Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2171/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “kompensasiya ödənilməklə mənzildən çıxarılma, müqavilənin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-259/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçivani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "RR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "RR Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyəti ilə "Rr Constructions” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli torpaq icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, Z.Əhmədbəyov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin ərazisində yerləşən 43200 m2 torpaq sahəsini 49 il müddətinə "RR Constructions” MMC-nin istifadəsinə verir.
3. İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli K/199 nömrəli müqaviləyə əsasən "RR Constructions” MMC ünvan 1 ünvanında yerləşən Cavabdeh sahiblik və istifadəsində olan 60 m2 sahəsi olan mənzilin əvəzinə ona 120000 manat kompensasiya verir.Müqavilənin 4.1.1 -ci bəndinə əsasən mülkiyyətçi müqavilə üzrə nəzərdə tutulmuş ödənişi mənzil təhvil verildikdən sonra tələb etmək hüququna malikdir. Müqavilənin 7.1 -ci bəndinə əsasən bu müqaviləni imzalamaqla, mülkiyyətçi mənzilə dair bütün sahiblik hüququnu, mənzili boşaldıb təhvil verdikdən sonra isə istifadə və sərəncam hüququnu layihəçiyə ötürür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı "kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh Balaağa qızının və onun ailə üzvlərinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən müqavilədə qeyd olunan kompensasiya məbləğinin ödənilməsi ilə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 nömrəli və xx.xx.2021-ci il tarixli, 150 nömrəli Sərəncamlarına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və "Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 5,29 ha torpaq sahəsini icarə əsasında iddiaçı "RR Constructions” MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "RR Constructions” MMC-nə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bu tədbirlər çərçivəsində Cavabdeh Balağa qızı ilə xx.xx.2024-cü il tarixində cəmiyyətimiz arasında K/199 saylı əvəzləşmə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzili iddiaçıya təhvil verməli iddiaçı isə bunun əvəzində ona 120 000 manat dəyərində kompensasiya ödəməlidir. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış K/199 saylı müqavilənin 3.5-ci maddəsinə əsasən cavabdeh söküntüsü nəzərdə tutulan mənzili müqavilə bağlanıldıqdan sonra 10 gün ərzində təhvil verməli və 3.1-ci maddədə qeyd olunan məbləği iddiaçıdan tələb etməlidir. Lakin cavabdeh müqavilədən irəli gələn öhdəliyi yerinə yetirə bilməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir.
6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabden "RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 51 saylı evlə bağlı iddiaçı Cavabdeh ilə cavabdeh "RR Constructions” MMC arasında 31 may 2024-cü il tarixli, K/199 N-li əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə cavabdeh "RR Constructions” MMC arasında 31 may 2024-cü il tarixli, K/199 N-li əvəzləşmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndində göstərilib ki, ünvan 4 ünvanında yerləşən "Mülkiyyətçi”nin sahiblik və istifadəsində olan 60 kv.m sahəsi olan mənzil əvəzinə ona 120.000 manat kompensasiya verir. Qeyd edirik ki, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 51 saylı ev iddiaçı Xanımana Abdullayeaya məxsusdur. İddiaçı ailə üzvləri və digər şəxslərlə həmin evdə yaşayır. İddiaçının yaşadığı evin yerləşdiyi sahədə cavabdeh çoxmərtəbəli yaşayış binası inşa etməlidir. İddiaçı cavabdehlə razılaşıb ki, cavabdeh yeni inşa olunacaq binadan iddiaçıya 20 faiz əlavə olmaqla yeni mənzil verəcəkdir və eləcə də yeni binadan mənzil verməklə yanaşı aylıq kirayə haqqı da ödəyəcək. Lakin, cavabdeh iddiaçını 80 yaşlı, savadsız qadın olmasından istifadə edərək onu aldadıb, onunla razılaşdıqları kimi, yaşayış sahəsi əvəzində yeni binadan mənzil ayrılmasına dair müddəa deyil, iddiaçının mənzilinin əvəzində onun real dəyərindən qat-qat aşağı olan 120.000 manat pul verilməsi kimi iddiaçının iradə ifadəsinə uyğun olmayan, razılaşdırılmayan müddəa əlavə ediblər. Qeyd edildiyi kimi iddiaçı ahıl yaşdadır. Onun 80 yaşı var, savadsızdır. Cavabdeh tərəf onun bu yaşında və savadsız olmasından istifadə ediblər, onu aldadıblar. Beləliklə, cavabdeh təşkilat iddiaçını aldadıb, sonuncunun arzuladığı müqaviləni deyil, başqa müavilə bağlamışlar. Odur ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MMC arasında 31 may 2024-cü il tarixli, K/199 N-li əvəzləşmə müqaviləsi etibarsız sayılmalıdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-259/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, ilk iddia üzrə cavabdehlər X3 və onun ailə üzvləri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən "RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən 120.000 manat məbləğində kompensasiya məbləği ödənilməklə çıxarılması, ödənilmiş dövlət rüsumunun "RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilməsi, iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. (hakim X6)
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, ilk iddia üzrə cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. İddiaçı və cavabdeh arasından bağlanmış xx.xx.2024-cü il tarixli K/199 nömrəli əvəzləşmə müqaviləsinə əsasən "RR Constructions” MMC ünvan 1 ünvanında yerləşən Cavabdeh sahiblik və istifadəsində olan 60 m2 sahəsi olan mənzilin əvəzinə ona 120000 manat kompensasiya verir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən yeni inşa olunacaq binadan ona 20% əlavə olmaqla, yeni mənzil veriləcəyini, eləcə də bununla yanaşı ona aylıq kirayə haqqı da ödəniləcəyi barədə razılığa gəldiklərini bildirsə də, dediyini hallar nə müqavilədə, nə də başqa mötəbər sənəddə öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının etibarsız olduğunu iddia etdiyi əqd etibarsızlığın mübahisə edilən növünə aiddir. Etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa olunacaq binadan ona 20% əlavə olmaqla, yeni mənzil verilməsi və ona aylıq kirayə haqqı ödənilməsi barədə tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 339-cu, 385.1-ci, 386.1-ci, 398.1-ci, 399.1-ci, 430.1-ci, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
11. İlk iddia üzrə Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətinin məzmunu qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfin məhkəmənin təşəbbüsü ilə işin barışıqla başa çatması üçün 69 kv. metr tam təmirli mənzilin və birdəfəlik 2 illik kirayənin verilməsi barədə təklifini təmsil etdiyi şəxslə müzakirə etmişlər, lakin razılığı olmamışdır.
15. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İzahatına əlavə olaraq qeyd etmişdir ki, təmsil etdiyi MMC mülkiyyətçi olan cavabdehlə razılığa gəlmiş, onun özünün istəyi ilə mənzilinə münasibətdə pulun verilməsinə razılıq vermişdir. Bununlada cavabdehlə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin vaxt övladlarınının razılığı alınmışdır. Lakin sonradan məhkəmənin işin barışıqla yekunlaşması baxımından hər hansı formada təklif verilməsi təklif edilmiş və tərəflərindən müzakirə edilərək cavabdeh tərəfə mənzil istəyi nəzərə alınmaqla ona məhkəmə iclasında tam təmirli ev və 2 illik birdəfəlik ödəməklə kirayə haqqının verilməsi təklif etmişlər, lakin cavabdeh bunu qəbul etməmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konsitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui- istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayəti qətnamənin ilk iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçivani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "RR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "RR Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Daha sonra "RR Constructions” MMC ünvan 3 ünvanında yerləşən 60 m2 sahəsi olan mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə K/199 nömrəli əvəzləşmə müqaviləsi bağlayaraq həmin mənzilin əvəzində ona 120000 manat kompensasiya verilməsinə razılaşmışlar.
24. Göründüyü kimi ilk iddia üzrə cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmədiyindən, birinci instansiya məhkəəsi haqlı olaraq cavabdehlər Cavabdeh Balaağa qızı və onun ailə üzvlərinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən "rR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən 120.000 manat məbləğində kompensasiya məbləği ödənilməklə çıxarılmalı olması nəticəsinə gəlmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan yaşayış evindən "RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən 120.000 Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
26. İddiaçı və cavabdeh arasından bağlanmış xx.xx.2024-cü il tarixli K/199 nömrəli əvəzləşmə müqaviləsinə əsasən "RR Constructions” MMC ünvan 1 ünvanında yerləşən Cavabdeh sahiblik və istifadəsində olan 60 m2 sahəsi olan mənzilin əvəzinə ona 120000 manat kompensasiya verir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən yeni inşa olunacaq binadan ona 20% əlavə olmaqla, yeni mənzil veriləcəyini, eləcə də bununla yanaşı ona aylıq kirayə haqqı da ödəniləcəyi barədə razılığa gəldiklərini bildirsə də, dediyini hallar nə müqavilədə, nə də başqa mötəbər sənəddə öz əksini tapmışdır. İddiaçının etibarsız olduğunu iddia etdiyi əqd etibarsızlığın mübahisə edilən növünə aiddir. Etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
27. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa olunacaq binadan ona yeni mənzil verilməsi və ona aylıq kirayə haqqı ödənilməsi barədə tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbindəki hallara dair mötəbər, təkzibolunmaz sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı hazırki müqavilə bağlanarkən yaşlı olaraq aldadılmaqla ona mənzil verilməsi əvəzinə mənzilin alınması barədə əvəzləşmə müqavilə bağlanmasına nail olunmasını göstərmişdir . Bununla bağlı qeyd edilməlidir ki, əvvəla yaşlı olması onun hərəkətlərinin idarə edə bilməməsi və hərəkətlərini dərk etməməsini anlamına gəlmir. Göründüyü kimi, sərbəst olaraq iradəsini bildirmiş və müqavilə bağlanmışdır. O cümlədən həmin əvəzləmə müqaviləsi bağlanarkən övladları da hər biri ayrılıqda ərizələr (iş materiallarına var) təqdim etməklə analarına məxsus evin pul məbləği ödənilməklə əvəzləşməsinə etiraz etmədiklərini bildimişlər. Yəni, Cavabdeh yaşlı olması işin hallarına təsir etmiş olsaydı belə, övladları da açıq-aydın müqavilənin məzmunundan məlumatlı olmaqla nədən ibarət olmasını bilmişlər. Bu baxımdan da kollegiya məhz xəbərinin olmaması və aldadılması barədə Cavabdeh dəlillərini əsaslı hesab etmir.
28. Bundan başqa, məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsinə məhkəmə tərəfindən Cavabdeh mənzil istəyinin nəzərə alınmasının mümkün olduğu halda mənzil verilməsi təklif edilmiş, iddiaçı tərəfin nümayəndəsi isə məhkəmədəə 69 kv. metr tam təmirli mənzilin və birdəfəlik 2 illik kirayə haqqının ödənilməsini həyata keçirmək istəklərini bildirmişlər. Lakin Cavabdeh nümayəndəsi təmsil etdiyi şəxslə müzakirə etməklə təklifi qəbul etmədiyini daha böyük sahəyə malik mənzil istədiyini bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası öz vəzifə borcundan irəli gələrək işin barışıqla həll edilməsi üzrə bütün imkanlardan istifadə etsə də, Cavabdeh tərəfindən razılıq olmadığından işin bu formada həlli baş tutmamışdır.
29. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını nəzərə alıb hesab edir ki, Cavabdeh apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-259/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.