Məhkəmə qərarları › İş №2(103)-2190/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2190/2022

02.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2190/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı kompensasiya verilmədən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının həmin evdən çıxarılması tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 qarşı evə köçürülmə tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxslər X2, X3 və X4 Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)-63/2021 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X3, X2 və X4 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Nəzərova (Tahirova) Xuraman Zakir qızının ünvan 1 ünvandakı evimdən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və Nəzərova (Tahirova) Xuraman Zakir qızının ünvan 1 ünvandakı evindən işlənmiş köhnə vəziyyətdə olan 1 dəst yataq dəstinin (1 ədəd çarpayı, 1 ədəd paltar şkafı), 1 ədəd qorka bufetinin, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd divanın, 2 ədəd kreslonun, 1 ədəd jurnal masasının, 1 ədəd 3 metr x 5 metr ölçüdə xalçanın (adi), 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdənin (adi), 3 ədəd çilçırağın (sadə), 1 ədəd 40 kv.m-lik super max markalı kondisionerinin cavabdehin vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdehlər X5 və İddiaçı qarşı uşaqları 01.05.2005-ci il təvəllüdlü X7 və 26.01.2007-ci il təvəllüdlü X11 ilə birlikdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində birgə vəsaitləri hesabına tikilmiş üçmərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxslər X2, X3 və X1 Xuraman Zakir qızına qarşı istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50 ildən artıq müddətdə mülkiyyətdə olan, qanuni vərəsəlik üzrə əldə olunan, Həzərova (Tahirova) Xuraman Zakir qızına nə qanuni və də mənəvi əsasla aidiyyəti olmayan, ünvan 1 ünvandakl Çıxarışlı (AR DƏDRX-nin HDQ haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0165593) yaşayış sahəsinə Xuraman Zakir qızına kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi və həmin evdə Xuraman Zakir qızının işlənmiş cehiz əşyalarının: 1 dəst yataq dəstinin (1 ədəd kravat, 1 ədəd paltar şkafı), 1 ədəd qorka bufetinin, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd divanın, 2 ədəd kreslonun, 1 ədəd jurnal masasının, 1 ədəd 3 metr x 5 metr ölçüdə xalçanın (adi), 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdənin adi), 3 ədəd çilçırağın (sadə) Xuraman Zakir qızının vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)- 63/2021 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı kompensasiya verilmədən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının həmin evdən çıxarılması tələbinə dair ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X2, X3 və X4 Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X3, X2 və X4 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə tərəflərə göndərilməsi üçün 13 avqust 2021-ci il tarixində poçt orqanına təqdim olunmuşdur, lakin qətnamənin poçt vasitəsi ilə ilkin iddia üzrə İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, X10 və X5 nə vaxt təqdim olunması iş materiallarına əlavə olunmamışdır. Həmçinin müəyyən olunur ki, apellyasiya şikayəti 10 dekabr 2021-ci il tarixdə, yəni qətnamə elan edildikdən 3 ay 29 gün sonra elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan sənədlərdən apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət daxilində verilib-verilməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyini araşdırmadan şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X3, X2 və X4 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin prosessual müddətin tələblərinə uyğun verilib-verilməməsi barədə hər hansı sübut mövcud olmadığından apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin verilməsi üçün prosessual müddətin dəqiq müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(010)- 63/2021 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X3, X2 və X4 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin verilməsi üçün prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar