Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2120/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı1 Hüseyn oğlunun və İddiaçı2 Cavabdeh1 və X2 qarşı “mənzilə köçürülmə” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Hüseyn oğlu və İddiaçı2 Cavabdeh1 və X2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, özlərinin, habelə İddiaçı2 xx.xx.2011-ci il təvəllüdlü oğlu X3 Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsindəki 54 saylı evin 3 otaqlı 13 saylı mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, İddiaçı1 Hüseyn oğlunun Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsindəki 54 saylı evin 3 otaqlı 13 saylı mənzilinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı1 Hüseyn oğlunun həmin qətnamədən verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Yuxarıda qeyd olunduğu kimi, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddia tələbi təmin edilmiş, məhkəmə onun əldə etmək istədiyi nəticəni vermişdir; apellyasiya (lat. apellatio – müraciət, şikayət) şikayəti isə, qəbul edilmiş qərar (qətnamə) ziyanına olan vəya qərarı (qətnaməni) ədalətsiz (qanunsuz) hesab edən şəxslərin ondan yuxarı instansiya məhkəməsinə ünvanladıqları müraciətdir və şəxsin öz xeyrinə olan məhkəmə aktından şikayət verməsi Mülki Prosessual qanunvericiliyin mənasına uyğun deyildir. Qeyd olunmalıdır ki, şəxsin öz lehinə olan məhkəmə aktının maddi-hüquqi əsaslandırması ilə razılaşmayaraq ondan məhz bu səbəblə şikayət verə bilməsi mümkündür – lakin İddiaçı1 apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, qətnamədən buna görə deyil, iddia tələbinin digər İddiaçı2 və sonuncunun himayəsində olan (İddiaçı2 qanuni nümayəndəsi olduğu) azyaşlı X4 münasibətdə təmin edilməməsi ilə bağlı şikayət vermişdir. Halbuki, İddiaçı1 qətnamənin digər şəxs(lər)in mənafeyinə toxunan hissəsindən şikayət vermək səlahiyyəti yoxdur və eyni zamanda o, azyaşlı X3 qanuni nümayəndəsi də deyildir. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2776/2022 saylı iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2120/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2120/2023
15.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver