Məhkəmə qərarları › İş №2(103)-2181/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2181/2023

31.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2181/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Hüseynova (Zakirova) Nurlanə Əfsələddin qızı, Cavabdeh4 və Cavabdeh3 qarşı cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi barədə mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X14 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdeh1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Hüseynova (Zakirova) Nurlanə Əfsələddin qızı, Cavabdeh4 və Cavabdeh3 qarşı cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(004)-310/2023 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İŞİN HALLARİ

1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 1054 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin pay haqqını təşkil edən 144000 ABŞ dollarından Cavabdeh1 borclu qaldığı 85000 ABŞ dolları məbləğində borc pul vəsaitinin ondan tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh1 85000 ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli, 2(103)-10236/2017 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli, 2(102)- 3402/2018 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli, 2(103)-10236/2017 saylı qətnaməsi qüvvədə saxlanılmışdır.

4. İddiaçı Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 06 fevral 2017-ci il tarixli Razılıq sazişinin ləğv edilərək, sazişin 1.1-ci bəndi ilə əvəzləşdirilmiş olan 107000 ABŞ dollarının və sazişin 1.2 və 1.3-cü bəndinə uyğun olaraq iddiaçıya əlavə olaraq, iddiaçı tərəfindən ödənilmiş 4.500 ABŞ dolları məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 2009-2015-ci illər üçün 220000 ABŞ dolları məbləğində vəsait ilik ortalama 10%, yənı 22000 hesablanmaqla, 7 il ərzində 154000 ABŞ dolları, mənəvi zərərə görə 10000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(004)- 4960/2017 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 06 fevral 2017-ci il tarixli razılıq sazişinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı xeyrinə 06 fevral 2017-ci il tarixdə bağlanmış Razılıq sazişinə əsasən əvəzləşdirilmiş olan 107000 ABŞ dolları və sazişin 1.2 və 1.3-cü bəndinə uyğun olaraq ödənilmiş 4500 ABŞ dolları məbləğində pul vəsaitinin dollarının (ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutulması, Cavabdeh1 İddiaçı xeyrinə 1000 manat mənəvi ziyan, 84 manat hüquqi yardıma görə ödənilmiş məbləğ və 13 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli, 2(103)-3272/2018 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunmayaraq Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018ci il tarixli, 2(102)-6396/2018 saylı qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli, 2(103)-3272/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Məhkəmə qətnamələrinin icrası ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin 27 iyun 2018- ci il tarixli, 2(004)- 4436/17 saylı və Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2(004)-4960/17 saylı icra sənədləri Yasamal rayon icra və probasiya şöbəsinə göndərilmişdir.

8. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin övladları X9 və X6 əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(004)- 3554/2019 saylı qətnaməsinə əsasən ilkin iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, övladları X15 və X10 əşyaları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzildən (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 İddiaçı qarşı müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(103)-1454/2020 saylı qətnaməsinə əsasən Cavabdeh1 apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(102)- 1267/2021 saylı qərarına əsasən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1454/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(103)-4293/2021 saylı qətnaməsinə əsasən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(004)-3554/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarına əsasən Cavabdeh1 kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4293/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(103)-3690/2022 saylı qətnaməsinə əsasən apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(004)-3554/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma tələbinə dair” ilkin iddiasının rədd edilməsi, Cavabdeh1 İddiaçı qarşı müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin olunaraq "xxxx" Fərdi Firması ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış 12 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında İddiaçı adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3132 nömrəli reyestr kitabının 292589 nömrəli vərəqində 24 avqust 2019-cu il tarixdə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi qərara alınmışdır.

15. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, 27 iyun 2018-ci il tarixli və 2(004)-4960/17 saylı, 17 oktyabr 2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X1 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 3 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" Fərdi Firmasına həvalə edilməsi, qərarın surəti icra edilməsi üçün "xxxx" Fərdi Firmasına və məlumat üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və tərəflərə göndərilməsi qərara alınmışdır.

16. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli qərarından X7 tərəfindən şikayət verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 8(004)-274/2021 saylı qərardadı ilə iş üzrə borclu X1 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun 19 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair verdiyi şikayət ərizəsi əsassız olduğu üçün təmin edilməməsi qərara alınmışdır. Həmin qərarın əsaslandırma hissəsində müəyyən olunmuşdur ki, borclu Cavabdeh1 sonuncu dəfə dövlət sərhəddindən (hərəkəti barədə İAMAS bazasına əsasən) xx.xx.2016-cı il tarixdə Türkiyə Respublikasına çıxış etmiş və bu tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmamış, bununla da borclu daimi əsaslarla ölkəni tərk edərək özünə yeni yaşayış yeri seçmişdir.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 8(004)- 274/2021 saylı qərardadından X7 şikayət verərək ləğv olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(103)-338/2021 saylı qərardadı ilə şikayəti təmin olunmaması, qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarın əsaslandırma hissəsində müəyyən olunmuşdur ki, borclu "xxxx" fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşamaqla yeganə yaşayış yeri hesab edilməsini qeyd etsə də, göstərilən yaşayış sahəsinin borclunun yeganə yaşayış yeri olmasını təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, borclu Cavabdeh1 sonuncu dəfə dövlət sərhəddindən (hərəkəti barədə İAMAS bazasına əsasən) xx.xx.2016-cı il tarixdə Türkiyə Respublikasına çıxış etmiş və bu tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmamış, bununla da borclu daimi əsaslarla ölkəni tərk edərək özünə yeni yaşayış yeri seçmişdir.

18. İş materiallarında olan "xxxx" Fərdi Firması tərəfindən verilmiş 11 noyabr 2022ci il tarixli, 08 nömrəli maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən J bloku (2-ci blok,331 nömrəli) 132.0m2 -lik 3 otaqdan ibarət olan 60 nömrəli mənzil üzrə İddiaçı pay borcu yoxur.

19. İş materiallarında olan "xxxx" Fərdi Firmasının 17 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli qərarının icra olunması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, xx.xx.2018-ci il tarixli və 2(004)4960/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X1 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 5 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır.

20. İş materiallarında olan AR DİN BPQM-nin MAPS şöbəsinin 01 may 2022-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh1 ünvan 6 ünvanında, Cavabdeh4 ünvan 7 ünvanında, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, ünvan 8 ünvanında, Cavabdeh2 isə ünvan 9 ünvanlarında qeydiyyatdadırlar.

21. 28 mart 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri Yasamal rayonu, X18 küçəsi, 1054-cü məhəllə, ev -, mənzil 60 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri Yasamal raylonu, Şəfaət Mehdiyev küçəsi, 331, M8, m1) üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

22. İddiaçı cavabdehlər Cavabdeh1, Hüseynova (Zakirova) Nurlanə Əfsələddin qızı, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, onun ailə üzvləri – atası Cavabdeh4, anası Cavabdeh3, arvadı Cavabdeh2, övladları X15 və X10 və mənzildə olan əşyaları ilə birlikdə iddiaçıya məxsus olan ünvan 10 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi və həmin mənzilə köçürülmənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1 85000 ABŞ dollarının tutularaq İddiaçı ödənilməsi, həmin məhkəmənin 15 noyabr 2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 06 fevral 2017-ci il tarixli razılıq sazişinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı xeyrinə 06 fevral 2017-ci il tarixdə bağlanmış razılıq sazişinə əsasən əvəzləşdirilmiş olan 107000 ABŞ dolları və sazişin 1.2 və 1.3-cü bəndinə uyğun olaraq ödənilmiş 4500 ABŞ dolları məbləğində pul vəsaitinin dollarının tutulması, Cavabdeh1İddiaçı xeyrinə 1000 manat mənəvi ziyan, 84 manat hüquqi yardıma görə ödənilmiş məbləğ və 13 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamələrdən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin olunmayaraq dəyişdirilmədən saxlanılmış, icra sənədləri Yasamal rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət edilərək, cavabdehlərin, övladları X9 və X6 əşyaları ilə birlikdə ona məxsus olan ünvan 11 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq təhvil verilməsi barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 29 oktyabr 2019-cu il tarixli, 2(004)- 3554/2019 saylı qətnaməsi ilə ilkin iddia ərizəsi təmin edilməsi, cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022ci il tarixli, 2(103)-3690/2022 saylı qətnaməsinə əsasən apelyasiya şikayətinin təmin olunması, həmin qətnamənin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma tələbinə dair” ilkin iddia tələbi rədd edilməsi, Cavabdeh1 İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi təmin edilməsi, "xxxx" Fərdi Firması ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında İddiaçı adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3132 nömrəli reyestr kitabının 292589 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi qərara alınmışdır. Hazırda, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli qərarı ilə icra sənədlərinin icrası ilə bağlı X1 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 3 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" Fərdi Firmasına həvalə edilməsi, qərarın surəti icra edilməsi üçün "xxxx" Fərdi Firmasına və məlumat üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və tərəflərə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli qərarından X7 tərəfindən şikayət verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)- 274/2021 saylı Qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair verdiyi şikayət ərizəsinin əsassız olduğu üçün təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 8(103)-338/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış, qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır Mənzilin onun adına borc əvəzinə icra şöbəsi tərəfindən rəsmiləşdirilməsinə baxmayaraq, həmin mənzilin əvvəlki sahibi Cavabdeh1 – atası Cavabdeh4, anası Cavabdeh3, arvadı Cavabdeh2, övladları X15 və X10ilə birlikdə həmin mənzildən çıxmaqdan imtina edirlər. Cavabdeh1, ailə üzvlərinə və əşyaları ilə birlikdə mənzili tərk etmələri dəfələrlə tələb edilsə də, onlar mənzili tərk etməkdən imtina etmişlər. "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) Bakı şəhəri Ələsgər Ələkəbərov küçəsi 1054-cü məhəllə (hazırda Şəfayət Mehdiyev küçəsi 1054-cü məhəllə) ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin xxxx/2012 saylı, xx.xx.2012-ci tarixli “Yeni Tikili yaşayış binasında mənzillərin alqı-satqısına dair müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin 1 sayli Baki Ərazi İdarəsində çıxarışın əldə edilməsinin X2 və üçüncü şəxslərə qadağan edilməsivə bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsinin 1 sayli Baki Ərazi İdarəsi, "xxxx" fərdi firmasına və Yasamal rayon icra şöbəsinə məlumat verilməsinə dair müvəqətti təminat tədbiri barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişlbh. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, e-16(004)-57/2022 saylı Qərardadı ilə ərizənin qismən təmin edilməsi, "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) Bakı şəhəri Ələsgər Ələkbərov küçəsi 1054-cü məhəllə (hazırda Şəfayət Mehdiyev küçəsi 1054-cü məhəllə) ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin xxxx/2012 saylı, 16 yanvar 2012-ci tarixli “Yeni Tikili yaşayış binasında mənzillərin alqısatqısına dair müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarışın əldə edilməsi Cavabdeh1 və üçüncü şəxslərə 1 ay müddətinə qadağan edilməsi qərara alınmışdır. Sadalanan fakt və hallardan da göründüyü kimi cavabdehlərin ona məxsus mənzildə qanunsuz olaraq yaşamaları və istifadəsi onun hüquqlarını məhdudlaşdırır.

24. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e- 2(004)-310/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq cavabdehlər Cavabdeh1, onun ailə üzvləri – atası Cavabdeh4, anası Cavabdeh3, arvadı Cavabdeh2, övladları X15 və X10 əşyaları ilə birlikdə ünvan 10 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2- ci blok) 60 saylı mənzilindən çıxarılması, mənzilin boşaldıraq İddiaçı təhvil verilsin və sonuncunun həmin mənzilə köçürülməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, 27 iyun 2018-ci il tarixli və 2(004)4960/17 saylı, 17 oktyabr 2018-ci il tarixli icra sənədlərinin icrasının təmini məqsədilə "xxxx" Fərdi Firmasının 17 oktyabr 2022-ci il tarixli qərarı ilə hazirki iş üzrə cavabdeh X1 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 3 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Belə olan halda cavabdehlərin mübahisəli mənzildə yaşamaları İddiaçı hüquqlarını pozur. İddiaçı əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Cavabdehlərin həmin mənzildə yaşamaları üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, xx.xx.2018-ci il tarixli və 2(004)4960/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X1 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 3 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsinin "xxxx" Fərdi Firmasına həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun xx.xx.2021-ci il tarixli qərarından X7 tərəfindən şikayət verilsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)- 274/2021 saylı qərardadı ilə iş üzrə borclu X1 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair verdiyi şikayət ərizəsi əsassız olduğu üçün təmin edilməməmi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(103)-338/2021 saylı Qərardadı ilə borclu X1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-274/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi ünvan 3 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi "xxxx" Fərdi Firmasına həvalə edilməsinə dair icra məmurunun qərarı qüvvədədir və ləğv edilməmişdir. İcra məmurunun xx.xx.2021-ci il tarixli qərarının icrası məqsədilə "xxxx" Fərdi Firması xx.xx.2022-ci il tarixli qərarla X1 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 5 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması ilə eyni zamanda müəyyən olunmuşdur ki, cavabdehlərin qeydiyyatda olduqları ünvanlar da mübahisəli mənzilə deyil, digər ünvanlaradır. Bundan əlavə Cavabdeh1 sonuncu dəfə dövlət sərhəddindən (hərəkəti barədə İAMAS bazasına əsasən) xx.xx.2016-cı il tarixdə Türkiyə Respublikasına çıxış etməsi və bu tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmaması, bununla da onun daimi əsaslarla ölkəni tərk edərək özünə yeni yaşayış yeri seçməsi məhkəmə qərarlarında öz əksini tapmışdır.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

27. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e- 2(004)-310/2023 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddiasının təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 10 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzili cavabdehə məxsus olan yeganə mənzildir (əmlakdır). Ona məxsus mənzildən çıxarılması haqqında qətnamə cavabdehin mənzil və mülkiyyət toxunulmazlığı hüququnu pozur. Yasamal Rayon Məhkəməsinin gəldiyi nəticə liberal yanaşmadır, imperativ deyildir. Belə ki, cavabdehlərin də mənzil və mülkiyyət hüquqları var. Bu iş üzrə iki cür qərardad çıxarılmış və birinci yanaşmada müəyyən olunmuşdur ki, bu tələb pay hüququna yönəlməlidir. Qarşı tərəf pay hüququna yönəldən zaman aydın olmuşdur ki, bu pay hüququ deyil, firmadır və 1992-ci ilin qanunu tətbiq olunmalıdır. Eyni zamanda da sonuncu yaşayış yeri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarıvar. Avropa Məhkəməsi kontekstindən də yanaşılır ki, şəxsin yeganə mülkiyyət hüququnun pozulmasına yol verilmir. Digər tərəfədn də şəxsin konstitusion hüququ olan mənzil hüququ məhdudlaşdırıla bilməz, belə ki, əgər tələbin yönəlməli olduğu əmlak cavabdeh şəxsin yeganə əmlakı olarsa. "xxxx" fərdi firması kooperativ deyil, digər kommersiya təşkilatıdır və cavabdehin bu firmada pay hüququ yoxdur. Bu səbəbdən, tələbin ona və ailəsinə məxsus yeganə mənzilə yönəldilməsi qanunsuzdur. Eyni zamanada başqa yaşayış yerini qarşı tərəf subuta yetirə bilməmişdir. Nəzərə alınmalıdır ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahıya da uyğun olaraq, şəxsə məxsus mənzilə tələbin yönəldilməsinə yol verilmir. Həmçinin, qətnamədə göstərilir ki, borclu Cavabdeh1 sonuncu dəfə dövlət sərhəddindən (hərəkəti barədə İAMAS bazasına əsasən) 02 sentyabr 2016-cı il tarixdə Türkiyə Respublikasına çıxış etmiş və bu tarixdən sonra AzərbaycanRespublikasına geri qayıtmamış, bununla da borclu daimi əsaslarla ölkəni tərk edərək özünə yeni yaşayış yeri seçdiyi qeyd edilsə də, heç bir iş üçün mühüm əhəmiyyət kəsb edən sənələr (subutlar) iş üzrə məhkəməyə təqdim edilməmişdir. Göstərilən fakt mənzil və mülkiyyət hüququnun pozulması üçün əsas deyildir, tamamilə fərziyyələrə əsaslanan fikir olmaqla, iddianın təmin edilməsi üçün əsasız şəkildə irəli sürülmüşdür. Məhkəmə iş üzrə ətraflı araşdırma aparmamış, işin hallarına diqət yetirməmiş, nəticə etibarilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən şəxsə məxsus mənzilin onun yeganə yaşayış yeri olmasını, "xxxx" fərdi firmasının təşkilati-hüquqi formasının kooperativ deyil, dugət kommersiya təşkilatı olması, cavabdehin həmin firmada hər hansı payının olmaması, tələbin yalnız firmada koopertiv üzvünün payına yönəldilməsinin mümkünlüyü nəzərə alınmalıdır. İş üzrə mühümvə ən əhəmiyyətli hal isə bundan ibarətdir ki, mülki iş üzrə qətnamə çıxarılmış və həmin qətnaməyə Ali Məhkəməsinin Mülki Kollegiyası baxaraq münasibət bildirmişdir. Göstərilən fakt mənzil və mülkiyyət hüququnun pozulması üçün əsas deyildir, tamamilə fərziyyələrə əsaslanan fikir olmaqla, iddianın təmin edilməsi üçün əsasız şəkildə irəli sürülmüşdür.

29. Həmçinin, Cavabdeh1 digər nümayəndəsi X11 vəsatət verərək qətnamənin ləğv olunaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

30. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(103)-3690/2022 saylı qətnaməsinə əsasən Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(004)-3554/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddiasının rədd edilməsi, Cavabdeh1 İddiaçı qarşı müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin olunaraq "xxxx" Fərdi Firması ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış 12 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında İddiaçı adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3132 nömrəli reyestr kitabının 292589 nömrəli vərəqində 24 avqust 2019-cu il tarixdə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmin qətnamə hazırda qüvvədədir. Göründüyü kimi eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə vardır və buna görə də hazırkı iş üzrə icraata xitam verilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı işdə iştirak edən şəxslər tərəfindən etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Cavabdeh1 nümayəndəsi X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(103)-3690/2022 saylı qətnaməsinə əsasən Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(004)-3554/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddiasının rədd edilməsi, Cavabdeh1 İddiaçı qarşı müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin olunaraq "xxxx" Fərdi Firması ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış 12 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında İddiaçı adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 3132 nömrəli reyestr kitabının 292589 nömrəli vərəqində 24 avqust 2019-cu il tarixdə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmin qətnamə hazırda qüvvədədir. Göründüyü kimi eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə vardır və yuxarıda adı çəkilən qətnamə və qərarlar hazırkı mülki işin materiallarına təkrar olaraq bir neçə dəfə əlavə edilərək tikilmişdir. İşə baxan hakimin bu məhkəmə aktlarını görməməsi mümkün deyil və həmin qüvvədə olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2( 103)-3690/2022 saylı qətnaməsinə sanki yox kimi heç bir əhəmiyyət verməməsi mühüm suallar doğurur. Ümumiyyətlə mülki işin materiallarına diqqət yetirilsə, işdə ayrı-ayrı predmetlər üzrə qəbul edilmiş və təkrar-təkrar iş materiallarına çaşqınlıq yaratmaq məqsədilə tikilmiş məhkəmə qətnamə, qərar və qərardadlardan başqa mahiyyət üzrə heç bir əlavə dəlil mövcud deyildir.

33. İddiaçının nümayəndəsi Vəkil1 izahatında göstərdi ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən qəbul olunmuş qərarlara əsasən onlara bildirdilmişdir ki, ev müqavilə ilə deyil, qərarla verilməlidir. Bundan sonra onlar tərəfindən icra məmurunun qərarına əsasən 28 mart 2023-cü il tarixdə iddiaçının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı alınmışdır. Bundan başqa, onlar tərəfindən sübut olunmuşdur ki, mübahisə predmeti olan ev cavabdehin tək evi deyil və o, daimi yaşamaq üçün X8 köçmüşdür.

TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

39. Məhkəmə kollegiyası iş üzrə icraata xtitam verilməsi ilə bağlı cavabdehin nümayəndəsinin vəsatət ilə bağlı onu qeyd edir ki, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verməlidir.

40. Vəsatətdə istinad olunan Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(103)-3690/2022 saylı qətnaməsini nəzərdən keçirərkən görünür ki, hazırkı mülki iş üzrə olan mübahisə eyni tərəflər arasındadır və predmet də eynidir.

41. Vəsatətin eyni əsasların mövcud olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki mübahisəyə baxılarkən ilkin iddianın rədd edilməsinin, həmçinin, müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, “... Mənzilə dair xx.xx.2019-cü il tarixli alqı – satqı müqaviləsinin bağlanmasına əsas olan icra məmurunun qərarı qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edildiyindən həmin qərara söykənən əqd etibarlı əqd sayıla bilməz.”

42. Əvvəlki iddiaya baxılan iddiaçının əsas kimi istinad etdiyi çıxarış "xxxx" Fərdi Firması ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış 12 aprel 2019-cu il tarixli müqavilə əsasında verilmiş, həmin müqavilə isə icra məmurunun 25 fevral 2019-cu il tarixli qərarı əsasında bağlanmışdır. İcra məmurunun qərarı qanunsuz olduğundan Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir.

43. Lakin hazırkı mübahisə üzrə əsas kimi yuxarıda qeyd olunan müqaviləyə və reyestrdən çıxarışa istinad olunmamışdır. Hazırkı iddianın irəli sürülməsi üçün əsas "xxxx" Fərdi Firmasının 17 oktyabr 2022-ci il tarixli qərarıdır ki, həmin qərara əsasən olunan icra sənədlərinin icrasının təmini məqsədilə X1 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 3 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır.

44. Həmin qərarın verilməsi üçün əsas olmuş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli qərarı borclu tərəfindən mübahisələndirilsə də, birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən qərar ləğv olunmamışdır və hal – hazırda da qüvvədədir.

45. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, əvvəlki mülki işlə hazırkı mübahisənin predmeti və tərəfləri eyni olsa da, əsas eyni olmadığından iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir.

46. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ünvan 10 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin cavabdehə məxsus olan yeganə mənzil olması, həmin mənzilə tələbin yönəldilməsinə yol verilməməsi barədə xüsusatlar hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Belə ki, borclu tərəifndən mənzilin tələbkarın adına rəsmiləşdirilməsi ilə bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli qərarı mübahisələndirilsə də ləğv olunmamışdır və qüvvədədir.

47. Bundan başqa, 28 mart 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır və Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

48. Həmçinin, cavabdehlərin qeydiyyatda olduqları ünvanlar da mübahisəli mənzilə deyil, digər ünvanlaradır. Bundan əlavə Cavabdeh1 sonuncu dəfə dövlət sərhəddindən (hərəkəti barədə İAMAS bazasına əsasən) xx.xx.2016-cı il tarixdə Türkiyə Respublikasına çıxış etməsi və bu tarixdən sonra Azərbaycan Respublikasına geri qayıtmaması, bununla da onun daimi əsaslarla ölkəni tərk edərək özünə yeni yaşayış yeri seçməsi məhkəmə qərarlarında öz əksini tapmışdır.

49. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

50. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(004)- 310/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(004)- 310/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar