Məhkəmə qərarları › İş №2(103)-2163/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2163/2023

14.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2163/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(004)-4341/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya ehtiyacı olan uşaqların X3 işdən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Reabilitasiya Mərkəzində sosial agent olaraq işlə təmin olunmuş və xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən əmrlə işdən işdən azad edilmişdir. Məhkəmə qərarı ilə son işlədiyi yerə işə bərpa edilmişdir. Hal-hazırda həmin yerdə işləyir. İddiaçı hazırda 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmrini mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi və vurulmuş mənəvi ziyana görə cavabdehlərdən 5.000 (beş min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 müalicə pansionatında yardımçı fəhlə vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 avqust 2020-ci il tarixli **********0 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxtdan keçən müddət ərzində dəfələrlə müraciət edərək onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini və əmək kitabçasını istəmişdir. Lakin bu müraciətlərinə cavab verilməmiş və yalnız sonuncu müraciətindən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş 11 may 2022-ci il tarixli məktubla adı çəkilən əmrin surətini poçt vasitəsi ilə almışdır. İşdən azad edilməsinə dair verilmiş əmr qanunsuzdur. Belə ki, adı çəkilən əmrdə Agentliyin bir qrup işçiləri kimi onun da öz ərizəsi ilə işdən azad edilməsi əsas göstərilmişdir. Əslində işdən azad olmaya dair ərizə yazılarkən ona və Agentliyin digər işçilərinə bildirilmişdir ki, Agentlikdə struktur dəyişikliyi aparılmaqla publik hüquqi şəxsə çevriləcəkdir. Ona görə də bütün işçilər işdən azad olunma barədə ərizə ilə yanaşı, işə qəbul barədə ərizə yazmalıdır. Bu səbəbdən də o, işdən çıxma və işə qəbul barədə ərizələr yazmışdır. Bundan sonra bütün işçilər yenidən təşkil edilmiş Agentlikdə işlə təmin edilmiş, lakin iddiaçı işə götürülməmişdir. O, işlə təmin olunması ilə bağlı ƏƏSM naziri Sahil Babayevə və digər müvafiq vəzifəli şəxslərə müraciət etməsinə baxmayaraq, onun müraciətləri nəticəsiz qalmışdır. Beləliklə, ona aydın olmuşdur ki, onun birinci dərəcə gözdən əlil olmasından istifadə edilərək aldadılmış və öz iradəsinin ziddinə işdən çıxma haqqında ərizəsi alınmışdır. İddiaçının birinci dərəcə gözdən əlil olmaqla yeganə qazanc mənbəyi həmin iş yeri olmuşdur. İddiaçının qanunsuz olaraq işdən azad edilməsi eyni zamanda fiziki məhdudiyyətli şəxs kimi ona mənəvi iztirablar vermişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən prosessual müddət ötürülməklə iddia ərizəsinin verilməsi səbəbi ilə təmin edilməməlidir. Belə ki, iddiaçı 28 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra ƏM) 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə **********0 nömrəli əmrlə işdən azad edilmiş və son haqq-hesabın aparılması təmin edilmişdir. Bundan başqa iddiaçının AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müxtəlif tarixlərdə etdiyi müraciətlərdən də görünür ki, o, xx.xx.2020ci il tarixdə AR-nın ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə **********0 nömrəli əmrlə işdən azad edilmiş və bu barədə məlumatlı olmuşdur. Daha sonra iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “X17” MMC-də sosial agent vəzifəsinə təyin edilmişdir. Həmçinin iddiaçı onunla “X17” MMC arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2020-ci il tarixdə bitdiyini bilə-bilə qanunsuz olaraq həmin tarixdə ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Eləcə də həmin mübahisə üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-870/2022 saylı qətnaməsindən də göründüyü kimi əmək kitabçası və digər sənədlər iddiaçıya təqdim edilmişdir. Bu haldan göründüyü kimi iddiaçı əmrin surətini aldığını və hazırki iş üzrə iddia müddətini ötürdüyünü etiraf etmişdir. Yəni qeyd edilən ərizə ilə iddiaçı cavabdehi ona əmrin surətinin təqdim edilməsi ilə bağlı sübutetmə yükündən azad etmişdir. Həmçinin iddiaçının yazdığı ərizədən göründüyü kimi onun iradəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, ƏM-nin 69-cu maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən iddiaçının öz arzusu ilə əmək müqaviləsinə xitam verilmiş və daha sonra o, “X17” MMC-də sosial agent vəzifəsinə təyin edilmişdir. Göstərilənlərlə yanaşı, eyni mübahisə ilə bağlı iddiaçı xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və iddiasından yazılı ərizə əsasında imtina etmiş, müvafiq məhkəmə qərardadı çıxarılmışdır. Odur ki, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(004)- 4341/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi, 296.1-ci maddələsinə istinad edərək onunla əsaslandırmışdır ki, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan, eləcə də Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 870/2022 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmri ilə öz övladı tərəfindən yazılmış, özünün isə şəxsən imzaladığı ərizəsi əsasında sonuncu iş yeri olan fəhlə yardımçısı vəzifəsindən azad edilməsi barədə kifayət qədər məlumatı olmuşdur. Hətta iddiaçının özünün məhkəməyə təqdim etdiyi əmək haqqı ödənişlərinə dair hesabdan çıxarışdan müəyyən edilir ki, ona son haqq-hesab ödənişi xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Buna baxmayaraq o, həmin vaxtdan 2 (iki) ilə yaxın müddət keçdikdən sonra işə bərpa olunması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı və onun vəkilinin iddia müddətinin ötürülməməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubdan və poçt müəssisəsi tərəfindən təsdiq edilmiş reyestrdən çıxarışdan görünür ki, onun xx.xx.2022-ci il tarixli müraciətinə əsasən işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi haqqında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmrinin surəti ona göndərildikdən sonra xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Hazırki mübahisə ilə bağlı məhkəməyə qədər ilkin mediasiya prosesi mərhələsində tərtib edilmiş sənədlərdən, o cümlədən 4 saylı Bakı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında əmək mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya keçirilmişdir. Göründüyü kimi, iddiaçı işdən azad edilməsinə dair əmrdən çıxarışın ona xx.xx.2022-ci il tarixdə təqdim edilməsini bildirməsinə baxmayaraq, bundan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə o, mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2022-ci il tarixli arayış verildikdən sonra da 1 ay müddət ötürülməklə xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 3485/2022 saylı qərardadından da müəyyən edilir ki, iddiaçı AR ƏƏSMN-ə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra öz yazılı vəsatəti ilə ərizəsinin geri qaytarılmasını tələb etmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, iddiaçı ƏƏSMN-nə, eləcə də müxtəlif orqanlara Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən qanunsuz olaraq işdən azad edilməsi barədə şikayət ərizələri ilə müraciət etmişdir. Onun müraciətlərinə əsasən verilmiş cavab məktublarından (xx.xx.2021-ci il tarixli **********1 nömrəli, xx.xx.2021-ci il tarixli **********7 nömrəli, xx.xx.2022-ci il tarixli **********4 nömrəli, xx.xx.2022-ci il tarixli **********1 nömrəli) müəyyən edilir ki, İddiaçı onunla xx.xx.2019-cu il tarixdən AR ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi bağlanması, nazirliyin xx.xx.2020-ci il tarixli **********0 nömrəli əmrinə əsasən əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə xitam verilməsi və X1 təhsil və təcrübəsinə uyğun, yəni masajçı vakansiyasının mövcud olmaması izah edilmişdir. Həmçinin sonradan “X17” MMC vasitəsilə sosial agent olaraq işlə təmin edildiyi və həmin işdən əmək müqaviləsinin müddəti bitməsi səbəbiylə azad edildiyi ona izah olunmuşdur. Eləcə də iddiaçının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış xx.xx.2020-ci il tarixli teleqramın və eyni tarixdə Nazirliyin elektron ünvanına göndərdiyi müraciətin məzmunundan görünür ki, o, Agentlikdən qanunsuz olaraq işdən azad edildiyini, yenidən işə bərpaya dair müraciətinin Nazırlik tərəfindən rədd edildiyini qeyd edərək işə bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə, qeyd edilən rəsmi məktubların məzmunundan da açıq-aşkar müəyyən edilir ki, iddiaçının AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmrindən xx.xx.2022-ci il tarixdən daha əvvəl kifayət qədər məlumatı olmuşdur. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı işdən azad olunduqdan sonra əmrin surətinin, eləcə də digər sənədlərin ona təqdim edilməsini tələb etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətləri nəticəsiz qalmışdır. Yalnız onun rəsmi müraciətindən sonra poçt vasitəsilə əmrin surəti iddiaçıya xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və xx.xx.2022- ci il tarixli qərardadla iddia ərizəsi onun öz xahişi ilə geri qaytarılmışdır. Geri qaytarmaya səbəb olan hallar aradan qaldırıldıqdan sonra isə xx.xx.2022-ci il tarixdə yenidən məhkəməyə iddia ərizəsi vermişdir. Beləliklə də, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərkən 1 aylıq iddia müddətini ötürməmişdir. Eyni zamanda son haqq-hesab sənədləri iddiaçıya hazıradək təqdim edilməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə iddiaçı işdən azad edildiyi vaxt ona müvafiq əmrin surəti, əmək kitabçası və son haqq hesab sənədləri verilməli idi. Həmin maddəyə əsasən iddiaçının hüquqlarının pozulmasını aşkar etdiyi gün məhz bu sənədlərin ona təqdim edildiyi gün hesab edilir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətini rəsmi qaydada əldə edildikdən sonra iddia ərizəsinin verilməsi məqsədilə davamlı olaraq tədbirlər görülmüşdür, baxmayaraq ki, ona əmək kitabçası hələ də qaytarılmamışdır. İddiaçı iddia müddətini ötürməmişdir. Lakin Yasamal Rayon Məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsini tətbiq edərək iddinı təmin etməli olduğu halda buna əməl etməmiş, subyektiv mülahizələrlə hesab etmişdir ki, İddiaçı işdən azad edilərkən onun işdən azad edilməsi barədə məlumatı olmuş və bu da İddiaçının hüququnun pozulmasını aşkar etdiyi gün hesab edilməlidir. Beləliklə də, Əmək Məcəlləsinin 296-cımaddəsinin 3-cü hissəsinin tələbləri pozulmuşdur. Bu iş üzrə, məhkəmə qərarı çıxarılanadək cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə Ərizə təqdim edilməmişdir. Yalnız, cavabdeh iddiaya ilə bağlı etdirazda müddətin ötürülməsi ilə bağlı məsələyə toxunub, müddətin ötürülməsi barədə ayrıca ərizə ilə müraciət etməmişdir. Cavabdeh tərəfindən iddia müddətinin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmədiyindən məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi barədə normaları bu işə tətbiq edə bilməzdi. Lakin Yasamal Rayon Məhkəməsi tərəfindən bu iş üzrə bunlara əhəmiyyət verilməmiş və beləliklə də 375.2.-ci maddəsinin tələblərini pozmuşdur. Bu iş üzrə məhkəmə araşdırması birtərəfli qaydada cavabdehin xeyrinə aparılmış, iddiaçıya münasibətdə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dövlət orqanı kimi daha üstün münasibət göstərmişdir. Belə ki, məhkəmə prosesində hakim iddia tərəfinin çıxışların və izahatlarına şübhə ilə yanaşmış və bu çıxışlar və izahatlardakı məlumatların təsdiqləməməməsi istiqamətində suallar verməklə və münasibət bildirməklə cavabdehin mövqeyinin müdafiəsi istiqamətində çıxış etmişdir. Bununla yanaşı, iddiaçı tərəfin təqdim etdiyi sübutlara da eyni münasibət göstərmişdir. Məsələn, iddiaçının qızının məhkəmədə şahid kimi ifadə verərək anasının İ dərəcə gözdən əlil olması səbəbindən anasının adından imza etməsini işəgötürənin onları aldatması səbəbindən etdiyini bildirdikdə hakim ona bir neçə dəfə “sənə təhdid edilməmişdir ki, niyə imza edirdin” sualını verərərək imzanın onların öz razılığı ilə edildiyini və onlara heç bir adltama və kənar təsir olmadığı qənaətini yaratmağa çalışmışdır. Cavavdeh tərəf apellyasiya şikayətinə etiraz edərək etirazlarını iddia tələbinə dair etiraza uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasından iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya şikayətində qətnamənin tam ləğvi tələb edildiyindən baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: 25 avqust 2017-ci il tarixdə verilmiş 003154 nömrəli vəsiqədən müəyyən edilir ki, İddiaçı görmə qabiliyyətinin olmaması səbəbiylə 1999-cu ildən müddətsiz olaraq birinci qrup əlildir. AR ƏƏSMN-nin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli 1 nömrəli arayışdan isə müəyyən edilir ki, o, sağlamlıq vəziyyətinə görə masajçı işləyə bilər. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Səhiyyə müəssisələrinə təqdim edilməsi üçün verilmiş xx.xx.2008-ci il tarixli 1/268 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı ilkin olaraq sınaq müddəti, sonra isə peşəkarlığı qənaətbəxş olarsa, onun daimi işlə təmin edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 10 iyul 2019cu il tarixli **********7 nömrəli əmrin surətindən görünür ki, Nazirliyin Xüsusi Qayğıya ehtiyacı olan uşaqların X4rderobçu vəzifəsində çalışan İddiaçı öz razılığı ilə 10 iyul 2019cu il tarixdən həmin Xidmətin Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatında yardımçı fəhlə vəzifəsinə keçirilmişdir. 2020-ci ilin avqust ayı üzrə ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı əmək haqqı 270,27 manat təşkil etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmr və ona əlavə edilmiş siyahının təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bərpa Mərkəzinin adları siyahıda qeyd edilmiş işçiləri xx.xx.2020-ci il tarixdən tutduqları vəzifədən azad edilmiş və onlarla bağlanmış əmək müqavilələrinə müvafiq olaraq xitam verilmişdir. Əmrin qəbul edilməsinə əsas olaraq siyahıda adları qeyd edilmiş işçilərin ərizələri göstərilmişdir. Siyahıdan isə müəyyən edilir ki, 54 işçidən ibarət cədvəlin 30-cu qrafasında yardımçı fəhlə vəzifəsində işləyən İddiaçı da adı qeyd edilmişdir. Siyahıya əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yardımçı fəhlə vəzifəsində işləyən İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən edilir ki, o, müddət gözlənilmədən öz arzusu ilə işdən azad edilməsini xahiş etmişdir. İddiaçının və şahid X5 izahatlarından müəyyən edilir ki, qeyd olunan ərizə N.Rəsulzadə tərəfindən yazılmış və İddiaçı özü tərəfindən imzalanmışdır. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 avqust 2020-ci il tarixli **********0 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra həmin ilin 07 dekabr tarixində ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Reabilitasiya Mərkəzində sosial agent olaraq işlə təmin olunmuşdur. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 870/2022 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, İddiaçı cavabdeh “X17” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, “əmək müqaviləsinə xitam verilməsi” haqqında **********1 saylı, xx.xx.2020-ci il tarixli əmr ləğv edilmiş, onun ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Reabilitasiya Mərkəzində sosial agent vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı və 500 (beş yüz) manat mənəvi ziyanın cavabdeh “X17” MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3616/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(004)- 870/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göstərilən qətnamələrin mövcudluğuna və xx.xx.2020-ci il tarixində ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Reabilitasiya Mərkəzində sosial agent olaraq işlə təmin olunmasına baxmayaraq iddiaçı hazırda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 avqust 2020-ci il tarixli **********0 saylı əmrinin qanunsuzluğunu mübahisələndirir və tələbinin əsası kimi onun birinci dərəcə gözdən əlil olmasından istifadə edilərək aldadılmış və öz iradəsinin ziddinə işdən çıxma haqqında ərizəsi alınması ilə əsaslandırmış, eləcə də, həmin əmrin surətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş 11 may 2022-ci il tarixli məktubla adı çəkilən əmrin surətini poçt vasitəsi ilə almasını göstərmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 870/2022 saylı qətnaməsindən müəyyən edilir ki, işin faktiki hallarına görə iddiaçının ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəhlə yardımçısı vəzifəsindən azad olunmasına dair 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmrdən məlumatı olmuşdur. Belə ki, qətnamədə bu hala istinad edilmişdir.(qətnamənin 4-cü vərəqəsində ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********1 saylı məktub) Göstərilənlərlə yanaşı iş materiallarında olan İddiaçı AR ƏƏSMN-i yanında DƏMXnə ünvanlanmış xx.xx.2021-ci il tarixli şikayətinin məzmunundan müəyyən edilir ki, o, saxta sənədlə işdən azad edildiyi üçün işə bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, 1-ci qrup gözdən əlil olan İddiaçı müraciətinə əsasən onun Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə masajçı vəzifəsinə təyin olunması üçün köməklik göstərilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiya hesab edir ki, İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmri ilə öz övladı tərəfindən yazılmış, özünün isə şəxsən imzaladığı ərizəsi əsasında sonuncu iş yeri olan fəhlə yardımçısı vəzifəsindən azad edilməsi barədə kifayət qədər məlumatı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən hətta idiaçıya son haqq-hesab ödənişi xx.xx.2020-ci il tarixdə həyata keçirilməsinə dair iddiaçının özünün məhkəməyə təqdim etdiyi əmək haqqı ödənişlərinə dair hesabdan çıxarışa da düzgün olaraq istinad etmişdir. Göründüyü kimi, iddiaçı 2 (iki) ilə yaxın müddət keçdikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 avqust 2020-ci il tarixli **********0 saylı əmrini mübahisələndirərək işə bərpa olunması barədə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə müddətlə bağlı hüquq münasibətlərinin müvafiq müddəalarını tətbiq edərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin materiallarından görünür ki, iddiaçının məhkəməyə təqdim etdiyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubdan və poçt müəssisəsi tərəfindən təsdiq edilmiş reyestrdən çıxarışdan görünür ki, onun xx.xx.2022-ci il tarixli müraciətinə əsasən işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi haqqında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmrinin surəti ona göndərildikdən sonra xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Hazırki mübahisə ilə bağlı məhkəməyə qədər ilkin mediasiya prosesi mərhələsində tərtib edilmiş sənədlərdən, o cümlədən 4 saylı Bakı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında əmək mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya keçirilmişdir. Göründüyü kimi, iddiaçı işdən azad edilməsinə dair əmrdən çıxarışın ona xx.xx.2022ci il tarixdə təqdim edilməsini bildirməsinə baxmayaraq, bundan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə o, mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2022-ci il tarixli arayış verildikdən sonra da 1 ay müddət ötürülməklə xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3485/2022 saylı qərardadından da müəyyən edilir ki, iddiaçı AR ƏƏSMN-ə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra öz yazılı vəsatəti ilə ərizəsinin geri qaytarılmasını tələb etmişdir İş materiallarından həmçinin müəyyən edilir ki, iddiaçı ƏƏSMN-nə, eləcə də müxtəlif orqanlara Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən qanunsuz olaraq işdən azad edilməsi barədə şikayət ərizələri ilə müraciət etmişdir. Onun müraciətlərinə əsasən verilmiş cavab məktublarından (xx.xx.2021-ci il tarixli **********1 nömrəli, xx.xx.2021-ci il tarixli **********7 nömrəli, xx.xx.2022-ci il tarixli **********4 nömrəli, xx.xx.2022-ci il tarixli **********1 nömrəli) müəyyən edilir ki, İddiaçı onunla xx.xx.2019-cu il tarixdən AR ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsi bağlanması, nazirliyin xx.xx.2020-ci il tarixli **********0 nömrəli əmrinə əsasən əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə xitam verilməsi və X1 təhsil və təcrübəsinə uyğun, yəni masajçı vakansiyasının mövcud olmaması izah edilmişdir. Həmçinin sonradan “X17” MMC vasitəsilə social agent olaraq işlə təmin edildiyi və həmin işdən əmək müqaviləsinin müddəti bitməsi səbəbiylə azad edildiyi ona izah olunmuşdur. Həmçinin iş materiallarında olan iddiaçının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış xx.xx.2020-ci il tarixli teleqramın və eyni tarixdə Nazirliyin elektron ünvanına göndərdiyi müraciətin məzmunundan görünür ki, o, Agentlikdən qanunsuz olaraq işdən azad edildiyini, yenidən işə bərpaya dair müraciətinin Nazırlik tərəfindən rədd edildiyini qeyd edərək işə bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən məktubların məzmunlarına istinadən tam haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 28 avqust 2020-ci il tarixli **********0 nömrəli əmrindən xx.xx.2022-ci il tarixdən daha əvvəl kifayət qədər məlumatı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edir ki, apellyatorun məhkəmə qərarı çıxarılanadək cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmədən birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsi barədə normaları bu işə tətbiq edə bilməməsinə dair dəlili əsassızdır. Belə ki, işin materiallarından görünür ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etirazından aydın görünür ki, o, iddiaçı tərəfindən prosessual müddət ötürülməklə iddia ərizəsinin verilməsi səbəbi ilə təmin edilməməli olmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı hesab edir ki, iddiaçı tərəfindən iddia müddətləri pozularaq iddia ilə məhkəməyə müracət edilməsi müəyyən edildiyi üçün birinci instansiya məhkəməsi iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahid ifadələrinə düzgün olaraq sübut növü kimi qiymət verilməsinə zərurət görməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Dindirilən şahidlərin iddiaçının qızı və iş yoldaşı olması baxımından kollegiya hesab edir ki, onların ifadələrinə verdiyi məlumatlarda iddiaçının 28 avqust 2020-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilməsini və sonradan ilkin olaraq azad edildiyi iş yerinə bərpa edilməsə də, “X17” MMC-də yeni işlə təmin olunmasını təsdiq etmişlər. Şahidlər ifadələrində iddiaçının 28 avqust 2020-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilməsi ilə bağlı hər hansı qanunsuzluqların baş verməsinə dair məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq iddia tələbinin əsassız olması ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(004)- 4341/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar