Məhkəmə qərarları › İş №2(103)-2190/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2190/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2190/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(009)-272/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin Halları

1. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2(011)- 7991/2023 saylı qətnaməsinə əsasən X7 ilə İddiaçı arasında 06 iyun 2009-cu il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir.

2. X7, "xxxx" ASC və Cavabdeh MMC arasında bağlanmış 06 mart 2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 05 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən ABB qarşısında mövcud olan öhdəliklərin təminatı qismində ABB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. X7 ilə X8 arasında bağlanmış 05 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, G.Rzayeva ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini R.Həsənova 375000 manat qiymətə satmışdır.

4. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına razılıq verir.

5. "xxxx" ASC-nin 46 saylı Notariat ofisinə ünvanladığı 01 aprel 2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 05 mart 2021-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 15 % dərəcəsi ilə 300000 manat məbləğində kredit verilmişdir. Təminat olaraq X7, borc alan və ABB arasında 06 mart 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ABB qarşısında mövcud olan öhdəliklərin təminatı qismində ABB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borc alanın ABB-yə olan borcu 242661,60 manat təşkil edir. İpoteka qoyan ipoteka predmetinin alqı-satqı yolu ilə özgəninkiləşdirilməsi ilə əlaqədar ABB-yə müraciət etmişdir. İpoteka qoyanın müraciəti nəzərə alınaraq bildirilir ki, alıq-satqıdan əldə edilən vəsaitin 156000 manat hissəsinin Borc alanın ABB-də olan AZ431BAZ******************** №-li hesabına köçürülməsi şərtilə ipoteka predmetinin özgəninkiləşdirilməsinə etiraz edilmir.

6. X7 tərəfindən notariat ofisinə ünvanlanmış 05 aprel 2022-ci il tarixli ərizədən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satış dəyərindən 156000 manat məbləğində vəsaitin kreditin ödənilməsi üçün ABB-də olan AZ431BAZ******************** saylı hesaba köçürülməsinə razılıq verilir.

7. 05 aprel 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 156000 manat pul vəsaiti Cavabdeh MMC-nin 05 mart 2021-ci il atrixli 0139 saylı kredit borcunun X7 tərəfindən ödənilməsi üçün köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 156000 manat pulun və 446 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş həyat yoldaşı X7 05 aprel 2022-ci il tarixdə onun mülkiyyətində olan və iddiaçının onunla birgə nikah dövründə öz vəsaiti hesabına əldə etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini sataraq Cavabdeh MMC-nin "xxxx" ASC ilə həmin MMC arasında rəsmiləşdirilmiş 05 mart 2021-ci il tarixli kredit və ipoteka müqaviləsi əsasında borclu olduğu 300000 manat pulun 156000 manat hissəsini tam şəkildə ödəmişdir. İddiaçı tərəfindən cavabdeh ilə bank arasında rəsmiləşdirilmiş kredit və ipoteka müqaviləsi əsasında borclu olduğu 300000 manat pulun ödənilmiş 156000 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması mütləq və zəruridir.Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(009)- 272/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Qətnamə onunla əsaslandırılmışıdr ki, iddia tələbinin məzmunundan və işdə olan sübutlardan görünür ki, ipoteka predmeti iddiaçının deyil, onun keçmiş həyat yoldaşının xüsusi mülkiyyətində olmuşdur. Sözügedən ipoteka müqaviləsi də onun keçmiş həyat yoldaşı G.Rzayeva ilə hazırki cavabdeh və "xxxx" MMC arasında bağlanmışdır. Odur ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi müqabilində həmin vəsaitin hazırki cavabdehdən tutulmasını ipoteka qoyan kimi əşyanın mülkiyyətçisi eyni zamanda ipoteka müqaviləsinin tərəfi kimi X7 tələb etmək hüququna malikdir. Hazırki iddiaçı isə ipoteka predmetinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edildiyini iddia edirsə, o zaman əmlakın satışından ona düşən payı keçmiş həyat yoldaşından tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı onun tələbinə cavab vermək öhdəliyi daşımayan hüquqi şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin düzgün olmayan cavabdehə qarşı qaldırılması və hazırki cavabdehin sözügedən iddiaya cavabdehlik daşımadığı səbəbindən iddia tələbi əsassız sayılmalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1 və 311.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə görə, İddiaçı keçmiş həyat yoldaşı X7 05 aprel 2022-ci il tarixində onun mülkiyyətində olan və İddiaçı onunla birgə nikah dövründə öz vəsaiti hesabına əldə etdiyi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 231,3 kv.m olan fərdi yaşayış evini sataraq, Cavabdeh MMC ilə "xxxx" ASC arasında rəsmiləşdirlmiş 05 mart 2021-ci il tarixli, № 0139/K saylı kredit və 06 mart 2021-ci il tarixli, № 0139/İ-1 saylı ipoteka müqaviləsi əsasında borclu olduğu 300000 manatın 156000 manatını tam şəkildə ödəmişdir. X7 tərəfindən bu ödəniş “alqı-satqının” rəsmiləşdirildiyi Bakı şəhəri 46 saylı notariat ofisinin depozit hesabı vasitəsilə ödənmişdir və "xxxx"ASC ilə “Avandsis Enerji“ MMC arasında bağlanan kredit borc müqaviləsi üzrə 300000 manat pul vəsaitindən 156000 manat hissəsinə borc öhdəliyinə hissəvi qaydada xitam verilmişdir. Bu borcun ödənilməsi İddiaçı tərəfindən edilmiş və şirkət İddiaçı həmin vəsaiti geri qaytaracağına vəd versə də, vəsait qaytarılmamış, əksinə şirkət tərəfindən həmin vəsait mənimsənilmişdir. Göründüyü kimi, iddiaçının keçmiş həyat yoldaşı X7 iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri, ünvan 1 ünvanında yerləşən, ümumisahəsi 231,3 kv m olan fərdi yaşayış evinin satışından əldə edilmiş 375000 manat məbləğdə pul vəsatinin 156000 manat məbləğdə hissəsi məhz "xxxx" ASC ilə Cavabdeh MMC arasında rəsmiləşdirlmiş 05 mart 2021-ci il tarixli, № 0139/K saylı kredit və 06 mart 2021- ci il tarixli, № 0139/İ-1 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh MMC- nin borclu olduğu 300000 manat məbləğdə pul vəsatinin 156000 manat məbləğdə hissəsinin ödənilməsi üçün sərf edilmiş, bu isə cavabdeh şirkətin başqasının əmlakı hesabına əsassız varlanmasına səbəb olmuş, eyni zamanda şirkət bank qarşısında öz borc öhdəliyini İddiaçı öz hesabına əldə etdiyi birgə nikah əmlakının satışından əldə edilmiş vəsait hesabına xitam verdirərək öhdəlikdən azad edilmişdir. Cavabdeh şirkət həmin vəsaiti nə X5, nə də İddiaçı geri qaytarmamışdır. Beləliklə də, məhkəmənin həmin vəsaitin iddiaçının cavabdeh şirkətdən deyil, X3 geri tələb etməsi əsası ilə iddianı rədd etməsi məhkəmənin gəldiyi yalnış nəticədir, çünki, həmin əsasların vəsaitin Rzayeva Günelin şirkətdən geri aldığı təqdirdə real olma zərurəti mövcuddur. Lakin şirkət həmin vəsaiti nə iddiaçıya, nə də onun keşmiş həyat yoldaşına geri qaytarmamışdır. Məhkəmə bu hallara, cavabdehin iddianın əsassız olmasına dair hər hansı bir etiraz və ya qeyri sübut təqdim etməməsinə və qanunun rəhbər olduğu imperativ hallara əhəmiyyət vermədən iddianı rədd edərək kobud qanun pozuntusu törətməklə yanaşı, qanuna zidd formada iddiaçının pul əmlakını mənimsəyən şirkətin himayədarı kimi mövqe göstərmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

17. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 311.1. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Maddə 493.2. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə” 2017-ci il 12 iyul tarixli Qərarı: ... əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarı:

... Əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Mülki Məcəllənin 391-ci maddəsində də tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilənin etibarsızlığı ilə bağlı müddəasında əmlak sözü məhz bu mənanı ifadə edir. Həmçinin Mülki Məcəllənin 6.1.3-cü maddəsində mülki qanunvericiliyin prinsipləri içərisində xüsusi qeyd olunan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipində də əmlak ifadəsi bu mənada istifadə olunmuşdur. Mülki Məcəllənin qeyd edilən maddəsində nəzərdə tutulan bu prinsiplə hər bir şəxsin (subyektin) digər şəxslərdən ayrı və müstəqil olaraq iqtisadi varlığa malik olduğu, bir subyekt olaraq ayrı və müstəqil şəkildə mülki hüquq və öhdəliklərin tərəfi (subyekti) olduğu vurğulanır. Bunun məntiqi nəticəsi olaraq Mülki Məcəllənin 1151.1-ci maddəsində vəfat edən fiziki şəxsdən qalan əmlakı ifadə edən miras əmlak müddəası da məhz bu mənada istifadə olunmuşdur. Beləliklə, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

23. İiddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.

25. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə olunaraq X4 adına qeydə alınması, həmin evin Cavabdeh MMC-nin "xxxx" ASC-yə kredit müqaviləsi üzrə olan 300000 manat borcunun təminatı kimi iddiaçının razılığı ilə ipoteka ilə yüklü edilməsi, evin satış dəyərindən Cavabdeh MMC-nin "xxxx" ASC-yə olan borcundan 156000 manat məbləğində pul vəsaitinin ödənilməsi müqabilində əmlakın ipotekadan azad olunaraq alqı – satqı müqaviləsi əsasında digər şəxsə satılması işin mübahisələndirilməyən hallarıdır.

26. İşin halları ilə həmçinin təsdiq olunur ki, Cavabdeh MMC-nin "xxxx" ASC-yə olan borcunun ödənilmiş 156000 manat məbləğində hissəsi cavabdeh tərəfindən iddiaçıya və ya X5 qaytarılmamışdır.

27. İşin mübahisələndirilən halını İddiaçı həmin pul vəsaitini tələb etmək hüququnun olub – olmaması təşkil edir.

28. Apellyasiya instansiyası mərhələsində aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, X7 hazırkı mübahisənin predmetini təşkil edən 156000 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxt Cavabdeh MMC də qarşılıqlı iddia ərizəsi verərək 207017,33 manat məbləğində pul vəsaitinin X3 tutulmasını tələb etmişdir. X1 iddiadan imtina etmiş, Cavabdeh MMC isə qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(009)-1180/2022 nömrəli qərardadına əsasən ilkin iddia üzrə icraata xitam verilmiş, qarşılıqlı iddia ərizəsi isə baxılmamış saxlanılmışdır.

29. Birinci instansiya məhkəməsi iddianın rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırır ki, vəsaitin hazırki cavabdehdən tutulmasını ipoteka qoyan kimi əşyanın mülkiyyətçisi eyni zamanda ipoteka müqaviləsinin tərəfi kimi X7 tələb etmək hüququna malikdir, iddiaçı isə ipoteka predmetinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edildiyini iddia edirsə, o zaman əmlakın satışından ona düşən payı keçmiş həyat yoldaşından tələb edə bilər, belə olan halda iddiaçı onun tələbinə cavab vermək öhdəliyi daşımayan hüquqi şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı və qanuni hesab etmir.

31. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə olunduğundan tərəflərin birgə mülkiyyəti hesab olunur, buna görə də X7 həmin evin Cavabdeh MMC-nin "xxxx" ASC-yə kredit müqaviləsi üzrə olan 300000 manat borcunun təminatı kimi ipoteka ilə yüklü olunmasına dair müqavilə bağlamış, İddiaçı da birgə mülkiyyətçi kimi bu müqavilənin bağlanmasına razılıq vermişdir. Sonradan ev satılarkən satış dəyərindən Cavabdeh MMC-nin "xxxx" ASC-yə olan borcundan 156000 manat məbləğində pul vəsaitinin ödənilməsi də tərəflərin birgə iradəsi əsasında baş vermişdir. Buna görə də kollegiya hesab edir ki, Mülki Məcədllənin 311.2-ci maddəsinə əsasən krelitor təmin edildiyindən tələb hüququ mülkiyyətçi olaraq yalnız X5 deyil, İddiaçı da keçmişdir və əks mövqe mülki hüququq təməl prinsiplərindən biri olan, Mülki Məcəllənin 6.1.1-ci maddəsində nəzərdə tututlmuş mülki hüquq subyektlərinin bərabərliyi prinsipi ilə ziddiyyət təşkil edir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında xüsusi olaraq vurğulanmışdır ki, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının əmlakın satışından ona düşən payı keçmiş həyat yoldaşından tələb edə bilmək hüququnun olması ilə bağlı mövqeyi ilə də razılaşmır. Belə ki, hazırkı iddianın predmetini birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü təşkil etmir, müzakirə predmeti kreditor təmin olunduğundan tələb hüququnun yaranmasıdır və iddianın hüquqi əsasını Mülki Məcəllənin 311.2-ci maddəsi təşkil edir, sonuncu həmin pul vəsaitini əldə etsə idi, bu zaman iddiaçının ona qarşı iddia qaldırmaq hüququ yarana bilərdi. X4 həmin pul vəsaitini tələb etməsi ilə bağlı iddiadan imtina etməsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunduğundan, həmin pul vəsaitinin 1\2 hissəsini tələb etmək hüququ da iddiaçıya məxsus olmuşdur.

34. Mülki Məcəllənin 493.2-ci maddəsinə əsasən birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Hazırkı mübahisə üzrə də Mülki Məcəllənin 311.2-ci maddəsinə əsasən yaranmış tələb hüququ qanuna – yuxarıda qeyd olunan normaların tələblərinə əsasən əmələ gəlmişdir.

35. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin olunması – 78000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi üçün hüquqi əsaslar mövcuddur.

36. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(009)- 272/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(009)- 272/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. 78000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş vəsaitin əvəzi qismində 335 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar