Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2168/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2168/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa, əmək haqqı və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş pulun və mediasiya xərcinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1032/2025 nömrəli 06 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmək kitabçasında olan qeydlərə əsasən İddiaçı xx.xx.2000-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialının Pensiya Təminatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir.
2. xx.xx.2024-cü il tarixli bildirişə əsasən işəgötürən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən işçi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.
3. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2193 nömrəli əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilənin müddəti 3 ay təşkil etmişdir.
4. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-171/3-4- 1992/2024 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi İddiaçı 17 avqust 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə 04 noyabr 2024-cü il tarixdən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş pulun və mediasiya xərcinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsində aparıcı müffəttiş vəzifəsinə qəbul edilmişdir. xx.xx.2000-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə çalışmışdır. Ümumiyyətlə iddiaçı əmək fəaliyyəti dövründə bir dəfə də olsun intizam tənbehi almamışdır. Fondda hər il keçirilən qiymətləndirilmə imtahanında yüksək nəticələr göstərdiyi üçün pul mükafatına da layiq görülmüşdür. İşçi ilə bağlanmış müddətli əmək müqaviləsi onun iradə ifadəsi olmamışdır. İddiaçı ilə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə müddətli əmək müqaviləsinə cavabdeh qurum tərəfindən qərəzli şəkildə xitam verilmişdir. Odur ki, müvafiq əmr ləğv edilməlidir.
7. İddiaçı tərəfin arqumentinin yoxlanılması məqsədilə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı övladı X3 təyin edilmiş sosial yardım xx.xx.2024-cü il tarixdə dayandırılmış və Fondun Daxili nəzarət departamenti tərəfindən İddiaçı izahatı alınmışdır (izahat əlavə edilmişdir).
8. ş materiallarına əlavə edilmiş hüquqi xidmətlərin göstərilməsi barədə müqaviləyə və ödəniş qəbzinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisə üzrə hüquqi xidmətin göstərilməsinə görə 3500 manat ödəniş edilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1032/2025 nömrəli 06 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-1992/2024 nömrəli əmrin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Gəncə- Daşkəsən regional Filialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi vəzifəsinə, bu mümkün olmadıqda ona bərabər vəzifədə işə bərpa edilməsi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə daşıdığı vəzifə üçün müəyyən edilmiş orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi, ödənilmiş 60 manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 3500 manat pul cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı əmək kitabçasında olan qeydlərə əsasən işçi İddiaçı xx.xx.2000-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmişdir. Sturuktur dəyişiklikləri ilə əlaqədar xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının (işçi) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialının Pensiya Təminatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişə əsasən işəgötürən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən işçi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2193 nömrəli əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilənin müddəti 3 ay təşkil etmişdir. İşəgötürən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-171/3-4- 1992/2024 nömrəli əmrinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi İddiaçı 17 avqust 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə 04 noyabr 2024cü il tarixdən xitam verilmişdir. İddiaçı tərəfin arqumentinin yoxlanılması məqsədilə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı övladı X3 təyin edilmiş sosial yardım xx.xx.2024- cü il tarixdə dayandırılmış və Fondun Daxili nəzarət departamenti tərəfindən İddiaçı izahatı alınmışdır (izahat əlavə edilmişdir). Həmin izahata əsasən İddiaçı övladı X6 qızının sosial yardım üçün müraciət etməsindən məlumatı olmamışdır.
11. Məhkəmə tərəfindən hazırlıq iclasında cavabdeh qurumun nümayəndəsinə anoloji müqavilələr üzrə (əgər varsa) 3 aylıq deyil, fərqli müddətə bağlanmış əmək müqavilələrinin təqdim edilməsi təklif edilmişdir. Təklifin mahiyyəti, hazırki mübahisə üzrə faktiki halları digər işçilərin əmək müqavilələri üzrə müddətlə qarşılaşdırmaqla həmin müqavilələr üzrə müəyyən edilmiş müddətin işçinin iradə ifadəsini əks etdiribetdirməməsini müəyyən etmək olmuşdur. Yəni, əgər bağlanmış müqavilə həqiqətən də işçinin iradə ifadəsidirsə (müddətlə bağlı hissədə) onda cavabdeh qurumda işləyən 2500 nəfər işçinin iradə ifadəsi standart formada eynilik təşkil edə bilməz. İradə ifadəsi şəxslərə görə fərqləndiyindən müqavilə müddətlərində də əsaslı olaraq cüzi də olsa (4- 5-6-8-9 ay və s.) fərq olmalıdır. Lakin, cavabdeh qurum tərəfindən fərqli müddətə bağlanmış digər müqavilə (lər) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə prezumpsiya olaraq hesab etmişdir ki, fərqli müddətə bağlanmış müqavilə cavabdeh qurumda mövcud deyildir. Deməli, hazırki mübahisə üzrə əmək münasibətləri üzrə 3 aylıq müddətin müəyyən edilməsi işçinin deyil, işəgötürənin iradə ifadəsidir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir.
13. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi, 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin İİ hissəsinin “b” bəndi və 73-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İşəgötürən Fond ilə əmək müqaviləsi bağlamış digər işçilərin əmək müqavilələrinin məhkəmə sübut qismində təqdim olunması yolverilməz hal kimi qiymətləndirilməlidir. Belə ki, ayrı-ayrı işçilərin əmək müqavilələrində onlar barədə fərdi məlumatlar əks olunduğundan məhkəmənin yuxarıda qeyd olunan təklifi cavabdehin nümayəndəsi tərəfindən ağlabatan hesab edilməmiş, hazırkı işə hər hansı sübuti təsir göstərəcəyi müəyyən edilməmişdir. Əvəzində isə işəgötürən Fond ilə işçi İddiaçı bağladığı əmək müqavilələri sübut qismində qiymətləndirilməlidir. Belə ki, onunla bağlanmış sonuncu, yəni xx.xx.2024-cü il tarixli əmək müqaviləsi İddiaçı tərəfindən “Əmək Müqaviləsi” Alt Sistemində (ƏMAS) elektron imza vasitəsilə imzalanmışdır. Aydın olduğu kimi, elekton imzalanma artıq hər hansı kənar müdaxilənin və təsirin mövcud olmasını istisna edir. Həmçinin bildiririk ki, xx.xx.2024-cü il tarixdə imzalanmış müqavilə əvvəlkilərdən fərqli olaraq 2 aylıq bağlanmışdır. Bununla da əmək müqaviləsində işçinin iradə ifadəsi özünü aşkar büruzə verir. Belə ki, işçi ilə işəgötürən əvvəl 3 aylıq müqavilə bağlasa da, sonradan tərəflərin hüquq bərabərliyi çərçivəsində bu müqavilənin müddəti 2 aya endirilmişdir. Hazırkı iş üzrə də bu müqavilənin yalnız işəgötürənin mövqeyini əks etdirdiyi ilə bağlı əsaslandırma işin halları ilə uyğunlaşmır. İddiaçının iddia etdiyi və məhkəmə əsaslandırmasının bir hissəsini təşkil edən hallar məhkəmə prosesi zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə sorğusuna cavab olaraq təqdim olunan məktubda da yuxarıda qeyd olunan hallarla işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi arasında hər hansı səbəbli əlaqə müəyyən edilməmişdir. Bildiririk ki, ehtimal olunan pozuntularla bağlı işçi barədə hər hansı məlumatın əldə olunması işəgötürənin qadağan olunmayan hüququdur. Sözügedən izahatın alınmasının işçi ilə işəgötürən arasında mövcud olan əmək münasibətlərinə təsiri aşkar edilməmişdir. İş üzrə vəkilin xidmət haqqı üçün 3500 manat məbləğin cavabdehdən tutulması ağlabatan olmadığından məhkəmənin gəldiyi nəticə bu hissədə də əsassız olmuşdur. Belə ki, “müqavilə azadlığı” kimi hüquqi yanaşmanın hazırda mövcud işə tətbiqi mütənasib olmamışdır. Qətnamədə aydındır ki, məhkəmə 3500 vəkil haqqının tutulmasını ağlabatan hesab etsə də, bu nəticəyə gəlməsi üçün əsas olan halları müəyyən edə bilməmişdir. İddiaçının sonuncu müqaviləsində əmək haqqının 2000 manat olması, həmçinin iddiaçının əmək müqaviləsinə xitam verildiyi tarixdən bugünədək işsiz olması və şəxsin aylıq xərcləri nəzərə alınmaqla, 3500 manat vəkil haqqı iş üzrə ağlabatan məbləğ hesab oluna bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz təqdim edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və apellyasiya icraatı zamanı iddiaçı tərəfindən vəkilə göstərdiyi yardıma görə ödənilmiş 1300 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı ilə əmək müqaviləsinin müddətin qurtarması səbəbi ilə xitam verilmişdir. Müqaviləyə xitam verilməsinə hər hansı başqa səbəb olmamışdır.
18. İddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. İddiaçı həmçinin bildirdi ki, sosial müavinət alan övladı onun birinci nikahından olan uşağıdır. Hazırda yenidən nikaha daxil olmuşdur, birinci nikahından olan uşaqları ilə münasibətləri yaxşı deyil. O, uşağının sosial müavinət alması barədə məlumatsız olmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
19. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
20. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 21.Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
22. Maddə 47, «f» bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
23. Maddə 68, «b» bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər.
24. Maddə 73, 1-ci bənd. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
25. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
26. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göründüyü kimi, iddiaçı xx.xx.2000-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhəri Kəpəz rayon filialının Pensiya Təminatı şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişə əsasən işəgötürən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən işçi İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-171/3-4-1992/2024 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Dövlət Sosial Müdafiə Fondunun Gəncə- Daşkəsən regional filialının Vətəndaş müraciətləri ilə iş şöbəsinin böyük mütəxəssisi İddiaçı 17 avqust 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə 04 noyabr 2024-cü il tarixdə xitam verilmişdir.
37. Kollegiya hesab edir ki, məhkəmənin iddianın təmin edilməsi barədə qənaəti qanuni və əsaslıdır.
38. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
39. İddiaçının dövlət qulluqçusu kimi 2000-ci ildən işlədiyi qurumda xx.xx.2020-ci ildə “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2020-ci ildə cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Belə ki, onun, 2000-ci ildən uzun müddət həmin təşkilatda müxtəlif vəzifələrdə çalışdığı halda, xx.xx.2020-ci ildə hansısa səbəbdən əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi ağlabatan deyil.
40. Kollegiya qeyd edir ki, iddiaçı 5 ildən artıq müddətdə cavabdeh təşkilatda işləmişdir və yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisə doğurmur, belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır.
41. Kollegiyanın qənaətinə görə, uzun illər eyni müəssisədə çalışmış işçi ilə 2 və ya 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.
42. İddiaçı cavabdeh təşkilatda 5 ildən artıq işlədiyindən, onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi, ona görə də xx.xx.2020-ci il tarixli yeni əmək müqaviləsinin, həmin müqavilənin 3 ay müddətinə bağlanmasına aid hissəsi etibarsızdır.
43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
44. Hüquqi yardıma görə məhkəmənin tutduğu 3.500 manatın ağlabatan olmaması ilə bağlı şikayətin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, hazırki bazar iqtisadiyyatı şəraitində və hazırki işin xarakterinə münasibətdə bu qiymət yüksək hesab olunmur. Hər bir vəkil gördüyü işin, göstərdiyi xidmətin dəyərini müəyənləşdirməkdə sərbəstdir və qanunla buna məhdudiyyət qoyulmamışdır. Həmin məbləğdən vergi və digər icbari ödənişlər tutulduqdan sonra qalan məbləğ vəkilin qazancı sayılır. Odur ki, Kollegiya göstərilən məbləği hazırki işə münasibətdə ədalətli və ağlabatan hesab edir.
45. Apelyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
46. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilən apellyasiya şikayətinə etirazda iddiaçının hüquqlarının Bakı Apellyasiya Məhkəməsində müdafiəsi üçün bağlanmış müqavilənin əvəzi olaraq 1300 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir.
47. Etiraza əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 1300 manat pul köçürülmüşdür. Ödənişin təyinatı xx.xx.2025-ci il tarixli müqavilə olmuşdur.
48. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
49. Kollegiya hesab edir ki, apellyasiya icraatında iddiaçının hüquqlarının təmsil edilməsinin dəyərinin 1300 manat göstərilməsi ağlabatandır. Bu səbəbdən də qeyd edilən məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1032/2025 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bakı Apellyasiya Məhkəməsində hüquqi xidmətin göstərilməsi üçün 17 mart 2025-ci il tarixli müqavilə əsasında vəkilə ödənilmiş 1300 manat pul cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.