Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2159/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 və 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh 17-A-1-0-7078-13 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 2259 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İbrahimov, iş № 2(010)-6353/19) iddia təmin edilərək Cavabdeh 2259 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2013-cü il tarixdə «Nikoyl» İKBnin 6 saylı filialı ilə Cavabdeh arasında 17-A-1-0-7078-13 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə, illik 16 % olmaqla 11900 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, 99- GC-804 dövlət qeydiyyat nişanlı, XWB5V319DEA516782 ban, 212132662DFCX0453 mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Verilmiş kreditin təminatı olaraq “Daewoo Gentra” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişir. Həmçinin, kreditin təminatı olaraq «Nikoyl» İKB-nin 6 saylı filialı ilə borclu Cavabdeh və zamin İddiaçı MMC arasında xx xxxxxx 2013-cü il tarixli, 17-A-1-0-7078-13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxdında və lazımınca yerinə yetirmədiyi üçün həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürmüş və zamin İddiaçı MMC öz hesabından borclunun Banka ödənilməli olan borcundan silinməsinə dair razılıq verilmişdir. Nəticədə İddiaçı MMC borcalan Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, 17-A-1-0-7078-13 kredit müqaviləsi üzrə banka ödəməli olan borcundan 2259 manat məbləğində ödəniş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində iştirakı lazımi qaydada təmin olunmadığından iddia tələbinə etiraz və mülahizələrini bildirə bilməmişdir. Hətta, zamin İddiaçı MMC-yə borcun ödənilməsi təklifini irəli sürmüş “Nikoyl” İKB-nin tərəf kimi işə cəlb edilməsi belə təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş xx xxxxxx 2016-cı il tarixli, 2(010)-522/2016 saylı məhkəmə qətnaməsi ilə borcun tamamının ondan tutulması qət edilmişdir. Bu qətnamədən sonra bankın məhkəmədən kənar pul tələbi ilə zaminə müraciət etməsi, zaminin də bu müraciəti təmin etməsi əsassızdır və Cavabdeh münasibətdə heç bir hüquqi nəticəsi olmamalıdır. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün aidiyyəti üzrə göndərmişdir. Zaminliklə təmin edilmiş öhdəliyin icra vaxtı xx xxxx 2016-cı il tarixi olmuşdur. Əgər Zamindən 6629 manat tutulmuş və borc bağlanmışsa, Cavabdeh ödəniş niyə qəbul olunurdu. Cavabdehin nümayəndəsi Ç.Hüseynova məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Ə.Bayramov apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi N.Tağıyev apellyasiya şikayətini qəbul etmədi və müvafiq bank sənədlərini məhkəməyə təqdim edərək bildirdi ki, həqiqətən də "İddiaçı" MMC tərəfindən cavabdehin banka olan borcuna görə 6629 manatmanat ödənilmiş, bu məbləğdən 4370 manat sonradan zaminə, yəni "İddiaçı" MMC-yə qaytarılmış, cavabdeh tərəfindən kredit borcu tam ödənilmədiyindən 2259 manat "İddiaçı" MMC-yə qaytarılmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, "İddiaçı" MMC tərəfindən xx xxxxxx 2013-cü il tarixli 17-A-1-0-7078-13 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh hesabına ümumilikdə 6629 manat məbləğində ödəniş həyata keçirilmişdir. "Nikoyl" İKB-na aparılmış ödənişlərdən 4370 manat Cavabdeh tərəfindən zaminə geri qaytarılmışdır. Halhazırda Cavabdeh "İddiaçı" MMC-ə borcu 2259 manat təşkil edir. Hazırda iddiaçının tələbi həmin 2259 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və belə qənaətə gəlmişdir ki, Cavabdeh oğlundan 2259 manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 470, 472, 475-ci və s. maddələrinə istinad etmişdir. Apellyasiya baxışı zamanı “xxxx” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş və ona müvafiq sorğu göndərilmişdir. Bankın cavabından, nümayəndənin izahatından və təqdim olunan bank sənədlərindən məlum olmuşdur ki, həqiqətən də "İddiaçı" MMC tərəfindən cavabdehin banka olan borcuna görə 6629 manatmanat ödənilmiş, bu məbləğdən 4370 manat sonradan zaminə, yəni "İddiaçı" MMC-yə qaytarılmış, cavabdeh tərəfindən kredit borcu tam ödənilmədiyindən 2259 manat "İddiaçı" MMC-yə qaytarılmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan vəziyyətdə zamin (iddiaçı) cavabdehin kredit borcuna görə ödədiyi məbləği ondan tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2159/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2159/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver