Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2147/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Mnın katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən iş üzrə üçüncü şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, üçüncü şəxs olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 146 “A” saylı binada yerləşən 18 saylı mənzilin (bundan sonra – mənzil), habelə Bakı şəhəri, Yasamal rayonu, X5 (Ə.Ələkbərov) küçəsi 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (bundan sonra – qeyri-yaşayış sahəsi) açıq hərracdan satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə 03/01 və 03/02 nömrəli protokolların və həmin protokollar əsasında bağlanmış alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi, mənzil və qeyri-yaşayış sahələrinə dair ipotekaya xitam verilməsi, mənzil və qeyri-yaşayış sahəsinin ipotekadan azad edilməsi barədə dövlət reyestrində qeydlərin aparılması və maddi zərərin əvəzi olaraq 6.000 manat məbləğində pulun cavabdeh MMC-dən onun (iddiaçının) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi və "xxxx" ASC göstərilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-281/2015 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli qətnamə əsasında verilmiş icra sənədinə əsasən (iş üzrə tərəf olmayan) "xxxx" MMC-dən hazırki iş üzrə üçüncü şəxs olan "xxxx" ASC-nin xeyrinə pul tutulmalı, tutuma digər əmlaklarla yanaşı ipoteka predmeti olan və iddiaçıya məxsus mənzil və qeyri-yaşayış sahəsinə yönəldilməlidir. Həmin icra sənədi icra edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və İcra Şöbəsi tərəfindən icra icraatına başlanmışdır. İpoteka predmeti olan mənzil və qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması ilə bağlı ilk hərrac xx.xx.2021-ci il tarixə təyin edilmiş, lakin hərrac baş tutmadığından ikinci hərrac xx.xx.2021-ci il tarixə təyin edilmiş və həmin hərracda da alıcı olmamışdır. xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracdan sonra, "xxxx" ASC, qanunvericiliyin tələbinə görə keçirilmiş təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayanın ipoteka predmetini onun dəyərindən 25% aşağı qiymətə almaq hüququ var idi. Bu müddət ərzində "xxxx" ASC hüququndan istifadə etmədiyindən artıq ipotekaya xitam verilməli idi. Lakin bundan sonra icra məmuru sözügedən ipoteka predmetlərinin satılması ilə bağlı xx.xx.2021-ci il tarixli xx/xx-132325/25938 saylı məktubla yenidən sifariş vermiş və həmin sifariş əsasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hərraclar keçirilmiş, əmlakı alan olmamışdır. xx.xx.2022-ci il tarixdə isə Hərracın yekunları barədə 03/01 və 03/02 saylı protokollar tərtib edilərək ipoteka predmetlərinin tələbkarın əldə etməsi qeyd edilmişdir. Yuxarıda göstərildiyi kimi, birinci hərrac xx.xx.2021-ci il tarixdə, təkrar hərrac xx.xx.2021-ci il tarixdə keçirilmiş, lakin əmlakları alan olmamış, "xxxx" ASC 30 gün ərzində həmin əmlakların əldə etməsi ilə bağlı yekun protokol imzalamamışdır. Bundan sonra ipoteka predmetlərinin satılması ilə bağlı keçirilmiş xx.xx.2021-ci il tarixli sifariş və bunun əsasında keçirilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli hərraclar, həmçinin hərracın nəticələri barədə xx.xx.2022-ci il tarixli protokollar tamamilə qanunsuz olmuşdur. Belə olan vəziyyətdə ipotekaya xitam verilməli olduğu təqdirdə, ipoteka predmetləri ilə bağlı hərracın yekunlarına dair xx.xx.2022-ci il tarixli protokollar tərtib edilməklə qanunvericiliyin tələbləri və sözügedən əmlaklarla bağlı iddiaçının hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ipoteka predmeti olan mənzil və qeyriyaşayış sahəsinin açıq hərracdan satılması ilə əlaqədar qanunsuz olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixilərdə keçirilmiş hərracların nəticələri etibarsız hesab edilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh MMC tərəfindən ipoteka predmeti olan mübahisəli mənzilə və qeyri-yaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixli “Hərrac təşkilatının hərracın yekunları barədə” 03/01 və 03/02 nömrəli protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqısına dair” bağlanmış müqavilələrin etibarsız hesab edilməsini, "xxxx" ASC-nin adına mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə rəsmiləşdirilmiş **********02- 05101-093015 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli, qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə rəsmiləşdirilmiş **********8-05301- 083002 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsini, mənzilə və qeyri-yaşayış sahəsinə dair ipotekalara xitam verilməsini, mənzilin və qeyri-yaşayış sahəsinin ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlərin aparılmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 43.1- 34.7, 43.7-1, 43.9, 44, 48.1.1-48.1.5, 48.2, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-337.5, 351.4, 354.1, 416.1, 416.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4 və 218.3-cü maddələrinə istinadən iş üzrə gəldiyi iddianın bir qisminin təmin edilməsi barədə nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC, mübahisəli mənzilin satılması ilə əlaqədar iki dəfədən çox hərrac keçirməklə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, ipoteka predmeti olan mənzil və qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixdə təkrar hərracdan sonra 30 gün müddətində "xxxx" tərəfindən əldə edilməsi imkanı nəzərdə tutulmuşdur. Lakin hərrac təşkilatı xx.xx.2022-ci il tarixdə ipoteka saxlayana ipoteka predmetinin əldə olunmasına dair təklif göndərmişdir. İpoteka saxlayan üçün ipoteka predmetlərini qanunvericiliyə uyğun olaraq əldə etməsi üçün son müddət xx.xx.2022-ci il tarix olsa da, ipoteka predmetlərinin əldə edilməsi barədə hərrac təşkilatı ilə ipoteka saxlayan arasında alğı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə, yəni xx.xx.2022-ci il tarixli təkrar hərracda keçirilməsindən 59 gün sonra bağlanmışdır. İddianın “maddi zərərin əvəzi olaraq 6.000 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə” nəticəni isə onunla əsaslandırmışdır ki, bu tələb sübuta yetmədiyi üçün təmin edilə bilməz. c) apellyasiya şikayəti barədə məlumat
5. İş üzrə üçüncü şəxs olan "xxxx" ASC-nin buna səlahiyyətli olan nümayəndəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, hərracın keçirilməsi ilə bağlı ilk sifariş İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli xx/xx-132325/3-25935 saylı məktubu əsasında həyata keçirilmiş və buna uyğun olaraq ilk hərracın vaxtı xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Lakin birinci hərrac hərracın həyata keçirilməsi zamanı yalnız bir alıcı iştirak etdiyindən hərrac baş tutmamış və buna uyğun olaraq xx.xx.2021-ci il tarixə ikinci hərracın keçirilməsi barədə elan verilmişdir. Birinci hərrac baş tutmadığından hərrac təşkilatı tərəfindən ipoteka predmetləri ipoteka saxlayana - "xxxx" ASC-yə təklif edilmiş, lakin ipoteka saxlayan Bank xx.xx.2021-ci il tarixdə 02/368/1 saylı məktubla ipoteka predmetlərinin əldə edilməsi hüququndan istifadə etmək niyyətində olmadığını bildirmişdir. Elanın verilməsindən sonra İcra Şöbəsi tərəfindən cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixli xx/xx-132325/2 saylı məktub ünvanlanaraq hərracın keçirilməsinin dayandırılması tapşırmışdır. Məktubda göstərilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-5771/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mənzil qeyri- yaşayış sahəsinin üzərinə həbs qoyulduğundan və özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatların aparılması qadağan edildiyindən həmin əmlaklarla bağlı hərracı dayandırılmalıdır. Cavabdeh MMC, İcra Şöbəsinin həmin məktubunu nəzərə alaraq, icra sənədi üzrə hərracın keçirilməsini dayandırmışdır. Daha sonra İcra Şöbəsi tərəfindən cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli xx/xx-132325/25938 saylı məktubla mənzil (ilkin satış qiyməti 130.950 manat) və qeyri-yaşayış sahəsinə (ilkin satış qiyməti 200.000 manat) dair hərracın keçirilməsini sifariş etmişdir. Hazırki iş üzrə faktiki olaraq İcra Şöbəsi tərəfindən hazırki iş üzrə iki dəfə sifariş verilsə də, ilkin sifariş sonradan həmin qurumun müraciəti əsasında dayandırılmış və bununla da hərracın həyata keçirilməsi mümkünsüz olmuşdur. Hərracın mümkünsüzlüyü isə məhz hazırki iş üzrə iddiaçı tərəfindən müxtəlif məhkəmələrdə iddia tələbləri irəli sürməklə həmin əmlakların özgəninkiləşdirilməsinə istiqamətlənmiş hərəkətlərin həyata keçirilməsi maneələrin yaradılması ilə birbaşa əlaqəlidir. İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xx/xx-132325/3-25935 saylı hərrac sifarişi “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla deyil, hərracın keçirilməsinin dayandırılmasına məhkəmə qərarları səbəb olduğundan ipoteka predmetlərinin özgəninkiləşdirilməsinə istiqamətlənən hərəkətlərin həyata keçirilməsi mümkün olmamışdır. Hərracın baş tutmamış elan edilməsi və ya hərracın yekunlarına dair protokolun imzalanması üçün ilk növbədə hərracın keçirilməsinə dair sifariş olmalıdır. “İpoteka haqqında” Qanunun 41.3-cü maddəsinə və “İcra haqqında” Qanunun 61-ci maddəsinə əsasən hərracın keçirilməsi ilə bağlı sifarişi icra vərəqəsini qəbul etmiş İcra Şöbəsi verməlidir. Hərracı keçirən ixtisaslaşdırılmış müəssisənin icra məmurunun sifarişi olmadan borclunun əmlakına sərəncam verməyə yönəlmiş hərəkətlərinin heç bir qanuni əsası yoxdur. İcra orqanının hərracın dayandırılmasına dair məktubu da eynilə həmin hüquqi qüvvəyə malikdir və həmin məktub nəzərə alınmadan həyata keçirilən hərəkətlərin etibarszılığına səbəb olur. Bundan əlavə “İcra haqqında” Qanunun 21.8-ci maddəsinə əsasən dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Nəzərə alınması zəruridir ki, hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclar eyni sifariş əsasında deyil, fərqli vaxtlarda verilmiş sifarişlər əsasında həyata keçirilmişdir ki, yeni sifarişin verilməsi əvvəlki sifarişin həyata keçirilməsinin mümkünsüzlüyündən qaynaqlanır. Belə ki, dayandırılmış hərrac hərəkətləri üzrə hərracın keçirilməsi təmin edilsə idi, bu zaman birinci hərracla ikinci hərracın keçirilməsi anınadək “İpoteka haqqında” Qanununda nəzərdə tutulmuş müddətlərə riayət edilməyə bilər, həmçinin həmin hərracın nəticələrinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş müddət pozulmuş olardı. Bundan əlavə iddiaçı məhz ipoteka predmetinin vaxtında əldə edilməməsi səbəbindən ipotekaya xitam verilməsini tələb etsə də, nəzərə alınmalıdır ki, Bank tərəfindən ipoteka predmetlərinin əldə edilməsi xx.xx.2021-ci il tarixli icra sifarişinə əsasən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın baş tutmaması səbəbindən sonra xx.xx.2021-ci il tarixində hərrac təşkilatı tərəfindən Banka ünvanlanmış 01/5274 saylı təklif məktubundan sonra əldə edilmişdir. Hərrac təşkilatının ipoteka predmetlərinin əldə edilməsi ilə bağlı təklifi xx.xx.2021-ci il tarixli icra sifarişi ilə bağlı olmamış, xx.xx.2021-ci il tarixli icra sifarişinə əsasən tərtib edilmişdir. Rayon Məhkəməsi isə Bank tərəfindən təqdim edilmiş iş üçün əhəmiyyət kəsb edən sübut və dəlillərə əhəmiyyət verməmiş, qanunsuz və əsasız qətnamə qəbul etmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
7. Apellyatorun – iş üzrə üçüncü şəxs olan "xxxx" ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına və məzmununa uyğun izahat verdi.
9. İş üzrə cavabdeh MMC və üçüncü şəxs olan İcra Şöbəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbinin bir qismi təmin edilməsə də, iddiaçı, Rayon Məhkəməsinin iddianın bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.
11. İş üzrə cavabdeh MMC və iş üzrə üçüncü şəxs olan Rayon İcra Şöbəsi qətnamədən apellyasiya şikayəti verməmişlər.
12. İş üzrə üçüncü şəxs olan Bankın apellyasiya şikayətindən isə görünür ki, o, Rayon Məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini tələb etsə də, apelyasiya şikayətinin məzmunundan görünür ki, o, yalnız iddianın bir qisminin təmin edilməsi barədə nəticəni mübahisələndirir.
13. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır.
e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, 2(004)-281/2015 №-li iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli qətnamədən və işdə olan digər sənədlərdən görünür ki, həmin qətnamə üzrə verilmiş və icra edilməsi üçün iş üzrə üçüncü şəxs olan Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş icra vərəqəsinə əsasən hazırki iş üzrə tərəf olmayan "xxxx" MMC-nin hazırki iş üzrə üçüncü şəxs olan "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsi məqsədi ilə cəmi 858.037,57 manat məbləğində pul borcalan MMCdən kreditor olan Bankın xeyrinə tutulmalı, tutma digər daşınmaz əmlaklarla yanaşı, həmçinin yuxarıda qeyd edilən mənzil və qeyri-yaşayış sahəsinə yönəldilməli, bu məqsədlə mənzil ilkin satış qiyməti 130.950 manat, qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 200.000 manat olmaqla açıq hərracdan satılmalı, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcalan MMC-nin Banka olan kredit borcu ödənilməlidir.
16. İş materiallarından görünür və tərəflər arasında mübahisə doğurmur ki, 2(004)- 281/2015 №-li iş üzrə verilmiş icra vərəqəsi icra edilməsi üçün üçüncü şəxs olan İcra Şöbəsinə göndərilmiş və İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən cavabdeh MMC mübahisəli mənzilin və qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması proseduruna başlamışdır.
17. Cavabdeh MMC tərəfindən İcra Şöbəsinə, tələbkar "xxxx" ASC-yə, borclulara (o cümlədən hazırki iş üzrə iddiaçı olan İddiaçı) ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən mənzilinin ilkin satış qiymətinin 130.950 manata, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 200.000 manata satılması ilə bağlı xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nəşrində dərc olunmuşdur.
18. İş materiallarına əlavə edilmiş və cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 65 və 65-1 №-li “Gedişat protokollarından” görünür ki, mənzil və qeyri-yaşayış sahəsinə dair keçirilməsi xx.xx.2021-ci il tarixə təyin olunmuş hərracda alıcı qismində X1 adlı şəxs iştirak etmişdir. Həmin hərraclar “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilmişdir.
19. “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nəşrindən görünür ki, mənzil və qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması ilə bağlı xx.xx.2021-ci il tarixli hərrac baş tutmamışdır.
20. Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 01/4209 №-li xx.xx.2022-ci il tarixli məktubda bildirilir ki, mənzil (ilkin satış qiyməti 130.950 manat) və qeyri-yaşayış sahəsinə (ilkin satış qiyməti 200.000 manat) dair keçirilmiş birinci hərrac baş tutmamışdır. Odur ki, ipoteka saxlayan həmin əmlakları ilkin satış qiyməti ilə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka qoyanla müqavilə bağlamaqla əldə edə bilər.
21. "xxxx" ASC tərəfindən cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 02/1368/1 nömrəli məktubundan görünür ki, Bank, MMC-yə bildirmişdir ki, hazırki mərhələdə “İpoteka Haqqında” Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməyəcək.
22. Cavabdeh MMC tərəfindən İcra Şöbəsinə, tələbkar "xxxx" ASC-yə, borclulara (o cümlədən hazırki iş üzrə iddiaçı olan İddiaçı) ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən mənzilinin ilkin satış qiymətinin 130.950 manata, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 200.000 manata satılması ilə bağlı xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nəşrində dərc olunmuşdur.
23. İcra Şöbəsi tərəfindən cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli xx/xx-132325/2 №-li məktubundan görünür ki, İcra Şöbəsi cavabdeh MMC-yə bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5771/2021 №li qərardadı ilə hazırki iş üzrə iddiaçıya məxsus mənzilin və qeyri-yaşayış sahəsinə, Şəki rayonu, Daşüz kəndində yerləşən hər biri 0,12 ha olmaqla 2 ədəd torpaq sahələrinin və həmin torpaq sahəsində yerləşən 282,7 kv.m istehsal sahəsinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatların aparılması qadağan edildiyindən İddiaçı mülkiyyətində qeydə alınan mənzil və qeyri-yaşayış sahəsi ilə bağlı hərracın dayandırılması, digər əmlaklarla bağlı isə davam etdirilməsi xahiş olunmuşdur.
24. İcra Şöbəsi tərəfindən ipoteka predmetlər olan mənzilin (ilkin satış qiyməti 130.950 manat olmaqla) və qeyri-yaşayış sahəsinin (ilkin satış qiyməti 200.000 manat olmaqla) açıq hərracdan satılması ilə bağlı xx.xx.2021-ci il tarixli xx/xx-132325/3-25935 №-li məktubla cavabdeh MMC-yə yenidən sifariş verilmişdir.
25. Cavabdeh MMC tərəfindən İcra Şöbəsinə, tələbkar "xxxx" ASC-yə, borclulara (o cümlədən hazırki iş üzrə iddiaçıya) ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən mənzilinin ilkin satış qiymətinin 130.950 manata, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 200.000 manata satılması ilə bağlı xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nəşrində dərc olunmuşdur.
26. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 78/03 və 78/03-1 №-li “Gedişat protokollarından” görünür ki, mənzil və qeyri-yaşayış sahəsinə dair keçirilməsi xx.xx.2021-ci il tarixə təyin olunmuş hərracda alıcı olmadığından hərrac baş tutmamışdır. Bu səbəbdən mənzilin ilkin satış qiyməti 111.307,5 manata və qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 170.000 manat müəyyən edilməklə təkrar hərrac barədə elan dərc edilməsi qərara alınmışdır.
27. “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nəşrindən görünür ki, mənzil və qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması ilə bağlı xx.xx.2021-ci il tarixli hərrac baş tutmamışdır.
28. Cavabdeh MMC tərəfindən İcra Şöbəsinə, tələbkar "xxxx" ASC-yə, borclulara (o cümlədən hazırki iş üzrə iddiaçıya) ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, mənzil və qeyri-yaşayış sahəsinin satılması ilə bağlı xx.xx.2021-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nəşrində dərc olunmuşdur.
29. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 78/03 və 78/03-1 №-li “Gedişat protokollarından” görünür ki, mənzil və qeyri-yaşayış sahəsinin satılması barədə təkrar hərrac alıcı olmadığından baş tutmamışdır. Ona görə də “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni müvafiq olaraq 83.480,63 manat və 127.500,6 manat olmaqla Banka təklif olunmuşdur.
30. "xxxx" ASC-nin cavabdeh MMC-yə ünvanladığı 02/27 №-li, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bank, mənzil və qeyri-yaşayış sahəsini, təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə öz mülkiyyətinə götürülməsinə razılıq vermişdir.
31. “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqavilələrdən görünür ki, mənzil 83.480,63 manat qiymətə, qeyri-yaşayış sahəsi 127.500 manat qiymətə "xxxx" ASC tərəfindən alınmışdır.
32. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli “Çıxarışdan” görünür ki, mənzil üzərində Bankın mülkiyyət hüququ reyestrdə ********** №-li ilə qeydə alınmışdır.
33. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli “Çıxarışdan” görünür ki, qeyri-yaşayış sahəsi üzərində Bankın mülkiyyət hüququ reyestrdə ********** №-li ilə qeydə alınmışdır.
34. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, ipoteka predmetləri ilə bağlı cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş, lakin əmlak hərracda satılmamışdır. xx.xx.2021-ci il tarixə təyin edilmiş təkrar hərracın keçirilməsi isə icra məmurunun yazılı müraciəti əsasında cavabdeh MMC tərəfindən dayandırılmışdır. Daha sonra icra məmuru sözügedən ipoteka predmetlərinin satılması ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla yenidən MMC-yə sifariş vermiş və həmin sifariş əsasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixlərdə hərraclar keçirilmiş, əmlakı alan olmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqavilələrinə əsasən ipoteka predmetlərini ipoteka saxlayan əldə etmiş və “Hərracın yekunları barədə” 03/01 və 03/02 №-li protokollar tərtib edilərək ipoteka predmetlərinin tələbkarın əldə etməsi qeyd edilmişdir. Hazırkı ipoteka predmetləri ilə bağlı birinci hərrac xx.xx.2021-ci il tarixdə, təkrar hərrac xx.xx.2021-ci il tarixdə keçirilmiş, bundan sonra isə xx.xx.2021-ci il tarixdə daha bir dəfə hərrac keçirilmiş, lakin əmlakı alan olmamışdır. xx.xx.2021-ci il tarixdə təkrar hərrac keçirilməklə, hərrac baş tutmadığından həmin tarixdən 30 təqvim günü, yəni yanvar ayının 03-dək ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanı olmuşdur. İpoteka saxlayan isə qeyd olunan müddət ərzində bu istiqamətdə heç bir tədbir görməmişdir.
35. Göstərilənləri nəzərə alan Məhkəmə «“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, ikidən artıq hərracın hər hansı əsasla keçirilməsi qanunazidd hesab edilməlidir. Başqa sözlə, hazırkı icra işi üzrə xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə keçirilmiş ilkin və təkrar hərraclar istisna olmaqla, sonradan keçirilmiş hərraclar qanunazidd olmuşdur.
36. Bank apelyasiya şikayətində xx.xx.2021-ci il tarixə təyin edilmiş təkrar hərracın məhz icra məmurunun müraciəti əsasında dayandırılmasını, daha sonra isə icra məmurunun yeni sifarişi əsasında ilkin və təkrar hərracların keçirilməsini, xx.xx.2021-ci il tarixdə təkrar hərracdan sonrakı 30 gün ərzində isə tələbkarın ipoteka predmetini əldə etməsini göstərmişdir.
37. Məhkəmə aşağıdakı xüsusatlara görə həmin arqumentlərlə razılaşmır. Əvvəla, mənzil və qeyri-yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixə təyin edilmiş təkrar hərracın dayandırılması barədə icra məmurunun məktubu xx.xx.2021-ci il tarixdə cavabdeh MMCyə göndərilmişdir. Həmin tarixədək isə ipoteka predmetlərinə dair artıq xx.xx.2021-ci il tarixdə ilkin hərrac keçirilmişdir. İpoteka predmetlərinə dair hərracın keçirilməsi barədə sifariş yeni sifariş deyil, elə xx.xx.2021-ci il tarixli məktubda göstərilən 132325/3 sifarişin nömrəsi ilə eynidir. Bundan başqa, İcra Şöbəsi tərəfindən daxil olmuş dayandırma barədə məktub xx.xx.2021-ci il tarixli sifariş üzrə hərrac təşkilatı – cavabdeh MMC tərəfindən edilmiş hərəkətləri və onun nəticələrini ləğv etmir. Əksinə icra orqanı tərəfindən verilmiş dayandırma barədə məktub üzrə daha əvvəl hərrac təşkilatı tərəfindən edilmiş hərəkətləri aktual olaraq saxlayır. Yəni hərrac təşkilatı icra orqanı tərəfindən ona ünvanlanmış hərracın dayandırılması barədə məktub üzrə təyin etdiyi təkrar hərracı keçirməməkdə haqlı olmasına baxmayaraq, daha sonra icra məmurunun xx.xx.2021-ci il tarixli sifariş məktubundan sonra ipoteka predmeti üzrə ümumi qaydada birinci hərrac təyin etmişdir ki, bununla da “İpoteka haqqında” Qanunun tələblərini pozmuşdur. Belə olan halda müəyyən edilir ki, ipoteka predmeti olan mənzil və qeyri-yaşayış sahəsinə dair hərrac təşkilat tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac sayca üçüncü hərracdır.
38. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın (maddə 43.1.). Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir (maddə 43.2.). Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər (maddə 43.3.). İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir (maddə 43.4.). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun(maddə 43.5.). Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur (maddə 43.6.). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (maddə 43.7.). Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir (maddə 43.7-1.). İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (maddə 43.8.). İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir (maddə 43.9.). Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur (maddə 44.). İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda (maddə 48.1.). Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır (maddə 48.2.).
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2.).
40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
41. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha sox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka ipotekam qoyanın hüquqlarının pouzlmasına səbəb olur. Bu baxımdan qəbul edilməlidir ki, icra məmurunun 132325/3 sifarişi əsasında mübahisəli mənzil və qeyri-yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac ilkin, xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac isə təkrar hərrac olmuşdur. Həmin əmlamklarla bağlı cavabdeh MMC tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli hərrac isə sayca üçüncü hərrac olmaqla qanunvericiliyin tələblərinə ziddir.
42. Bundan başqa, xx.xx.2021-ci il tarixli təkrar hərracdan sonra 30 gün müddətində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh MMC xx.xx.2022-ci il tarixdə ipoteka saxlayana – "xxxx" ASC-yə 01/5274 nömrəli xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif göndərilmişdir. Habelə ipoteka saxlayan üçün ipoteka predmetini qanunvericiliyə uyğun olaraq əldə etməsi üçün son müddət xx.xx.2022-ci il tarix olsa da, ipoteka saxlayan ipoteka predmetlərinin əldə edilməsi barədə hərrac təşkilatı ilə ipoteka saxlayan arasında alğı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə, yəni xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsindən 59 gün sonra bağlayaraq ipoteka predmeti əldə edilmişdir. Belə olan halda hərracın yekunları barədə 03/01 və 03/02 nömrəli protokolların və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı dair bağlanmış müqavilələr etibarsız hesab edilməlidir.
43. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
44. Əsas tələbdən törəmə olduğu üçün apelyasiya baxışının predmeti olan hissədə iddia tələbi digər hissələrdə də əsaslı sayılmalıdır. Başqa sözlə, mübahisəli mənzil və qeyri-yaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixli cavabdeh MMC-nin hərracın yekunları barədə 03/01 və 03/02 №-li protokollar və həmin protokollar əsasında xx.xx.2022-ci il tarixli hərracın yekunları üzrə əmlakların alğı-satqısına dair bağlanmış müqavilələr etibarsız hesab edildiyinə görə, mənzil və qeyri-yaşayış sahəsi üzərində "xxxx" ASC-nin mülkiyyət hüququnun qeydə alınması barədə dövlət qeydiyyatı ləğv edilməli, hər iki əmlaka dair ipotekaya xitam verilməli, həmin əmlakların ipotekadan azad edilməsinə dair dövlət reyestrində qeydlər aparılmalı idi. Belə olan halda hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi də, yuxarıda göstərilən əsaslar ilə eyni nəticəyə gəlməkdə haqlı olmuşdur.
45. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
47. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ:
İş üzrə üçüncü şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 avqust 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.