Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2131/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhərı *54 saylı Tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X* və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Bakı şəhərİ *54 saylı Tam orta məktəbin vəkili (nümayəndəsi) Vəkil* və apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat *. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh Məktəb arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə Məktəb üzrə verilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki işinə - məktəbin direktorunun təsərrüfat işləri üzrə mavini vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddətinin üçün əmək haqqının Məktəb tərəfindən ona ödənilməsi, mediasiya prosedura üçün çəkilmiş xərcin əvəzinin – 50 manat məbləğində pulun cavabdeh Məktəbdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 20*9-cu ildən cavabdeh Məktəbdə, Məktəbin direktorunun təsərrüfat işləri üzrə müavin vəzifəsində işləmişdir. Məktəbinin direktoru Mahru Rəcəbovanın *8.05.2023-cü il tarixli, 23 nömrəli əmri ilə onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmri qanunsuz hesab etmiş iddiaçı, həmin əmri məhkəmə qaydasında mübahisələndirilmiş və onun iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi **.09.2023-cü il tarixli, 2(0*0)-3427/2023 saylı qətnamə ilə iddianın təmin edilməsini, Məktəbin *8.05.2023-cü il tarixli əmrinin ləğv edilməsini, onun işinə bərpa edilməsini, məcburi işburaxma müddəti üçün əmək haqqının Məktəbdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Bundan sonra qətnamə icra edilmiş və iddiaçı işə bərpa edilmişdir. Lakin, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” cavabdeh Məktəb üzrə xx.xx.2024-cü il tarixdə verilmiş OU240*56000* saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi əsası ilə) xitam verilmişdir. Əmr qanunsuzdur. Belə ki, əmək müqaviləsi bildirişində işə başlama tarixi 06.**.2023-cü il, əmək müqaviləsinə verilən xitamın tarixi xx.xx.2024-cü il göstərilir. Lakin iddiaçının adına verilmiş “Əmək kitabçasında” qeyd edilən *5.**.2023-cü il tarixli, 46 nömrəli əmrdə göstərilir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddisinin “ç” bəndi ilə xitam verilməsi barədə *8.05.2023-cü il tarixli, 23 nömrəli əmr etibarsız hesab edilmiş, iddiaçının işə bərpası nəzərə alınmaqla onunla xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli “Əmək müqaviləsi” xx.xx.2024-cü il tarixdə bitmiş hesab edilsin. İddiaçı bildirir ki, əgər onunla bağlanmış “Əmək müqaviləsinin” müddətinin bitməsi tarixi xx.xx.2024-cü il tarix kimi göstərilmişdirsə, onda onun xx.xx.2024-cü il tarixdə “Əmək müqaviləsinin” müddətinin qurtarması ilə işdən çıxarılması qanunsuzdur. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat
3. İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil2 məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişlər.
4. Cavabdeh Məktəbin vəkili (nümayəndəsi) Vəkil* məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və iddianın rədd edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, iddiaçı, seçki prosesinə cəlb edildiyi üçün onunla bağlanmış “Müddətli əmək müqaviləsinə” seçki prosesi bitəndən sonra xitam verilmişdir. Belə ki, seçki prosesinə cəlb edilmiş işçinin “Əmək müqaviləsinə” seçki prosesi bitənə qədər xitam verilə bilməzdir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 07.0*.2025-ci tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh Məktəb arasında, onların qarşılıqlı razılıq əsasında “Müddətli əmək müqaviləsi” bağlanmış və “Əmək müqaviləsinin” qüvvədən düşəcəyi tarix kimi “xx.xx.2024-cü il tarix” müəyyən edilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı, “Əmək müqaviləsinin” müddəti bitdiyi ərəfədə seçki prosesinə cəlb edilmişdir. Belə ki, 32 saylı Suraxanı İİİ Seçki dairəsinin Dairə Seçki komissiyasının arayışından görünür ki, iddiaçı seçki komissiyasına üzv təyin olunmuş və 0*.07.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək seçki prosesinə cəlb edilmişdir. Buna görə də, işəgötürən – cavabdeh Məktəb bunu nəzərə alaraq “Əmək müqaviləsinə” xitam verməmiş, “Əmək müqaviləsinə” seçki prosesi xx.xx.2024-cü il tarixdə bitdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə xitam vermişdir. Göründüyü kimi, cavabdeh Məktəbin hərəkətlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əməl olunmuşdur. Buna görə də hesab edilməlidir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verilmiş izahatlar barədə məlumat
9. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi. *0. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə bağlanmış “Müddətli əmək müqaviləsinin” müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Lakin iddiaçı, həmin ərəfədə seçki prosesinə cəlb edilmiş, Seçki Komissiyasının üzv olmuşdur. Buna görə də, Məktəb bunu nəzərə alaraq “Əmək müqaviləsinə” xitam verməmiş, “Əmək müqaviləsinə” seçki prosesi xx.xx.2024-cü il tarixdə bitdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə xitam vermişdir. Bu hal Məktəbin xx.xx.2024-cü il tarixli əmrində də, ətraflı olaraq göstərilmiş və əsaslandırılmışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi **. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. *2. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin faktiki halı kimi müəyyən edilir ki, iş tərəflər arasında daha əvvəl də əmək münasibəti ilə bağlı mübahisə olmuş və həmin mübahisə məhkəmə qaydasında öz həllini tapmışdır. Məktəbi üzrə verilmiş *8.05.2023-cü il tarixli, 23 nömrəli əmr ilə iddiaçı ilə bağlanılmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş və onun iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi 2(0*0)-3427/2023 saylı mülki iş üzrə qəbul etdiyi **.09.2023cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Məktəbin *8.05.2023-cü il tarixli əmrinin ləğv edilməsini, iddiaçının əvvəlki işinə bərpa edilməsini, məcburi işburaxma müddəti üçün əmək haqqının Məktəbdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Qətnamə Məktəb tərəfindən icra edilmiş və iddiaçı işə bərpa edilmişdir. Bununla bağlı iddiaçı ilə Məktəb arasında 06.**.2023-cü il tarixdə yenidən “Müddətli əmək müqaviləsi” bağlanmış, müqavilənin qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixinə qədər müəyyən edilmişdir. Müqavilənin müddətinin bitməsinə * ay qalmış, yəni 0*.07.2024-cü il tarixdə, iddiaçı, 32 saylı Suraxanı İİİ Seçki dairəsinin Dairə Seçki komissiyasına üzv təyin olunmuş və xx.xx.2024-cü il tarixinədək seçki prosesinə cəlb edilmişdir. *3. Cavabdeh Məktəb üzrə xx.xx.2024-cü il tarixdə verilmiş OU240*56000* saylı əmrdən görünür ki, iddiaçı ilə bağlanmış “Müddətli əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi əsası ilə) xitam verilmişdir. *4. İddiaçı iddia ərizəsində qeyd edir ki, “Əmək müqaviləsi bildirişində” işə başlama tarixi 06.**.2023-cü il, xitamın tarixi isə xx.xx.2024-cü il göstərilmiş, amma eyni zamanda onun “Əmək kitabçasında” onunla xx.xx.2023-cü il tarixdə bağlanmış “Müddətli əmək müqaviləsi” xx.xx.2024-cü ildə bitmiş hesab edilsin qeyd edilmişdir *5. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə Məktəb üzrə xx.xx.2024-cü il tarixdə verilmiş OU240*56000* saylı əmrdə göstərilir ki, iddiaçı, 32 saylı Suraxanı İİİ Seçki dairəsinin Dairə Seçki komissiyasına üzv təyin olunduğu üçün, o, 0*.07.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək iş yeri üzrə aldığı əmək haqqı saxlanılmaqla vəzifəsindən müvəqqəti azad edilsin. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” bu müddət ərzində xitam verilməsi yolverilməz olduğu üçün, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” müddəti xx.xx.2024cü il tarixədək uzadılsın və “Əmək müqaviləsinə” xx.xx.2024-cü il tarixdə xitam verilsin. *6. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.8-ci maddəsinə görə, seçki komissiyasının bu Məcəllənin 36.3-cü maddəsində göstərilən bələdiyyə vəzifələrində, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda, idarələrdə və təsisatlarda işləyən həlledici səs hüquqlu üzvləri, seçki komissiyasında fəaliyyəti dövründə özlərinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən azad oluna bilməzlər. *7. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (hissə *.). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (hissə 2.). *8. Məcəllənin 47-ci maddəsinin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. *9. Məcəllənin 49-cu maddəsinin *-ci hissəsinə görə, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
20. Məcəllənin 68-ci maddəsinin mənasına görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər (hissə *.). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır (hissə 2., bənd “b”.). 2*. Məcəllənin *79-cu maddəsinin tələbinə görə, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir (hissə *.). İşçi dövlət və ya bələdiyyə orqanlarının işçiləri seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda nəzarət-təftiş xidmətinə cəlb edildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılır (hissə 2, bənd “m”.).
22. Sadalanan maddi hüquq normalarının tələblərindən iddiaçının bildirdiyi dəlilin əsaslılığına yanaşdıqda müəyyən edilir ki, dəlil əsassız. Cavabdeh Məktəb, onunla iddiaçı arasında bağlanmış “Müddətli əmək müqaviləsinə” müqavilənin bitdiyi xx.xx.2024-cü il tarixdə deyil, iddiaçının seçki prosesinə cəlb edilməsini nəzərə alaraq müqaviləyə xx.xx.2024-cü il tarixdə xitam verməkdə haqlı olmuşdur.
23. Göstərilənləri nəzərə alan Məhkəmə hesab Rayon Məhkəməsi bu əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. Buna görə də şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh Məktəb hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz, iddiaçı isə kassasiya şikayəti vermək hüququna malikdir.
27. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.