Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-216/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinin ipoteka predmetinin dəyərindən tutulması, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzildən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən məcburi çıxarılma ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinin ipoteka predmetinin dəyərindən tutulması, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzildən məcburi çıxarılma tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(005)-125/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdehlər Cavabdeh3 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh6 12 ay müddətinə, illik 18 faiz ödənilməsi şərtilə 330000 manat məbləğinədə kredit verilmişdir.
2. 27 oktyabr 2014-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə sazişin predmetini borc alanın bank qarşısında kredit müqaviləsinə əsasən mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında 27 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 nömrəli ipoteka müqaviləsinin bağlanılması ilə bağlı kredit müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir.
3. 22 oktyabr 2015-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış, 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsinə kredit üzrə öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə Əlavə Sazişdən müəyyən olunur ki, tərəflər kredit müqaviləsinə əsasən borc alana verilmiş kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasını həmin kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevirmək (konvertasiya etmək), habelə kredit müqaviləsi üzrə kreditləşmə müddətinin 12 ay, yəni 23 oktyabr 2016-cı il tarixinədək uzadılması barədə razılığa gəlmişlər. Sazişə əsasən borcalanın kredit üzrə pul öhdəliklərinin Azərbaycan Respublikası Mərkəzi Bankının bu Əlavə sazişin tarixinə müəyyən eldiyi rəsmi məzənnə üzrə ABŞ dollarına konvertasiya edilməsi nəticəsində kredit üzrə əsas borcun 330000 manat məbləğində qalığı 315035,80 ABŞ dolları müəyyən edilmişdir.
4. "xxxx" ASC tərəfindən 22 oktyabr 2015-ci il tarixdə verilmiş 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsinə əlavə 1 kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsi üzrə 315035,80 ABŞ dolları əsas, 56863,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 371899,79 ABŞ dolları borcu yaranmışdır.
5. 03 fevral 2016-cı il tarixdə "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış, 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsinə 03 nömrəli əlavə sazişdən görünür ki, tərəflər kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 18%-dən 12%-ə endirilməsi ilə bağlı kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər.
6. "xxxx" ASC tərəfindən 03 fevral 2016-cı il tarixdə verilmiş 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsinə əlavə 1 Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsi üzrə 315035,80 ABŞ dolları əsas, 28878,30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 343914,10 ABŞ dolları borcu yaranmışdır.
7. 18 oktyabr 2016-cı il tarixdə "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış, 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsinə 04 nömrəli əlavə sazişdən görünür ki, tərəflər kredit müqaviləsi üzrə hesablaşma qaydası dəyişdirilməklə kreditin annuitet ödəniş şərtli kreditə çevrilməsi, habelə kreditləşmə müddətinin 24 ay, yəni 23 oktyabr 2018-ci il tarixədək uzadılması ilə bağlı Kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər.
8. "xxxx" ASC tərəfindən 18 oktyabr 2016-cı il tarixdə verilmiş 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsinə əlavə 1 kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsi üzrə 315035,80 ABŞ dolları əsas, 40923,72 ABŞ dolları faiz borcu olmaqla, cəmi 355959,52 ABŞ dolları borcu yaranmışdır.
9. 13 dekabr 2017-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış, 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair 05 nömrəli əlavə sazişdən görünür ki, tərəflər borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında 13 dekabr 2017-ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla əsas borc kateqoriyasına keçirilməsi və kredit borcunun qaytarılması üzrə yeni müddətin müəyyən olunması yotu ilə restrukturizasiyası barədə razılığa gəlmişlər. Həmçinin, borc alan 220811 ABŞ dolları məbləğində əsas borcunu 23 dekabr 2020-ci il tarixədək banka qaytarmağı öz öhdəsinə götürür.
10. "xxxx" ASC tərəfindən 13 dekabr 2017-ci il tarixdə verilmiş 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsinə əlavə 1 kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsi üzrə 220811 ABŞ dolları əsas, 44111,40 ABŞ dolları faiz borcu olmaqla, cəmi 264922,40 ABŞ dolları borcu yaranmışdır. 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 nömrəli ipoteka müqaviləsindən görünür ki, İpoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzili borc alan Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədilə ipoteka saxlayan "xxxx" Bank ASC-nin xeyrinə yüklü etmişdir.
11. 03 fevral 2016-cı il tarixdə tərəflər Cavabdeh6, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 nömrəli ipoteka müqaviləsinə 02 nömrəli əlavə sazişdən görünür ki, bu sazişə əsasən ipoteka saxlayanla borc alan arasında 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsinə 03 fevral 2016-cı il tarixli 02 nömrəli əlavə saziş bağlanmaqla, həmin müqaviləyə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 18%-dən 12%-ə endirilməsi ilə bağlı edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi barədə tərəflər razılığa gəlmişlər.
12. 18 oktyabr 2016-cı il tarixdə tərəflər Cavabdeh6, Cavabdeh1 və "xxxx" ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli, **********69914/İM-2 nömrəli ipoteka müqaviləsinə 03 nömrəli əlavə sazişdən görünür ki, ipoteka saxlayanla borc alan arasında 23 oktyabr 2014-cü il tarixli **********60914 nömrəli Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin 24 ay uzadılaraq 48 aya çatdırılması və Kredit müqaviləsi üzrə hesablaşma qaydası dəyişdirilməklə kreditin annuitet ödəniş şərtli kreditə çevrilməsi ilə bağlı edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi barədə razılığa gəlmişlər.
13. 13 dekabr 2017-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh6 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli, **********69914/İM-2 nömrəli ipoteka müqaviləsinə 04 nömrəli əlavə sazişdən görünür ki, İpoteka saxlayanla Borc alan arasında bağlanmış 23 oktyabr 2014-cü iİ tarixli **********69914 nömrəli Kredit müqaviləsinə (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli 01 saylı Əlavə, 22 oktyabr 2015-ci il tarixli «Kredit üzrə öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə» Əlavə, 03 fevral 2016-cı il tarixli 03 saylı Əlavə və 18 oktyabr 2016-cı il tarixli 04 saylı Əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında, bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) həmin müqavilə üzrə İpoteka saxlayan qarşısında 13 dekabr 2017- ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla əsas borc kateqoriyasına keçirilməsi və kredit borcunun qaytarılması üçün yeni müddətin müəyyən edilməklə kreditin restrukturizasiyasına dair 13 dekabr 2017-ci il tarixli 05 nömrəli əlavə sazişin bağlanması ilə əlaqədar olaraq İpoteka müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər.
14. 27 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh6 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında, 12 mərtəbəli binanın 5-ci girişi, 2-ci mərtəbəsində yerləşən 111,4 kv.m ümumi, 65,7 kv.m yaşayış, 45,7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 89 nömrəli mənzili 23 oktyabr 2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədilə İpoteka saxlayan "xxxx" Bank ASC-nin xeyrinə yüklü etmişdir.
15. 22 oktyabr 2015-ci il tarixdə tərəflər Cavabdeh6 ilə "xxxx" Bank ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 nömrəli ipoteka müqaviləsinə kredit üzrə öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə əlavə sazişdən görünür ki, bu Sazişə əsasən tərəflər ipoteka saxlayan və borc alan arasında 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsinə kredit üzrə öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə 22 oktyabr 2015-ci il tarixli əlavə saziş bağlanması və həmin əlavə sazişlə nəzərdə tutulmuş şərtlərlə və qaydada Kredit müqaviləsi üzrə borc olana açılmış kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi (konvertasiya edilməsi), habelə qeyd edilən Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin 12 ay, yəni 23 oktyabr 2016-cı il tarixinədak uzadılması və ipoteka müqaviləsinin ilə bağlı dəyişikliklərin İpoteka müqaviləsində əks etdirilməsi barədə razılığa gəlmişlər.
16. 03 fevral 2016-cı il tarixdə tərəflər Cavabdeh6 ilə "xxxx" Bank ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 nömrəli ipoteka müqaviləsinə 02 nömrəli əlavə sazişdən görünür ki, bu sazişə əsasən İpoteka saxlayanla Borc alan arasında 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsinə 03 fevral 2016-cı il tarixli 02 nömrəli əlavə saziş bağlanmaqla, həmin müqaviləyə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 18%-dən 12%-ə endirilməsi ilə bağlı edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi barədə tərəflər razılığa gəlmişlər.
17. "xxxx" ASC tərəfindən Cavabdeh6 ünvanlanan 23 oktyabr 2014-cü il tarixli **********69914/1M-1 nömrəİi İpoteka müqavilasi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 17 iyun 2021-ci il tarixli bildiriş məktubunun surətindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə qaytarılması, əsas borc məbləğinə hesablanan faizlərinin ödənilməsi üçün İpoteka qoyulmuş əmlakın 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmiş, əks halda ASC "Xalq” Bankı ipoteka predmetinin satılmasından əldə edilmiş vəsaitin hesabına kredit üzrə yaranmış borcun ödənilməsi üçün müvafiq olaraq notariusa və ya məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
18. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanan 21 iyun 2021-ci il tarixli ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizədən görünür ki, Cavabdeh1 (İpoteka qoyan) tərəfindən 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-l nömrəli İpoteka müqaviləsinə müvafiq olaraq, ipoteka qoyulmuş ünvan 3 ünvanda, 96.3 kv.m ümumi, 47.0 kv.m yaşayış sahədən ibarət 2 otaqlı mənzil "xxxx" ASC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq, həmin ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 17 iyun 2021-ci il tarixli 1050 saylı bildirişin qeydiyyatını həyata keçirilməsi xahiş olunmuşdur.
19. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanan 29 iyun 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 9in 5 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
20. Cavabdeh4 tərəfindən ünvan 5 ünvanlanan ərizəsindən görünür ki, o, arvadı Cavabdeh6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 942/943, Məsud Əlizadə küçəsindəki 18 nömrəli evin 89 nömrəli mənzilin "xxxx" ASC-yə ipotekaya qoyulmasına etiraz etməmişdir.
21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzil Cavabdeh1 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə 21 oktyabr 2014-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində 25 oktyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır.
23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində 23 oktyabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində 05 fevral 2016-cı il tarixdə qeydiyyata alınmışdır.
25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə 48 ay müddətinə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində 20 oktyabr 2016-cı il tarixdə qeydiyyata alınmışdır.
26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə 23 dekabr 2020-ci il tarixədək yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində 03 sentyabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır.
27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə 12 ay müddətinə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində 30 oktyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır.
28. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə 23 oktyabr 2016-cı il tarixədək yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində 23 oktyabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır.
29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, NuriyevaSevinc Rövşən qızına məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində 05 fevral 2016-cı il tarixdə qeydiyyata alınmışdır.
30. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə 48 ay müddətinə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində 20 oktyabr 2016cı il tarixdə qeydiyyata alınmışdır.
31. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə 23 dekabr 2020-ci il tarixədək yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində 15 dekabr 2017-ci il tarixdə qeydiyyata alınmışdır.
32. "xxxx" ASC tərəfindən verilən 22 oktyabr 2014-cü il tarixli Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil Cavabdeh1 məxsusdur və həmin mənzildə özü və oğlu Cavabdeh2 daimi qeydiyyatdadırlar.
33. "xxxx" MTK tərəfindən verilən 20 oktyabr 2014-cü il tarixli Forma 2 arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil Cavabdeh6 məxsusdur və həmin mənzildə o özü, əri Cavabdeh4, qızı Cavabdeh5 və oğlu Cavabdeh3 daimi qeydiyyatdadırlar.
Birinci instansiya məhkəməsində icraat
34. "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzilə və 27 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh6 məxsus olan ünvan 1 ünvanında, 12 mərtəbəli binanın 5-ci girişi, 2-ci mərtəbəsində yerləşən 111,4 kv.m ümumi, 65,7 kv.m yaşayış, 45,7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 89 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına Borcalan Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında 143249,10 ABŞ dolları məbləğində əsas borcu, 23 dekabr 2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 15045,98 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 23 dekabr 2020-ci il tarixdən 19 dekabr 2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 24770,61 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi və 19 dekabr 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 63475,40 ABŞ dolları məbləğində penya, cəmi 246541,09 ABŞ dolları və 19 dekabr 2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və gecikdirmənin hər günü üçün illik 15 % dərəcəsi ilə hesablanan penyanın əvəzi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 80 manat məbləğində çəkilmiş xərc İpoteka predmetlərinindəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 709,12 manat məbləğində dövlət rüsumunun və 1,43 manat məbləğində xidmət haqqının ödənilməsi üzrə çəkilmiş xərclərin birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
35. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh6 arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, kreditdən istifadəyə görə illik 18 % ödənilməsi şərtilə 330000 manat məbləğində kredit verilmişdir. 27 oktyabr 2014-cü il tarixdə borc alanla iddiaçı arasında bağlanmış Kredit müqaviləsinə 01 nömrəli əlavə sazişə əsasən kredit müqaviləsi üzrə mövcud borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında bağlanmış “27 noyabr 2014-cü il tarixli **********69914/İM2 nömrəli İpoteka müqaviləsi”nin bağlanılması ilə bağlı Kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. 22 oktyabr 2015-ci il tarixdə iddiaçı və borc alan arasında bağlanmış “öhdəliyin valyutasının kovertasiyası və kreditləşmə müddətinin uzadılması” barədə əlavə sazişə əsasən isə kreditləşmə müddəti 12 ay uzadılaraq 23 oktyabr 2016-cı il tarixinə təyin edilmiş, kredit müqaviləsi üzrə borc alana verilmiş kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutası həmin kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevrilmiş və kredit üzrə əsas borcun 330000 manat məbləğində qalığı 315035,80 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Daha sonra isə kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış 03 fevral 2016-cı il tarixli 03 nömrəli əlavə sazişlə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 18%-dən 12%-ə endirilmiş, 18 oktyabr 2016-cı il tarixli 04 nömrəli əlavə sazişlə kreditləşmə müddəti 24 ay uzadılaraq 23 oktyabr 2018-ci il tarixinə təyin edilmiş və nəhayət, “mövcud borcun restrukturizasiyasına” dair 13 dekabr 2017-ci il tarixli 05 nömrəli əlavə sazişlə kredit üzrə əsas borcun qalıq məbləği həmin tarixə 220811 ABŞ dolları məbləğində müəyyən edilmiş və kreditin qaytarılma müddəti 23 dekabr 2020-ci il tarixinədək müəyyən olunmuşdur. Borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə: 1. İddiaçı, borc alan və Cavabdeh1 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi,ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzilin ipoteka qoyulması barədə 23 oktyabr 2014-cü il tarixli **********69914/İM- 1 nömrəli ipoteka müqaviləsi; 2. İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh6 arasında sonuncuya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 942/943, Məsud Əlizadə küçəsiev 18 ünvanında, 12 mərtəbəli binanın 5-ci girişi, 2-ci mərtəbəsində yerləşən 111,4 kv.m ümumi, 65,7 kv.m yaşayış, 45,7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 89 nömrəli mənzilin ipoteka qoyulması barədə 27 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Bankın birinci ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 25 oktyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 22 oktyabr 2015ci il tarixli “öhdəliyin valyutasının kovertasiyası və kreditləşmə müddətinin uzadılması barədə”, 03 fevral 2016-cı il tarixli 02 nömrəli, 18 oktyabr 2016-cı il tarixli 03 nömrəli və 13 dekabr 2017-ci il tarixli 04 nömrəli əlavə sazişlərlə edilmiş dəyişikliklərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq 23 oktyabr 2015-ci il tarixli RX seriyalı ******* nömrəli, 05 fevral 2016-cı il tarixli RX seriyalı ******* nömrəli, 20 oktyabr 2016-cı il tarixli RX seriyalı ******* nömrəli və 03 sentyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışlar verilmişdir. Bankın ikinci ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 oktyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. 22 oktyabr 2015-ci il tarixli “öhdəliyin valyutasının kovertasiyası və kreditləşmə müddətinin uzadılması barədə”, 03 fevral 2016-cı il tarixli 02 nömrəli, 18 oktyabr 2016-cı il tarixli 03 nömrəli və 13 dekabr 2017-ci il tarixli 04 nömrəli əlavə sazişlərlə edilmiş dəyişikliklərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq 23 oktyabr 2015-ci il tarixli RX seriyalı ******* nömrəli, 05 fevral 2016-ci il tarixli RX seriyalı ******* nömrəli, 20 oktyabr 2016-cı il tarixli RX seriyalı ******* nömrəli və 15 dekabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışlar verilmişdir. Cavabdeh6 Kredit müqaviləsinin 2.2-ci və 2.3-cü bəndlərinə və həmin müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə annuitet ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh6 öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, Kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və kreditin qaytarılması müddətinin bitməsinə baxmayaraq əsas borca hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Beləliklə, 10 mart 2023-cü il tarixinə borc alanın kreditor qarşısında 167095,08 ABŞ dolları məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 151549,10 ABŞ dollarını vaxtı keçmiş əsas borc, 15545,98 ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil edir. Bundan əlavə borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən gecikdirilmiş məbləğə gecikdirmənin hər günü illik 15 % dərəcəsi penya ödəməlidir ki, bu da 10 mart 2023-cü il tarixinə 46527,57 ABŞ dolları təşkil edir. bankın daxili qərarına əsasən kredit müqaviləsi üzrə cərimə faizlərinin hesablanması borc alanın xeyrinə olaraq 01 aprel 2020-ci il tarixdən 05 yanvar 2022-ci il tarixinə kimi dayandırılmışdır. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeh1 1-ci İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 17 iyun 2021-ci il tarixli 1050 nömrəli bildiriş, Cavabdeh6 isə 2-ci İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 17 iyun 2021-ci il tarixli 1049 nömrəli bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmetləri hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında 17 iyul 2021-ci il tarixli 1050 nömrəli və 1049 nömrəli bildirişlərin qeydiyyata alınması barədə müvafiq olaraq 21 iyun 2021-ci il tarixli 1070 və 1069 nömrəli ərizələr ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciətlər edilmiş və həmin idarə tərəfindən bildirişlərin qeydə alınması barədə müvafiq məktublarla banka məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh6 arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bank kreditin qaytarılma müddətinin bitdiyi 23 dekabr 2020-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi 10 mart 2023-cü il tarixinə kimi əldən çıxmış faydanın hesablanmasında illik 5 % dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 19121,33 ABŞ dolları təşkil edir. İddiaçı hesab edir ki, məhkəmə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetləri olan mənzillərə tutmanın yönəldilməsi ilə yanaşı, yaşayış sahəsinin satışından sonra həmin mənzillərdə yaşayan ipoteka qoyanların və onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin 1 ay ərzində yaşayış sahəsindən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. Birinci ipoteka predmeti olan mənzildə Cavabdeh1 və onun oğlu Cavabdeh2, ikinci ipoteka predmeti predmeti olan mənzildə Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 hazırda ailə üzvləri ilə birlikdə yaşamaları faktı müvafiq olaraq 22 oktyabr 2014-cü il tarixli 140 №-li və 20 oktyabr 2014-cü il tarixli 589-A nömrəli arayışlarla və Bank əməkdaşlarının keçirdikləri monitorinqlər ilə təsdiq olunur.
36. “Əmlak Ekspert Mərkəzi” MMC-nin 06 sentyabr 2023-cü il tarixli ƏEM/S 43- 752/2023 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzilin bazar dəyəri 235000 manat, likvid dəyəri 212000 manat, ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzilin bazar dəyəri 245000 manat, likvid dəyəri 235000 manat müəyyən edilmişdir
37. Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2- 9/6685/2023 nömrəli rəyindən görünür ki, təqdim edilmiş hesabdan çıxarış, tərəflər arasında bağlanılmış 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri və müqaviləsi üzrə rəsmiləşdirilmiş 13 dekabr 2017-ci il tarixli 05 nömrəli əlavə sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin bitdiyi 23 dekabr 2020-ci il tarixə olan borcu 231752,3 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 181199,1 ABŞ dolları, faiz borcu üzrə 50553,2 ABŞ dolları. 23 dekabr 2020-ci il tarixdən qərardad çıxan 30 may 2023-cü il tarixədək Borcalan tərəfindən ümumilikdə 71101,27 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Aparılmış ödənişin 34650 ABŞ dolları əsas borc, 36451,27 ABŞ dolları isə faiz borcu üzrə silinmişdir. Cavabdeh6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 30 may 2023-cü il tarixə olan borcu 160650,77 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 146549,1 ABŞ dolları, faiz borcu üzrə 14101,67 ABŞ dolları.
38. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(005)- 125/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq 23 oktyabr 2014-cü il tarixli**********69914 saylı kredit müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş Cavabdeh6 mülkiyyətində olan ünvan 8də yerləşən 89 nömrəli mənzilə və Cavabdeh1 mülkiyyətində olan ünvan 9də yerləşən 5 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, ünvan 8 ünvanında yerləşən 89 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 235000 manat, ünvan 9 ünvanında yerləşən 5 saylı mənzilin ilkin satış qiyməti isə 212000 manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlakların açıq hərracda satılması və əldə ediləcək vəsait hesabına Cavabdeh6 banka olan 143249,10 ABŞ dolları məbləğində əsas borcunun, 14101,67 ABŞ dolları məbləğində faiz borcunun, gecikdirilmiş müddət üçün illik 5%-lə hesablanmış 21405,42 ABŞ dolları faiz borcunun, 2500 ABŞ dolları məbləğində cərimə borcunun ödəniş günü manata məzənnə ilə manatla, cəmi 181256,19 ABŞ dolları borcunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 80 manat məbləğində çəkilmiş xərcin ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin ipoteka qoyanlara qaytarılması, ipoteka predmeti olan ünvan 9 ünvanında yerləşən 5 saylı mənzilə və ünvan 8 ünvanında yerləşən 89 nömrəli mənzilə tutma yönəldikdən və onlar hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 9də yerləşən 5 saylı mənzili, cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 ünvan 8 ünvanında yerləşən 89 nömrəli mənzili tərk etsməsi, tərk etmədikləri təqdirdə həmin şəxslər müvafiq yaşayış sahələrindən məcburi qaydada çıxarılması, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 709,12 manat dövlət rüsumu və 1,43 manat xidmət haqqı iddiaçı xxxxnın xeyrinə tutulması, qalan hissədə isə iddianın təmin olunmaması qət edilmişdir.
39. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcunun mövcudluğu, o cümlədən əsas öhdəliyin icrasının 90 təqvim günündən daha çox müddətə gecikdirilməsi müəyyən edildiyindən, kredit müqaviləsi üzrə borcun ipoteka predmetlərinin dəyərindən tutulması barədə iddia tələbi əsaslıdır. iddiaçı xxxx həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu cavabdeh NuriyevaSevinc Rövşən qızına verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Belə olan halda, məhkəmə qeyd edir ki, Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 143 249,10 ABŞ dolları məbləğində təşkil edir. Məhkəmə, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 15 045,98 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği ilə bağlı ekspert rəyini əsas götürüb hesab edir ki, iddia tələbi 15 045,98 ABŞ dolları məbləğində faiz borcunun ipoteka əmlaklarının dəyərindən ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, ekspert rəyindən müəyyən olunur ki, xxxxna 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2020- ci il tarixə Cavabdeh6 50.553,2 ABŞ dolları faiz borcu yaranmışdır. Lakin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək (qərardad çıxan tarixədək) ümumilikdə 71.101,27 ABŞ dolları məbləğində ödəniş edilmiş, həmin ödənişin 34.650,0 ABŞ dolları əsas borc, 36.451,27 ABŞ dolları isə faiz borcu üzrə silinmişdir. Beləliklə, Cavabdeh6 xxxxna xx.xx.2023-cü il tarixinə 14.101,67 ABŞ dolları faiz borcu mövcud olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin olunmalı, 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsi üzrə yaranmış 14.101,67 ABŞ dolları məbləğində faiz borcu ipoteka predmetlərinin dəyərindən tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 24 770,61 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin” ipoteka predmetlərinin dəyərindən tutulması hissəsində qismən əsaslıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda hissəsini qismən əsaslı hesab edir. Belə ki, mülki iş materiallarından Cavabdeh6 "xxxx" Bank ASC-yə xx.xx.2014-cü il tarixli **********69914 №-li kredit müqaviləsi üzrə əsas borcunun 143 249,10 ABŞ dolları olduğu müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə tərəfindən əsas borcun (xx.xx.2020-ci il tarixdən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edildiyi, yəni xx.xx.2023-cü il tarixədək) illik 5 faizi 7162,45 (yeddi min yüz altmış iki, 45 sent) ABŞ dolları təşkil edir. Bu baxımdan həmin vəsaitin günlük faizi 19,62 ABŞ dolları müəyyən olunur. Göründüyü kimi, kredit müqaviləsinin müddətinin bitdiyi gündən iddia tələbinin dəqiqləşdirilməsi tarixinədək (xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi) 1091 gün keçmişdir. Nəticə etibarilə qeyd olunmalıdır ki, həmin müddətə görə cavabdehin iddiaçı banka 21.405,42 ABŞ dolları məbləğində illik 5 faiz borcu yaranmışdır. (19,62 x 1091 gün = 21.405,42). Qanunun mənasına görə ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamədə ayrıca göstərilmədiyi halda belə, həmin məhkəmə aktı yaşayış evi satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların məcburi çıxarılması üçün əsasdır. Məhkəmə iddia tələbinin 19 dekabr 2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və gecikdirmənin hər günü üçün illik 15 % dərəcəsi ilə hesablanan penyanın əvəzinin ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması hissələri ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissələrdə heç bir hüquqi əsası mövcud deyil, o cümlədən tələb qeyrimüəyyən olduğundan əsassızdır və təmin olunmamalıdır. Məhkəmə həmçinin də qeyd edir ki, “Əmlak Ekspert Mərkəzi” MMC-nin 06 sentyabr 2023-cü il tarixli ƏEM/S 43-752/2023 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzilin hazırkı likvid qiyməti 212.000 manat, ünvan 1 ünvanda yerləşən 89 nömrəli mənzilin hazırkı likvid qiyməti isə 235.000 manat təşkil edir.
40. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269, 295, 296, 319, 439.1, 439.2, 439.7-ci, “İpoteka haqqında” Qanunun 39.3, 39.4, 39.5, 59.3, 59.4-cü, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun Qərarlarına istinadla əsaslandırmışdır
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
41. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək qismən ləğv edilməsini və iddianın tam təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
42. İddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Lakin hazırkı halda məhkəmə bankın 63475,40 ABŞ dolları məbləğində penya tələbini 60975,40 ABŞ dolları məbləğində azaldaraq, cəmi 2500 ABŞ dolları hissədə təmin etməklə bunun əksini etmişdir. Məhkəmə qətnamə qəbul edərkən təqdim edilmiş mötəbər sübutları nəzərə almamış, yalnız AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-9/6685/2023 nömrəli ekspert rəyini mötəbər sübut növü kimi qəbul etmişdir. Məhkəmə təqdim edilmiş sübut növləri ilə ekspert rəyini qarşılıqlı tədqiq etmədən ekspert rəyində göstərilən məbləğlərə istinad etməsi ədalətli məhkəmə araşdırması prinsipinə zidd olmaqla yanaşı, qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət verməli, ekspert rəyinin yaxud bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı idi. Lakin məhkəmə bunu etməmiş və yalnız Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-9/6685/2023 nömrəli rəyini əsas götürərək borc alan Cavabdeh6 kredit müqaviləsi üzrə əsas borcunun 146549,1 ABŞ dolları, faiz borcunun isə 14101,67 ABŞ dolları təşkil etdiyini göstərməklə kifayətlənmişdir. Onu da qeyd etməyi zəruri hesab edirik ki, ekspertiza qarşısında cərimə borcu barədə sual qoyulmadığından ekspert tərəfindən cərimə ilə bağlı heç bir münasibət bildirilməmişdir. Ekspert rəyində cərimənin nəzərə alınmaması bank tərəfindən təqdim olunmuş çıxarılar ilə ekspert rəyi arasında fərqin əsas səbəbidir. Belə ki, 23 iyul 2019-cu il tarixində ödənilmiş 6000 ABŞ dolları məbləğində pul vəsaitinin 3000 ABŞ dolları əsas borcun, 1333,33 ABŞ dolları faiz borcunun, 1666,67 ABŞ dolları isə cərimə borcunun silinməsinə yönəldilmişdir. Lakin, ekspert rəyində həmin məbləğin 3000 ABŞ dollarının əsas borca, 3000 ABŞ dollarının isə faiz borcuna silindiyi göstərilmişdir. Ekspertiza qarşısında cərimə və əldən çıxmış fayda ilə bağlı sual qoyulmadığı üçün ekspert tərəfindən bu məsələ ilə bağlı münasibət bildirilməmişdir. Nəticədə, belə uyğunsuzluqlara görə yekun məbləğlərdə fərq yaranmışdır. Məhkəmə tərəfindən bu cür qətnamənin qəbul edilməsi ilə MPM-nin 88-ci, 101.3-cü, 103.1-ci və 220.4-cü maddələrinin, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli «Məhkəmə qətnaməsi haqqında» qərarının tələblərinin kobud şəkildə pozulmuşdur.
43. Cavabdehlər Cavabdeh3 və Cavabdeh6 həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
44. Cavabdehlər Cavabdeh3 və Cavabdeh6 apellyasiya şikayətinin dəlillərinə əsasən, ekspertiza onların iştirakı olmadan keçirilmiş, işin düzgün və ədalətli şəkildə həll edilməsinin qarşısı alınaraq qanunvericiliklə bizə verilən hüquqlarımızın istifadə olunmasına əngəl törədilmişdir. Bu isə işin yekun nəticədə formal qiymətləndirilməsinə və son olaraq işə düzgün hüquqi qiymət verilməməsinə səbəb olmuşdur. Bununla belə iş materiallarında sözügedən ekspert rəyində əmlakın qiymətləndirilməsi zamanı işin obyektivliyi kölgə altında qalmışdır. Belə ki, ekspert çəkişmə prinsipinin tələblərini pozaraq işə qərəzli yanaşmış və tərəfin iştirakı olmadan dəyərləndirməni aparmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Çəkişmə prinsipinin pozulması tərəflərdən birinin öz hüquq və mənafelərini müdafiə etmək üçün qanunla ona verilmiş prosessual imkanlardan real istifadə edə bilməməsində öz əksini tapır. Eyni zamanda belə hallar sübutların düzgün qiymətləndirilməməsinə, iş üçün əhəmiyyətli olan bütün faktiki halların araşdırılmamasına və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinməsinə səbəb olur. Yəni ekspert verdiyi rəyləri obyektivlik, hərtərəflilik və tamlıq prinsiplərinin tələblərinə riayət olunmaqla hazırlayıb tərtib etməlidir. Lakin ekspert məhkəməyə verdiyi rəydə sadəcə iddiaçının verdiyi rəqəmləri təsdiqləməklə kifayətlənmişdir. Bu özünü ekspert qarşısında qoyulmuş sualların həqiqətə uyğun olmayan şəkildə tətqiq edilməsində, faiz borcunun düzgün hesablanmasına dair aydın əsaslandırmanın mövcud olmamasında göstərir. Borc məbləğinə münasibətdə şişirdilmiş ölçüdə tətbiq olunan faiz borcu qanunverciliyin tələbləri səhv-nəzər edilməklə hesablanığı üçün qanuni mənafelərini pozur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
46. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
47. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(103)-3258/2024 nömrəli qərardadı ilə iş üzrə kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
48. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-9/57xx-xx/5658/2024 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri və likvid qiyməti təqribən 222000 manat, 10% azalma əmsalı tətbiq edilməklə likvid dəyəri 199800 manat, ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri və likvid qiyməti təqribən 297440 manat, 10% azalma əmsalı tətbiq edilməklə likvid dəyəri 267690 manat müəyyən edilmişdir.
49. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/5917/2024 nömrəli ekspert rəyinə əsasən Cavabdeh6 ilə "xxxx" ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu 23 dekabr 2020-ci il tarixə əsas borc üzrə 181199,10 ABŞ dolları, faiz borcu üzrə 50553,20 ABŞ dolları, 19 dekabr 2023-cü il tarixə isə əsas borc üzrə 142749,10 ABŞ dolları, faiz borcu üzrə - 14101,93 ABŞ dolları, illik 5 faizlə hesablanmış faiz borcu üzrə 24791,29 ABŞ dolları kimi müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq
50. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər; Maddə 303.1. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. 303.2. Müddətli hüquq yalnız onun qüvvədə olma müddəti bitənədək girov predmeti ola bilər. 303.3. Girov qoyulmuş hüququn borclusuna girov haqqında dərhal bildiriş verilməlidir. 303.4. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
51. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 39.4. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Maddə 39.5. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
384.0.3. qətnaməni dəyişdirə bilər;
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarı: “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.”
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 nömrəli qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
Apellyasiya baxışının hədləri
55. Cavabdehlərin apellyasiya şikayəti ilə qətnamənin ləğvi, iddiaçının apellyasiya şikayəti ilə qətnamənin qismən ləğvi xahiş edildiyindən, məhkəmə aktı şikayətlərin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsasında aparılmış apaşdırma ilə işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı hissələrində dəyişdirilməlidir.
57. İşin hallarından müəyyən edilir ki, xxxx ilə Cavabdeh6 arasında 23 oktyabr 2014-cü il tarixli, **********69914 nömrəli kredit müqaviləsi və bu müqaviləyə əlavə olan sazişlər imzalanmışdır. Götürülmüş kreditlərin təminatı olaraq bank ilə borc alan və Cavabdeh1 arasında arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 nömrəli ipoteka, bank ilə borc alan və Cavabdeh1 arasında 27 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 nömrəli sonrakı ipoteka müqavilələri bağlanmışdır.
58. İpoteka müqavilələrinin predmeti kimi ünvan 8də yerləşən 89 nömrəli və ünvan 9də yerləşən 5 saylı mənzillər yüklü edilmişdir.
59. Apellyasiya şikayətləri ilə borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətləri mübahisələndirildiyindən bu dəlillərin araşdırılması məqsədi ilə müvafiq ekspertizalar təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/5917/2024 nömrəli və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-9/57xx-xx/5658/2024 nömrəli ekspert rəyləri məhkəməyə təqdim edilmişdir.
60. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-9/57xx-xx/5658/2024 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri və likvid qiyməti təqribən 222000 manat, 10% azalma əmsalı tətbiq edilməklə likvid dəyəri 199800 manat, ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri və likvid qiyməti təqribən 297440 manat, 10% azalma əmsalı tətbiq edilməklə likvid dəyəri 267690 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ilkin satış qiyməti müəyyən olunarkən mütəxəssis rəyinə istinad olunsa da, məhkəmə kollegiyası ekspert rəyini dada mötəbər sübut hesab edir və əlavə olaraq qeyd edir ki, rəylərin müddəti baxımından da son qiymətlərin əsas götürülməsi dada məqsədə müvafiqdir.
61. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/5917/2024 nömrəli ekspert rəyinə əsasən Cavabdeh6 ilə "xxxx" ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu 23 dekabr 2020-ci il tarixə əsas borc üzrə 181199,10 ABŞ dolları, faiz borcu üzrə 50553,20 ABŞ dolları, 19 dekabr 2023-cü il tarixə isə əsas borc üzrə 142749,10 ABŞ dolları, faiz borcu üzrə - 14101,93 ABŞ dolları, illik 5 faizlə hesablanmış faiz borcu üzrə 24791,29 ABŞ dolları kimi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası əvvəlki ekspert rəyi ilə hazırkı ekspert rəyini müqayisə edərək hesab edir ki, sonuncu ekspert rəyi həm əsasandırma baxımından, həm də ekspert qarşısında qoyulmuş sualların dəqiqliyi baxımından əsaslı cavablandırıldığından borcun məbləği sonuncu ekspert rəyinə uyğun müəyyən olunmalıdır.
62. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yuxarıda qeyd edilən hissələrdə düzgün olmamışdır, bu səbəbdən apellyasiya şikayətləri qismən təmin olunmalı, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.
63. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə rəylərin alınmasına sərf olunan vəsait tərəflərdən tutulmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(005)- 125/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdehlər Cavabdeh3 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(005)- 125/2024 nömrəli qətnaməsi borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı hissələrində dəyişdirilsin. ünvan 8 ünvanında yerləşən 89 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 267690 manat, ünvan 9 ünvanında yerləşən 5 saylı mənzilin ilkin satış qiyməti (likvid dəyəri) isə 199800 manat müəyyən edilsin. Həmin daşınmaz əmlaklar açıq hərracda satılsın və əldə ediləcək vəsait hesabına Cavabdeh6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 142749,10 ABŞ dolları məbləğində əsas borcunun, 14101,93 ABŞ dolları məbləğində faiz borcunun, gecikdirilmiş müddət üçün illik 5%-lə hesablanmış 24791,29 ABŞ dolları faiz borcunun, 2500 ABŞ dolları məbləğində cərimə borcunun ödəniş günü manata məzənnə ilə manatla, cəmi 181642,32 ABŞ dolları borcunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 80 manat məbləğində çəkilmiş xərcin ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ ipoteka qoyanlara qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertizalarının keçirilməsinə sərf olunmuş 150 manat məbləğində pul vəsaitinin 75 manat məbləğində hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 75 manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh3 və Cavabdeh6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.