Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2145/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpa) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/22 saylı, xx.xx.2023-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı işə bərpa və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin SOCAR**********00070020B00003 №-li 05 yanvar 2022-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər ona çatası əmək haqlarının cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi İddiaçı imza etdirilməklə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti “apellyasiya şikayətinin tərtib edilmə qaydaları pozulması” əsası ilə ona geri qaytarılması qərara alınmışdır.
5. Daha sonra İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022ci il tarixli qərardadına əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2820/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri, səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından ona geri qaytarılmışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022ci il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Vəkil şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək, apelyasiya şikayətinin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
9. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayətin geri qaytarılmasını xahiş etmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı xx.xx.2022-ci tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət İddiaçı geri qaytarılmışdır.
11. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi səbəblərinin üzrlü hesab edilməklə, müddətin bərpa edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(005)- 2820/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək müddətin bərpa edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir.
13. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, sözügedən qətnamə xx.xx.2022-ci il tarixdə iddiaçıya imza etdirilməklə rəsmi qaydada təqdim edilmişdir. Həmin qətnamədən İddiaçı xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2820/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ona geri qaytarılması qərara alınmışdır. Bundan sonra iddiaçı tərəfindən apelyasiya şikayətinin verilməsində bir neçə dəfə nöqsanlara yol verilmişdir. Daha sonra iddiaçının vəkili tərəfindən həmin nöqsanlar aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət edilmişdir. Bu baxımdan məhkəmə, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi qənaətinə gəlmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
14. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(005)-2820/2022 nömrəli qərardadından şikayətə müraciət edərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının vəkili tərəfindən dəfələrlə apellyasiya şikayəti verilməsinə baxamayaraq, həmin şikayət Nərimanov Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayətinin formasına uyğun verilməməsi səbəbilə geri qaytarılmışdır. Lakin Vəkil yenidən israrla düzgün olmayan formada apellyasiya şikayətini məhkəməyə təqdim edirdi. Lakin Məhkəmə elektron formaya uyğun olmayan apellyasiya şikayətini düzgün olaraq yenidən qəbul etməyərək iddiaçıya geri qaytarmışdır. Sonradan Vəkil həmin qərardaddan şikayət verib, lakin bir müddət keçdikdən sonra həmin şikayətini geri götürərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə yeni ərizə vermişdir. Ərizədə o, müddətin buraxılmasına səbəb kimi onun vəkil olaraq apellyasiya şikayətinin verilmə qaydasını bilməməsini qeyd etmişdir. Halbuki, Nərimanov Rayon Məhkəməsi dəfələrlə şikayətin geri qaytarılmasının səbəblərini göstərməklə əsaslı qərardad çıxarmışdı. Buna baxmayaraq, Nərimanov Rayon Məhkəməsi Vəkil məhkəməyə təqdim etdiyi səbəbi üzrlü sayıb ərizəsini təmin edərək, xx.xx.2023-cü il tarixli, e-(005)-2820/2022 nömrəli qərardad qəbul etmişdir.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(005)- 2820/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(005)-2820/2022 saylı qərardadından cavabdeh tərəfindən verilən şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
17. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Konstitusiyasının
18. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
19. 71.1-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
20. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
21. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
22. 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
23. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
24. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən 10 oktyabr 2022-ci il tarixində qəbzə imza edilməklə rəsmi şəkildə qəbul edilmişdir. Sözügedən qətnamədən narazı qalan iddiaçı ilk dəfə qətnaməni qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmədən, lakin qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə xx.xx.2022-ci il tarixində mübahisələndirmişdir.
27. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçı tərəfindən bir neçə dəfə ardıcıl şəkildə prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə mübahisələndirilmiş və məhkəmə tərəfindən əsaslandırılmış qərardadlarla geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı həmin qətnamədən narazı olduğunu, mübahisələndirmək niyyətində olduğunu bəyan etmişdir. 28.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2820/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürmüşdür, şikayətdə göstərilənlər isə bu mövqeyi əks etdirən qərardadın ləğv olunması üçün əsas deyildir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2820/22 saylı, xx.xx.2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov