Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2141/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2141/2023 (Açar sözlər: əmrlərin ləğvi, işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(005)-4356/2022 saylı qətnaməsindən cavabdeh nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 15 mart 2021-ci il tarixdən 31 avqust 2021-ci il tarixinədək Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş K-867 saylı, xx.xx.2022-ci il tarixli əmrə əsasən Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin qurtarmasına görə 01 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, K-867 nömrəli əmrin ləğv edilməsi və onun Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, təhsil sahəsində müəllim (daha sonra direktor) vəzifəsində çalışmaqla yüzlərlə gəncin yüksək səviyyədə təhsil almalarına töhfə vermişdir. 15 mart 2021-ci il tarixdən etibarən Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. Müəllimlərə verilmiş 56 günlük məzuniyyətdə olduğu vaxt onunla bağlanmış əmək müqaviləsinin xitam olunmasının zəruriliyi bildirilmişdir. Belə ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunması ilə bağlı 15 mart 2021-ci il tarixdə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İddia ərizəsinə əlavə olunan və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X2ndən əldə edilmiş iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışda onunla bağlanmış əmək müqaviləsinin müddəti 15 mart 2023-cü il tarixinə qədər müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunan digər “saxta” arayışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X2ndən əldə edilmiş iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışda onunla bağlanmış əmək müqaviləsinin müddəti isə 04 avqust 2022-ci il tarixinə qədər müəyyən edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevin xx.xx.2022-ci il tarixli, K-867 nömrəli əmrinə əsasən Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru, yəni onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarmasına görə 01 sentyabr 2022-ci il tarixdə xitam verilmişdir. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsinə uzun müddət qalmasına baxmayaraq, müddətli əmək müqaviləsinin müddəti qəsdən, onun imzası olmadan, müqavilə üzrə iradə ifadəsi olmadan qısaldılmışdır.
4. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli, K-867 nömrəli əmrin ləğv edilməsi, onun Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4356/2022 nömrəli 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-867 saylı əmrinin ləğv edilməsi və İddiaçı əvəlki vəzifəsinə bərpa olunması, Cavabdeh tərəfindən İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin “d” bəndi, 45-ci maddəsinin 1-ci hissəsi, 46-cı maddəsinin 6-cı hissəsi, 49-cü maddəsinin 1-ci hissəsi, 68-cü maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73-cü maddəsinin 1-ci hissəsi, 76-cı maddəsinin 2-ci hissəsi, 83-cü maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iş üzrə İddiaçı qzı Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-240 saylı əmri ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il (5 ay 16 gün) tarixinədək Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmiş və bununla bağlı əmək müqaviləsi (müddətli) bağlanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X2ndə əmək müqaviləsinin bağlanması ilə bağlı məlumatlar yerləşdirilmişdir. Müqavilənin müddəti bitdikdən sonra yenidən həmin müddətə (5 ay 16 gün) müqavilənin müddəti artırılmışdır xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi ilə bağlı məlumatlar sistemə yerləşdirilərkən müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il kimi qeyd edilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, texniki səhv olaraq, müqavilənin qurtadığı müddət xx.xx.2023-cü il tarixi kimi qeyd edilmişdir. Nazirlik bu texniki səhvi aradan qaldırmaq məqsədilə xx.xx.2022-ci il tarixdə bildirişdə düzəliş edərək müqavilə müddətinin qurtardığı tarixi xx.xx.2022-ci il tarixlə əvəz etmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2022-ci il tarixli, K-347 saylı əmri ilə İddiaçı əmək funksiyalaranı keyfiyyətsiz yerinə yetirdiyinə və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən töhmət elan edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2022-ci il tarixli, K-867 saylı əmrilə X3 ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 68ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Abşeron-Xizi Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, M-98 saylı əmrilə Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinin direktoruna xx.xx.2022-ci tarixədək əmək məzuniyyəti verilmişdir. İddiaçının müqaviləsinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilərkən onun məzuniyyətdə olması nəzərə alınmış və əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İşə baxan məhkəmə təqdim olunmuş sənədlərə və işin mahiyyətinə aid olmayan maddi hüquq normalarına istinad edərək, iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası Təhsil naziri ilə İddiaçı arasında xx.xx.2021-ci tarixdə əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək (5 ay 16 gün) müəyyən edilmişdir. Tərəflərin razılı ilə müqavilənin müddəti həmin müddətə yenidən uzadılmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində xx.xx.2022-ci il tarixi göstərildiyindən əmək müqaviləsinə xitam verilə bilməzdir. Məhkəmənin qənaətinə görə, tərəflər arasında bağınmış müqavilənin müddəti xx.xx.2022-ci tarixdə qurtarmalıdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddəti xx.xx.2022-ci il tarixdə qurtarsa da, lakin iddiaçının əmək məzuniyyətində olması nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən, ƏM-nin normalarına əməl edilmişdir. Hesab edirik ki, məhkəmənin bu mövqeyinin hüquqi əsası yoxdur. Belə ki, əmək müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, onlar əmək müqaviləsinə xitam verilməsi barədə əmri verməklə artıq əmək müqaviləsinə xitam verilməsi barədə iradələrini ifadə etmişlər. Bu barədə iddiaçıyada məlumat verilmişdir. İddiaçıda buna heç bir etiraz etməmişdir.
11. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili verilmiş apellyasiya şikayətini etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, işə götürən tərəfindən əmək müqaviləsi müddətinin uzadılmaması barədə 2022-ci ilin avqust ayında iddiaçıya məlumat verilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
12. Maddə 43. 2-ci hissə “d” bəndi. Əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir.
13. Maddə 45. 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
14. Maddə 46. 6-cı hissə. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
15. Maddə 49. 1-ci hissə. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı X2nə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin X2ndə qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
16. Maddə 68. 2-ci hissə “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
17. Maddə 73. 1-ci hissə Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
18. Maddə 76. 2-ci hissə. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
19. Maddə 83. 1-ci hissə. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
20. Maddə 83. 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
28. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və məhkəmənin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir.
29. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən isə görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin qurtarmasına görə 01 sentyabr 2022-ci il tarixdən xitam verilsə də, bildiriş X2nə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Yəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi xx.xx.2022-ci il tarixdən deyil, 11 gün sonra, yəni xx.xx.2022-ci il tarixdən hüquqi qüvvəyə mindiyindən, tərəflər üçün əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqi nəticələr də xx.xx.2022-ci il tarixdən yaranmışdır. Digər tərəfdən, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi, müqavilə müddəti bitdikdən sonrakı bir həftə ərzində cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi X2nə yerləşdirilmədiyindən, əmək müqaviləsinə xitam verilməsi barədə əmr hüquqi qüvvəyə minməmiş, əmək münasibətləri davam etdirilmişdir. Bununla da, tərəflər arasında bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmuşdur ki, həmin müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi qanunsuz olmuşdur.
30. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi qənaəti əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
31. İş materiallarında görünür ki, K-867 saylı, xx.xx.2022-ci il tarixli əmrə əsasən Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin qurtarmasına görə 01 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
32. Görüdüyü kimi işəgötürən tərəf olaraq Cavabdeh müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunan müddət ərzində öz iradə ifadəsini bildirmiş və nəticə olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hazırki halda işəgötürən tərəfindən hər hansı “tələb etməmə” halı müəyyən olunmur. İddiaçının nümayəndəsi-vəkili özü məhkəmə iclasında bildirmişdir ki, işə götürən tərəfindən əmək müqaviləsi müddətinin uzadılmaması barədə 2022-ci ilin avqust ayında iddiaçıya məlumat verilmişdir.
33. Kollegiya bildirir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin texniki səbəblərdən X2nə gec vurulması qeyd edilən əmrin qanunsuzluğuna və əsassızlığına dəlalət etmir və bu hal başqa məsuliyyətin əsası ola bilər.
34. Birinci instansiya məhkəməsinin digər əsaslanması onadan ibarətdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X2 iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışda iddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli arayışda isə xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin cavabdeh tərəf əmək müqaviləsinin qurtardığı tarixin xx.xx.2023-cü il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilməsi barədə iddiaçının razılığının olub-olmamasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bununla da, cavabdeh əmək müqaviləsinə birtərəfli qaydada dəyişiklik etməklə əmək qanunvericiliyinin yuxarıda sadalanan tələbini pozmuşdur.
35. Qeyd edilən əsaslanmanı da kollegiya əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda qeyd edilən 73-cü maddəsinin 1-ci hissəsindən görünür ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
36. İş materiallarından görünür ki, İddiaçı ilə ilk dəfə 15 mart 2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti 5 ay 16 gün müəyyən edilmişdir. Müqavilənin 31 avqust 2021-ci il tarixədək bağlanmışdır. Qanunvericiliyin tələbinə əsasən tərəflər tələb etmədiklərindən müqavilə eyni müddətə iki dəfə uzadılmış, sonuncu müddət isə xx.xx.2022-ci il tarixə təsadüf edir. 2022-ci ilin avqust ayının sonunadək iddiaçı məzuniyyətdə olmuş və 01 sentyabr 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir.
37. Kollegiya hesab edir ki, X2 iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışda iddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il kimi qeyd olunması tamamilə texniki səhvdir. Belə ki, qanunvericilyin tələbinə əsasən müqavilə tərəflər tələb etməsə idilər belə eyni müddətə uzadılacağı halında müqavilənin sonuncu müddəti xx.xx.2023-cü il tarixdə bitəcəkdir. Bu hal bir daha əmək müqaviləsinin müddətinin qurtardığı tarixin xx.xx.2023-cü il kimi qeyd olunmasının texniki səhv olduğunu göstərir.
38. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsinə dair K-867 saylı, xx.xx.2022-ci il tarixli əmri qanunvericilyin tələbinə əsasən qanuni olmuşdur.
39. Göründüyü kimi, birinci instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.
40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
42. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilməklə, qətnamə ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4356/2022 saylı iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova