Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2120/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Anar Vəzir oğlu Tanrıverdiyev, Hakimlər: Rəşad Məhəmməd oğlu Həsənov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair ilkin və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi və s.”tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-250/2021 saylı, 26.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 08.06.2020-ci il tarixli, 134 saylı əmrinin ləğv edilməsi, onun "xxxx" MMC-də maliyyə meneceri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-250/2021 saylı, 26.11.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 147.403,76 (bir yüz qırx yeddi min dörd yüz üç manat yetmiş altı qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Qarşılıqlı iddia tələbi qalan hissələrdə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti verərək, ilkin iddiasının təmin edilməsini, CavabdehMMC-nin 08.06.2020-ci il tarixli, 134 saylı əmrinin ləğv edilməsi, onun "xxxx" MMC-də maliyyə meneceri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddiaçı Cavabdeh MMCnicnavabdeh İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmiş və ya iş materiallarında aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi etibarnamənin apellyasiya şikayətinə əlavə edilməsi və ya iş materiallarında mövcudluğunu aydınlaşdırmamışdır. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair ilkin və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi və s.”tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-250/2021 saylı, 26.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2120/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2120/2022
09.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver