Məhkəmə qərarları › İş №2(103)-2184/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2184/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2184/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli, 2(007)-2318/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiyaşikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borca görə 13100 ABŞ dolları, gecikdirilmiş günlər üçün illik 15 faiz dərəcəsi olmaqla bir il üçün 1965 ABŞ dolları olmaqla üç ilə görə 5895 ABŞ dolları, hüquqi xidmətə görə 2000 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli, 2(007)-2318/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhz sonuncu dəfə ona pul verdiyini 25 oktyabr 2015-ci il tarix olduğunu bildirsə də bunu təsdiq edən hər hansısa bir sübut təqdim edə bilməmişdir. Cavabdeh Nərimanov RPİ-nin 16-cı PB-də verdiyi izahatında qeyd edir ki, guya onun pulunun çoxunu ölkədə milli valyutanın əcnəbi valyuta ilə münasibətdə dəyərini itirdikdən sonra qaytardığından ona 4500 ABŞ dolları məbləğində artıq pul ödəmişdir. Qeyd etməyi zəruri hesab edir ki, ölkədə birinci devalvasiya 21.02.2015-ci il tarixində, ikinci devalvasiya isə 21.12.2015-ci il tarixində baş vermişdir. Cavabdeh öz ifadəsindən göründüyü kimi ona sonuncu dəfə 2015-ci ildə pul verməmişdir. Həmçinin cavabdehin onun pulunu verməkdən tam olaraq imtina etməsini Nərinanov RPİ-nin 16-cı PB-nin 12.12.2017-ci il məktubundan sonra bilmişdir. Yuxanda qeyd etdiyi kimi hər dəfə cavabdehdən pulunu istəyərkən ona birazda vaxt verməsini deyirdi. Hətta Nərimanov RPİ-nə müraciət etdikdən sonra da, cavabdeh deyirdi ki, narahat olma pulu qaytaracaq. Belə olan halda məhkəmənin cavabdehin dediklərini mötəbər sübut kimi qəbul etməsi maddi və prosessual hüquq normalarının pozulması ilə yanaşı onun konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, tərəfin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldilmişdir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiаçı İddiaçı Nərimаnоv RPİ-nin 16-cı PB-nə 29.11.2017-ci il tаriхdə izahat verərək, bildirmişdir ki, о, Cavabdeh ilə çох yахın оlduqlаrı və Vаqif оnа 15000 АBŞ dоllаrınа еhtiyаcı оlduğunu bildirdiyi üçün 2009-2010-cu il ərəfəsində 15000 АBŞ dоllаrı verdiyini bildirmiş və göstərmişdir ki, Cavabdeh pulu аlаndа həmin 15000 АBŞ dоllаrını bоrc kimi аldığını və təхmini 1 il müddətində qаytаrаcağını dеmiş, üzərindən 2 il kеçmiş və о Vаqifə оnа pul lаzım оlduğunu bildirmiş, lаkin Vаqifdən səs sоrаq çıхmаdığındаn və pulu qаytаrmаsını tələb еtməsin bаrədə хəbər göndərməsinə məhəl qоymаdığındаn о pоlisə mürаciət еtmişdir. Həmçinin 29.11.2017-ci il tаriхdə pоlisdə İddiaçı оnа vеrilən suаllаrа cаvаb оlаrаq bildirmişdir ki, Vаqifə еtdiyi çохsаylı zənglərdən nəticə çıхаrаrаq, sоnuncu təхminən 2 il əvvəl 1900 АBŞ dоllаrını оnun yаşаdığı Həsən Əliyеv 96 mənzil 49 ünvаnının yахınlığındа Bеynəlхаlq Bаnkın qаbаğındа оğlu ilə görüşəndə, Vаqifin niyə аz miqdаrdа göndərməsini sоruşduqdа, оğlu «оlаn budur hələlik, аtаm əlаvəni düzəldib vеrəcəm dеdi» bildirmişdir. Həmin pulu аldıqdаn sоnrа о zəng vurub dаqışmış, həmişəki kimi оnа vəd vеrsə də, bir müddət kеçmiş və hаzırаdək hеç bir nəticə оlmаmışdır.Cаvаbdеh Cavabdeh, öz növbəsində Nərimаnоv RPİ-nin 16-cı PB-nə vеrdiyi izаhаtındа 2010-cu ildə аrаlаrındа yахın münаsibətləri оlаn İddiaçı ilə söhbət zаmаnı İddiaçı оnа 8000 mаnаt pul lаzım оlduğunu və həmin pulu bаnkаdаn götürmək istədiyini bilən zаmаn, оnun оnа pul vеrəcəyini bildirmiş, lаkin оndа 8000 mаnаt оlmаdığındаn, оnа 10000 АBŞ dоllаrı vеrmişdir. Həmin vахt о bаnkdа fаizin çох оlduğundаn, Rafaelin vеrdiyi fаiz isə аz оlduğundаn pulu аlmış, hər аy əsаs puldаn çıхmаq şərtilə оnа 200-300- 400 АBŞ dоllаrı qаytаrmışdır. Bununlа dа 2010-cu ildən 2015-ci ilədək mütəmаdi оlаrаq pul vеrmişdir. Gеcikməmək şərtilə 10000 АBŞ dоllаrı məbləği bаğlаnmış, sоnrа isə 25 оktyаbr 2015-ci il tаriхdə, ilin sоnundа оğlu Cаvid Bеynəlхаlq Bаnkın yаnındа оnа 1900 АBŞ dоllаrı аpаrıb vеrmişdir. Lаkin 2015-ci il dеvalivаsiyа оlduqdan sоnrа Rafael bu həvəsə düşərək, оndаn əlаvə pul tələb еtmişdir. О isə оnа pulu аrtıqlаmаsı ilə qаytаrdığını bildirmişdir. Həmçinin Cavabdeh pоlisdə оnа vеrilən suаllаrа cаvаb оlаrаq bildirmişdir ki, о, İddiaçı ərizəsi ilə tаnış оlmuş, lаkin sоnuncu ərizədə məbləği 15000 АBŞ dоllаrı qеyd оlunduğundаn, оnunlа rаzılаşmаmış, şər və böhtаn оlduğunu bildirmiş, оnun həmin vахt 8000 mаnаt istəməsini, Rafaelin isə оnа 10000 АBŞ dоllаrı vеrdiyini, həmin vахt həmin məbləğin 7800 mаnаt təşkil еtdiyini, оnun isə hаzırаdək Rafaelə dоllаrın qаlхmаsı ilə əlаqədаr 1000-15000 mаnаtа qədər ödədiyini göstərmişdir.Nərimаnоv RPİ-nin 16-cı PB-nin pоlis sаhə inspеktоru Mеhmаn Əhmədоvun 10.12.2017-ci il tаriхli аrаyışında dа qeyd olunmuşdur ki, İddiaçı əvvəldən tanıdığı Cavabdeh, Nərimanov rayon Gənclik metro stansiyasının yaxınlığında borc kimi 15000 ABŞ dolları bu günə qədər qaytarmadığı və verdiyi vədə əməl etmədiyinə dair ərizə ilə əlaqədar bölməyə dəvət etmiş, Rafaelin izahatı alınmışdı, izahatda qeyd etmişdir ki, 15000 ABŞ dollarından cəmi 1900 ABŞ dolları qaytarmışdır. Cavabdeh 16 PB-nə dəvət edərək, İddiaçı şikayət etdiyi bildirilmiş, Cavabdeh bölməyə gələrək izahatında Rafaeli bir neçə il olar ki, tanıdığını, bir gün söhbət əsnasında pul lazım olduğunu bildirən zaman Rafaelin, bankdan götürüncə onun ona pul verəcəyini və nəqədər lazım olduğunu bildirəndə 8000 manat olmadığından 2010-cu ildə Rafaeldən 10 000 ABŞ dollarını 2.5 faizlə götürdüyünü bildirmiş, o, zaman 10000 ABŞ dollarının 7800 manat qiymətində olmasını, ona baxmayaraq qiymət qalxsa da, dollar şəkilində verməsini və təxminən hesablanıb 14500 dollar verildiyini, daha ona borcu olmadığını bildirmişdir. Onların ərizə və izahatlarından, aralarında pul alınıb veriləndə müqavilə olmadığından və aralarında razılıq əsasında götürülməsi müəyyən olunmuşdur. İddiaçı Cavabdeh barəsində vermiş olduğu ərizə mülki xarakterli olduğundan məhkəmədə mülki iddia qaldırmaq hüququnun olduğu qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunan Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə 2010-cu ildə 1 il müddətinə qaytarılması şərti ilə borc vermişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə 25 oktyabr 2015-ci ildə pul ödənilmişdir. Belə olan halda iddia müddətinin hesablanması həmin vaxtdan hesablanmış, iddiaçı isə iddia ərizəsi ilə 10.06.2019-cu il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin cavabdehin nümayəndəsi-vəkilinin ərizəsini nəzərə alaraq, iddia müddətinin tətbiqi ilə bağlı mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdə də, məhkəməyə həmin halları təstiq edən hər-hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli, 2(007)-2318/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar