Məhkəmə qərarları › İş №2(103)-2132/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2132/2020

26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2132/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və X11 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, ilk iddia üzrə İddiaçı nümayəndəsi vəkil X1, Cavabdeh, onun vəkili X3 iştirakları ilə,ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı "evin alınması üçün ödənilmiş pulun qaytarılması” tələbinə dair ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1997/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “evin alınması üçün ödənilmiş pulun qaytarılması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Qədəmgah (keçmiş M.Maqomayev) küçəsində dalan 1 ünvanında yerləşən 7 saylı evin ona satılmasına dair xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AN-İ №0449861 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona bank vasitəsilə ödədiyi 15000 manat pulun və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 30 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıqarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 8000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1997/2019 saylı işi üzrə xx.xx.2019cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “evin alınması üçün ödənilmiş pulun qaytarılması" tələbinə dair ilkiddiası təmin edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Qədəmgah (keçmiş M.Maqomayev) küçəsində dalan 1 ünvanında yerləşən 7 saylı evin İddiaçı satılmasına dair xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AN-İ N»0449861 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh bank vasitəsilə İddiaçı ödədiyi 15000 manat pul Cavabdeh alınaraq İddiaçı qaytarılması, qarşılıqlı iddia təmin edilməmiş, ilk iddia üzrə Cavabdeh 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iş üzrə 127 manat məbləğində ekspertiza xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 106, 107, 217; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5 və (iş səh.8-14,18,19,22,92) təqdim edilmiş sənədlərə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi, dalan 1, ev 7 ünvanında yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olmuşdur. Tərəflər həmin evin 15000 manata alqı-satqısında razılaşmışlar. Notariat orqanı “xxxx” ASC-nin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edərək, İddiaçı notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu 15000 manat məbləğində pulu müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra notarius məktubu əsasında Cavabdeh verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə 15000 manatı notariusun “xxxx” ASC-nin Asan 3 şöbəsindəki depozit hesabına köçürmüşdür. Bundan sonra tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi, dalan 1, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin alqısatqısına dair AN-İ № ******* saylı xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və notariat qaydasında təsdiq edilmişdir. Alqı-satqı müqaviləsini imzalamış Cavabdeh xx.xx.2015-ci il tarixədək daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə İddiaçı faktiki sahibliyinə verməyi və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh alqı-satqı üzrə depozitdə ödənilmiş 15000 manat pulu xx xxxxxx 2014-cü il tarixdə almışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-138/2017 nömrəli, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə "Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi, dalan 1 ünvanında yerləşən 7 nömrəli fərdi yaşayış evinin İddiaçıo ğluna satılması barədə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış və 3 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi" qət edilmişdir. Lakin tərəflər arasında alqı- satqı müqaviləsi etibarsız hesab edildikdən sonra mübahisəli evin alınması üçün İddiaçı tərəfindən bank vasitəsilə Cavabdeh ödənilmiş 15000 manat pula sonuncu tərəfindən geri qaytarılmamışdır. 3 saylı Bakı “ASAN xidmət” X6nda reyestrdə 4Ə-2181 sayla qeyd edilmiş, AN-İ № ******* saylı xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 15000 manata İddiaçı satdığı zaman Cavabdeh şəxsiyyət vəsiqəsini təqdim etməklə, çekdə göstərilən məbləği aldığına dair qeydi imzalayaraq, alqı-satqı üzrə depozitə ödənilmiş 15000 manat pulu xx xxxxxx 2014-cü il tarixdə almışdır. İddiaçının AN-İ № ******* saylı xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalayan zaman notariusun bankdakı depozit hesabından alqı-satqı üzrə ödənilmiş pul vəsaitini şəxsiyyət vəsiqəsini təqdim edərək aldığını imzası ilə təsdiq edərək qəbul etməsini və həmin imzanın ekspert rəylərinə əsasən Cavabdeh ,Yusif qızına məxsus olmasını nəzərə alaraq, Cavabdeh İddiaçı 15000 manat pul verməsinə, İddiaçı həmin pulu "Asan Xidmət" mərkəzində depozitə qoyaraq evin alqı-satqısı zamanı evin pulunu ödəməsinə, həmin pulun 7000 manatının İddiaçı tərəfindən ona hissə-hissə qaytarılmasına, hazırda İddiaçı ona 8000 manat borcunun olmasına dair Cavabdeh dəlillərini bu halı təsdiq edən hər hansı bir sübut təqdim edilməməklə təsdiqini tapmır. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilə etibarsız hesab edildiyindən belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq hər iki əqd üzrə alınanların geri qaytarılması məsələsi həll edilməlidir. Lakin müqavilənin mübahisələndirilməsi barədə işə baxılarkən tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, mübahisəli evin alınması üçün İddiaçı tərəfindən bank vasitəsilə Cavabdeh əqd üzrə ödənilmiş 15000 manat sonuncu tərəfindən geri qaytarılmadığından ilkin iddia üzrə iddiaçı hazırki tələblə çıxış etməkdə haqlı olmuşdur. Cavabdeh AN-İ № ******* saylı xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalamasını, müqaviləyə onun satıcı tərəf olaraq fotogörüntülərinin əlavə edilməsini, notariusun bankdakı depozit hesabından alqı-satqı üzrə ödənilmiş pul vəsaitini şəxsiyyət vəsiqəsini təqdim edərək aldığını imzası ilə təsdiq edərək qəbul etməsini, iş materiallarına əlavə olunmuş ekspert rəylərində bankın çekində göstərilən 15000 manat pulu alması barədə imzanın məhz Cavabdeh tərəfindən icra olunmasının təsdiq olunmasını, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən tərəflər arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, qanunvericiliyin tələblərinə əsasən tərəflər arasındakı alqı-satqı müqaviləsinin etibarsız hesab edildikdən sonra ondan irəli gələn məsələləri həll etməli, alıcı və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmalıdır. Cavabdeh İddiaçı 15000 manat pul verməsini, həmin pulun 7000 manatının İddiaçı tərəfindən ona hissə-hissə qaytarılmasını, hazırda İddiaçı ona 8000 manat borcunun olmasını təsdiq edən əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, qeyd olunan hal məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edərək, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi qanunsuzdur və məhkəmə bu iş üzrə düzgün nəticəyə gəlməmişdir. Bakı Apelyasiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətrnaməsi ilə müəyyən edilmişdir ki, onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsində yerləşən özümə məxsus 7 saylı fərdi yaşayış evini iş üzrə İddiaçı satmaq niyyəti olmamışdır. Bu əqd, yəni alqı-satqı əqdi məhkəmələr tərəfindən etibarslız hesab edilmiş və (satdığı ev) ona qaytarılmışdır. O, İddiaçı fərdi yaşayış evinin özəlləşdirilməsinə dair etibarnamə versə də o, səlahiyyətlərindən kənara çıxmış və ondan həyətyanı sahənin özəllşdirilməsi məqsədi ilə 5000 manat almışdır, daha sonra o atasının fərdi emalatxanasına gələn yoxlamanı yola salmaq üçün 10000 manat pulunu ələ keçirmişdir. Daha sonra İddiaçı məni “Asan Xidmət”ə apararaq bu məqbləği, yəni 15000 manatı 3 saylı Bakı “ASAN xidmət” mərkəzində almış, yanında gətirdiyi tanımadığı kişi ilə oranı tərk etmiş və birlikdə atasının 40 mərasiminə getmişlər. Rəcəb onu atasının 40 mərasiminə dəvət etməsinə baxmayaraq, o, təkcə 4-5 saat 3 saylı Bakı “ASAN xidmət” mərkəzində oturub Rəcəbi gözləmişdir. Axşam üstü Rəcəb yanındakı kişi ilə geri qayıtmış və yanındakı kişi ona bildirmişdir ki, “verdiyin pulu məndən alacaqsan, sən burda oturub gözləmə evə get.” Səhəri günü Rəcəb zəng vurub bildirmişdir ki, o pulu almışdır, pulu evə gətirdi və yenə özü ilə həmin pulu aparmışdır. İş materiallarında olan qəbzə pulun alınması ilə əlaqədar etdiyi imza ilə əlaqədar göstərmişdir ki, o, heç bir banka getməmişdir, Rəcəb bunu o, Milli Arxivdən evə dair sənədləri axtararkən imza etmişdir və Rəcəb onu saxtalaşdırmışdır. Rəcəbə verdiyi 15000 manatın 5000 manatı özü üçün dəfn mərasimi keçirilməsi məqsədi ilə yığmış, xalçanı satıb 1000 manat əldə etmişdir, 5000 manatı Məmmədov Muradəlidən almış, 4000 manatı isə göz əməliyyatı keçirmək üçün pensiyalarından yığmışdır. Rəcəbin onun evini ələ keçirmək məqsədi bəlli olduqdan sonra “alqı-satqı müqaviləsinin etibasızlığı barədə məhkəmədə iddia qaldırmış, Rəcəbə verdiyi 15000 manatın isə hissə hissə 7000 manatını almışdır. İşin həqiqi halları bundan ibarətdir, lakin məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmiş, işi obyektiv, hərtərəfli araşdırmamışdır. 2019-cu ilin avqust ayının 24-dən sentyabr ayının 7-nə kimi xəstə olduğu üçün Xəstəxanada yatmış və məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında alqı-satqı müqaviləsi etibarsız hesab olunarsa, cavabdehin evi satmaq niyyətinin olmadığını, verilmiş pulun ona geri qaytarmalı olduğunu, lakin təmsil etdiyi şəxsə pul verilmədiyini, cavabdeh mənzillə bağlı Milli Arxiv İdarəsinə getdiyini, orada sənədləri alan zaman bir neçə sənədə imza etdiyini, əqdin etibarsızlığı tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-294/2018 saylı qətnaməsində aldadılma hallarının qeyd edidiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh pulu iddiaçıya xx.xx.2014-cü il tarixdə 5000 manat məbləğində evi özəlləşdirmək məqsədilə verdiyini, 10000 manat məbləğində pulun isə atasının mağazasına yoxlama gəldiyi üçün verdiyini, qardaşının 40 mərasimində onu “Asan” Xidmətə apardığını, evi satan zaman “Asan” Xidmətdən pul almadığını, iiddiaçının onun kor olmasından istifadə etdiyini, iddiaçıdan onun iş yerinə şikayət etdiyi üçün işdən çıxarıldığını, buna görə də onunla prinsip apardığını, dekabr ayında ona pulu gətirdiyini, pulu saymağa qoymadığını və geri apardığını, iddiaçının anası onun iş yoldaşı olduğu üçün iddiaçıya etibar edib ona pulu verdiyini, sonra ona 7000 manat pulu qaytardığını, pulu verən zaman pulu saymağa imkan vermədiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi vəkil X4 apellyasiya şikayətini qəbul etməyərək və etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı tərəfindən Cavabdeh məxsus evin alınmasından ötrü 15000 manat pulun sonuncuya ödənilməsi 3 saylı Bakı “ASAN xidmət” X6 tərəfindən verilmiş xx xxxxxx 2014cü il tarixli ABB-1 № ******* saylı çekdən, xx xxxxxx 2014-cü il tarixli, 1355 nömrəli məktubdan və xxxxn Yasamal filialı tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli mədaxil elanından görünür. Cavabdeh həmin sənədlərdə olan imzaların ona məxsus olmamasını vurğulasa da, ekspert tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli rəylə təsdiq olunur ki, ekspertizaya təqdim olnumuş “xxxx” ASC-nin Yasamal filialının adından olan çek ABB-1 seriyalı ******* nömrəli çekin “çekdə göstərilən məbləği aldım imza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi iddiaçının istinad etdiyi hallar 3 saylı Bakı “ASAN xidmət” X6 tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli ABB-1 № ******* saylı çek, xx xxxxxx 2014-cü il tarixli, 1355 nömrəli məktub, Azərbaycan Beynəlxakq Bankın Yasamal filialı tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli mədaxil elanı və Ekspert tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli rəy ilə sübut olunur. Lakin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı güya 15000 manat pulun verilməsi və hazırda İddiaçı güya ona 8000 manat borcun olması heç bir sənədlə, sübutla təsdiq olunmur. Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli,2(003)-1997/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur ki: 3 saylı Bakı “ASAN xidmət” X6nda reyestrdə 4Ə-2181 sayla qeyd edilmiş, tərəflərin foto görüntülərinin də əks olunduğu AN-İ № ******* saylı xx xxxxxx 2014cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi, dalan 1, ev 7 ünvanında yerləşən fərdi yaşayış evini 15000 manata İddiaçı satmışdır. Cavabdeh xx.xx.2015-ci il tarixədək daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə İddiaçı faktiki sahibliyinə verməyi və qeydiyyatdan çıxmağı öhdəsinə götürür (müqavilənin 11 və 13-cü bəndləri) (səh.9);“xxxx” ASC tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, 3 saylı Bakı “ASAN xidmət” X6nun notariusu xx xxxxxx 2014-cü il tarixdə, “xxxx” ASCnin Asan 3 şöbəsinə müraciət edərək, İddiaçı notariat qaydasında təsdiq ediləcək alqısatqı müqaviləsi üzrə ödənilməli olan 15000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra notarius məktubu əsasında Cavabdeh verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. 15000 manat İddiaçı tərəfindən notariusun “xxxx” ASC-nin Asan 3 şöbəsindəki depozit hesabına ödənilmiş və bu barədə xx.xx.2014-cü il tarixli FJB **********560 saylı mədaxil elanı verilmişdir. Cavabdeh Əzizbəyov RPİ tərəfindən verilmiş xx xxxxx 2003- cü il tarixli seriya AZE № 00****** saylı şəxsiyyət vəsiqəsini təqdim etməklə, çekdə göstərilən məbləği aldığına dair qeydi imzalayaraq, alqı-satqı üzrə depozitdə ödənilmiş 15000 manat pulu xx xxxxxx 2014cü il tarixdə almışdır (səh.10-13); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 19245 saylı rəyinə əsasən, “xxxx” ASC-nin Yasamal filialının adından olan Çek ABB-1 seriyalı, ******* nömrəli çekin kserosurətində “çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur (səh.92); Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 138/2017 nömrəli, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək "Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi, dalan 1 ünvanında yerləşən 7 nömrəli fərdi yaşayış evinin İddiaçı satılması barədə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış və 3 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, cavabdeh İddiaçı 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması, iş üzrə 100 manat məbləğində ekspertiza xərci İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (səh.22). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-294/2018 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qeyd edilmişdir ki, tərəflər arası mövcud olmuş çoxsaylı mübahisələr zamanı iddiaçının belə bir planının, imkanının olmasına ehtimal edən heç bir sübut, dəlil aşkar edilməmişdir. Əksinə, iddiaçıya məxsus olan və real dəyərindən qat-qat aşağı qiymətə evin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi və evin məhz hansı qiymətə satın alınmasına cavabdehin israr etməsi, mənzilin alqı-satqı müqaviləsi həyata keçirildikdən sonra iddiaçının qalaraq həmin evdə yaşaması halı ona dəlalət edir ki, iddiaçı belə bir əqdin bağlanmasına razılıq verməmişdir (səh.144); Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3883/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 294/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (səh.138). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 339.2, 339.5, 560; MPM-nin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırki mübahisəli münasibətlərinə uyğun qətnaməni düzgün əsaslandırmışdır. Qeyd edilməlidir ki, şəxsin aldadıldıma ilə əqdi mübahisələndirmə MM-in 339.2-ci maddəsi ilə müəyyən edilir. Məcəllənin 339.5-ci maddəsinə görə, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Məcəllənin 337.5-ci maddəsinə görə isə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Diqqətə çatdırılmalıdır ki, hazırki mübahisədən öncə mövcud olmuş məhkəmə aktları ilə (mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) müəyyən edilmiş faktlar pulun ödənilmənməsi əsası dəlili ilə müqavilənin etibarsızlığına qiymət verməmiş və bu halı müəyyən edilmiş fakt kimi təsbit etməmişdir. Məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri isə (tələb olmadığından) tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1997/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar