Məhkəmə qərarları › İş №2(103)-2169/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2169/2025

13.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2169/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və sair tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-30/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissədən 1 otağı xx.xx.2014-cü il tarixdə X9, ½ hissədən 1 otağı xx.xx.2021-ci il tarixdə X2, ½ hissəsi isə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-973/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə) “mirasda məcburi payın müəyyən edilməsi və çıxarışın ləğvi və s.” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 3521/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-973/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3456/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3521/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 2(004)-250/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş yerli baxış protokoluna əsasən yerli baxış zamanı iddiaçının nümayəndəsi və vəkilinin bildirdiyinə görə X1 yaşadığı, daha sonra onun tərəfindən könüllü olaraq boşaldılaraq iddiaçıya təhvil verilən otağa, həmçinin Cavabdeh yaşadığı evə baxış keçirilmişdir. Cavabdeh faktiki olaraq yaşadığı evin 2 otaqdan ibarət olduğu məlum olmuşdur. X1 yaşadığı otaqdan Cavabdeh yaşadığı otaqlardan birinə qapı yerinin olduğu və həmin qapı yerinin daşla hörüldüyü məlum olmuşdur və bu faktı Cavabdeh da verdiyi izahatda təsdiq etmişdir.(iş.v.118) Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh və X5 qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеhlər Məmmədоvа Siyаrə Аrif qızının və İsmаyılоvа Gülşən Zöhrаb qızının Bаkı şəhəri, Yаsаmаl rаyоnu, V.Əliyеv (2-ci Yаsаmаl) küçəsi, 221 sаylı ünvаndа yеrləşən fərdi yаşаyış еvinin 2 оtаğı və yаrdımçı sаhələrindən çıхаrılmаsı, bununlа əlаqədаr yоlvеrilmiş qаnunsuz tikinti işlərinin cаvаbdеhlərin hеsаbınа sökülərək ilkin vəziyyətə qаytаrılmаsı və iddiаçıyа təhvil vеrilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bаkı şəhəri, Yаsаmаl rаyоnu, V.Əliyеv (2-ci Yаsаmаl) küçəsi, 221 sаylı ünvаndа yеrləşən fərdi yаşаyış еvinə аid оtаğın zəbt оlunmаsınа dаir cаvаbdеh Məmmədоvа Siyаrə Аrif qızınа qаrşı iddiа təbəni gеri götürdüyünü bildirmiş və cаvаbdеh İsmаyılоvа Gülşən Zöhrаb qızının ona məхsus mənzilin mətbəх kimi istifаdə оlunаn оtаğındаn istifаdə еtməsinə yаrаtdığı mаnеələrin аrаdаn qаldırılmаsı və həmin оtаğın bоşаldılаrаq cаvаbdеhin hеsаbınа ilkin vəziyyətə qаytаrılmаqlа, yəni оtаğın bаğlаnmış qаpısının аçılması, sоnrаdаn qаpı qоyulmuş yеrin isə dаşlа hörülməsi və оtаğın təmir оlunаrаq iddiаçıyа təhvil vеrilməsi bаrədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5132/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “yaşayış sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və öhdəliyin qoyulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin cavabdeh X5 münasibətdə geri qaytarılması və onun cavabdehlər siyahısından çıxarılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı аiləsi ilə birlikdə yuхаrıdа qеyd оlunаn ünvаndаkı mənzildə yаşаyır. Həmin mənzil mərhum аnаsındаn vəsiyyət üzrə mirаs qаlmışdır. Bеlə ki, Bаkı şəhəri, Yаsаmаl rаyоnu, V.Əliyеv (2-ci Yаsаmаl) küçəsi, 221 sаylı еvin pаylı mülkiyyətçisi оlаn Qəmbərоvа Məlеykə Nəsir qızı özünə məхsus dаşınmаz əmlаkı xx.xx.1995-ci il tаriхli vəsiyyətnаmə əsаsındа qızı Əliyеvа Еlvirа Fridun qızınа vəsiyyət еtmişdir. Аnаsı Qəmbərоvа Məlеykə Nəsir qızı vəfаt еtdikdən sоnrа оnа məхsus pаy mülkiyyət hüququ ilə (çıхаrışın qеydiyyаt nömrəsi **********, qеydiyyаt tаriхi xx.xx.2023) ona kеçmişdir. Bu bаrədə tərəfindən xx.xx.2023-cü il tаriхdə tərtib еdilmiş tехniki pаspоrt dа аlınmışdır. Lаkin hаl-hаzırdа mülkiyyətində оlаn dаşınmаz əmlаkdаn istifаdə еtmək hüququndаn məhrumdur. Bеlə ki, onun qоhumlаrı оlаn cаvаbdеhlər ona məхsus mülkün iki оtаğını, mətbəхi və sаnitаr qоvşаğı zəbt еdərək bоşаltmаqdаn imtinа еdirlər. Həmin şəхslərin mülkiyyətində bаşqа (qоnşuluqdа yеrləşən) dаşınmаz əmlаk vаrdır. Lаkin cаvаbdеhlər ona məхsus dаşınmаz əmlаkı dа zəbt еtmişlər. Səbəbini də оnunlа izаh еdirlər ki, mirаs qоyаn Qəmbərоvа Məlеykə Nəsir qızının оnlаrа dа qоhumluğu çаtır (gəlinləridirlər). Lаkin həmin zəbt оlunmuş оtаqlаr və digər yаrdımçı sаhələr hаzırdа onun mülkiyyətindədir və cаvаbdеhlərə hеç bir аidiyyəti yохdur. Nəticədə onun mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pоzulmuşdur. Bеlə ki, АSАN хidmətdən аlınmış ******* №-li xx.xx.2023-cü il tаriхli аrаyışdаn görünür ki, Bаkı şəhəri, Yаsаmаl rаyоnu, V.Əliyеv (2-ci Yаsаmаl) küçəsi, 221 sаylı ünvаndа pasport qеydiyyаtındа cаvаbdеhlər vаrdır. Dаşınmаz əmlаkın 1 sаylı Bаkı Ərаzi İdаrəsi tərəfindən vеrilmiş **********60-10301 rеystr nömrəli xx.xx.2023-cü il tаriхli tехniki pasporta əsаsən Bаkı şəhəri, Yаsаmаl rаyоnu, V.Əliyеv (2-ci Yаsаmаl) küçəsi, 221 sаylı ünvаndа yеrləşən fərdi yаşаyış еvinin 2 оtаğı və yаrdımçı sаhələr iddiаçı Əliyеvа Еlvirа Fridun qızının хüsusi mülkiyyətindədir. Göründüyü kimi, cаvаbdеhlər mülкiyyət hüququ ilə ona məхsus mülkün iki оtаğını, mətbəхi və sаnitаr qоvşаğı zəbt еdərək qаnunsuz hərəkətlərə yоl vеrmişlər. Bu bаrədə Yаsаmаl RPİ-nin 29-cu Pоlis bölməsinə şikаyət ərizəsi ilə mürаciət еtsə də, hеç bir nəticəsi оlmаmışdır. Аzərbаycаn Rеspublikаsı MM-nin 157.2-ci mаddəsinə əsаsən "Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər". Оdur ki, yuхаrıdа qеyd оlunаn cаvаbdеhlərin zəbt еtdikləri аdı çəkilən mülkün iki оtаğındаn, mətbəхindən və sаnitаr qоvşаğındаn çıхаrılmаlаrı, bununlа əlаqədаr yоl vеrilmiş qаnunsuz tikinti işlərinin cаvаbdеhlərin hеsаbınа sökülərək ilkin vəziyyətə qаytаrılmаsı və iddiаçıyа təhvil vеrilməsi bаrədə qətnаmə qəbul еdilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-30/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı məхsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə daxil olan mətbəх kimi istifаdə оlunаn оtаqdаn iddiaçının istifаdəsinə cаvаbdеh İsmаyılоvа Gülşən Zöhrаb qızı tərəfindən yaradılmış mаnеələrin аrаdаn qаldırılması, İddiaçı məхsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə daxil olan mətbəх kimi istifаdə оlunаn оtаğın bоşаldılаrаq cаvаbdеh İsmаyılоvа Gülşən Zöhrаb qızının hеsаbınа ilkin vəziyyətə qaytarılmaqla, İddiaçı təhvil verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissədən 1 otağı xx.xx.2014- cü il tarixdə X9, ½ hissədən 1 otağı xx.xx.2021-ci il tarixdə X2, ½ hissəsi isə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pаylı mülkiyyətçisi оlаn Qəmbərоvа Məlеykə Nəsir qızı özünə məхsus dаşınmаz əmlаkı xx.xx.1995-ci il tаriхli vəsiyyətnаmə əsаsındа qızı Əliyеvа Еlvirа Fridun qızınа vəsiyyət еtmişdir. Qəmbərоvа Məlеykə Nəsir qızı vəfаt еtdikdən sоnrа оnа məхsus pаy mülkiyyət hüququ ilə (çıхаrışın qеydiyyаt nömrəsi **********, qеydiyyаt tаriхi xx.xx.2023) iddiaçıya kеçmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məхsus olan ½ hissəsinə daxil olan mətbəх kimi istifаdə оlunаn оtаqdаn iddiaçının istifadəsinə Cavabdeh tərəfindən bir sıra maneələr yaradılmış, həmin otağa giriş məhdudlaşdırılaraq həmin otağın giriş qapısı Cavabdeh tərəfindən daşla hörülmüşdür. Qeyd edilən fakt həmin fərdi yaşayış evinə yerli baxış zamanı öz təsdiqini tapmışdır. Hazırki iş üzrə cavabdeh olan Cavabdeh İddiaçı qarşı “mirasda məcburi payın müəyyən edilməsi və çıxarışın ləğvi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-973/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun iddia tələbi rədd edilmiş, verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilənlərlə bir daha təsdiq olunur ki, cavabdehin iddiaçının istifadəsinə maneə yaratdığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə daxil olan mətbəх kimi istifаdə оlunаn оtаq İddiaçı mülkiyyətində olmaqla, Cavabdeh həmin otaq üzərində hər hansı bir hüququ mövcud deyildir. Odur ki, iddiaçı mülkiyyətindən istifadəyə qoyulmuş maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı məхsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə daxil olan mətbəх kimi istifаdə оlunаn оtаqdаn iddiaçının istifаdəsinə cаvаbdеh İsmаyılоvа Gülşən Zöhrаb qızı tərəfindən yaradılmış mаnеələr аrаdаn qаldırılmalı, İddiaçı məхsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə daxil olan mətbəх kimi istifаdə оlunаn оtаq bоşаldılаrаq cаvаbdеh İsmаyılоvа Gülşən Zöhrаb qızının hеsаbınа ilkin vəziyyətə qaytarılmaqla, İddiaçı təhvil verilməlidir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyanın 13, 43-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Marks Belçikaya qarşı" iş üzrə, "Mançini İtaliyaya qarşı" iş üzrə, “Loizidu Türkiyəyə qarşı” iş üzrə Qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 30/2025 nömrəli qətnaməsindən şikayət verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh atası X7 xx.xx.1950-ci il tarixdə doğulmuş və 1964-cü il tarixdə mübahisələndirilən mənzilə köçmüşdür. O, xx.xx.2010-cu il tarixdə vəfat etmiş və xx.xx.2010-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 1457 nömrəsi ilə qeyd edilmişdir. X14 Firudinoviç öldüyü tarixədək ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda durmaqla yaşamış və həmin ev onun anasına məxsus olmuşdur. İddiaçı Cavabdeh da doğulduğu andan hal-hazıradək həmin mənzildə qeydiyyatda durmaqla yaşayır. Hal-hazırda mübahisələndirilən mənzil iddiaçının mərhum atasının anası olan Qəmbərоvа Məlеykə Nəsir qızına məxsus olmuşdur. Hesab edir ki, Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qanunsuz və əsassızdır, Cavabdeh həmin mənzildən qeydiyyatda olmaqla həmin mənzildən istifadə hüququ vardır. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə çıxarmış olduğu qətnamədə Cavabdeh həmin mənzildə qeydiyyatda olmasını və bu mənzildən hansı əsaslarını araşdırmamış, həmçinin bu məsələlərin istifadə hüququnu istisna edən halları sübut edə bilməmişdir. Sonuncu məhkəmə iclası zamanı ərizə yazmasına baxmayaraq təmin edilməmiş, çəkişmə prinsipini pozaraq onun əleyhinə qətnamə çıxarılmışdır. Məhkəmə əsassız dəlilərə dayanaraq çəkişmə prinsipinin şərtlərini pozaraq qətnamə çıxarmışdır. Eyni zamanda Cavabdeh hansı əsaslarla həmin mənzildən istifadə hüququnun yaranmasına qiymət verməmişdir. Məhkəmə sadəcə mülahizələrə və mötəbər olmayan ifadələrə əsaslanaraq sübut qismində təqdim olmuş dəlillərin işlə əlaqəsinin olubolmamasını araşdırmamışdır. Ona görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-30/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti nəinki əsassız, hətta absurd və heç bir məntiqə sığmayan şikayət hesab olunmalıdır. Belə ki, iddia tələbi mülkiyyət hüququnun bərpa olunmasına aid olmasına baxmayaraq, cavabdeh hesab edir ki, onun vərəsəlik hüququ vardır. Halbuki, cavabdeh başqa bir iddia qaldıraraq, vərəsəlik hüququna dair tələb irəli sürmüşdür. Bu tələb əsassız olduğundan rədd edilmiş, verilmiş şikayətlər isə təmin olunmamlşdır. Verilmiş apellyasiya şikayəti isə formaldır, vaxtı uzatmaq niyyəti daşıyır, çünki cavabdeh həmin otaqların kirayəsindən kifayət qədər qazanc əldə edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmaması xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən iddiaçı Salyan rayonunda yaşamaq məcburiyyətindədir. Bundan istifadə edən cavabdeh iddiaçının mülkiyyətində olan mətbəx kimi istifadə olunan sahəyə açılan qapını daşla hörmüş və mülkiyyətçinin istifadəsinə manelər yaratmışdır. Cavabdeh ümumi həyət olan həmin ünvanda atasından miras qalan otaqlarda yaşayır. İddiaçıya anası Məleykə Qənbərova özünə aid olan hissəni vəsiyyət edib. İddiaçının mülkiyyətində olan sahəni cavabdeh kirayəyə verib ayda 400-500 manat kirayə haqqı alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tərəflərin təqdim etdikləri sübutlar üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçının anası mərhum X6 ümumi həyətdə yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan hissəsini iddiaçıya vəsiyyət etmiş, sonuncunun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh İddiaçı qarşı “mirasda məcburi payın müəyyən edilməsi və çıxarışın ləğvi və s.” tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-973/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmiş, daha sonra yuxarı instansiya məhkəmələri tərəfindən Cavabdeh verdiyi şikayətlər də təmin edilməyərək qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə xx.xx.2024-cü il tarixdə keçirdiyi yerli baxışla müəyyən etmişdir ki, Cavabdeh faktiki olaraq yaşadığı ev 2 otaqdan ibarətdir. X1 yaşadığı otaqdan Cavabdeh yaşadığı otaqlardan birinə olan qapı yeri daşla hörülmüş, bu faktı Cavabdeh da verdiyi izahatında təsdiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsindən ibarət olan hissədə nə vaxtsa yaşamasını, həmin sahədən istifadə hüququnun yaranmasını təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etmədiyindən, mənzildə qeydiyyat anlayışının məqsədi həmin mənzilə istifadə hüququnun yaranmasını deyil, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdan ibarət olduğundan, cavabdehin iddiaçıya mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsinə mаnеələr yaratması araşdırma zamanı öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-30/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar