Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2174/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı “xxxx” QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi, kompensasiyanın geri alınması, qanunsuz tikilinin sökülməsi tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-228/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış və xx.xx.2017-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmanın ləğv olunmasını, Cavabdeh1 ödənilmiş 69320 manat kompensasiyanın geri alınaraq "xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edilmiş qanunsuz tikilidən çıxarılmasını, ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edimiş qanunsuz tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmasını, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh X1 və Cavabdeh2 tutularaq "xxxx” QSC-nin hesabına ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı kompensasiya müqabilində fərdi yaşayış evindən imtina barədə Cavabdeh1 ilə "xxxx” QSC arasında bağlanmış xx.xx.2017-ci tarixli razılaşma (səh.8), Cavabdeh2 xx.xx.2017-ci il tarixli razılıq ərizəsi (səh.9), Cavabdeh1 xx.xx.2017-ci tarixli müqavilə üzrə öhdəliyini 10 (on) gün ərzində icra olunaraq yaşayış sahəsini təxirəsalınmadan boşaldılması barədə "xxxx” QSC-nin Cavabdeh1 ünvanlanmış pretenziya (xəbərdarlıq) məktubu (səh.10), sonuncu pretenziya (xəbərdarlıq) məktubunun Cavabdeh1 tərəfindən qəbul etməkdən imtina etməsi barədə "xxxx” QSC-nin xx.xx.2019-cu il tarixli aktı (səh.11), Cavabdeh1, Cavabdeh2, 2004-cü il təvəllüdlü X4 və 2008-ci il təvəllüdlü X5 ünvan 2 ünvanında qonşuların aktına əsasən qeydiyyatsız yaşamaları barədə "Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndədiliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarxili 159 saylı arayışı (səh.12) sübut kimi tədqiq edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-228/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında dəmiryolunun mühafizə zonasında inşa edilmiş tikilidən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi və məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun "xxxx” QSC-yə aid edilməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 337, 339, 354, 389.1, 421.1, 422.1, 422.2, 422.4, 422.2.4, 430.1-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci tarixli razılaşmadan görünür ki, Cavabdeh1 69320 manat kompensasiya məbləği müqavilində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən imtina etmiş və digər Cavabdeh2 isə Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin "xxxx” QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Razılaşmada mübahisəli yaşayış sahəsinin cavabdehlərin hesabına sökülməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamə ləğvi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 125; Azərbaycan Respublikası Miilki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 385.1.1, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, müqavilənin şərtləri ilə razılaşaraq imzalamışdır. Müqaviləni imzalayan vaxt ona hər hansı təzyiq göstərilməmişdir. Müqavilədə qeyd olunan kompensasiya məbləğini almışdır, lakin hazırda əlavə kompensasiya verilməsini istəyir. Belə ki. bu günkü gündə həmin pulla hec bir şərait yaratmaq mümkün deyil. Ona görə də Ödənilmiş kompensasiya məbləği ilə razılaşmır. Ekspertiza keçirilərək evin qiyməti müəyyən edilməliydi. Həmin yerlərdə evlərin qiyməti verilmiş kompensasiyadan yüksək olduğu ücün ona əlavə kompehsasiya ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, pulun miqdarı ilə razı olmadığını, aldığı kompensasiya ilə Binə kəndində ev tikdiyini, lakin evin tikintisnin yarımçıq qaldığını, köhnə evdə qardaşının ailəsi birgə qaldıqlarını və həmin pula həm də qardaşı üçün ev tikilməli olduğunu, iki ailəyə həmin pulun kifayət etmədiyini bildirmişdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” QSC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, yalnız cavabdehin yox digər şəxslərin də qəbul edilərək şikayətlərinin dinlənildiyini, onlara adam başına 5000 manat əlavə vəsait verilməsinin təklif edildiyini, bir çoxunun bu təklifi qəbul etdiyini, kompensasiyanın şəxs sayısına görə deyil hər evə görə verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya instansiya məhkəməsinin göstərişləri ilə baxılması müəyyən edilən hissədə araşdıran məhkəmə kollegiyası Mülki Məcəllənin 152-158, 324,385-388, 442, 646-652; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyə daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin zamanında razılaşdığı kompensasiya məbləğinin alması müqavilə öhdəlikləri üzrə iddiaçı tərəfindən vəzifələrinin yerinə yetirdiyinin cavabdehin isə müqavilədən irəli gələn vəzifələrinin yerinə yetirilməməsi qətnamənin maddi hüquq normalarına müvafiq qəbul edildiyini müəyyən edir. Qeyd edilməlidir ki, iş üzrə müqavilə və ya onun hissəsi mübahisələndirilmədiyindən prosessual hüquqi cəhətdən (tələbdən kənar olaraq) onun şərtlərinin müzakirəsi yolverilməzdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün olan məhkəmə xərci MPM-in 119-cu maddəsinə əsasən cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 378-382, 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-228/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2174/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2174/2021
15.02.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver