Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-218/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil4 Hüseyn qızının iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-332/2024 saylı, 14 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 02 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Miras qoyan İlqar Quliyev xx.xx.1967-ci il tarixdə doğulmuş, xx.xx.2022-ci il tarixdə Gürcüstan RespublikasınınTbilisi şəhərində vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə mərhumun anası Gulieva Khumai 16 saylı notariat ofisinə ərizə vermiş, oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə miras payını qəbul etmişdir. Bu barədə ona xx.xx.2023-cü il tarixli 2V-45 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi xx.xx.2023-cü il tarixdən Gulieva Khumaidir. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki 1v saylı evin 55-ci mənzilindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslanmışdır ki, mübahisəli mənzil onun mülkiyyətindədir. Gürcüstan vətəndaşı olan cavabdeh Bakı şəhərinə gələrkən bir neçə gün mənzildə qalmağı ondan xahiş etmişdir. Lakin hazırda mənzildən çıxmaq istəmir. Cavabdehin həmin ünvanda nə qeydiyyatı, nə də istifadə hüququ yoxdur. Cavabdeh onun ailə üzvü deyil və əvvəllər həmin mənzildə heç vaxt yaşamamışdır. Cavabdehin mənzildə yaşaması onun mülkiyyət hüququnu məhdudlaşdırır. Hesab edir ki, cavabdehin onun iradəsi ziddinə mülkiyyətində olan mənzildə yaşaması üçün heç bir əsas olmadığından mənzildən çıxarılmalıdr.
5. Cavabdeh da öz növbəsində cavabdeh İddiaçıyə qarşı qarşılıqlı iddia verərək Bakı şəhəri 16 saylı Notariat Ofisində Gulieva Khumainin adına xx.xx.2023-cü il tarixində 2V-45 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Quliyev İlqardan miras qalmış ünvan 2, 55 saylı mənzilə dair Cavabdeh miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-332/2024 saylı, 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) ilk iddia təmin olunmamış, qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri 16 saylı Notariat Ofisində Gulieva Khumainin adına verilmiş xx.xx.2023-cü il tarixinli 2V-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Gulieva Khumai adına verilmiş çıxarışın ləğv edilməsi, Quliyev İlqarın vəfatndan sonra miras qalmış ünvan 2 ünvanında yerləşən 55 saylı mənzilin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə isə Quliyeva Xumainin pay hüququnun tanınması qət edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, miras qoyan vəfat edən zaman onun qanun üzrə birinci növbəli vərəsələri anası Quliyeva Xumai və arvadı Cavabdeh olmuşdur. İddiaçı nikah haqqında şəhadətnamənin qüvvəsinin olmadığını bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı hansı səbəblərdən cavabdehin mənzildə yaşamasını izah edə bilməmişdir. Cavabdeh sözügedən mənzildə hələ mənzilin ilkin mülkiyyətçisinin (İlqar Quliyevin sağlığından) dövründə yaşmağa başlamışdır. Bundan başqa, iş matriallarından həmçinin o da sübut olunur ki, X4 vəfat etdikdən sonra iddiaçı Quliyeva Xumai ondan miras qalmış mənzili həmin dövrdə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş müddət ərzində notarial orqana ərizə verərək qəbul etsə də, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, cavabdeh də sözügedən mənzildə yaşamağı davam etdirərək miras əmlakı faktiki qəbul etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, mirası qanun üzrə birinci növbədən olan hər iki vərəsə qəbul etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.5, 157.4, 1134.1 , 1146 ,1151.1, 1159, 1243-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin nikahının mövcud olmaması barədə dəlili araşdırmamış, həmin dəlili sübut etmək üçün iddiaçıya vaxt verməmiş, Rusiya Federasiyasına verilmiş sorğunun cavabını gözləmədən prosessual hüquq normalarının tələblərinin pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün mülki işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Nəticədə işin halları səhv müəyyən edilmiş, rəsmi nikahı olmayan cavabdehin rəsmi nikahda olduğu qənaətinə gəlinmişdir. Qeyd edilən fakt həm də onu deməyə əsas verir ki, hazırkı iş üzrə cavabdehin əməllərində cinayət faktının əlamətləri mövcud olduğu üçün iş üzrə xüsusi qərardad qəbul edilərək prokurora xəbər verilməlidir.
11. Cavabdeh tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsini, onun miras qalmış mənzilə dair ¾ (dörddə üç) hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil birgə nikah müddətində əldə edilmişdir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən onların ümumi əmlakdakı (mənzildəki) payları bərabər olduğundan birgə mülkiyyətdən ona çatası pay mənzilin yarısıdır. Mənzilin mərhuma aid olan digər yarısı isə miras əmlaka aid olduğundan məhz həmin hissəyə vərəsəlik hüququ tətbiq olunur və varislər arasında bölünür. Beləliklə, mənzildən ona çatası miras payı ümumilikdə mənzilin ¾ (dörddə üç) hissəsidir. Məhkəmənin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri X8 verdiyi sorğuya cavabın gəlməsini gözləməməsi səbəbindən işin bu faktiki halı aydınlaşdırılmadan qətnamə çıxarılmışdır. Halbuki bu hal işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən faktiki hal olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi.
15. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlmədiklərinə və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında hər iki tərəf mübahisələndirdiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş üzrə apellyasiya baxışı zamanı müəyyən edilən hallara əsaslanaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdehin apellyasiya şikayəti isə rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
21. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).
23. Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur.
24. İddiaçı iddia edir ki, cavabdeh mərhum oğlu ilə rəsmi nikah münasibətində olmamışdır. Onun təqdim etdiyi nikah haqqında şəhadətnamə saxta və etibarsızdır.
25. Cavabdeh isə mərhumla rəsmi nikahda olduğunu, mübahisəli mənzilin birgə nikah dövründə əldə edildiyini iddia edir.
26. Sözügedən dəlilləri araşdırmaq üçün Kollegiya iddiaçının vəsatəti əsasında xx.xx.2024-cü il tarixli, 2(103)-3302/2024 nömrəli qərardad qəbul edərək Cavabdeh (Shakhmardanova Antiga) (Gürcüstan Respublikasının vətəndaşı MYV:MYİ 0693479, xx.xx.2023, DMX, FİN 42B8CE nömrəli vəsiqə) ilə X4 (xx.xx.1967-ci il təvəllüdlü) arasında nikah qeydinin olub-olmaması barədə məlumatın əldə edilməsi üçün Rusiya Federasiyasının səlahiyyətli orqanına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə məhkəmə tapşırığı göndərmişdir.
27. Məhkəmə tapşırığı icra olunmuş və Rusiya Federasiyasının Moskva şəhəri VVAQD İdarəsinin verdiyi xx.xx.2025-ci il tarixli məktuba əsasən “VVAQ vahid dövlət reyestri” X3 X1 ilə Cavabdeh arasında nikah qeydi aşkar olunmamışdır.
28. Mülki Məcəlləyə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (maddə 1159.1.1).
29. Odur ki, hazırkı iş üzrə Cavabdeh miras qoyan İlqar Quliyevlə nikahda olması təsdiq edilmədiyindən o, mərhum İlqar Quliyevin vərəsəsi hesab oluna bilməz və miras əmlakdan pay tələb edə bilməz, tərəflərin rəsmi nikahı mövcud olmadığından onlar arasında birgə əmlak rejimi də tətbiq oluna bilməz.
30. İlkin iddia tələbinə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh heç bir hüquqi əsas olmadan mübahisəli mənzildə yaşayaraq iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmışdır.
31. İş üzrə mövcud olan sənədlərdən bəlli olur ki, mübahisəli mənzilin sahibi olan İlqar Quliyev vəfat edən zaman onun qanun üzrə birinci növbədən olan vərəsəsi anası Quliyeva Xumai olmuşdur. Miras qoyanın vəfatından sonra ondan miras qalmış mənzili qanun üzrə birinci növbəli vərəsə kimi Quliyeva Xumai qəbul etmiş, bu barədə notariat kontoruna ərizə ilə müraciət etmiş, sonuncuya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş, mübahisəli mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
32. Kollegiyanın qənaətinə görə iddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etsə də, cavabdehin mənzildə yaşaması səbəbindən oradan sərbəst istifadə edə bilmir. Ona görə də cavabdeh həmin mənzildən çıxarılmalıdır. Cavabdehin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin yuxarıda sadalanan 152.1, 157.2, 157.4-cü maddələrinin mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
34. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan onun həmin mənzilə dair əmlak hüquqları mövcuddur və bu baxımdan hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq edilməklə həll edilməlidir.
35. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş və iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, nəticədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu isə MPM-in 385.1.1, 385.1.2, 385.1.3-cü maddələrinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388). Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir (maddə 389).
36. Odur ki, cavabdehin apellyasiya şikayəti rədd, iddiaçının apellyasiya şikayəti isə təmin olunmalı, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia rədd edilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı Gulieva Khumain apellyasiya şikayəti təmin edilsin. Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-332/2024 saylı, 14 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia təmin olunsun. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1v, 55 saylı mənzildən çıxarılsın. Qarşılıqlı iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.