Məhkəmə qərarları › İş №2(103)-2160/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2160/2022

13.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2160/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil, Cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızının və onun vəkili X18 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, və X15 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və çıxarılma” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, X15 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Lakin buna baxmayaraq cavabdehlər mənim mənzildə yaşamaqda davam edirlər. Halbuki, mənzil onun adına qeydiyyatdan keçdiyi gündən cavabdehlər oradan istifadə hüquqlarını itiriblər. Cavabdehlərin sözügedən mənzildə yaşaması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Onlarla heç bir qohumluq əlaqəsı yoxdur və onlar iddiaçının xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşmışdır. Həmçinin, onların onun mənzilində qeydiyyatda qalması X6 həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onların razılığının alınması iddiaçı üçün əlavə problemlər yarada bilər. Cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, onlar həmin mənzili boşaldaraq iddiaçıya təhvil verməli, oradan çıxarılmalıdırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/21 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən cavabdehlər Cavabdeh3, X15 və Cavabdeh1 istifadə hüquqlarının itirilməsi, ünvan 1 ünvanda yerləşən 46 saylı mənzili boşaldaraq İddiaçı təhvil verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4314/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 6314/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4314/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “İşin faktiki halları və maddi hüququn tətbiqi ilə bağlı məhkəmələrin gəldiyi qənaət açıq-aşkar səhvdir. Belə ki, tərəflər arasında əvvəllər mövcud olmuş mübahisələrlə bağlı məhkəmələr tərəfindən müəyyən edilən işin faktiki halları belədir: İddiaçı 2015-ci ildə Orxan adlı şəxsə 100.000 Dollar borc vermiş və borcun təminatı olaraq üç nəfərlə ipoteka müqaviləsi bağlayır. İpotekalardan biri hazırkı mübahisəli mənzil barəsində olmuşdur. 2016-cı ilin yanvarında hazırkı mübahisəli mənzilin mülkiyyətçisi Ənvər Mehdiyev vəfat edir. İddiaçı həmin ilin sonunda Orxanla müqaviləyə dəyişiklik və əlavə imzalayır. Müqavilənin müddəti 2017-ci ilədək uzadılır, kreditin məbləği aşağı salınır və 84.000 ABŞ dolları məbləğində müəyyən edilir. Kredit ödənilmədiyi üçün 2017-ci ildə iddiaçı borcun tutulması və ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi tələbi irəli sürür və iddia təmin olunur. Mənzil icra icraatı qaydasında iddiaçıya təhvil verilir və o, həmin qətnamə əsasında adına çıxarış alır. Bundan xəbər tutan vərəsələr (hazırkı iş üzrə cavabdehlər) qeyd olunan qətnamədən apelyasiya şikayəti verirlər və qətnamə mübahisəli mənzilə tələbin yönəldilməsi hissəsində ləğv olunaraq icraata xitam verilir o əsasla ki, ölmüş şəxsə qarşı iddia irəli sürülə bilməzdi. Bundan sonra iddiaçı ayrıca iddia irəli sürərək borcun vərəsələrdən (hazırkı cavabdehlərdən) tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbini irəli sürür. Cavabdehlər də ipotekanın və Çıxarışın etibarsızlığı barədə qarşılıqlı iddia tələbi irəli sürürlər. 1-ci instansiya ilk iddianı təmin edir, qarşılıqlı iddianı rədd edir. Həmin qətnamədən cavabdehlərin verdiyi apelyasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ilk iddianın ləğv olunaraq baxılmamış saxlanması qərara alınır və eyni tarixli qətnamə ilə qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnamə ləğv olunaraq iddia başqa əsaslarla rədd edilir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi tərəflər arasında aşağıdakı məsələni həll etmişdir. Qətnamədə deyilir: xx.xx.2015-ci il tarixində iddiaçı Hidayət Şahtaxtanski ilə başqa şəxsin - hazırkı işdə iştirak etməyən şəxs Orxan Nəcəfovun arasında kredit müqaviləsi bağlanıb, iddiaçı həmin şəxsə borc pul verib. Kreditin qaytarılmasının təmin edilməsi üçün ipotekadan istifadə olunub. Bu məqsədlə xx.xx.2015-ci il tarixində iddiaçı Hidayət Şahtaxtanski ilə Ənvər Mehdiyevin (vəfat edib) arasında ipoteka müqaviləsi bağlanıb, Ənvər Mehdiyevə məxsus olan, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev № 35-də yerləşən 46 №-li mənzil ipoteka ilə yüklü edilib. Hazırkı işdə cavabdeh kimi göstərilən Cavabdeh3, Cavabdeh1 və X29 Mehdiyevinin övladlarıdır, onun hüquq varisləri hesab olunurlar. Kredit müqaviləsi üzrə mübahisə artıq həll olunub. Başqa iş üzrə qəbul olunmuş qətnamə ilə kredit müqaviləsi üzrə 84.000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması qət olunub və həmin qətnamə qanuni qüvvəyə minib. Hazırkı işdə mübahisə kredit müqaviləsi üzrə pul tələbinin (qətnamə ilə artıq müəyyən edilmiş tələbin) ipoteka predmeti olan mənzilə yönəldilməsi barədədir. İşdə 2 iddia bar: ilk və qarşılıqlı iddia. İddiaçının ilk iddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə 84.000 ABŞ dolları məbləğində tələb ipoteka predmeti olan mənzilə yönəldilsin, mənzilin satışı hesabına 84.000 ABŞ dolları məbləğində tələb təmin olunsun və mənzil 1 ay ərzində boşaldılsın. Cavabdehlərin qarşılıqlı iddia ərizəsində tələb olunub ki, ipoteka müqaviləsinə xitam verilsin, ipoteka predmeti olan mənzilə dair iddiaçının adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli reyestr çıxarışı etibarsız hesab olunsun. Hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən qarşılıqlı iddia tələbi ilə bağlı Bakı Apelyasiya məhkəməsi qeyd olunan qətnaməsində müəyyən etmişdir: Qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, həmin tələb onunla əsaslandırılıb ki, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi eyni tarixli kredit müqaviləsindən əmələ gələn 100.000 ABŞ dolları məbləğində öhdəliyin icrasının təmin olunması məqsədilə bağlanmış, xx.xx.2016-cı il tarixində ipotekaqoyan Ənvər Mehdiyev vəfat etmiş, bundan 11 ay sonra – xx.xx.2016-cı il tarixində İddiaçı ilə borcalan Orxan Nəcəfovun arasında “kredit müqaviləsinə dəyişiklik edilməsi barədə” razılaşma imzalanmışdır. Bu razılaşmada kredit müqaviləsinə dəyişiklik edilmiş, kreditin məbləği 84.000 ABŞ dolları müəyyən edilmişdir. Bundan başqa, sonuncu razılaşmanın təminatı kimi Əli Nəcəfov ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsində göstərilib: “İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir”. Lakin hazırkı mülki işdə ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sübut yoxdur. Bundan başqa, “İpoteka haqqında” Qanunun 14.1.1ci maddəsində qeyd olunub: “İpoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır”. Sonradan əsas öhdəliyin ölçüsü və icra müddəti dəyişdirilmiş, bu dəyişiklik ipoteka müqaviləsində öz əksini tapmamış və əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə ki, xx.xx.2015-ci il tarixində bağlanan kredit müqaviləsində kreditin məbləği 100.000 ABŞ dolları, kreditin qaytarılma tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir. Sonradan – xx.xx.2016-cı il tarixində bağlanan əlavə razılaşmada müqavilənin predmetinə və öhdəliyin icra müddətində dair şərt dəyişdirilmişdir: müqavilənin predmeti 84.000 ABŞ dolları müəyyən edilmiş, həmin pulun bir hissəsinin (50.000 ABŞ dollarının) qaytarılma günü xx.xx.2017-ci il tarixinə, qalan hissəsinin (34.000 ABŞ dollarının) qaytarılma günü isə xx.xx.2017-ci il tarixinə təyin olunmuşdur. Göründüyü kimi, ipoteka müqaviləsi və dəyişikliklər qüvvəyə minməmişdir. Qüvvəyə minməmiş müqaviləyə xitam verilə bilməz, çünki xitam qüvvənin əksidir, qüvvəyə minmə baş vermədən xitam mümkün deyil. 1-ci instansiya məhkəmə bu tələbi rədd etsə də, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Eyni zamanda həmin qətnamədə qarşılıqlı iddiadakı 2-ci tələb barədə də məhkəmə mövqeyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin iddia da təmin oluna bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, qeydiyyatın hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, qeydiyyat vasitəsilə aşağıdakılar tanınır və təsdiq olunur: 1) hüququn əmələ gəlməsi; 2) hüququn məhdudlaşdırılması; 3) hüququn başqasına keçməsi; 4) hüquqa xitam verilməsi. Hazırkı işdə 3-cü hal – hüququn keçməsi baş verib. Yəni ipoteka predmeti olan mənzil üzərində mülkiyyət hüququ əvvəlki mülkiyyətçidən iddiaçıya keçib, hüququn keçməsi xx.xx.2017-ci il tarixində reyestrdə qeydə alınıb və bu barədə reyestr çıxarışı verilib. Bu qeydin aparılmasına əsas Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3448/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə olub. Belə ki, həmin qətnamə ilə qət olunub ki, kredit müqaviləsi üzrə borc tutulsun və tutma ipoteka predmeti olan mənzilə yönəldilsin. Həmin qətnamədən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış, məhkəmənin 2(103)-1039/2018 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərardadla qərara alınmışdır ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi bir hissədə - kredit müqaviləsi üzrə tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Lakin bu qərardad qəbul edilənə qədər Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin icrası həyata keçirilib, mənzil üzərində iddiaçı mülkiyyət hüququ əldə edib və həmin hüququ qeydə alınıb. Ona görə də bu məsələ - əvvəlki mülkiyyətçinin mülkiyyət hüququna dair qeydin bərpası qətnamənin icrasının geriyə dönüşü qaydasında həll olunmalıdır. Bunu Nərimanov Rayon Məhkəməsi təmin etməlidir, çünki icraya yönəldilmiş qanunsuz qətnamə (ölmüş şəxsə qarşı qəbul olunmuş qətnamə) həmin məhkəmə tərəfindən qəbul olunub və həmin məhkəmə tərəfindən icraya yönəldilib. Ona görə də cavabdehlər qətnamənin icrasının geriyə dönüşünün təmin edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidirlər. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının tələbinin əsası kimi istinad etdiyi Çıxarışın hüquqi vəziyyəti ilə bağlı məhkəmənin mövqeyi ortadadır. Açıq-aşkar məhkəmə qeyd etmişdir ki, həmin çıxarış qanunsuz (ona görə ki, ləğv edilib) məhkəmə qətnaməsinin icrası nəticəsində əldə edilmiş sənəddir və həmin sənəd icrada dönüş qaydasında həll edilməlidir. Buna baxmayaraq məhkəmələr həmin sənədə əsaslanaraq iddiaçının əmlakın qanuni mülkiyyətçisi kimi tanıyaraq iddianı təmin etmişlər. xx.xx.2021-ci il tarixədək qüvvədə olan prosessual qanunvericilikdə icrada dönüş institutu nəzərdə tutulmasa da, bununla bağlı oturuşmuş məhkəmə təcrübəsi formalaşmışdı. Qeyd olunan tarixdən sonra prosessual qanunvericiliyə daxil edilən normalarda isə icrada dönüş edilməsi məhkəmənin vəzifəsi kimi qeyd edilmişdir. Qanunvericinin haqlı olaraq güddüyü məqsəd ona doğru inkişaf edir ki, məhkəmənin qanunsuz qərarı əsasında baş vermiş hüquqi nəticələr məhkəmələrin özünün təşəbbüsü ilə ləğv etməlidir. Ona görə işə yenidən baxılarkən icrada dönüş məsələsinə baxılıbbaxılmaması, məhkəmənin həmin məsələni öz təşəbbüsü ilə həyata keçirib-keçirməməsi aydınlaşdırılmalı, həmin prosedurların baş veribverməməsindən asılı olmayaraq iddiaçının tələb etdiyi əmlakın mülkiyətçisi olub-olmaması ilə bağlı dəyərləndirmə aparmaqla mübahisəyə hüquqi qiymət verilməlidir”. Təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, X15 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və çıxarılma” barədə iddia tələbi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilmiş və Cavabdeh1 münasibətdə iş üzə icraata xitam verilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı vəkili X25 apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsindəki 35 saylı evin 46 saylı mərhum X19 xüsusi mülkiyyətində olmuşdur. Həmin mənzil X1 ipoteka ilə yüklənmiş, sonradan xeyrinə ipoteka ilə yüklənən şəxslə digər bir şəxs arasında kredit müqaviləsi bağlanmış və nəticədə X26 vəfat etdikdən sonra mənzil ipoteka və kredit müqaviləsinə əsasən məhkəmə qaydasında iddiaçının adına keçirilmişdir. Daha sonra ipoteka müqaviləsi ilə bağlı yaranmış məhkəmə mübahisəsi ilə bağlı iş üzrə icraata xitam verilmişdir və bununla da mərhum X19 xüsusi mülkiyyətində olmuş mənzilə dair mübahisəyə son qoyulmuşdur. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iş üzrə yuxarı instansiya məhkəməsinin istinad etdiyi məhkəmə qətnaməsində şəxsin ipoteka hüquqlarının bərpası ilə bağlı hər hansı bir qeyd olmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etsə də, hazırki mübahisənin predmeti bölünməz olduğundan qətnamə bütövlükdə yoxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası işə Cavabdeh1 münasibətdə xitam verilməsini də nəzərə alır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə cavabdehlər Cavabdeh3 və X15 münasibətdə yoxlanılır. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 2 saylı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikası, Naxçıvan şəhərində anadan olmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60,3 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1361 nömrəli reyestr kitabının 124367 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X7 cavabdehlər X8, X16, X3 və X20 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh X5 və X9 müştərək qaydada 84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı X7 xeyrinə tutulması, tələb üzrə tutma X19 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 35 saylı evin 46 saylı mənzilinə - həmin mənzilin ilkin satış qiyməti 60.000 (altmış min) manat məbləğində müəyyən edilməklə; X2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə - həmin torpaq sahəsinin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməklə; X2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.06 kv/m olan torpaq sahəsinə həmin torpaq sahəsinin ilkin satış qiyməti 35.000 (otuz beş min) manat məbləğində müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına iddiaçı X7 borc tələbi ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ mülkiyyətçilərə qaytarılması, ipoteka predmetlərinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər X26 və X4 həmin mənzildən və torpaq sahəsindən çıxmazsa, onların məcburi qaydada çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1039/2018 xx.xx.2018-ci il tarixli qərardadı ilə işə məhkəmədə baxılmalı olmaması səbəbindən işin icraatına xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4997/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən ilk iddia ərizəsi təmin edilmiş, qanuni qüvvəyə minmiş qətnaməsi əsasında tutulmalı olan 84.000 (səksən dörd min) ABŞ dolları kredit məbləği ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, A.Heydəroy küçəsində yerləşən 35 nömrəli evin 46 nömrəli mənzilə yönəldiməsi, həmin mənzil açıq hərrac vasitəsilə satılması, satışdan əldə edilmiş vəsait hesabına 84.000 (səksən dörd min) ABŞ dolları məbləğində borc İddiaçı ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 35 nömrəli evin 46 nömrəli mənzili açıq hərrac vasitəsilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi barədə" qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4997/2018 saylı, xx.xx.2018ci il tarixli qərardadının surətinə əsasən iddiaçılar X10 və X13 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi barədə" qarşılıqlı iddia ərizəsi iddiaçılar X11 və X17 münasibətdə baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2173/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinə münasibətdə ləğv edilmiş, iddiaçılar Cavabdeh3, X10 və X13 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi barədə" qarşılıqlı iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2173/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X15 qarşı “kredit tələbinin ipoteka predmetinə yönəldilməsi barədə” ilk iddiası baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə hesab etmişdir ki, mübahisəli əmlak artıq iddiaçının mülkiyyətində olduğundan mübahisəli mənzildən cavabdehlərin istifadə hüquqları itirilməlidir. Belə ki, cavabdehlər iddiaçıya münasibətdə “ailə üzvü” deyil, “digər ailə üzvü” statusuna malik olan şəxsdir. Bu baxımdan da cavabdehlər Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq “digər ailə üzvü” kateqoriyasına aid edilməli və bu səbəbdən onun həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Həmçinin iddia tələbinin "əmlakın boşaldılması" hissəsində də təmin edilməli, mübahisəli mənzil boşaldılmalı və iddiaçının istifadə və sahibliyinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhvə yol vermişdir. Belə ki, iddiaçı tələbinin əsası kimi ünvan 1 ünvanda yerləşən 46 saylı mənzil AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışa istinad etməklə mənzilin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasını qeyd etmişdir. Halbuki iş materiallarında olan tərəflər arasında əvvəllər mövcud olmuş mübahisələrlə bağlı məhkəmələr tərəfindən müəyyən edilən işin faktiki halları belədir: İddiaçı 2015-ci ildə Orxan adlı şəxsə 100.000 Dollar borc vermiş və borcun təminatı olaraq üç nəfərlə ipoteka müqaviləsi bağlayır. İpotekalardan biri hazırkı mübahisəli mənzil barəsində olmuşdur. 2016-cı ilin yanvarında hazırkı mübahisəli mənzilin mülkiyyətçisi Ənvər Mehdiyev vəfat edir. İddiaçı həmin ilin sonunda Orxanla müqaviləyə dəyişiklik və əlavə imzalayır. Müqavilənin müddəti 2017-ci ilədək uzadılır, kreditin məbləği aşağı salınır və 84.000 ABŞ dolları məbləğində müəyyən edilir. Kredit ödənilmədiyi üçün 2017-ci ildə iddiaçı borcun tutulması və ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi tələbi irəli sürür və iddia təmin olunur. Mənzil icra icraatı qaydasında iddiaçıya təhvil verilir və o, həmin qətnamə əsasında adına çıxarış alır. Bundan xəbər tutan vərəsələr (hazırkı iş üzrə cavabdehlər) qeyd olunan qətnamədən apelyasiya şikayəti verirlər və qətnamə mübahisəli mənzilə tələbin yönəldilməsi hissəsində ləğv olunaraq icraata xitam verilir o əsasla ki, ölmüş şəxsə qarşı iddia irəli sürülə bilməzdi. Bundan sonra iddiaçı ayrıca iddia irəli sürərək borcun vərəsələrdən (hazırkı cavabdehlərdən) tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbini irəli sürür. Cavabdehlər də ipotekanın və Çıxarışın etibarsızlığı barədə qarşılıqlı iddia tələbi irəli sürürlər. 1-ci instansiya ilk iddianı təmin edir, qarşılıqlı iddianı rədd edir. Həmin qətnamədən cavabdehlərin verdiyi apelyasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ilk iddianın ləğv olunaraq baxılmamış saxlanması qərara alınır və eyni tarixli qətnamə ilə qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnamə ləğv olunaraq iddia başqa əsaslarla rədd edilir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində qeyd edilir ki, xx.xx.2015-ci il tarixində iddiaçı Hidayət Şahtaxtanski ilə başqa şəxsin - hazırkı işdə iştirak etməyən şəxs Orxan Nəcəfovun arasında kredit müqaviləsi bağlanıb, iddiaçı həmin şəxsə borc pul verib. Kreditin qaytarılmasının təmin edilməsi üçün ipotekadan istifadə olunub. Bu məqsədlə xx.xx.2015-ci il tarixində iddiaçı Hidayət Şahtaxtanski ilə Ənvər Mehdiyevin (vəfat edib) arasında ipoteka müqaviləsi bağlanıb, Ənvər Mehdiyevə məxsus olan, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev № 35-də yerləşən 46 №-li mənzil ipoteka ilə yüklü edilib. Hazırkı işdə cavabdeh kimi göstərilən Cavabdeh3, Cavabdeh1 və X29 Mehdiyevinin övladlarıdır, onun hüquq varisləri hesab olunurlar. Kredit müqaviləsi üzrə mübahisə artıq həll olunub. Başqa iş üzrə qəbul olunmuş qətnamə ilə kredit müqaviləsi üzrə 84.000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması qət olunub və həmin qətnamə qanuni qüvvəyə minib. Hazırkı işdə mübahisə kredit müqaviləsi üzrə pul tələbinin (qətnamə ilə artıq müəyyən edilmiş tələbin) ipoteka predmeti olan mənzilə yönəldilməsi barədədir. İşdə 2 iddia bar: ilk və qarşılıqlı iddia. İddiaçının ilk iddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə 84.000 ABŞ dolları məbləğində tələb ipoteka predmeti olan mənzilə yönəldilsin, mənzilin satışı hesabına 84.000 ABŞ dolları məbləğində tələb təmin olunsun və mənzil 1 ay ərzində boşaldılsın. Cavabdehlərin qarşılıqlı iddia ərizəsində tələb olunub ki, ipoteka müqaviləsinə xitam verilsin, ipoteka predmeti olan mənzilə dair iddiaçının adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli reyestr çıxarışı etibarsız hesab olunsun. Hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən qarşılıqlı iddia tələbi ilə bağlı Bakı Apelyasiya məhkəməsi qeyd olunan qətnaməsində müəyyən etmişdir: Qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsində göstərilib: “İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir”. Lakin hazırkı mülki işdə ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sübut yoxdur. Bundan başqa, “İpoteka haqqında” Qanunun 14.1.1-ci maddəsində qeyd olunub: “İpoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır”. Sonradan əsas öhdəliyin ölçüsü və icra müddəti dəyişdirilmiş, bu dəyişiklik ipoteka müqaviləsində öz əksini tapmamış və əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə ki, xx.xx.2015-ci il tarixində bağlanan kredit müqaviləsində kreditin məbləği 100.000 ABŞ dolları, kreditin qaytarılma tarixi xx.xx.2016-cı il müəyyən edilmişdir. Sonradan – xx.xx.2016-cı il tarixində bağlanan əlavə razılaşmada müqavilənin predmetinə və öhdəliyin icra müddətində dair şərt dəyişdirilmişdir: müqavilənin predmeti 84.000 ABŞ dolları müəyyən edilmiş, həmin pulun bir hissəsinin (50.000 ABŞ dollarının) qaytarılma günü xx.xx.2017-ci il tarixinə, qalan hissəsinin (34.000 ABŞ dollarının) qaytarılma günü isə xx.xx.2017-ci il tarixinə təyin olunmuşdur. Göründüyü kimi, ipoteka müqaviləsi və dəyişikliklər qüvvəyə minməmişdir. Qüvvəyə minməmiş müqaviləyə xitam verilə bilməz, çünki xitam qüvvənin əksidir, qüvvəyə minmə baş vermədən xitam mümkün deyil. 1-ci instansiya məhkəmə bu tələbi rədd etsə də, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Eyni zamanda həmin qətnamədə qarşılıqlı iddiadakı 2-ci tələb barədə də məhkəmə mövqeyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin iddia da təmin oluna bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, qeydiyyatın hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, qeydiyyat vasitəsilə aşağıdakılar tanınır və təsdiq olunur: 1) hüququn əmələ gəlməsi; 2) hüququn məhdudlaşdırılması; 3) hüququn başqasına keçməsi; 4) hüquqa xitam verilməsi. Hazırkı işdə 3-cü hal – hüququn keçməsi baş verib. Yəni ipoteka predmeti olan mənzil üzərində mülkiyyət hüququ əvvəlki mülkiyyətçidən iddiaçıya keçib, hüququn keçməsi xx.xx.2017-ci il tarixində reyestrdə qeydə alınıb və bu barədə reyestr çıxarışı verilib. Bu qeydin aparılmasına əsas Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə olub. Belə ki, həmin qətnamə ilə qət olunub ki, kredit müqaviləsi üzrə borc tutulsun və tutma ipoteka predmeti olan mənzilə yönəldilsin. Həmin qətnamədən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış, məhkəmənin 2(103)-1039/2018 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərardadla qərara alınmışdır ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi bir hissədə kredit müqaviləsi üzrə tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Lakin bu qərardad qəbul edilənə qədər Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin icrası həyata keçirilib, mənzil üzərində iddiaçı mülkiyyət hüququ əldə edib və həmin hüququ qeydə alınıb. Ona görə də bu məsələ - əvvəlki mülkiyyətçinin mülkiyyət hüququna dair qeydin bərpası qətnamənin icrasının geriyə dönüşü qaydasında həll olunmalıdır. Bunu Nərimanov Rayon Məhkəməsi təmin etməlidir, çünki icraya yönəldilmiş qanunsuz qətnamə (ölmüş şəxsə qarşı qəbul olunmuş qətnamə) həmin məhkəmə tərəfindən qəbul olunub və həmin məhkəmə tərəfindən icraya yönəldilib. Ona görə də cavabdehlər qətnamənin icrasının geriyə dönüşünün təmin edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidirlər. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının tələbinin əsası kimi istinad etdiyi Çıxarışın hüquqi vəziyyəti ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. Təkrar apellyasiya baxışı zamanı isə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 saylı, 24 fevral 2022-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3448/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017- ci il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, mənzil 46 saylı mənzilə dair xx.xx.2017-ci il tarixində reyestrdə qeydə alınmış qeyd ləğv edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, mənzil 46 saylı mənzilə dair qeyd əvvəlki mülkiyyətçi (X19 adına qeydə alınmaqla mülkiyyət hüququna dair qeyd bərpa olunmuşdur. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Normanın tələbindən göründüyü kimi istifadə hüququna xitam verilməsi yalnız mülkiyyətçinin tələbi ilə mümkündür. Hazırki işdə isə qanuni qüvvəsini almış məhkəmə aktı ilə mübahisəli mənzilə dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarış öz hüquqi qüvvəsini itirdiyindən, həmin mənzil iddiaçının mülkiyyətində olmamışdır. Göstərilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə səhvdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 46 saylı mənzilə dair mülkiyyətçi olmadığından iddiaçı - cavabdehlər X12 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmaları barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticə gəldiyindən apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları rüsumları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2021 saylı, 02 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh3 və X15 qarşı cavabdehlərin ünvan 1 ünvanda yerləşən 46 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzili boşaldaraq ona təhvil verməsi və həmin mənzildən çıxarılmaları barədə tələbləri təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh İsmayılova (Mehdiyeva) Fəridə Ənvər qızının ödəmiş olduğu rüsumunun məbləği isə onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar