Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2175/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 cəlb edilməklə) Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (“istifadə hüququnun itirilmiş hesab edilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı2 nümayəndəsi Vəkil3, cavabdeh və cavabdehin nümayəndəsi vəkil X12, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5209/2022 saylı işi üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5209/2022 saylı işi üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarı; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1,9; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 60; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, ,78.1, 80, 81, 147, 217.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin yaşayış üçün Rusiya Federasiyasına köçməsi, iddiaçıların qanuni istifadəsində və sahibliyində olan mənzildə yaşamaması, həmin mənzildə formal olaraq qeydiyyatda qalması təsdiq edildiyindən iddia tələb təmin edilməli, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli, 33/3533 saylı cavab məktubuna əsasən, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədindən çıxmışdır və həmin tarixlərdən sonra onun Respublikanın ərazisinə girişi qeydə alınmamışdır; - Bakı şəhər XDS tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli 205898 saylı orderin surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 63, yerləşən 3 otaqdan ibarət 10 saylı mənzil (keçmiş Bakı şəhəri, Profsoyuznaya küçəsi, 2949-cu məhəllə, ev 63, mənzil 10) ailəsi ilə birlikdə yaşaması üçün İddiaçı1 verilmişdir. Orderdə icarədarın ailə üzvləri qismində X5 və İddiaçı2 qeyd olunmuşdur; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışına əsasən, Cavabdeh1, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzilində pasport qeydiyyatındadır; - Bakı şəhəri Xətai rayon İH nəzdində 114 saylı MTK-nın xx.xx.2022-ci il tarixli, 32 saylı arayışına əsasən, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzilində faktiki olaraq yaşamır (iş səh. 8, 10, 19, 24). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsnin 2(011)- 5209/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mənzil Məcəlləsinin 123; Mülki Məcəllənin 158.4, 228.2; Mülki Prosessual Məcəllənin 14, 76 ,88, 385, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 uzun müddətdir ki, mübahisə predmetini təşkil edən mənzildə yaşayır və ailə üzvü olaraq istifadə hüququ vardır. Birinci instansiya məhkəməsinin iş üzrə düzgün araşdırma aparmadığı, mübahisə tərəfini qanunvericilikdə nəzərdə tutulan qaydada məlumatlandırmadığı və sübutlara düzgün hüquqi qiymət vermədiyi açıq-aşkar öz təsdiqini tapır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Sədrlik edən hakim öz qətnaməsini cavabdehlərin mənzilə yaşayış (istifadə) hüququnun yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad etmişdir. Həmin maddənin normalarına əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Halbuki iş materialları və əlavə edilən sənədlərdən də bu qeyd edilənlərin əsassızlığı görünür. Cavabdeh1 Rusiya Federasiyasına işləməyə getdiyindən məhkəmə prosesində iştirak etməmişdir. Belə ki, məhkəməyə istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi verən şəxslər anası İddiaçı1 və qardaşı X5, yəni ailə üzvləri olmuşlar. Onlar istəsəydilər bu barədə ona məlumat verərdilər. Lakin bu barədə ona hər hansı bir məlumat verməmişlər. Cavabdehin ümumiyyətlə məhkəmə prosesinin gedişi haqqında hər hansı bir məlumatı olmamışdır. Yalnız Azərbaycana qayıtdıqdan sonra anasının yas mərasimində mənzildən istifadə hüququnun itirilməsindən xəbəri olmuşdur. Cavabdeh1 anası İddiaçı1 06 avqust 2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Cavabdeh1 məhkəmə prosesində iştirak etmədiyi üçün iş üzrə izahat vermək hüququndan məhrum olunmuşdur. Bundan əlavə, iddaçılar məhkəmədə izahat verərkən bildirmişlər ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh1 mənzilə qeydiyyata düşmüşdür. İddiaçı2 qardaşı, İddiaçı1 oğlu olan Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək, 2005-ci ildən Rusiya Federasiyasında yaşayır. Azərbaycanı uzun müddətdir tərk edib, harada yaşaması barədə məlumat verməmiş və onlar da məlumat əldə edə bilməmişlər. Onun Bakıya gəlib-getməsi barədə də dəqiq məlumat yoxdur. Cavabdeh1 2005-ci ildən başlayaraq hal-hazıra kimi 17 il müddətində Bakı şəhəri, Məhəmməd Hadi küçəsi, 63 saylı evin, 10 nömrəli mənzilində formal olaraq qeydiyyatda olmasına baxmayaraq, bir gün də olsun yaşamamışdır. Məhkəmə iddaçılar tərəfindən cavadehin Rusiya Federasiya vətəndaşı olması barədə hər hansı bir subut təqdim etməmişlər. Məhkəmə iclasında İddiaçı2 izahatında göstərdi ki, qardaşı Cavabdeh1 axırıncı dəfə 2019-cu ildə Azərbaycanda olmuş, bütün əşyalarını özü ilə götürərək Rusiya Federasiyasına köçüb getmişdir. İddaçı özü etiraf edir ki, qardaşı 2019-cü ilə qədər həmin mənzildən istifadə etmişdir. Bu bir daha dəlalət edir ki, iddaçıların cavabdehi mənzildən istifadə hüququnun itirilməsinin məqsədi gələcəkdə həmin mənzilin müqəddaratını özləri tərəfindən maneəsiz həll edilməsi anlamına gəlmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 63, yerləşən 3 otaqdan ibarət 10 saylı mənzil (keçmiş Bakı şəhəri, Profsoyuznaya küçəsi, 2949-cu məhəllə, ev 63, mənzil 10) Bakı Şəhər X6 İcraiyyə Komitəsi Mənzillərin uçotu və bölünməsi İdarəsinin xx.xx.1982-ci il tarixli 205898 nömrəli orderi əsasında onlara verilmiş və İddiaçı1, X5 və İddiaçı2 ibarət ailə üzvləri göstərilən ünvanda yerləşən mənzilə köçüb yaşamışlar. xx.xx.2020ci il tarixdə ataları X5 vəfat etməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh1 mənzildə anadan olanda qeydiyyata düşmüşdür. Bundan əlavə, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X2 ifadələrində iddiaçıların qonşuları olduqlarını, 30 ildən çox həmin ünvanda yaşadıqlarını, Cavabdeh1 heç vaxt görmədiklərini, onun başqa yerdə yaşadığını göstərmişlər. Bir şeyi anlamaq olmur ki, qeyd olunan şahidlər iddaçının evində kimin yaşayıb yaşaması haradan məlumat əldə edə bilər. Bu bir daha təsdiq edir ki, həmin şahidlər bu işdə maraqlı olmuşlar. Məhkəmə araşdırmasını bütünlükdə cavabdehin üzərində aparmış, Cavabdeh1 həmin mənzildə yaşayıb-yaşamaması, yaşamışsa hal-hazırda yaşaması ümumiyyətlə araşdırma aparmamışdır. Bundan əlavə iş materiallarında Bakı şəhəri Xətai rayon İH nəzdində 114 saylı MTK-nın xx.xx.2022-ci il tarixli, 32 saylı arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 saylı mənzilində faktiki olaraq yaşamır. Maraqlıdır ki, Bakı şəhəri Xətai rayon İH nəzdində 114 saylı MTK-nın səlahiyyətli nümayəndəsi cavabdehin yaşamadığını qeyd etsə də, burada da Cavabdeh1 mübahisə predmetini təşkil edən mənzildə yaşamaması barədə bir kəlmə də olsun qeyd edilməmişdir. MKİS-dən mənzildə yaşayanlar barədə səhih məlumatlar olur, bu da ona əsas vermir ki, onun həmin mənzildə yaşamadığı qeyd olunsun. Hazırda bir çox vətəndaşlar xarici ölkədə işləmək üçün yaşayır, bu da o anlama gəlmir onların yaşadığı mənzildən ailə üzvləri istifadə hüququna xitam verilməlidir. Məhkəmə bu halı nəzərə almamışdır. AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hiiquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin alınmış məktubunda bildirir ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 63, 10 nömrəli mənzil Bakı şəhər X6 icraiyyə Komitəsi Mənzillərin uçotu və bölünməsi İdarəsinin xx.xx.1982ci il tarixli, 205898 nömrəli orderinə, Xətai Rayon Xalq Deputatları Soveti icraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 60/6a nömrəli qərarına, 114 saylı Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü 11 tarixli 01 nömrəli “kooperativ mənzilin maliyyə vəziyyəti barədə” arayışa, İddiaçı1 Bakı şəhəri 36 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ- 3843 reyestr nömrəli razılıq ərizəsinə əsasən İddiaçı2 adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin mənzil 6 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-2044 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X7 bağışlanmışdır. Həmin mənzil üzərində X4 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bu, bir daha dəlalət edir Cavabdeh1 qeyd olunan mənzildən istifadə hüququnun itirilməsi məhz qardaşı tərəfindən özəlləşədirilərək adına keçirmək, daha sonra isə İddiaçı2 həyat yoldaşı X7 bağışlama məqsədi güdmüşdür.
5. İddiaçı2 apellyasiya şikayətinə etiraz vermiş və qeyd etmişdir ki, digər İddiaçı1 xx.xx.2023cü il tarixdə vəfat etmişdir Cavabdehin şikayətində göstərdiyi sübut kimi təqdim edilən əsaslar Baki şəhəri Xətai rayon məhkəməsinin 2(011)-5209/2022 saylı mülki iş üzrə 04 aprel 2022-ci il tarixli onun mənzildən istifadə hüququnun itirimiş hesab edilməsinə dair qətnaməsinin ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti nəzdində 114 saylı MTK-nin xx.xx.2022-ci il tarixli, 32 saylı arayışı ilə təsdiq olunur ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 saylı evin 10 №li mənzilində faktiki olaraq yaşamır. Azərbaycan Respublikası MPM-nin hazırda da qüvvədə olan 217.2-ci maddəsinin tələblərinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qətnamə çıxarılarkən qeyd olunan hüquq münasibətlərinə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuşdur ki, icarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə oların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yeri getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi nəticəsində yaşayış hüququ itirilmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər istifadəçilərin iddiası üzrə məhkəmə tərəfindən həyata keçirilir. İşə baxan Xətai rayon məhkəməsi müvafiq araşdırmalar apararaq düzgün olaraq hesab etmişdir ki, cavabdeh X3 Rusiya Federasiyasına köçüb getməsi, idiaçıların qanuni istifadəsində və sahibliyində olan mənzildə yaşamaması, həmin mənzildə formal olaraq qeydiyyatda qalması təsdiq edildiyindən iddia tələbi təmin edilmiş, cavabdehin istifadə hüququna xitam verilməsinə kifayət qədər əsaslar olduğuna görə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5209/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 sayl evin 10 №li mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir.Cavabdeh tərəfin Aərbaycan Respublikası MPM-nin 8-ci, 9-cu və 14-cü maddələrinin tələblərinə əməl etmədən işə baxılması və cavabdehin iştirakı olmadan, izahat alınmadan işə baxılıb qərar qəbul edilməsinə dair qeyd etdiyi hallar əsaslı deyildir. Çünki cavabdeh tərəf özü də şikayətində göstərmişdir ki, cavabdeh işə baxılarkən Rusiya Federasiyasında olmuş, işə baxilarkən onun məhkəməyə qanunun tələb etdiy müvafiq bildirişlər göndərilmiş arayışlar alınmış bütün vasitələrdən istifadə edilərək, lakin Cavabdeh1 yeri və ya ünvanı haqqında məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmədə cavabdehin mərhum anası və qardaşı İddiaçı2 Cavabdeh1 Rusiya Federasiyasına getdiyi, orada yaşaması, hətta RF vətəndaşlını qəbul etdiyi haqqında məhkəməyə məlumatlar vermişlər. Göründüyü kimi məhkəmə tərəfindən Cavabdeh1 hüquqları pozulmamışdır. Qeyd edilməlidir ki, cavabdeh tərəfin göstərdiyinə görə İddiaçı2 qardaşı Cavabdeh1 axırıncı dəfə 2019-cu ildə Azərbaycanda olmuş, bütün əşyalarını özü ilə götürərək Rusiya Federasiyasına getmişdir. Buradan belə bir nəticə müəyyən edilir ki, Cavabdeh1 Azərbaycanda əvvələrdə olmuş, 2019-cu ildə axırıncı dəfə olanda deməli haradansa gələndə əşyalarını götürərək daimi yaşadığı ölkəyə mi, şəhərə mi getmişdir. Deməli, Levşanov əvvəllər də haradansa Azərbaycana onun əvvəlcədən yaşadığı məkandan gəlməsi başa düşülməlidir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəfin 2019-cu il tarixdə Azəbaycana gəlməsini İddiaçı2 izahatınında göstərdiklərini “İddiaçı2 özü etiraf edir ki, Cavabdeh1 mənzildən 2019-cu ilə qədər istifadə etmişdir” kimi absurd bir fikir sərgiləmişdir. Cavabdeh tərəfin iş üzrə izahatı alınmış şahidlərin verdiyi izahatlarının doğru ola biləcəyinə şübhə ilə yanaşması təəssüf hissi doğurur. Hesab edir ki, bu barədə məhkəmədə həmin şahidlərin yenidən izahatlarının alınmasına dair vəsatət qaldırsalar şübhəniz aradan qalxmış olacaq. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, İddiaçı1 xx.xx.2023-cü il tarixində ölmüşdür.
7. Apellyasiya icraatı zamanı İddiaçı2 vəfat etmiş İddiaçı1 prosessual hüquq varisi kimi cəlb edilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publi hüquqi şəxsi 1 saylı Bakı Əriazi İdarəsi tərəfindən verilmiş 13.10. 2023-cü il tarixli məktubun surətinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 63, 10 nömrəli mənzil Bakı şəhər X6 İcraiyyə Komitəsi Mənzillərin uçotu və bölünməsi İdarəsinin xx.xx.1982-ci il tarixli, 205898 nömrəli orderinə, Xətai Rayon Xalq Deputatları Soveti İcraiyyə Komititəsinin xx.xx.1982-ci il tarixli, 60/6a nömrəli qərarına, 114 saylı Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli 01 nömrəli “kooperativ mənzilin maliyyə vəziyyəti barədə” arayışa, İddiaçı1 Bakı şəhəri 36 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 8İ-3843 reyestr nömrəli razılıq ərizəsinə əsasən İddiaçı2 adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin mənzil 6 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-2044 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X7 bağışlanmışdır. Həmin mənzil üzərində X4 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
9. Apellyasiya icraatı zamanı X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti xidmətinə sorğu edilmiş və sorğu əsasında məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubla müəyyən edilir ki, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Cavabdeh1 Rusiya vətəndaşlığı ilə Azərbaycan Respublikasına giriş-çıxış etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 2005-ci ildə ailə qurduğunu və ilk övladının 2007-ci ildə Bakıda anadan olduğunu, işlə əlaqədar olaraq 2011-ci ildə Rusiyaya getdiyini, lakin 2019-cu ilə kimi daimi olaraq gəlib-getdiyini, Rusiyada kirayədə qaldığını, atası, anası və qardaşı ilə həmişə əlaqəsinin olduğunu, 2019-cu ildən sonra isə pandemiya səbəbindən və maddi vəziyyəti imkan vermədiyindən gəlib-gedə bilmədiyini qeyd etmişdir. Anası ilə rəhmətə gedənə qədər danışdığını, anasının mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə ona hər hansı bir söz demədiyini, qeyri-qanuni olaraq onu qeydiyyatdan çıxardıqlarını bildirmişdir. İkili vətəndaşlığının olduğunu və 2019-cu il tarixində Azərbaycana gələrkən Rusiya Federasiyası pasportu ilə gəldiyini, Azərbaycan Respublikasına aid şəxsiyyət vəsiqəsinin müddətinin 2021-ci ildə bitdiyini və pandemiya səbəbindən yenisi ilə əvəzləyə bilmədiyini, lakin Azərbaycan Respublikası vətəndaşlıqdan imtina etmədiyini qeyd etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X12 apellyasiya şikayətini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat verməklə, cavabdehin məhkəmə proseslərindən xəbərdar olmadığını, məhkəmədə iştirakının təmin edilmədiyini, iddiaçı tərəfin məhkəmə bildirişləri barədə ona hər hansı şəkildə məlumat vermədiyini, cavabdehin işi ilə əlaqədar olaraq Rusiyaya gedib-gəldiyini, Rusiyada müvəqqəti yaşadığını, işlədiyini və Azərbaycan vətəndaşlığından imtina etmədiyini, Azərbaycan Respublikası ərazisində hərbi xidmət keçdiyini, bir çox vətəndaşın xarici ölkədə işləmək üçün yaşadığını, bunun onların yaşadığı mənzildən istifadə hüququna xitam verilməli olduğu anlamına gəlmədiyini, cavabdehin 2019-cu ilə qədər əşyalarının mübahisəli mənzildə olduğunu bildirmişdir. Cavabdehin anası ilə daimi əlaqəsinin olduğunu və ona istifadə hüququnlarından məhrum edəcəkləri barədə hər hansı bir söz demədiyini, cavabdehin yalnız anasının qırx mərasimində qeydiyyatdan çıxarıldığı və istifadə hüquqularına xitam verildiyindən xəbərdar olduğunu və bundan bir gün sonra İddiaçı2 mənzili bağışlama yolu ilə həyat yoldaşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 adına keçirdiyini və faktiki olaraq cavabdehi vərəsəlik hüququndan məhrum etdiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin giriş hissəsində cavabdehin adının yanlış qeyd edildiyini bildirməklə, göstərilən halların nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (və vəfat etmiş İddiaçı1 prosessual hüquq varisi) İddiaçı2 nümayəndəsi Vəkil3 apellyasiya şikayətində qeyd edilən halların apellyasiya icraatı zamanı məhkəmə baxışında aşkarlandığını, cavabdehin Rusiya Federasiyasının vətəndaşı olması halının müəyyən edildiyini, bundan əlavə, məhkəmə təcrübəsində Mənzil Kommunal İstismar Birliklərinin arayış verən yeganə qurumlar olduğunu qeyd etmişdir. Birinci intansiya məhkəməsinin qərar qəbul edərkən hər hansı maddi hüquq normasının pozuntusuna yol vermədiyini, işin hallarına uyğun qərar verildiyini, məhkəmə iclasları barədə məlumat vermək vəzifəsinin isə iddiaçı tərəfə aid olmadığını bildirmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə təqdim edilmiş məktubla müəyyən edilir ki, cavabdeh 2011-ci ildə ölkədən çıxış edib, 2018-ci ilə qədər isə gəlməyib, fasiləsiz 7 il burda olmayıb. Vərəsəlik hüququndan məhrum edilmə fikrinə münasibətdə isə bildirmişdir ki, cavabdehin anasının sağlığında belə, mənzilə dair mülkiyyət hüququ olmayıb, mənzil orderli mənzil olub və cavabdehin anasının mənzildə payı olub və o, öz payından iddiaçı olan oğlunun xeyrinə imtina edib.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 cavabdehin 2005-ci ildə ailə qurduqdan sonra 2006-cı ildə cavabdehin arvadına məxsus Neftçilər metrosu yaxınlığındakı evə köçdüklərini, 2009-cu ildə Rusiyaya getdiklərini, bir neçə dəfə Azərbaycana gəlib getdiklərini, lakin hər dəfə gələndə mübahisəli mənzildə deyil, başqa yerdə qaldıqlarını, yalnız gəlib 2-3 saatlıq valideynlərinə baş çəkib getdiyini, sonuncu dəfə isə 2019-cu ildə gəldiklərini və daha sonra gəlmədiklərini bildirmişdir. Əri İddiaçı2lə üç yaşlı insana qulluq etdiklərini və cavabdehlə aralarında olan münasibətlərin pozulmasına səbəb kimi də məhz onun hər hansı şəkildə maddi dəstək göstərməməsini, maddi dəstək verməkdən imtina etməsini göstərmişdir. Məhkəməyə ilk növbədə qayınınasının müraciət etdiyini, məhz onun cavabdehin mənzilə olan istifadə hüquqlarına xitam verilməsini istədiyini, qayınanasının çəkdiyi əziyyətlərə qarşılıq olaraq mənzili məhz ona vermək istədiyini və bu səbəbdən qırx mərasimindən sonra iddiaçı olan ərinin bağışlama yolu ilə mənzili ona hədiyyə etdiyini qeyd etmişdir. Apellyasiya baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Azərbaycan Respublikası Konstitusiyanın tələblərinə əsasən: 4 3 . İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür; 52. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
17. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə(maddələrinə) əsasən: 1 0 . Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir; 1 8 . 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) tələblərinə əsasən: 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda— müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli X6 icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; Bu maddənin 1— 7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır.İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
21. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.
22. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139; 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60; Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, apellyasiya şikayəti üzrə qeyd edilən dəlillər (cavabdehin mübahisəli ünvanda daimi və xarici dövlətdə müvəqqəti yaşaması) öz təsdiqini tapmır. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh 2006-cı ildən 2011-ci ilədək Azərbaycan Respublikasına müvəqqəti səciyyə daşımaqla gəlib-getmiş, 2011-ci ildən 2018-ci ilədək gəlməmiş, 2018 və 2019-ci illərdə müvafiq olaraq ildə bir dəfə (qanunvericilik ikili vətəndaşlığa yol verilmədiyi halda) ümumiyyətlə xarici vətəndaşlıq statusunda müvəqqəti olaraq gəlibgetmiş və iddia verilən tarixədək ölkəyə daxil olmamışdır. Qeyd edilənlər istinad edilən maddi hüquq normasının dispozitv şərtinə aiddir və maddi (prosessual) hüquq normasının tətbiqində yanlışlığın ifadə edilmədiyini bir daha təsdiq edir.
23. Qeyd edilməlidir ki, hər hansı bir ölkə vətəndaşının mənsubiyyəti onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri ehtiva edir. Cavabdehin məhz xarici vətəndaş qismində Azərbaycan Dövlətinə gəlməsi (getməsi) və qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməməsi onun Azərbaycan Respublikası ilə siyasi və hüquqi bağlılığını (qarşılıqlı hüquq və vəzifələri) istisna edir.
24. Birinci instansiya məhkəməsinin qətnaməsinin giriş hissəsində cavabdehin adının yanlış qeyd edilməsi isə məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyidir. Belə ki, qətnaməni qəbul etmiş məhkəmə öz təşəbbüsü və ya müvafiq müraciət əsasında yanlışlıqların aradan qaldırılmasını təmin etmək hüququna malikdir.
25. Beləliklə, kollegiya hesab edir ki, mübahisə edilən hissədə müzakirə edilən apellyasiya şikayətinin öz təsdiqini tapmayan dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5209/2022 saylı işi üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.