyçay sukanal sahəsində iclas keçirilmiş, İddiaçı izahatları alınmışdır. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç-bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə ləğv edilməsinə dair qərar qəbul edilməsinə münasibət bildirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Su X2 İttifaqı X6 Komitəsinin sədri Cabir Rüstəmov tərəfindən Birləşmiş Sukanal MMC-nin direktoru Tural Abbasova ünvanladığı 27.07.2021-ci il tarixli məktuba əsasən müəyyən olunur ki, Tural Abbasov tərəfindən ünvanlanmış 26.07.2021-ci il tarixli məktub X6 Komitəsinə daxil olmuş və araşdırılaraq rəyasət heyətinin müzakirəsinə çıxarılmışdır. Araşdırma zamanı məktuba əlavə olunmuş xidməti məlumatlarda göstərilən nöqsanlar öz təsdiqini tapmışdır. Bununla əlaqədar olaraq aidiyyatı üzrə işçi RHİK-ə dəvət olunmuş və bu məsələlərə aydınlıq gətirilmişdir. Belə ki, Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri İddiaçı xidməti məlumatlarda göstərilən faktları təsdiqlənmişdir. 27.07.2021-ci il tarixli X3 65 saylı protokola əsasən müəyyən olunur ki, Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi qərara alınmışdır. “Əmək müqaviləsinin ləğv edilməsi haqında” 28.07.2021-ci il tarixli 136-K nömrəli əmrə əsasən müəyyən olunur ki, İddiaçı- Birləşmiş Sukanal MMC-nin Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) 28.07.2021-ci il tarixdən ləğv edilməsi, 25.10.2020-ci il tarixdən 28.07.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 23 təqvim gününün pul əvəzi ilə ödənilməsi barədə əmr verilmişdir. Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC-nin Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun təmirçi çilingərləri Ü.Rəhimova və digərlərinə ünvanladığı 29.07.2021-ci il tarilxi məktuba əsasən müəyyən olunur ki, onların Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC-yə ünvanladığı 15.07.2021-ci il tarixli müraciətləri MMC-nin aidiyyəti şöbəsi tərəfindən araşdırılmış, araşdırılmanın nəticəsi olaraq qanunsuz hərəkətlərlə bağlı adı çəkilən İddiaçı MMC-nin 28.07.2021-ci il tarixli, 136-K saylı əmrinə əsasən, Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. 16.07.2021-ci il tarixdə Fazil Əbdurəhimov tərəfindən verilmiş izahatda İddiaçı bildirmişdir ki, “Yazılan ərizədə təlimata uyğun səhər saat 9-da idarəyə gəlməlidirlər, ancaq işçilər uzaq kəndlərdə yaşadıqları üçün 1-ci və 5-ci günlər gəlirlər. Yazdıqlarına görə işçilər deyirlər ki, onları işə götürəndə deyiblər ki, həftənin sonunda 1 dəfə gəlib qol çəkərsiniz, belə bir təlimat məndə yoxdur və rəhbərlərindən soruşmuşam. Qeyd ediblər ki, mən onlara demişəm ki, yola çəkdiyiniz xərcləri mənə verməlisiniz, mən onlara heç nə deməmişəm və o haqda əgər desəydim o zaman onlar həftədə bir dəfə gələrdilər, mən ona görə onları həftədə 2-3 dəfə idarəyə çağırır ki, həm kənddəki problemləri bir yerdə müzakirə edək. Heç bir işçiyə əhalidən pul yığıb mənə gətirmələrini deməmişəm, özü də necə ola bilər ki, onlar kimdən pul almalıdırlar, bizim bulaqlar ödənişsiz bulaqlardır. Mən onlardan hər hansı rüşvət tələb etməmişəm. Guya mən demişəm ki, Ağdaşda işləyəndə maşınımın təkərlərini işçilər alırdı, bu yalan və böhtandır. Yay aylarında xidməti otağımız var isti, qışda isə soyuq olur. İşçilərlə işləri otaqda müzakirə edəndə dedilər ki, çox istidi, dedim ki, Allah qoysa kondisioneri usta ilə danışmışam düzəltdirəcəm. Onlar onda dedilər ki, bizdə ustaya köməklik göstərərik. Sonra mənə dedilər ki, biz ustaya 35 manat köməklik göstərmək istəyirik. Məndə onda onlara dedim ki, bir nəfər saxlasın. Onlar da pulun xərclənməsini bildirib, özlərində qalmasına narazı oldular, pulu gətirib seyfə qoydular. Qeyd etmək istəyirəm ki, yazılanlar qərəzli şəkildə idarə rəhbəri tərəfindən planlaşdırılıbonun işdən çıxarılması üçündür. Mən özüm üçün heç bir şey istəməmişəm ki, sadəcə xidməti otağımda olan kondisionrin təmiri üçün köməkləşiblər, birgə təmir olunmasına görə. Qeyd edilən halın nə qədər özümçün istəməsəm də, düzgün olmadığını anlayıram, bir daha belə bir halın baş verməyəcəyinə söz verirəm. Xahiş edirəm nəzərə alasınız.” Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ASC Birləşmiş Sukanal MMC ilə İddiaçı arasında 25.10.2019-cu il tarixdən 25.01.2020-ci il tarixədək 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış, işçi Cavabdeh ASC-nin Birləşmiş Sukanal MMC-nin Göyçay Sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupuna 12-ci dərəcə ilə mühəndis qrup rəhbəri peşəsinə işə qəbul edilmişdir. İddiaçı tərəfindən əmək müqaviləsi üzrə öz əmək vəzifələrini kobud şəkildə pozması, vəzifə öhdəliyinə aid olmayan xoşagəlməz hallara yol verdiyi, işçilərdən pul tələb etməsi ilə bağlı yerində araşdırma aparılmış, işçilərin izahatları alınmış, faktlar öz təsdiqini tapmışdır. Hətta birinci instansiya məhkəməsində bununla bağlı şahid qismində işçilər X13, X5, X9, X12 ifadə vermişlər. 27.07.2021-ci il tarixli X3 65 saylı protokola əsasən Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi qərara alınmışdır. İddiaçı ilə Birləşmiş Sukanal MMC-nin Göyçay sukanal sahəsinin İstismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis qrup rəhbəri ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə ( əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) 28.07.2021-ci il tarixdən ləğv edilməsi, 25.10.2020-ci il tarixdən 28.07.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 23 təqvim gününün pul əvəzi ilə ödənilməsi barədə 28.07.2021-ci il tarixli, 136-K nömrəli əmr verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsaslarından biri də ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozması hesab edilir. ƏM-nin 72-ci maddəsinin “e” bəndinə əsasən işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud pozulması hesab edilir. ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. ƏM-nin 186-cı maddəsinin 1-ci hisəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. ƏM-nin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Kollegiya, sadalanan maddələrin tələblərini hazırkı əmək mübahisəsinə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini, işə əlavə edilmiş sübutları araşdırıb, hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində, habelə həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan kobud əmək pozuntusuna yol verməsi mülki iş materialları ilə istisna olunmur. Belə ki, işin bu halları aparılmış araşdırmalar, işçilərin məhkəmədə şahid qismində verdikləri ifadədələri və işin digər halları ilə təsdiq olunur. Buna görə də, kollegiya hesab edir ki, iddia əsassız olduğundan, birinci instansiya məhkəmə tərəfindən düzgün olaraq təmin edilməmişdir. Kollegiya apellyatorun işçilərin iddiaçıya qarşı öyrədilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, işəgötürən tərəfindən yerində araşdırma aparılarkən, eyni zamanda işçilər məhkəmədə şahid qismində dindirilərkən verdikləri ifadələrdən onların öyrədilməsi halları müəyyən olunmamışdır. Kollegiya apellyatorun əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin əsaslandırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) işdən azad edilməsi, əmrin verilməsinə əsas olmuş sənədlər qeyd olunmuşdur. Kollegiya qeyd edir ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması, vəzifə öhdəliyinə aid olmayan xoşagəlməz hallara yol verməklə, tabeliyində olan işçilərdən pul tələb etməsi işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirən haldır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsaən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(004)-5674/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2112/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2112/2022
09.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver