Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2128/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2128/2025 (Açar sözlər: istifadə hüququna xitam verilməsi, evdən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı Ələkbər oğlu, Cavabdeh7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və sair tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-23/2024 nömrəli 20 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 may 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X15 ünvan 1-də qeydiyyatdadırlar.
2. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 02680 saylı qeydiyyat vəsiqəsinin surətindən məlum olur ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsindəki 2 otaqlı (50,0 kv.myaşayış sahəsi, 127,4 ümumi sahəsi olan) 52 saylı fərdi yaşayış evi İddiaçıun adına 01 saylı reyestr kitabında 100 səhifə qeydə alma 30/611, xx.xx.2004-cü il tarixdə qeydiyyatı aparılmışdır.
3. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsindəki fərdi yaşayış evi İddiaçıun adına olmaqla xx.xx.1964-cü il tarixdə həmin yaşayış evi üçün texniki pasport tərtib edilmişdir.
4. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2- 339/2004 saylı qətnaməsindən məlum olur ki, İddiaçı Əliəkbər oğlunun cavabdehlər X6, X2, X19, X20, X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh4, X10 qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış hüququnun itirilməsi, həmin evdən çıxarılmaları, onun ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi barədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Ələkbər oğlunun mübahisəli evə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlər mübahisəli evin sabiq mülkiyyətçisi X3 ailə üzvləri kimi həmin evə köçürülərək qeydiyyata alınmışlar və bu səbəbdən də onların yaşayış hüquqları saxlanılmalıdır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-684/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh7 cavabdehİddiaçı Ələkbər oğluna qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” iddia tələbi rədd edilmişdir. İddiaçı Cavabdeh7 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1440-2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-684/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlnanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3080/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh7 İddiaçı Ələkbər oğluna qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 fevral 2015-ci il tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tartixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 fevral 2015-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir
7. 10 fevral 2016-cı il tarixli Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2011-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Əliəkbər oğlu və başqasına qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələblər” iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1 və başqalarına qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” və sair tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin 10 fevral 2016-cı il tarixli Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Cavabdehlər mübahisəli evin sabiq mülkiyyətçisi X3 ailə üzvləri kimi həmin evə köçürülərək qeydiyyata alınmışlar və bu səbəbdən də onların yaşayış hüquqları saxlanılmışdır. Beləliklə də qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının olması təsbit edilmiş və işin mübahisə doğurmayan halıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Ələkbər oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 ödənilmiş 5000 manat kompensasiya nəzərə alınmaqla istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin ailə üzvləri ilə birgə həmin evdən çıxarılmaları, zəbt etdikləri əmlakın və ya dəyərinin, ödənilmiş dövlət rüsumunun, 14000 manat maddi, 10000 manat mənəvi zərərin müştərək qaydada cavabdehlərdən alınaraq ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Daha sonra İddiaçı Ələkbər oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5” ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 ödənilmiş 5000 ABŞ dolları kompensasiya nəzərə alınmaqla və əlavə 3000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mübahisəli evdən çıxarılmaları, 14000 manat maddi, 10000 manat mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanındqa yerləşən 50 kv.m yaşayış sahəsi, 127,4 kv.m ümumi sahəsi olan fərdi yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin əmlak mülkiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatına alınmaqla 02680 saylı xx.xx.2004-cü il tarixli Çıxarışa əsasən verilmişdir. Qeyd edir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi mərhum atası X7 1943-cü ildə fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Atası həmin evdə özünə ayrı fərdi yaşayış evi inşa etmiş və xx.xx.2001-ci ilə kimi, yəni vəfat edən günə kimi həmin evdə yaşamışdır. 10 fevral 2004-cü il tarixdə həmin ev vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 02680 saylı 2004-cü il tarixli Çıxarışla mülkiyyətinə verilmişdir. Atasının vəfatından sonra bir müdət həmin evdə heç kəs yaşamamış lakin ev onun istifadəsində olmuşdur. Mübahisəli ev onun mülkiyyətinə keçən vaxt Cavabdeh1 özünün yaşadığı, mərhum atası tərəfindən inşa olunmuş, Türkan qəsəbəsi, Yeni kənd küçəsi 51 ünvanda, 1980-ci ildən ailə quraraq yaşadığı 2 otaqlı evdən köçərək mübahisəli, Türkan qəsəbəsi, Xanlar küçəsi ev 52 ünvanında yerləşən evi zəbt etmiş və onu ailəsi ilə həmin evə buraxmamışdır. Bundan sonra o, Cavabdeh1 və qeyrilərinə qarşı mülkiyətində olan Türkan qəsəbəsi, Xanlar küçəsi ev 52 ünvanında yerləşən evə köçürülmə tələbinə dair idda ərizəsi ilə Əzizbəyov Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 06 iyul 2004-cü il tarixli 2-339 saylı qətnaməsi ilə onun ailə üzvləri ilə birgə həmin evə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Hacıyeva X17 rayon İcra şöbəsinin icra məmuru Abuzər Əlizadə və digər məmurlara imkan verməmişlər ki, o, həmin evə köçürülsün. Əzizbəyov rayon İcra şöbəsinin icra məmuru A.Əlizadə icra hərəkətlərinə cavabdehlərin imkan vermədiyini, icranın polis əməkdaşlarının iştirakı ilə aparılmasını əsas gətirərək, akt tərtib etmiş və icranı təxirə salmışdır. Növbəti icraya kimi Cavabdeh2 özünə bıçaqla xəsarət yetimiş Əzizbəyov rayon Polis İdarəsinə şikayət etmişdir ki, guya ona bıçaqla xəsarət yetirmişdir. Bundan sonra Əzizbəyov rayon Polis Şöbəsində araşdırma aparılmış və ekspert rəyinə əsasən məlum olmuşdur ki, Cavabdeh2 özü-özünə xəsarət yetirib. Bu səbəbdəndə cinayət işinin başlanması rədd olunmuşdur. Cinayət işinin başlanması rədd olunduqdan sonra da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları ilə yenə mübahisəli evdən çıxmamışlar və ona ailəsi ilə həmin evə köçməyə imkan verməmişlər və evdən çıxmaları üçün ondan 5000 ABŞ dolları pul tələb etmişlər. O, bacısı X8, bacısı qızı X22 ilə həmin iş üzrə cavabdehlər X6 (qardaşı) və Cavabdeh1 hərəsinə 5000 ABŞ dollar, ümumilikdə 10000 ABŞ dolları məbləğində kompensasiya vermişdir. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdələrinə götürdülər ki, müddətində həmin evdən daimi qeydiyyatdan çıxmaq şərti ilə evi boşaldıb ona verəcəklər və istifadələrində olan Yenikənd küçəsi 51 ünvana uzun illər yaşadıqları evə köçǝcəklər. Bundan sonra qardaşım X5 qaynatası Firudin kişi Ağaları məcbur etdi ki, ondan aldığı 5000 dolları ona qaytarsın, Ağalar Hacıyev sonra ona kompensasiya kimi aldığı 5000 dolları onun evində yoldaşı Dövrana Hacıyevanın iştirakı ilə ona qaytardı. Həmin müddətdə cavabdehlar evi boşaldıb ona təhvil verdilər. O, ailə üzvləri ilə həmin evə köçdü. Bir müddət həmin evdə mövsümü olaraq yaşadılar. Belə ki, bəzi vaxtlarda həyat yoldaşına məxsus Nəsimi rayonu 4-cü mik-r A.İsgəndərov küçəsində olan bir otaqlı evdə yaşayırdılar. Bundan istifadə edən hazırki iş üzrə cavabdehlər həmin mübahisəli evi təkrar zəbt etdilər cehiz əşyalarını mənimsədilər və onları evə buraxmadılar, onlar məcbur olub təkrar Xəzər rayon İcra Şöbəsinə müraciət etdi ki, evə köçürülmə barədə qətnaməsini icra etsinlər. Bundan sonra Cavabdeh1 ona qarşı "mübahisəli evə dair ona məxus çıxarışın və mübahisəli evin paylara uyğun bölünməsi tələbinə dair" iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsində iddia qaldırdı və həmin mübahisəli mülkə dair iddia olduğundan onun evǝ köçürülməsi dayandırıldı. Bakı şəhər Xəzər rayon Məhkəməsinin (hakim Rəşad Həsənov) 2(003)-55/2011-saylı qətnaməsi ilə Cavabdeh1 iddiası təmin olunmadı. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti etdi. Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)- 3226/2011-ci il tarixli (hakim Natiq Abbasov) qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadı. Həmin qətanmədən Cavabdeh1 və vəkili Kassasiya şikayəti etdilər. Məhkəmənin 25 aprel 2012-ci il tarixli 2(102)-1389/2012-saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 29103)-3226/2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş baxılması üçün yenidən apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(103)-813/2016-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin olunmadı. Həmin qətnamədən Cavabdeh1 və vəkili Kassasiya şikayəti etdilər. Məhkəmənin 2(102)- 3080/2016 saylı xx.xx.2016-ci il tarixli Qərarı ilə nəhayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(103)-813/2016-ci il tarixli qüvvədə saxlanılmış Bəylər Haciyevin iddiası təmin olunmamışdır. Cavabdeh1 ona mülkiyyət hüquqlarının yerinə yetriməsinə maneə yaratmaq üçün təkrar Xəzər rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mərhum Əliəkbər Hacıyevin adına verilmiş Çıxarışın ləğv olunmasını məhkəmədən xahiş etmiş və Bakı şəhər Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin olunmamışdır. X21 apellyasiya şikayəti etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1440/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti olunmamış, Cavabdeh1 iddiası təmin olunmamışdır. Cavabdeh X12 və Cavabdeh2 bütün məhkəmə proseslərini uduzduqdan sonra, kompensasiya alsa da evdən çıxmamaq üçün aralarında olan uzun müddətli məhkəmə prosesləri ailə qurmuş övladlarının hayat yoldaşlarını va nəvələrini mübahisəli evə daimi qeydiyyata saldırmışlar ki, guya onların digər yaşayış yeri yoxdur. Cavabdeh X13 hazırda özünə ünvan 3 ünvanda ev tikərək ailəsi ilə həmin evdə yaşayırlar, Mübahisəli evdədə növbəli olaraq yaşayırlar. Bu faktı vəkilin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 05-06-/məhəllə də yaşayış evinə **********20002 saylı abunə kodu vardır. Göründüyü kimi cavabdehlərin digər yaşayış yerləridə vardır. Lakin qərəzli iraq mülkiyyətimdə olan evidə zəbt etmişlər. Cavabdeh6 Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi, Q. İsmayılov küçəsi ev 62-də, atasına məxsus doğulub böyüdüyü evdə daimi qeydiyyatda olsada heç bir hüququ olmadan mübahisəli evdə arvadı Cavabdeh5 və uşaqları ilə yaşayırlar. Baxmayaraq ki, Cavabdeh5 cavabdeh Balayeva Xanmurad oğlunun daimi qeydiyyatda olub yaşadığı evə 2013-cü ildə gəlin köçmüş və oğlu X16 həmin evdə doğulmuşdur. Lakin 2019-cu ildə qərəzli olaraq, ona mülkiyyət hüququmu həyata keçirtməyə maneə yaratmaq üçün mübahisəli evə qeydiyyata aldırmışlar. Cavabdeh4 ailə qurduqdan sonra ünvan 4 ünvanda ailəsi ilə yaşayır. ( özü və həyat yoldaşı). Cavabdeh1 oğlu ailə qurmamışdan əvvəldə mərhum atamın sağlığında valideynləri il həmin evdə yaşamışladır. Valideyinləri ona məxsus evi 2003-cü ildə zəbt etdikdə Cavabdeh4 mübahisəli evə köçmüş və sonradan ailə quraraq hazırda yaşadığı evə köçmüşdür. Onun mübahisəli evdə yalnız qeydiyyatı qalmışdır. Xəzər rayon Türkan qəsəbə numayəndəliyinə və Türkan Bələdiyyəsinə sorğu vermişlər ki, Bəylərin və digər cavabdehlərin Türkan qəsəbəsində istifadələrində, sahibliyin mülkiyyətlərində olan torpaq sahələri və fərdi yaşayış evləri barədə arayış almaqla toplasın. Lakin Türkan qəsəbə nümayəndəliyi və Türkan Bələdiyyəsi sorğulara cavab verməmişdir. Göründüyü kimi cavabdehlərin istifadəsində uzun müddətdir ki, fərdi yaşayış evləri, torpaq sahəsi vardır. Lakin qərəzli olaraq istifadələrində olan evlər qeydiyyata düşmürlər və bütün uşaqlarını ona məxsus evə daimi qeydiyyatda aldırırlar ki, o, öz mülkiyyət hüququqlarından istifadə edə bilməsin. Digər tərəfdən o, cavaveh Cavabdeh1 qeyd etdiyi kimi 5000 ABŞ doları məbləğində kompensasiya ödədikdən sonra cavabdeh ona evi boşaldaraq atasına mıəxsus vəsiyyətnamə əsasında ona vəsiyyət olunmuş əmlaklarla birgə təhvil verilmişdir. Bundan sonra o, aşağıda qeyd olunan yaşayış yeri üçün zəruri olan əşyaları ilə birgə mübahisəli evə köçmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və digərləri evini təkrar zəbt etdikdən sonra əşyaları həmin evdə qalmışdır. Hazırda onların istifadəsindədir. Mebel dəsti özünəməxsus (taxt- 1 ədəd, kreslo – 2 ədəd, termo-1 ədəd, divan -1 ədəd, masa- 1 ədəd, oturacaq stulları - 6 ədəd, divar mebeli – 1 ədəd, kamut- 1 ədəd, p ümumi dəyəri 7500 manat; yataq dəstləri özünəməxsus ( yorğan – 4 ədəd, döşək – 2ədəd, balınc 6 ədəd, yataq mələfləri – 6 dəst, yorğan döşək üzləri- 1 dəst, balınc üzləri- 10 dəst,- ümumi dəyəri 1500 manat; pərdələr 4 dəst özünəməxsus-250 manat, çilçıraq 6 ədəd- dəyəri 300 manat; mətbəx əşyaları özsünəməxsus—ümumi 300 manat, soyuducu “Nord” markalı – 1 ədəd- 300 manat (işlənmiş); televizor “Samsung” markalı – 1 ədəd 400 manat; televizor “Foton” markalı – 1ədəd 150 manat (atasına məxsus); soyuducu “Orski” – 1ədəd -100 manat; xalçalar 4 ədəd 2x3- 1200 manat; xalçalar 3 ədəd 3x4-1500 manat, palazlar 2 ədəd 2,5x4-800 manat; paltaryuyan maşın 1 ədəd “samsung” -550 manat, təsərrüfat əşyaları -200 manat . Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh1, Cavabdeh2 və digərləri onun mülkiyyətində olan torpaq sahəsində evlə birlikdə 14 ildir ki, zəbt ediblər. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib becərirlər və gəlir əldə edirlər. Həmin torpaq sahəsi onun istifadəsində olsa idi indi o da həmin torpaq sahəsindən fayda götürərdi. Hesab edir ki, cavabdehlər torpaq sahəsini zəbt etməklə ona 14000 manat maddi və 10000 manat mənəvi ziyan vurmuşlar. Yuxarıda qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ailə üzvləri ilə birlikdə (uşaqları) ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə (Cavabdeh7 ödənilmiş 5000 dollar kompensasiya nəzərə alınmaqla) istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin ailə üzvləri ilə birgə həmin evdən çıxarılmaları, zəbt etdikləri əmlakının və ya dəyərinin, ödənilmiş dövlət rüsumunun, 14000 manat maddi zərərin, 10000 manat mənəvi zərərin müştətək qaydada cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdeh onun əmisidir. Həmin ev babasının şəxsi evi olub, babası uzun illər həmin evdə yaşayıb. 2001-ci ildə babası rəhmətə gedəndən sonra mübahisə yarandı. Babası rəhmətə getdikdən sonra atasını həmin həyətdən çıxardılar. Halbuki babasına onun atasının baxdığını, qulluğunda durduğunu qeyd etmişdir. Əlavə etmişdir ki, mübahisəli evin tikintisi atasının vəsaiti hesabına həyata keçirilmişdir, ev ona məxsusdur. Tikilini layihə-smeta əsasında tikmişdir, sahəsi 361 kv.m.-dir.
13. Məhkəmə iclasında iştirak edən digər şahid X14 ifadəsində göstərmişdir ki, o, iddiaçı və cavabdehlərlə qardaşdır. Həmin ev atasının şəxsi evi olub, ataları uzun illər həmin evdə yaşayıb. 2001-ci ildə atası rəhmətə gedəndən sonra mübahisə yarandı, onu həyətdən çıxardılar. Atası istifadəsində olan torpaq sahəsindən Ziyabiyə 600 kv.m torpaq sahəsi ayırıb. Həmin ünvanda evin tikinisində şəxsən özü iştirak etmişdir. O, həyətdən 2010-cu ildən çıxmışdır. Ev tikilən vaxt anası sağ idi. 1986-1990-cı illərdə Ziyabi həyətə daş gətirmişdi və orada yaşayırdı. Yay fəslində atasının yanında qalırdılar. O, arada atasının yanına gedib gəlirdi. Tikintiyə o, nəzarət edirdi. Ziyabi ustaları göndərirdi, onlar da tikirdi. Ev iki mərtəbəlidir, zirzəmisi də var. 2001-ci ildə atası öləndən sonra Ziyabini evdən qovdular. Ona verilmiş 600 kv. metr torpaq sahəsini atasına məxsus torpaq sahəsindən ayıran hasar var idi. Tikintinin pullarını Ziyabi verirdi.
14. Məhkəməyə ərizə ilə müraciət edən digər şahid X11 məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək yazılı şəkildə vermiş olduğu ifadəsinin elan edilməsini xahiş etmişdir. Ərizədə qeyd etmişdir ki, iddiaçı Ziyabi onun həyat yoldaşı Ağaların qardaşıdır. Qaynatası sağlığında oğlu Ziyabini çox istədiyinə görə 6 sot torpağını Ziyabiyə verdi. 90-cı ildə Ziyabi orada tikintiyə başladı. Qaynatası öləndən sonra onlar ora gedə bilməmişlər.
15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 dekabr 2024-cü il tarixli 2(003)-23/2024 nömrəli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin edilməmişdir.
16. Məhkəmə hesab etmişdir ki, hazırki mülki iş üzrə mübahisə 08 iyul 1982-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir.
17. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, cavabdehlər mübahisəli evin sabiq mülkiyyətçisi X3 ailə üzvləri kimi həmin evə köçürülərək qeydiyyata alınmışlar və bu səbəbdən də onların yaşayış hüquqları saxlanılmışdır. Beləliklə də qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının olması təsbit edilmişdir və işin mübahisə doğurmayan halıdır.
18. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Ələkbər oğlu cavabdehlərə daha əvvəl verilmiş 5000 ABŞ dolları nəzərə alınmaqla 3000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsini tələb etsə də, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə əvvəlki şəraitlə müqayisədə oxşar yaşamaq imkanlarını təmin edəcək ağlabatan məbləğ olmadığından, iddiaçı həmin məbləği artırmaqdan imtina etdiyindən iddia tələbi təmin edilməməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 146.2, 152.1, 228.2, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəməyə 5000 ABŞ dolları məbləğində ödənilmiş kompensasiya nəzərə alınmaqla cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və sair tələblərlə məhkəmədə iddia qaldırdıqdan sonra məhkəmə baxışında məhkəmənin təşəbüsü ilə cavabdehlərə əlavə 3000 manat kompensasiya ödənilməsi barədə iddiaya əlavə ilə məhkəməyə müraciət etmişdir. O, sonrada kompensasiyanın həcminin artırılmasına etiraz etməmişdir. Məhkəmə əsasız olaraq qətnaməsində qeyd edir ki, guya iddiaçı əlavə kompensasiya ödənilməsindən imtina etmişdir. O, məhkəməyə vəsatət vermişdir ki, cavabdehlərin Türkan qəsəbəsi Yeni kənd küçəsi 51 (55) ünvanda 2 otaqlı fərdi yaşayış evləri vardır. Cavabdehlərin Türkan qəsəbəsi təzə məhəllə 122 02 saylı mülkləri vardır. Cavabdehlər həmin mülklərə dair mülkiyyət sənədi almasalar da, həmin mülklər mövcuddur və cavabdehlərin istifadəsində və sərəncamındadır. Məhkəmə bu faktları araşdırmamış, həmin əmlakların müəyyən olunması barədə yerli baxış keçirməmişdir. Məhkəmə yalnız Türkan qəsəbə nümayəndəliyinə cavabdehin vəkilinin verdiyi sorğuya cavabı ilə kifayətlənmişdir ki, guya qəsəbə nümayəndəliyin qeydiyyat kitabında cavabdehlərin adına əmlak qeydə alınmamışdır və s. Vəkilinin "xxxx" ASC-yə ünvanladığı sorğuya verilimiş 01/05/06/785 saylı xx.xx.2021-ci il tarixli cavab məktubundan aydın görünür ki, Cavabdeh1 adına Türkan qəsəbəsi təzə məhəllə ev 122-02 ünvanda **********20002 saylı abunə kodu vardır, həmin abunə kodu ilə abunəçi işıq pulu ödəyir. Digər tərəfdən Xəzər rayon Məhkəməsinin 2011-ci il tarixli 29003)-55/2011 saylı məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, Türkan qəsəbəsi Yenikənd küçəsi 51(55) ünvanda cavabdehlərə məxsus iki otaqlı fərdi yaşayış evi vardır və cavabdehlərin istifadəsindədir. "xxxx" ASC-nin 01/05-06/785 saylı cavab məktubunun surətindən görünür ki, mübahisə predmeti olan fərdi aşayış evinə enerji verilişi 2010-cu ilin may ayından dayandırılmışdır (cavabdehlər 5000 ABŞ dolları məbləğində kompensasiya aldıqdan sonra evdən çıxdıqlarından), mənzildə yaşayış yoxdur. Məhkəmə fərdi yaşayış evinin yerləşdiyi kənddə aylıq kirayə haqqının müəyyənləşdirilməsi üçün sorğu verməmiş, fərdi yaşayış evinin kirayə haqqını müəyyənləşdirməmişdir. Yalnız cavabdehlərin saxta yolla əldə etdikləri kirayə haqqı barədə arayışa istinad etmişdir. Məhkəmə bu faktların heç birini araşdırmamış və hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdehlər Cavabdeh7, Cavabdeh2 və Cavabdeh3 Ələkbər oğlu ayrı-ayrılıqda apellyasiya şikayətinə etirazlar təqdim edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
c) Proses iştirakçılarının izahatı
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. O, izahatında göstərilən ərazidə 2025-ci ilin aprel ayına dair arayış təqdim edərək, 2 otaqlı orta təmirli həyət evlərinin kirayə qiymətinin 120-150 manat olduğunu qeyd etmişdir. O, məhkəmənin kompensasiya məbləğinin 25000 manatdək artırılması təklifini qəbul etmədiyini, kompensasiya məbləğinin yalnız 15000 manatadək artırılmasına razı olduğunu bildirmişdir.
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, onun təmin edilməməsini xahiş etmişdir. O, iddiaçı tərəfindən təklif edilmiş 15000 manat kompensasiya məbləğini qəbul etmədiyini bildirdi.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında gəlmədiklərindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
26. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29, İİİ hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
28. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsi
34. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
35. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apelyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
45. İşin müəyyən edilmiş halı odur ki, cavabdehlər mübahisəli evin sabiq mülkiyyətçisi X3 ailə üzvləri kimi həmin evə köçürülərək qeydiyyata alınmışlar və bu səbəbdən də onların yaşayış hüquqları saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının olması təsbit edilmişdir və bu hal işin mübahisə doğurmayan halıdır.
46. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.”
47. Göründüyü kimi, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
49. İşin mübahisəsiz halıdır ki, mübahisəli fərdi yaşayış evinə dair Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 02680 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçıun adına reyestr kitabında xx.xx.2004-cü il tarixdə qeydiyyatı aparılmışdır.
50. Apellyasiya icraatı zamanı Kollegiyanın 29 aprel 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində 2 otaqlı 50,0 kv.m yaşayış sahəsi və 127,4 ümumi sahəsi olan fərdi yaşayış evinin kirayə dəyərinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyi alınması qərara alınmışdır. Qərardadın icrası "xxxx" MMC-yə həvalə edilmişdir.
51. "xxxx" MMC-dən daxil olmuş MEB-117-0525 nömrəli 12 may tarixli 2025-ci il tarixli hesabatdan müəyyən olunur ki, tədqiqat mübahisəli fərdi yaşayış evinə baxış keçirilməklə aparılmış və Türkan qəsəbəsi, Xanlar küçəsində 2 otaqlı 50 kv.m yaşayış sahəsi, 127.4 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin aylıq kirayə dəyəri 675 manat təşkil edir.
52. İddiaçı Cavabdeh1 əvvəllər ödənilmiş 5000 ABŞ dolları kompensasiya nəzərə alınmaqla və əlavə olaraq 3000 manat kompensasiya ödənilməklə cavabdehlərin ona məxsus yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mübahisəli evdən çıxarılması, 14000 manat maddi, 10000 manat mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
53. "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş MB 17/1293 nömrəli arayışdan aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi ərazisində 1 mərtəbəli, 2 otaq+2 yardımçı sahədənmibarət fərdi yaşayış evinin aylıq kirayə haqqı (orta bazar qiyməti) 566,66 manat təşkil edir.
54. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Ələkbər oğlu cavabdehlərə daha əvvəl verilmiş 5000 ABŞ dolları nəzərə alınmaqla 3000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsini tələb etsə də, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə əvvəlki şəraitlə müqayisədə oxşar yaşamaq imkanlarını təmin edəcək ağlabatan məbləğ olmadığından, iddiaçı həmin məbləği artırmaqdan imtina etdiyindən iddia tələbi təmin edilməməlidir.
55. Lakin birinci instansiya məhkəməsinin hansı təklif ətrafında iş üzrə tərəflərlə müzakirə apardığı nə qətnamə ilə, nə də məhkəmə iclasının protokolları ilə müəyyən edilmir.
56. Apellyasiya icraatı zamanı iddiaçı "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş MB 17/1293 nömrəli rəyi qəbul etmədiyini bildirirək, kirayə dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəməyə vəsatət ünvanlamışdır.
57. İddiaçı apellyasiya icraatı zamanı əldə edilmiş "xxxx" MMC-nin MEB-117-0525 nömrəli 12 may tarixli 2025-ci il tarixli hesabatı ilə da razı olmadığını bildirərək, kirayə dəyərinin yüksək göstərildiyini qeyd etmişdir. Lakin bu halı təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
58. Mülki Prosessual Məcəllənin 77.1-ci əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. İddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-yə aid arayışı kollegiya mötəbər sübut kimi qəbul etmir. Belə ki, MMC-nin qeyd edilən fəaliyyətlə məşğul olması səlahiyyəti və tədqiqatın hansı qaydada aparıldığı müəyyən olunmur.
60. İddiaçı məhkəmə kollegiyası tərəfindən irəli sürülən 25000 manat (675 manat x 36 ay = 24300 manat) məbləğində kompensasiya məbləği ilə razı olmamış, cavabdehlərə yalnız 15000 manat kompensasiya ödəməyə razı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə təklif edilən 15000 manat kompensasiya məbləğini qəbul etmədiyini bildirmişdir.
61. Belə olduqda isə iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə əvvəlki şəraitlə müqayisədə oxşar yaşamaq imkanlarını təmin edəcək ağlabatan məbləğ olmadığınından Kollegiya hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
62. İddia tələbinin digər hissələri olan cavabdehlərin mübahisəli evdən çıxarılmalarına münasibətdə kollegiya qeyd edir ki, göstərilən tələblər iddianın əsas hissəsi olan istifadə hüququna xitam verilməsinə dair tələb rədd edildiyindən təmin edilə bilməz.
63. İddia tələbinin maddi və mənəvi zərərin tutulmasına münasibətdə kollegiya qeyd edir ki, iddiaçı bu barədə hər hansı mötəbər sübut tədqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.
64. Ödənilmiş dövlət rüsumunun cavabdehlərədən müştərək qaydada cavabdehlərdən tutulmasına münasibətdə Kollegiya qeyd edir ki, iddia tələbləri təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə, eləcə də apellyasiya şikayətinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları onun özünə aid edilməlidir.
65. "xxxx" MMC-dən daxil olmuş MEB-m82-0525 nömrəli 19 may 2025-ci il tarixli məktubda göstərilən iş üzrə xidmət haqqının ödənildiyi qeyd edilmişdir. Belə olduqda ödənilmiş məbləğin tutulması barədə hər hansı tələb olmadığından xidmət haqqı onu ödəyən tərəfin özünə aid edilməlidir.
66. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
ApelLyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-23/2024 nümrəli iş üzrə 20 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “istifadə hüququna xitam verilməsi və sair tələblərinə dair” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.