Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2131/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, görülməyən işlərin dəyərini təşkil edən pul vəsaitinin qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsindən X3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, görülməyən işlərin dəyərini təşkil edən pul vəsaitinin qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, Cavabdehndən 7627 manatın və 96,27 manat dövlət rüsumunun İddiaçı xeyrinə, 50 manat ekspertiza xərcinin Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması, Jalə Osmanova ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin ləğv olunması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh direktoru (qanuni nümayəndəsi) X3 nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa,... birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayətindən görünür ki, onu vəkil X2 imzalamış, vəkilə müvafiq etibarnamə isə Cavabdeh MMC tərəfindən deyil, həmin hüquqi şəxsin direktoru Fərrux Muradov tərəfindən verilməklə, şikayət də sonuncunun adından verilmişdir. Halbuki, Mülki Məcəllənin 362.5-ci maddəsinə görə, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Başqa sözlə, Fərrux Muradovun notarial təsdiqli etibarnaməsi əsasında onun adından vəkil Səadət Vəliyeva tərəfindən imzalanmış apellyasiya şikayətini hüquqi şəxs tərəfindən verilmiş şikayət kimi qəbul etmək mümkün deyildir. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi, görülməyən işlərin dəyərini təşkil edən pul vəsaitinin qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsindən X3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2131/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2131/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver