Məhkəmə qərarları › İş №2(103)-2115/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2115/2025

27.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2115/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar müvafiq bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemdə yerləşdirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1216/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qərardadına əsasən mübahisəli aidiyyat məsələsinin müəyyənləşdirilməsinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə qarşı üçüncü şəxs olmaqla “əmək müqaviləsinə xitam verilməsi və müvafiq bildirişin mərkəzləşdirilmiş elektron sistemdə yerləşdirilməsi tələbinə dair” iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi 2(041)-2594/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Kürdəmir Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Kürdəmir Rayon Məhkəməsinini 2(041)-2594/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim İmanov Xaliq) iddiaçı X1 Cavabdeh, üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar müvafiq bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemdə yerləşdirilməsi tələbinə dair” iddiası üzrə mülki işin ərazi aidiyyəti üzrə baxılması ücün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(003)-1216/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qərardadı ilə mülki iş aidiyyət məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “AZEMİS” Elektron Məhkəmə Sistemindən iddiaçının əmək müqaviləsinə dair verilmiş sorğudan görünür ki, İddiaçı işəgötürəni-fərdi sahibkar Cavabdehdur (VÖEN **********). “AZEMİS” Elektron Məhkəmə Sistemindən vergi ödəyicisinə dair verilmiş sorğudan görünür ki, Cavabdeh (FİN: xxxxxxx) xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı ünvanı ünvan 1 Elektron Məhkəmə Sistemindən Cavabdeh ünvanı hazırda ünvan 2 kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırki iş üzrə iddiaçının tələbi “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar müvafiq bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemdə yerləşdirilməsi” olmaqla əmək mübahisələrindən irəli gəlmiş tələbdir və yaranmış mübahisə işçinin - iddiaçının hüquqlarının müdafiəsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin X2 Nömrəsinin qeydiyyat ünvanının Bakı şəhəri Qaradağ rayonu olması, mülki işin həmin rayon üzrə birinci instansiya məhkəməsində baxılmasına əsas ola bilməz. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən də göründüyü kimi, cavabdeh hazırda Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 75 A, mənzil 87 ünvanında qeydiyyatdadır, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi cavabdehə xx.xx.2017-ci il tarixdə verilmişdir. MPM-in 45-ci maddəsinə müvafiq olaraq bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və MPM-in 45, 397-398, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə qarşı üçüncü şəxs olmaqla “əmək müqaviləsinə xitam verilməsi və müvafiq bildirişin mərkəzləşdirilmiş elektron sistemdə yerləşdirilməsi tələbinə dair” mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar