Məhkəmə qərarları › İş №2(103)-2139/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2139/2025

14.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2139/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("vəsiyyətnamənin etibarsızlığı, vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması, hüquqi nəticələrin ləğv edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi ) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə*, cavabdehlər Cavabdeh2, Cavabdeh*oviçin və cavabdehlər Cavabdeh*oviç, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “ vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, hüquqi nəticələrin ləğv edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-3609/2024 saylı işi üzrə *8.*2.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı *.İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması, hüquqi nəticələrin ləğv edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vərəsəliyi nəzərə alınmadan Cavabdeh4, Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 Mirzəbəyoviçin adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması, hüquqi nəticələrinin ləğv edilməsi və İddiaçı X*5in vərəsəsi kimi tanınması və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mirzəbəyov Həmzəbəy 06.*0.*989-cu ildə Bakı şəhərində vəfat etmişdir. Həmin şəxsdən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi ev *9 ünvanında yerləşən daşınmaz əmlak miras olaraq vərəsələrinə qalmışdır. Miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri 24 saylı notariat ofisinə müraciət edilmişdir. Notariat ofisində təqdim edilmiş sənədlər araşdırıldıqdan sonra vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Belə ki, notariat ofisi özünün 4*2 nömrəli *5 may 2023-cü il tarixli məktubunda göstərmişdir ki, mirasın qəbulu müddəti keçdiyi üçün İddiaçı vərəsəlik şəhadətnaməsi verilə bilməz. Göstərilən əsasla şəhadətnamənin verilməsindən imtina olunması isə tamamilə əsassızdır. Belə ki, Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 457 nömrəli **.04.2023-cü il tarixli arayışında göstərilmişdir ki, həqiqətən mərhum Həmzəbəy Mirzəbəyov 06.*0.*989-cu il tarixədək vəfat etdiyi günədək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev *9 ünvanında qeydiyyatda olmuş və o, onunla birlikdə həmin ünvanda yaşamışdır. Sonradan, ailə qurduqdan sonra həmin ünvandan qeydiyyatdan çıxsa da, o, mərhumun ölümündən sonra da mütəmadi olaraq bu ünvanda yerləşən evə gedib-gəlməklə faktiki olaraq miras əmlakı qəbul etmişdir və idarə etmişdir. Ona görə də mirasın qəbulu ilə bağlı müddəti də ötürməmişdir. Onun həmin ünvanda yaşadığını və mirası faktiki olaraq qəbul etdiyini şahidlər də təsdiq edə bilər. Bütün bunlara baxmayaraq, *2 may 2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən Mirzəbəyov Həmzəbəyin vərəsələri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi *9 ünvanında qeydiyyatda olan qızı Cavabdeh4, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi *9 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi *9 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh3 Həmzəbəyoçiv və onların hər biri miras əmlakdan */4 hissədə irs almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak AR Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.2023 tarixdə Mirzəbəyov Həmzəbəyə verilmiş 30/876 qeydəalma nömrəsi ilə 0* nömrəli kitabın *06-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov (Qumlu) küçəsi *9 ünvanında yerləşən ümumi sahəsi 83,6 kv.m, yaşayış sahəsi 48.2 kv/m, yardımçı sahəsi 35.4 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. Qeyd edir ki, miras əmlak bölünən zaman o, mirasın açılması zamanı cəlb edilməmişdir. Belə ki, onun iştirakı olmadan miras əmlak bölünmüş və həmin şəxslərə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bu zaman da o, mirasın bölgüsündən kənarda qalmışdır. Vərəsəlik şəhadətnaməsi verilmiş şəxslər *2.05.2024-cü il tarixində Notariat ofisinə müraciət etmiş və həmin gün də onlara vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan sonradan xəbəri olmuş o, İddiaçı isə xx.xx.2024-cü il tarixində Notariat ofisinə müraciət etmişdir. Lakin müddətin ötürülməsinə görə onun vərəsə qismində tanınmasında imtina edilmiş və onun mirasa pay hüququ tanınmamışdır. Göstərilən hallar isə onun hüquqlarının pozulması və mirasdan məhrum edilməsinə səbəb olmuşdur.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2( 0*0)-3609/2024 saylı işi üzrə *8.*2.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması, hüquqi nəticələrin ləğv edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş *00 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.*, 324.*, 324.2, 324.3, 327, 337.*, 337.3,337.5; Azərbaycan SSR Ali Soveti tərəfindən *964-cü il sentyabrın **-də qəbul edilmiş və *965-ci il martın *-də qüvvəyə minmişdir) Azərbaycan SSR Mülki Məcəlləsinin ( AR Mülki Məcəlləsinin 0* sentyabr 2000-ci il tarixdə qüvəyyə minməsilə qüvvədən düşmüşdür) 527, 528, 529, 552; AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 202*-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2, 46, 77, 82.3, 88, *07, **9,220.4, 2*7-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəfin, Suraxanı Rayon Məhkəməsinin 23.0*.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Şahid2, X*, İddiaçı, Şahid3, Cavabdeh4 (üçüncü şəxslər Cavabdeh3, X8 və Cavabdeh2 olmaqla), qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü sayılaraq uzadılması və mirasın şərikləri arasında bölüşdürülməsi” tələbinə baxıldığından və iddia rədd edildiyindən, hazırkı iş üzrə icraata xitam verilməsi barədə vəsatəti ilə razılaşmır. Belə ki, həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı miras əmlaka münasibətlərin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tələbləri baxımından, miras əmlakı qəbul etmə müddətini ötürmüşdür. Hazırkı tələbdə isə cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnamələri mübahisələndirilir, hansı ki, əvvəki qətnamə qəbul edilən vaxtı həmin şəhadətnamələr hələ mövcud deyildi. Hazırkı işdə mübahisələndirilən şəhadətnamələr 23.0*.2024-cü il tarixindən sonra tərtib edilmişdir. İş üzrə cavabbeh Cavabdeh* münasibətdə isə qeyd edilməlidir ki, o, əvvəlki məhkəmə mübahisəsi üzrə ümumiyyətlə tərəf olmamışdır və ona görə də, həmin qətmnamənin preyudisiallığı Cavabdeh* aid edilə bilməz. Hazırkı işdə məhkəmə cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnamələrinin (birtərəfli əqdlərin) etibarlı olub-olmamasına hüquqi qiymət verir. İddiaçı tələbini onunla əsaslandırır ki, notarius imtina məktubunda bildirmişdir ki, mirasın qəbulu müddəti keçdiyi üçün iddiaçıya vərəsəlik şəhadətnaməsi verilə bilməz. İddiaçı tərəf hesab edir ki, bu imtina əsassızdır. Ona görə ki, iddiaçı mərhum atasının vəfat etdiyi günədək onunla birlikdə yaşamışdır. İddiaçının dəlilləri əsasssızdır. Belə ki, artıq qeyd edildiyi kimi, tərəflər arasında əvvəl də məhkəmə mübahisəsi olmuş və o mübahisənin predmetini mirasın qəbul edilmə müddətinin ötürülməsi təşkil etmişdir. Məhkəmə özünün 23.0*.2024-cü il tarixli qətnaməsində qeyd etmişdir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notarit oranına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu kimi hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməli idi. Daha sonra bildirilmişdir ki, iddiaçılar *4 iyun 2023-cü il tarixində notariat kontoruna müraciət etmişlər. Bununla da, onlar qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşlər. Məhkəmə, həmçinin müddətin ötürülməsinin üzrlü sayılması üçün tutarlı əsasın olmadığı qənaətinə gəlmişdir. Göründüyü kimi, həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı miras əmlakı faktiki qəbul etməmiş, eyni zamanda mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti də üzrsüz səbəbdən buraxmışdır. Beləliklə, müəyyən edilmişdir ki, İddiaçı vərəsə kimi miras əmlaka hüquqlarını itirmişdir. Qeyd edilən hallara artıq qüvvədə olan məhkəmə qətnaməsi ilə qiymət verildiyindən, hazırkı işdə iddiaçının miras əmlakı faktiki qəbul etməsi barədə irəli sürdüyü dəlillər də əsassızdır və onlara hüquqi hüquqi qiymət verilməsinə lüzum yoxdur. Bunun davamı olaraq, iş üzrə alınmış şahid ifadələrinin də, iddia tələbinə münasibətdə sübut əhəmiyyəti yoxdur. Ona görə ki, şahid ifadələri işin ümumi hallarını əks etdirir və əsasən əvvəlki məhkəmə qətnaməsi ilə həll edilən məsələlərə toxunur. İşin hallarından, vərəsəlik şəhadətnamələrinin digər əsaslara görə etibarsız hesab edilməsi üçün hər hansı hal müəyyən edilmir. Məhkəmə hesab edir ki, mübahisələndirilən vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur və notariat orqanı düzgün olaraq miras əmlakın Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Mirzəbəyovic, eləcə də Cavabdeh* arasında ¼ hissədə bölünməsi barədə vərəsəlik şəhadətnamələri vermişdir. Ona görə ki, həmin şəhadətnamələr verilərkən, artıq 23.0*.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə iddiaçının vərəsəlik hüququ tanınmamışdır. 3.İşin icraatı zamanı müəyyən edilmişdir: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı *3.02.*967-ci il tarixdə anadan olmuşdur. X*5, anası Mirzəbəyova Ayşatdır; - AR BŞİHnin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya FM, 023*62 nömrəli, *3.07.*967-ci il tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qumluq küçəsində yerləşən ümumi sahəsi 83,6 kv.m, yaşayış sahəsi 48.2 kv/m olan 3 otaqlı *9 saylı fərdi yaşayış evi Mirzəbəyov Həmzəbəyin adına qeydiyyata alınmışdır; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mirzəbəyov Həmzəbəy 06.*0.*989-cu il tarixdə vəfat etmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-268/2024 saylı, 23.0*.2024- cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Şahid2, X*, İddiaçı, Şahid3, Cavabdeh4 qarşı “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbinin üzrlü sayılaraq uzadılması və mirasın şərikləri arasında bölüşdürülməsi” tələbinə dair iddiası təmin edilməmişdir; - Bakı şəhəri 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin *2 may 2024-cü il tarixli, 2V-424 nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsindən görünür ki, 06.*0.*989-cu il tarixdə vəfat etmiş Mirzəbəyov Həmzəbəyin vərəsələri - Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev *9 ünvanında qeydiyyatda olan qızı Cavabdeh4, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev *9 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, ev *9 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh3dir və onların hər biri miras əmlakdan */4 hissədə irs almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak AR Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.2023 tarixdə Mirzəbəyov Həmzəbəyə verilmiş 30/876 qeydəalma nömrəsi ilə 0* nömrəli kitabın *06-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov (Qumlu) küçəsi, *9 ünvanında yerləşən ümumi sahəsi 83,6 kv.m, yaşayış sahəsi 48.2 kv/m, yardımçı sahəsi 35.4 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir; - Bakı şəhəri 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin *2 may 2024-cü il tarixli, 2V-425 nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsindən görünür ki, 06.*0.*989-cu il tarixdə vəfat etmiş Mirzəbəyov Həmzəbəyin vərəsəsi – X2 idi, lakin onun 06.0*.*998-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun arvadı – Cavabdeh* ¼ hissədə keçir. Həmin şəhadətnaməyə əsasən miras əmlak AR Bakı şəhəri İH Tİ və MHQİ tərəfindən xx.xx.2023 tarixdə Mirzəbəyov Həmzəbəyə verilmiş 30/876 qeydəalma nömrəsi ilə 0* nömrəli kitabın *06-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov (Qumlu) küçəsi, *9 ünvanında yerləşən ümumi sahəsi 83,6 kv.m, yaşayış sahəsi 48.2 kv/m, yardımçı sahəsi 35.4 kv/m, 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir; - AR ƏN 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış 30 may 2024-cü il tarixli, *659 nömrəli məktubundan görünür ki, miras qoyanın öldüyü məqamda qüvvədə olan **.09.*964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdi idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikasmda notariat hərəkətlərinin aparılması qaydaları haqqmda təlimatın 99-cu bəndinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Mirzəbəyov Həmzəbəydən qalmış mirası qəbul etmə faktı ilə bağlı sübutlar təqdim edilməmişdir. Mirzəbəyov Həmzəbəydən qalmış mirası qəbul etmə faktı ilə bağlı sübutlar olmadığından və artıq vərəsələrə hər biri üçün ¼ hissədən ibarət olmaqla vərəsəlik şəhadətnamələri verildiyindən həmin fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir; - Məhkəmənin 25.**.2024-cü il tarixli iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, tərəflərin bacısıdır. Valideynləri vəfat edəndən sonra rəhmətlik İsmayıl adlı qardaşının həyat yoldaşı özbaşına, heç kəsdən soruşmadan, rəsmi icazə olmadan 2 sot ərazidə ev tikib, Cavabdeh2 da 2 sot ərazidə tikilmiş evi söküb. Cavabdeh4 *4 yaşında evdən qaçıb, uzun müddət Dubayda, daha sonra Pakistanda yaşayıb. Cavabdeh4 Pakistandan deportasiya olandan sonra evin həyətində səliqə-sahman yaradıb, orada yaşamasını təklif etdi, lakin o razı olmadı. Atası *989-cu ildə həmin evdə vəfat edəndə o həmin evə gedib-gəlirdi, lakin daimi yaşamırdı. İddiaçı da onun kimi gedibgəlib, dava-dərman gətirirdi, anasına qulluq göstərirdi; - Məhkəmənin 25.**.2024-cü il tarixli iclasında şahid qismində dindirilən X3 bildirdi ki, iddiaçının qonşusudur. O, *983-cü ildə gəlin gələn vaxtdan həmin məhəllədə yaşamışdır. İddiaçı ev aldığına görə evdən köçüb. *989-cu ildə tərəflərin atası vəfat edəndən sonra həmin evdə bir müddət heç kəs yaşamayıb, o evdə Firəngiz yaşayıb; - Məhkəmənin 25.**.2024-cü il tarixli iclasında şahid qismində dindirilən X*6 bildirdi ki, tərəflərin qonşusudur. Doğulandan bəri həmin məhəllədə yaşamışdır. *989-cu ildə tərəflərin mərhum atası vəfat edəndən sonra iddiaçı mübahisəli evə gedib-gəlib. Sonra iddiaçının həmin evdə daimi yaşadığını görməmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin *8.*2.2024-cü il tarixli, e-2(0*0)-3609/2024 saylı qətnaməsinin tam ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, *57; Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2, 76.*, 76.2, 77-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırki iş üzrə məhkəmə, Suraxanı Rayon Məhkəməsinin 23.0*.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş halları əsas götürsə də, hesab edir ki, həmin qətnamə qəbul olunarkən qanunvericiliyin tələbləri nəzərə alınmadığından və Konstitusiya Məhkəməsinin müəyyən etdiyi yeni hüquqi mövqeyə zidd olduğundan hazırki iş üzrə əhəmiyyət daşıya bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən *246 və *273-*-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Göründüyü kimi Suraxanı Rayon Məhkəməsinin 23.0*.2024-cü il tarixli qətnaməsi qəbul edilərkən Konstitusiya Məhkəməsinin Plenumunun26 dekabr 2023-cü il tarixli qərarı qüvvədə olmuş və həmin qərarın məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə tərəfindən həmin mövqe nəzərə alınmayaraq vərəsəlik münasibətləri ilə bağlı müddətin tətbiqinə yol verilmişdir. Bu baxımdan Suraxanı Rayon Məhkəməsinin 23.0*.2024-cü il tarixli qətnaməsi əhəmiyyətsiz olmaqla heç bir halda preyudisial əhəmiyyət daşıya bilməz. Həmçinin yuxarıda qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin *273-*cimaddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin *30*-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab olunur və vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Lakin buna zidd olaraq birinci instansiya məhkəməsinin vərəsəliyin hüquqi statusunun tənzimlənməsinə dair Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında müəyyən edilən mövqey baxımından qətnamədə heç bir dəyərləndirmə aparmamışdır. Bundan əlavə, Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Bu cür tənzimləmənin əsas və ən vacib şərti isə müvafiq normaların Konstitusiyaya uyğunluğudur. Bu şərt Konstitusiyanın *49-cu maddəsinin İİİ hissəsindən irəli gəlir ki, həmin maddəyə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il *4 oktyabr tarixli Qərarında vərəsəliklə bağlı müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X*3 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin *273-*-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Bundan əlavə, yaşayış sahəsinə dair gözlənilən mülkiyyətçisi olması ilə bağlı məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, İnsan Hüquqlarının və X*2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) * saylı protokolunun *-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. * saylı protokolun *-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsi İnsan Hüquqları və X7 X4 * saylı protokolunun *ci maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının pozulması ilə bağlı işlərə baxan zaman aşağıda göstərilənləri bəyan etmiş və ardıcıl olaraq müdafiə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə, “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda dəqiq izah etmiş və hesab etmişdir ki, “maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvensiyanın * saylı Protokolunun *-ci maddəsi baxımından hüquqauyğun gözlənməsi arasında fərq vardır”. Məhkəmənin xatırlamasına görə “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o Konvensiyanın * saylı Protokolunun *-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir” (Burdov Rusiya Federasiyasına qarşı və “ Yunanstan neftayırma zavodu” Strən və X5rşı işlər). Avropa İnsan Hüquqları Məhkəməsinin“Önər Yıldız (Oner Yıldız) Türkiyəyə qarşı” *8 iyun 2002-ci il tarixli qərarında hazırkı mübahisə üçün hüquqi əhəmiyyəti olan məqamlar vardır. Qərarın *39-cu bəndində məhkəmə müəyyən etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın * saylı Protokolun *-ci maddəsinin mənasıbaxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarın *42-ci bəndində isə qeyd olunur ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq * saylı Protokolun *-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Həmçinin həmin qərarda qeyd olunur ki, «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Beləliklə, birinci instansiya məhkəməsinin qanunvericilik normalarının düzgün tətbiq etməmiş və səhv təfsir etmişdir. Bununla da iddiaçının Konstitusiyanın 60-cımaddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur. Göründüyü kimi bu şəkildə işə səthi baxılaraq qəbul edilən qətnamə yalnız adamda bir təəssürat doğurur, sadəcə sübutların birtərəfli araşdırılması və cavabdeh tərəfin maraqlarına xidmət edən qətnamə qəbul edilməsi. Məhkəmə qeyd etdiyi hər bir hala və sübuta nəzərə alıb-almamasından asılı olmayaraq sübuta nəzərə alıb-almamasından asılı olmayaraq qiymət verməli olduğu halda, yuxarıda qeyd etdiyim hallara dair sadəcə bir bədii cümlə yazmaqla guya işin hallarına qiymət vermək vəzifəsini bitmiş hesab edib. Məhkəmə qətnaməsininbəsit hala salınıb bu vəziyyətə gətirilməsi isə MPM-in 9.*, 9.3, 88,2*7.* və 2*7.3-cü maddələrinin tələblərinin kobud şəkildə pozulmasıdır. Məhkəmə tərəfindən hazırki iş üzrə qətnamə qəbul olunarkən Suraxanı RayonMəhkəməsinin 23.0*.2024-cü il tarixli qətnaməsinə istinad edilməsi və həmin iş üzrə müəyyən edilmiş hallara əsaslanmaqla iddianı rədd etməsinə münasibətdə qeyd edirik ki, faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdi. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, qanunla nəzərdə tutulmuş qaydada Suraxanı Rayon Məhkəməsinin 23.0*.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar əsas götürülə bilməz və bu bizim konstitusiya ilə təminat altına alınan vərəsəlik hüququmun pozulması deməkdir. Göründüyü kimi məhkəmə tərəfindən hazırki iş üzrə natamam araşdırma aparılmış və iddia rədd olunarkən yuxarıda qeyd olunan hallar nəzərə alınmamışdır. Bununla da məhkəmə dolayı yollarla sübutların bir tərəfli aşardırılmasına və işin bütün hallarının cavabdehlərin xeyrinə qiymətləndirilməsinə şərait yaratmışdır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlarırədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanınşikayəti ilə əlaqədar 3* may 2006-cı il tarixli Qərar). Göründüyü kimi məhkəmə iş üzrə qəbul etdiyi qətnamədə prosessual qanunvericiliyin tələblərinə əhəmiyyət vermədən yuxarıda qeyd olunan məsələlərə aydınlıq gətirmədiyinə və sübutlara düzgün və ümumiyyətlə qiymət vermədiyinə görə mənim əsaslandırılmış qərar almaq, yəni ədalətli məhkəmə baxışıma olan hüquqlarımı pozmuşdur.

5. Cavabdehlər Cavabdeh*oviç, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi Vəkil2 apellyasiya şiikayətinə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə etirazını təqdim etmiş, etirazda qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *8.*2.2024-cü il tarixli, e-2(0*0)- 3609/2024 saylı mülki iş üzrə qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması, hüquqi nəticələrin ləğv edilməsi və yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, Mülki Məcəllənin *246 və *273-*-ci maddələrindəki müddətə dair məhdudiyyətlər Konstitusiyanın 29-cu maddəsinə zidd sayılır; vərəsə mirasdan imtina etmədikdə, o, mirası qəbul etmiş hesab olunur, birinci instansiya məhkəməsi bu yeni hüquqi mövqeni nəzərə almamış və yalnış qiymətləndirmə aparmışdır, iddiaçı atasının ölümündən sonra evə mütəmadi gedib-gəlmiş, qulluq göstərmişdir, bu hal Mülki Məcəllənin 552-ci maddəsinə uyğun olaraq mirası faktiki idarə etmə kimi qiymətləndirilməlidir, Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq iddiaçının məhkəmə müraciət hüququ pozulmuşdur, Avropa İnsan Hüquqları Məhkəməsinin "Hiro Balani İspaniyaya qarşı", "X*7rşı" və s. presedentlərinə zidd olaraq məhkəmə qararı yetərincə əsaslandırılmayıb, vərəsəlik hüququ Konstitusiyaya uyğun olaraq mülkiyyət hüququnun bir formalarından biridir, Dövlət bu hüququn reallaşdırılması üçün təminat yaratmalıdır, forma və prosedur pozuntusu hüququn aradan qalxmasına səbəb ola bilməz. Suraxanı rayon məhkəməsinin 23.0*.2024 tarixli qabaqcıl qətnaməsinin şörtəsiz preyudisial hesab olunması yolverilməzdir. Konstitusiya Məhkəməsinin 2022 və 2023 tarixli Qərarlarda qeyd etdiyi kimi, faktlar yalnız obyektiv şəkildə dəyərləndirildikdə preyudisial hesab oluna bilər. Apellyasiya şikayətini qəbul etmirəm, şikayət əsassızdır. Belə ki: *) İddiaçının miras əmlakı qəbul etməsi ilə bağlı hüquqi tələblərə uyğun hərəkət etmədiyi, yəni Mülki Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilmiş 6 aylıq müddət ərzində nə faktiki idarə, nə də ərizə ilə notariat orqanına müraciət etmə halları sübut olunmamışdır. Əksinə, iddiaçı yalnız 35 il sonra, vərəsəlik şəhadətnamələri verildikdən sonra Notariat orqanına müraciət etmişdir. 2) Suraxanı Rayon Məhkəməsinin 23.0*.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının mirasın qəbul müddətini ötürdüyü rəsmən tanınmışdır. Bu qətnamə qüvvədədir və iş üzrə preyudisial əhəmiyyətə malikdir. Apellyasiya şikayətində qeyd olunan Konstitusiya Məhkəməsinin qərarı isə qüvvədə olan və konkret hüquqi vəziyyətə tətbiq olunmuş qətnaməni aradan qaldırmır. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı miras əmlakı faktiki qəbul etməmiş, eyni zamanda mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti də üzrsüz səbəbdən buraxmışdır. Beləliklə, müəyyən edilmişdir ki, İddiaçı vərəsə kimi miras əmlaka hüquqlarını itirmişdir. Qeyd edilən hallara artıq qüvvədə olan məhkəmə qətnaməsi ilə qiymət verildiyindən, hazırkı işdə iddiaçının miras əmlakı faktiki qəbul etməsi barədə irəli sürdüyü dəlillər də əsassızdır və onlara hüquqi hüquqi qiymət verilə bilməz. 3) Qətnamədə də qeyd olunduğu kimi, iddiaçının miras əmlakı faktiki idarə etməsinə dair vergi ödənişi, kommunal xidmətlər, və s. kimi sübutlar təqdim edilməmişdir. Şahid ifadələri isə faktiki istifadə və daimi yaşayışa dair konkret və hüquqi dəyəri olan sübut təşkil etmir. 4) Birinci instansiya məhkəməsi işin bütün hallarını araşdırmış, tərəflərin izahatlarını dinləmiş, şahidləri dindirmiş və qanunlara uyğun olaraq ədalətli nəticəyə gəlmişdir. İddiaçı isə apellyasiya şikayətində yalnız ümumi və hüquqi nəticə doğurmayan arqumentlərlə qərarın ləğvini istəyir. Halbuki, təqdim edilən sübutlar birinci instansiya məhkəməsinin mövqeyini tam dəstəkləyir. Yuxarıda göstərilənlərə əsasən, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *8.*2.2024-cü il tarixli, e-2(0*0)-3609/2024 saylı qətnaməsi qanuni və əsaslıdır, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə* apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin artıq qanuni qüvvəsini almış başqa məhkəmə aktının hazırkı iş üzrə predisual əhəmiyyətə malik olması ilə bağlı mövqeyi ilə razılaşmadığını, bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının da nəzərə alınmadığını, iddiaçı tərəfindən orada müvafiq təmir işlərinin də aparıldığını, mərhum atasına xəstə olarkən də qulluq etdiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh*oviç, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini, apellyasiya şikayətinə dair etirazını da elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etdiyini, həmin etirazın izahat kimi nəzərə alınmasını və apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini əsassız hesab etdiyini, 2022-ci ildə iddiaçı tərəfindən həmin evdə həqiqətən də təmir işlərinin aparıldığını, lakin iddiaçının iddia etdiyi kimi böyük həcmdə deyil kiçik təmir getdiyini, iddiaçının 2022-ci ildə Yeni Günəşlidə öz evlərini satıb, övladları ilə birgə müvəqqəti olaraq mübahisəli evə köçdüyünü, aralarında olan danışağa əsasən iddiaçının yeni ev tapdıqdan sonra orada köçəçəyini, özünün vərəsəlik şəhadətnaməsinin qbulu üçün 2024-cü ildə müraciət etdiyini, həmin vaxtadək iddiaçı ilə aralarında söz-söhbət olmadığından vərəslik şəhadətnaməsinin alınmasına tələsmədiyini qeyd etmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

9. Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən cavabdeh 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: *0.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20.05.20**-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi **.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə; Mülki Prosessual Məcəlləsinin 77, 82, 372, 384-cu maddələrinin tələblərinə əsasən hesab edir ki, apellyatorun şikayətində qeyd etdiyi sübuta yetirilməyən dəlilləri əsassızdır.Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən, qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı miras əmlakını faktiki qəbul etməmiş, mirasın qəbulu üçün müddəti ötürmüşdür. Bunun əksini sübut edəcək dəlillər, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına təqdim edilməmişdir. Ümumiyyətlə, digər və hazrki prosesdə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə iddia tələbi olmasa da digər qanuni qüvvəsini almış məhkəmə aktı ilə bu məsələyə qiymət verilən (müzakirə predmeti olan) faktlar hazırki prosesdə müzakirə edilə (qiymət verilə) bilməz. *2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 552. Mirası qəbul Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki olaraq idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açıldığı gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlara mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. *3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 307.2.9. məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. *4.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. *5.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(0*0)-3609/2024 saylı iş üzrə *8 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar