Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2143/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-7644/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7644/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinin tələbləri baxımından apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan dövlət rüsumu məhz müəyyən edilmiş qaydada və müəyyən edilmiş məbləğdə ödənilməlidir. Hazırkı iş üzrə verilmiş apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən isə görünür ki, dövlət rüsumu 05 manat olmaqla, müəyyən edilmiş məbləğdən az ödənilmişdir. Bu isə dövlət rüsumun ümumiyyətlə ödənilməməsi kimi deyil, müəyyən edilmiş məbləğdə ödənilməməsi hesab edilməlidir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumu, həmin qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş iddia ərizələrinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi təşkil edir. Hazırkı iş üzrə iddia qiyməti 500 manatdan çox olduğuna görə, həmin iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş 30 manat dövlət rüsumunun 50 faizi, yəni 15 manat apellyasiya şikayətinin verilməsinə görə ödənilməlidir.(Nəzərə alınır ki, iddia ərizəsi 28.09.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.) Odur ki, kollegiya hesab edir ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmədiyindən istinad edilən prosessual hüquq norma baxımından hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400 və 405cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-7644/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2143/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2143/2022
04.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver