Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2142/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı 2020-ci il iyul ayından Milli Hematologiya və Transfuziologiya Mərkəzində (bundan sonra Mərkəz) həkim kimi fəaliyyətə başlamışdır. Milli Hematologiya və X1 hüquqi şəxsinin 18 sentyabr 2024-cü il tarixli 2339 saylı əmri ilə Terapevtik xidmətlər şöbəsinin 1ci şöbə müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madəsinin «ç» bəndinə əsasən xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin onun barəsində töhmət verilməsinə dair 25 iyul 2024-cü il tarixli və 31 iyul 2024-cü il tarixli əmrlərinin, onun barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair 05 sentyabr 2024-cü il tarixli 2172 saylı əmrin ləğv edilməsi, cavabdeh Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ ilə onun arasında bağlanmış əmək müqaviləsinin xitam verilməsinə dair 18 sentyabr 2024-cü il tarixli 2339 saylı əmrin ləğv edilməsi, onun Milli Hematologiya və X1 hüquqi şəxsinin Terapevtik xidmətlər şöbəsinin 1-ci şöbə müdiri vəzifəsinə bərpa olunması və buraxdığı iş günləri üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında və ƏMAS sistemində iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsində 2003-2009-cu illərdə təhsil almış, 2009-2010-cu il tarixlərdə X5 hemotologiya ixtisası üzrə internatura keçmiş, 2010-2020-ci il tarixlərdə X5 hemotoloq həkim işləmişdir. 2020-ci il iyul ayından Milli Hematologiya və Transfuziologiya Mərkəzində həkim kimi işə başlamışdır. 2021-ci il yanvar ayından terapevtik xidmətlər şöbəsinin müdiri vəzifəsində işləyir. İddiaçı beynəlxalq və ölkə daxili hemotoloji konfranslarda iştirak və çıxışlar etmiş, 22 dekabr 2023-cü il tarixdə Naxçıvan MR-də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə, 21 oktyabr 2023-cü il tarixdə Şimali Kipr Respublikasında konfransda iştirak etmişdir. İddiaçı işlədiyi 15 il müddətində, həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-də işlədiyi uzun müddət ərzində barəsində heç vaxt şikayət olmamış, işində heç bir nöqsan olmamış, barəsində nəinki töhmət, xəbərdarlıq belə olmamışdır. 22 may 2024-cü il tarixdə X6 Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-yə direktor təyin edilmişdir. 23 may 2024-cü il tarixdə Sərdar Əjdər oğlu Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞnin hüquqşünası işçilərin bir qismi ilə söhbət etmiş, ona siyahı verildiyi və həmin şəxslərin işdən könüllü çıxmaları üçün ərizə yazmalı olduqlarını bildirmiş, əks halda prokurorluq orqanlarına müraciət ediləcəyi və kobud pozuntular ilə işdən çıxarılacaqlarını qeyd etmişdir. Ondan sonra 10-a yaxın işçi məcbur qalaraq, ərizələri ilə işdən çıxarılmışlar. Lakin o, etiraz etmiş, heç bir səbəb olmadığını və edilən tələbin qanunsuz olmasını bildirmiş, ona qanunsuz və əsassız töhmətlər verilmişdir. İlk töhmət verilməsi iş qrafiki olmadığı saatda baş vermiş hadisə ilə bağlı olmuşdur. Belə ki, onun iş saatı 09:00-da başlayır, xəstə isə ondan bir neçə saat əvvəl mərkəzə gətirilmişdir. İkinci töhmət barədə isə heç bir məlumat verilməmiş, iclas keçirilmədən və onun iştirakı olmadan, izahatı alınmadan qəbul edilmişdir. Sonuncu dəfə 05 sentyabr 2024-cü il tarixdə son xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İclas keçirilsə də, onun izahatı alınmamış, iclasda hər hansı intizam tənbehi verilməsi barədə məlumat verilməmiş, elan edilməmişdir. Həmçinin iclasda onun işində heç bir qüsur barədə sübut təqdim edilməmiş, müzakirə olunmamış, sadəcə əvvəlki töhmətlərin verilməsi üçün deyilən səbəblər səsləndirilmiş, şifahi ittihamlardan kənara çıxılmamışdır. Bundan başqa fəaliyyəti ilə bağlı hər hansı nöqsan tapılmadığından mərkəzdə əvvəllər olmuş xəstələr mərkəzin həkimləri tərəfindən çağırılır və təzyiq edilərək, onun barəsində yalan məlumat verilməsi tələb edilir. Bunları təsdiq edən səs yazmalar mövcuddur. Gülnaz Bədəlova və Nərminə Novruzova xəstələri çağırıb, məcbur etməyə çalışıb, lakin xəstələr onun tərəfindən deyil, əksinə xəstələr onların özlərinə rüşvət verdiklərini bildirmişlər.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-567/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia rədd olunmuşdur.
5. Məhkəmə hesab etmişdir ki, iddiaçı işlədiyi uzun müddət ərzində barəsində heç vaxt şikayət, işində heç bir nöqsan, barəsində nəinki töhmət, xəbərdarlıq belə olmamasını göstərsə də, cavabdeh tərəfin izahatlarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə bağlanılmış əmək müqaviləsi üzrə əmək funksiyalarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatı üzrə şöbə müdirinin vəzifə öhdəliklərini yerinə yetirməmiş, dəfələrlə ona edilmiş xəbərdarlıqlara baxmayaraq, öz vəzifə öhdəliklərini icra etməkdən imtina etmişdir.
6. İddiaçının şəxsi işində olan sənədlərdən görünür ki, o, dəfələrlə davamiyyətin pozulması hallarına yol verərək nizam-intizam qaydalarını pozduğuna görə ona şifahi xəbərdarlıqlardan sonra icraçı direktorun xx.xx.2023-cü il tarixli müvafiq əmri ilə yazılı xəbərdarlıq edilmiş və belə halların davam edəcəyi halda barəsində qanuna uyğun tədbir görüləcəyi qeyd edilmişdir. Cavabdeh tərəfin izahatlarına əsasən iddiaçı əmrlə tanış olsa da, bu barədə imza etməkdən imtina etmiş, bununla bağlı akt tərtib edilmişdir.
7. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçıya əmək fəaliyyəti dövründə xx.xx.2024cü il tarixə kimi Əmək Məcəlləsinin 186-cı maddəsinin İİİ hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, yalnız 09 oktyabr 2023-cü il tarixli 2220 saylı əmri ilə xəbərdarlıq edilmişdir.
8. İş materiallarından görünür ki, iddiaçının şöbə müdiri olaraq öz vəzifə öhdəliyini yerinə yetirməməsi, iş ahəngini pozması, tutduğu vəzifədə fəaliyyət göstərə və şöbənin iş fəaliyyətini tənzimləyə bilməməsi səbəbindən bir çox ciddi nöqsan və qüsurların olması qeyd edilən töhmətlərin verilməsinə səbəb olmuşdur. Bu pozuntular iddiaçının xx.xx.2021ci il tarixdə bağlanılmış əmək müqaviləsi üzrə əmək funksiyalarını və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatı üzrə şöbə müdirinin vəzifə öhdəliklərini yerinə yetirməməsində, xx.xx.2024cü il tarixdə iddiaçının rəsmi və ya şifahi icazə almadan işə gec gəlməyində, işə gəldikdən sonra belə ambulator olaraq ağır vəziyyətdə Mərkəzə müraciət etmiş konkret xəstənin vəziyyəti ilə maraqlanmamasında, öz öhdəsinə düşən, yəni, xəstənin müayinə və müalicəsinin təşkil edilməsi istiqamətində heç bir tədbirlər görməməsində, xəstə barəsində tibbi sənədlərin tərtib edilib-edilməməsinə nəzarət etməməsində, daha sonra vəzifə təlimatına uyğun olaraq xəstələri qəbul edib müayinə etməməsində, xəstə klinikaya daxil olduqda adlarına mütləq müalicə ilə bağlı ambulator kart açılmamasında, tibbi sənədlərin tərtibatında, müayinə planlarının aparılmasında, diaqnozun dəqiqləşdirmə və əsaslandırılmasında yol verilmiş nöqsanlarda, şöbənin istənilən bölməsində kobud qayda pozuntuları, səhlənkarlıq və tutduğu vəzifənin öhdəliklərinə qarşı laqeydlik nümayiş etdirməsində, bir sözlə, onun şöbənin fəaliyyəti ilə müvafiq təlimata uyğun məşğul olmaması və vəzifə öhdəliklərini lazımınca yerinə yetirməməsində, konkret günlərdə heç bir rəsmi sənəd təqdim etmədən bütün iş günü işə gəlməməsində, töhmət növündə intizam tənbehləri aldıqdan sonra dəfələrlə ona edilmiş xəbərdarlıqlara baxmayaraq, bundan nəticə çıxarmamasında və sair ifadə olunur. Göstərilənlər Səhiyyə Nazirliyi tərəfindən ayrılmış nümayəndənin və Mərkəzin aidiyyəti şöbələrinin əməkdaşlarının iştirakı ilə icraçı direktorun xx.xx.2024-cü il tarixli müvafiq əmri əsasında yaradılmış Monitorinq Komissiyası tərəfindən Terapevtik Xidmətlər şöbəsində keçirilmiş monitorinqin nəticələri ilə də təsdiqlənir.
9. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsindən Mərkəzə göndərilən sorğuda Elmira Quliyevanın da adı siyahıda qeyd olunmaqda 10 nəfər xəstənin adına olan ambulator kartlar tələb edilmişdir ki, bunlardan da 2 nəfər xəstənin Mərkəzdə qeydiyyatı olsa da, 8 nəfər xəstənin nə ambulator kartı, nə də tibbi müayinadən keçməsinə dair sənəd aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin iddiaçının barəsində töhmət verilməsinə dair 25 iyul 2024-cü il, 31 iyul 2024-cü il tarixli, eləcə də barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair 05 sentyabr 2024-cü il tarixli 2172 saylı əmrlərin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin əmək müqaviləsinin xitam verilməsinə dair 18 sentyabr 2024-cü il tarixli 2339 saylı əmrin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə araşdırma zamanı iddiaçının yol verdiyi müəyyən edilən pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların xarakterinə adekvat olmuşdur. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar mövcud olmuşdur. 10.Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi halları təkrarlanan hal olmuşdur və iddiaçı barəsində bir neçə dəfə intizam tənbehi verilmişdir. Həmin intizam tənbehləri işdən azad edilməmişdən daha öncəki vaxtlara təsadüf edir. İddiaçı davamlı şəkildə əmək funksiyalarını yerinə yetirməmiş və ona verilən intizam tənbehlərindən nəticə çıxarmamışdır. Belə olan halda isə işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən tərəfindən Əmək qanunvericiliyinə riayət edilməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2,3, 10, 15, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 72, 76-cı maddəsinin 2-ci hissəsi, 70-cu maddəsinin 1-ci hissəsi, 83-cü maddəsinin 1-ci hissəsi, 84-cü maddəsinin 1ci hissəsi, 186, 187, 189, 190-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 12.İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 13.Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İşəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan hallarına qiymət verilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Töhmət əmrlərinin verilməsinə əsas olmuş iddiaçının yol verdiyi nöqsan əsaslı olmuş olsa belə, işəgötürən tərəfindən düzgün qiymətləndirilməmişdir. Yəni bu nöqsan əmək funksiyasının və ya öhdəliyin pozulması yox, əmək vəzifələrinin pozulmasıdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin öhdəliklərinin nədən ibarət olması konkret göstərilməmiş, yalnız işçinin vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarının yerinə yetirilməsi üzrə öhdəlik götürməsi göstərilmişdir. İşçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması işçinin yerinə yetirməli olduğu işlərin yerinə yetirilməməsi, əmək funksiyasını yerinə yetirərkən qanuna zidd hərəkət etməsi, verilmiş tapşırıqları yerinə düzgün yerinə yetirməməsi isə əmək vəzifəsinin pozulması hesab edilir. İddiaçının yol verdiyi nöqsan işəgötürən tərəfindən pozuntu kimi müəyyən edilsə də, həmin nöqsan yalnız Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar olduqda kobud hesab edilir. Bu pozuntunun həmin maddədə göstərilən hallarla nəticələnməsi müəyyən edilməmişdir. Bu səbəbdən, iddiaçının törətdiyi və cavabdehin pozuntu kimi hesab etdiyi nöqsan işəgötürən tərəfindən düzgün qiymətləndirilməmiş və nəticədə bu hal düzgün əsaslandırılmamış əmrin qəbul edilməsinə səbəb olmuşdur. Bundan başqa Əmrin əsası kimi çıxış edən Həmkarlar Təşkilatının xx.xx.2024-cü il tarixli, 2 nömrəli iclas protokolunda iclasda iştirak edənlərin sayı 5 nəfər göstərildiyi halda, bu şəxslərin imzaları göstərilməmişdir. İclas iştirakçılarının öz imzaları ilə iştiraklarını təsdiq etməməsi səbəbindən mötəbər sübut kimi qəbul edilə bilməzdi. Eyni zamanda iştirakı qeyd edilən şəxslər cavabdeh müəssisənin əməkdaşlarıdır, onların məsələyə obyektiv baxışı özü şübhəlidir. Həmçinin, 18 sentyabr 2024-cü il tarixli, 2339 saylı əmrin məzmunundan görünür ki, əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin və 83-cü maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq yalnız məcəllənin 72-ci maddəsinin “ç” bəndinin dispozisiyası ilə əsaslandırılmış, işçinin yol verdiyi pozuntuların konkret nədə ifadə olunması əmrdə göstərilməmişdir. İşdə də iddiaçının barəsində töhmət barədə əmrlər verilən vaxt onun izahatı alınmamış, qanunvericiliyin tələbinə formal yanaşılmış, birinci instansiya məhkəməsi isə bu hala göz yummuşdur. İlk töhmət verilməsi İddiaçı iş qrafiki olmadığı saatda baş vermiş hadisə ilə bağlı olmuşdur. Belə ki, onun iş saatı 09:00-da başlayır, xəstə isə ondan bir neçə saat əvvəl mərkəzə gətirilmişdir. İkinci töhmət barədə isə heç bir məlumat verilməmiş, iclas keçirilmədən və onun iştirakı olmadan, izahatı alınmadan qəbul edilmişdir. Sonuncu dəfə 05 sentyabr 2024-cü il tarixdə son xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İclas keçirilsə də, İddiaçı izahatı alınmamış, iclasda hər hansı intizam tənbehi verilməsi barədə məlumat verilməmiş, elan edilməmişdir. Həmçinin iclasda İddiaçı işində heç bir qüsur barədə sübut təqdim edilməmiş, müzakirə olunmamış, sadəcə əvvəlki töhmətlərin verilməsi üçün deyilən səbəblər səsləndirilmiş, şifahi ittihamlardan kənara çıxılmamışdır. Hazırkı işdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş iş materiallarında olan davamiyyətin pozulması, iş fəaliyyətini pozması və digər hallar öz təsdiqini tapmış olsaydı belə cavabdeh həmin faktların aşkar edildiyi vaxtdan bir ay keçənədək iddiaçı barəsində intizam tənbehi tətbiq etmə səlahiyyətində olmuşdur. Lakin, hazırki əmrlərdən pozuntunun aşkar olunduğu tarix əmrlərdə göstərilməmiş, əsaslandırılmamışdır. Hesab olunur ki, cavabdeh qanunvericiliyin tələbi olan 1 aylıq müddətə əməl etməmişdir.
c) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları 15.İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 16.Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17.Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 2-ci hissəsinə bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən: ... əmək qabiliyyətini müvəqqəti itirən işçilərin ... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə şəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hall arda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186- cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 187-ci maddəsinin 4-cü hissəsinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 190-cı maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 190-cı maddəsinin 3-cü hissəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186- cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
Apellyasiya baxışının hədləri
18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 19.Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.
21. İşin mübahisəsiz hallarına əsasən iddiaçı 2020-ci il iyul ayından Milli Hematologiya və Transfuziologiya Mərkəzində (bundan sonra Mərkəz) həkim kimi fəaliyyətə başlamış və işdən azad olunana kimi Mərkəzin Terapevtik xidmətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 22.İddiaçıya ilk töhmət növündə intizam tənbehi xx.xx.2024-cü il tarixdə verilmiş və onun verilməsi səbəblərindən biri xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olan xəstənin ölüm faktı ilə bağlı olmuşdur. Mərkəzdə İddiaçı və digər aidiyyəti şöbələrin əməkdaşlarının iştirakı ilə keçirilmiş iclas protokollarından görünür ki, xx.xx.2024-cü il tarixdə xəstə ambulator olaraq ağır vəziyyətdə Mərkəzə müraciət etmiş və növbətçi həkim tərəfindən qəbul edilmişdir, iddiaçı şöbə müdiri olaraq şöbəsinə ağır vəziyyətdə daxil olan xəstə ilə nəinki maraqlanmamış, xəstənin müayinə və müalicəsinin təşkil edilməsi istiqamətində heç bir tədbir görməmiş, hətta iş fəaliyyəti 09:00-da başladığı halda, öncədən rəhbərlikdən rəsmi və şifahi şəkildə icazə almadan işə gec gəlmiş, işə gəldikdən sonra belə xəstənin vəziyyəti ilə maraqlanmamış, öz öhdəsinə düşən tədbirləri görməmiş, xəstə barəsində tibbi sənədlərin tərtib edilib-edilməməsinə nəzarət etməmişdir. Bu məsələ ilə bağlı keçirilmiş iclasda icraçı direktor səlahiyyətləri daxilində öz iradlarını bildirmiş, iddiaçı isə xəstəyə baxmağın ona aid olmadığını bildirmişdir. 23.Halbuki, iş materiallarında olan müvafiq təlimatdan görünür ki, şöbə müdirinin vəzifə təlimatına əsasən şöbəsinə ağır vəziyyətdə daxil olan xəstələrlə bu barədə məlumat aldığı andan maraqlanmalı, onların adlarına ambulator kartların açılmasını və xüsusi qeydlərin aparılmasını təmin etməli, zəruri tədbirlərin görülməsini və tibbi sənədləşmənin aparılmasını koordinasiya etməlidir. 24.İddiaçıdan yazılı izahat alınmış və töhmət növündə intizam tənbehi verilmiş, lakin iddiaçı qeyd edilən töhmət növündə intizam tənbehindən məlumatlı olduğu halda onu dərhal mübahisələndirməmişdir. 25.İddiaçıya töhmət növündə digər intizam tənbehi xx.xx.2024-cü il tarixli əmrlə verilmiş və buna səbəb Terapevtik xidmətlər şöbəsinin təşkilində aşkar edilmiş nöqsanlar və problemlərlə bağlı olmuşdur. 26.Belə ki, Terapevtik xidmətlər şöbəsinin həkimləri iş gününün səhər saatlarında xidməti otaqlarında olmamış, bununla əlaqədar xəstələr arasında narazılıqlar yaranmış, bundan əlavə ambulator kartların və həkimlərin növbətçilik cədvəllərinin tərtib edilməməsi, arayışların yazılmasına nəzarət edilməməsi aşkar edilmişdir. Şöbə müdiri İddiaçı şöbəsində baş verənlərlə maraqlanmamış, şöbənin fəaliyyətini tənzimləməməklə Terapevtik xidmətlər şöbəsinin və ümumillikdə Mərkəzin iş ahəngini pozmuşdur. 27.İddiaçı ikinci töhmət barədə isə heç bir məlumat verilməməsi, iclas keçirilmədən və onun iştirakı olmadan, izahatı alınmadan qəbul edilməsini göstərsə də, iş materiallarından görünür ki, iddiaçı əmrlə tanış olmuş, lakin bu barədə imza etməkdən imtina etmişdir. Bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Həmçinin, iş materiallarından görünür ki, ikinci töhmət verilməmişdən əvvəl xx.xx.2024-cü il tarixdə Mərkəzdə İddiaçı iştirakı ilə geniş tərkibdə iclas keçirilmişdir. 28.Daha sonra Mərkəzin Terapevtik xidmətlər şöbəsinin fəaliyyətində aşkar edilmiş ciddi qüsurlar, nöqsanlar və qanun pozuntularının araşdırılması məqsədilə Mərkəzin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən ayrılmış nümayəndənin və Mərkəzin aidiyyəti şöbələrinin əməkdaşlarının iştirakı ilə icraçı direktorun xx.xx.2024-cü il tarixli müvafiq əmri əsasında yaradılmış Monitorinq Komissiyası tərəfindən Terapevtik Xidmətlər şöbəsində monitorinq keçirilmiş və yoxlamanın gedişatında Terapevtik Xidmətlər şöbəsinin fəaliyyətində, tibbi sənədlərin tərtibatında, müayinə planlarının aparılmasında, diaqnozun dəqiqləşdirmə və əsaslandırılmasında nöqsanlar, şöbənin istənilən bölməsində kobud qayda pozuntuları, səhlənkarlıq, saxtakarlıq və İddiaçı tutduğu vəzifənin öhdəliklərinə qarşı laqeydlik nümayiş etdirildiyi aşkar edilmişdir. Nəticədə İddiaçı şöbənin fəaliyyəti ilə məşğul olmadığından, vəzifə öhdəliklərini yerinə yetirmədiyindən xx.xx.2024-cü il tarixli əmrlə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 29.İşəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 30.İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə bütün iş günü ərzində işdə olmamışdır ki, bu da əmək müqaviləsinə xitam verilməsi üçün müstəqil əsasdır. İşəgötürən əmək müqaviləsinə xitam verərkən iddiaçının özünün izahatını, Elmi şuranın xx.xx.2024-cü il tarixli protokolunu, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli protokolunu və s. sənədləri əsas götürmüşdür. 31.Məhkəmə kollegiyası iddiaçının barəsində intizam tənbehinin tətbiq olunması ilə bağlı müddətin keçməsinə münasibətdə qeyd edir ki, həmin müddət işəgötürən tərəfindən buraxılmamış, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əməl olunmuşdur. 32.Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən onu da qeyd edir ki, iddiaçının əmək fəaliyyətində yol verdiyi pozuntular barədə Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən də cavabdeh təşkilata müvafiq təqdimat daxil olmuşdur. Təqdimatda onun Mərkəzdə müzakirə olunması və pozuntuların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi tələb olunmuşdur. Həmin təqdimat əsasında müəyyən edilmişdir ki, iddiaçı xəstəxanaya müraciət etmiş çağırışçı X4 barəsində bir gün intervalla fərqli diaqnozlarla xx.xx.2024 və xx.xx.2024-cü il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” haqqında aktlar tərtib etmiş, həmin aktlardan biri natamam formada tərtib edilmiş, həmçinin hər iki akt Mərkəzin ümumi şöbəsində çıxış nömrəsi verilərək qeydiyyata alınmaqla SHXÇDX-nin Suraxanı rayon şöbəsinə göndərilmişdir. 33.Prokurorluq iddiaçı tərəfindən fərqli diaqnozlu aktların tərtib olunmasını müəyyən etsə də, onun həmin aktları tamah və sair şəxsi niyyətlə tərtib etməsini müəyyən etmədiyindən xx.xx.2024-cü il tarixli qərarla barəsində cinayət işi başlanmasını rədd etmişdir. 34.Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunla nəzərdə tutulan bütün əsaslar mövcud olmuş və işəgötürən öz hüququndan istifadə edərək onunla əmək münasibətlərinə xitam vermişdir. 35.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 36.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 14 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.