Məhkəmə qərarları › İş №2(103)-2191/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2191/2025

07.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2191/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh İmamədin qızı, X6, X3 qarşı işi üzrə Açar sözlər: (ilk iddia tələbi "evdən çıxarılma” ; “ qarşılıqlı iddia tələbi " yaşayış sahəsindən istifadə hüququnun tanınması” ) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İlk iddia üzrə İddiaçı, ilk iddia üzrə cavabdehlərin nümayəndəsi Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh,X6 və X3 qarşı “evdən çıxarılma” tələbinə dair ilk,qarşılıqlı iddia üzrə iddiaçılar X6 və X2 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-964/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı - cavabdehlər Cavabdeh, X6 və X3 qarşı «evdən çıxarılma» tələbinə dair (iddia tələbinin dəqiqləşməsi ilə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, X6 və X2 Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Səbail rayon məhkəməsinin 03 mart 2014-cü il tarixli 2(009)-391/2014 saylı qətnaməsinə əsasən cavabdeh X4 Bakı şəhəri, Xanlar küç. 47 saylı evin 15 saylımənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. X8 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X8 10 mart 2015-ci ildə vəfat etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)- 22/2016 saylı qətnaməsi ilə (hakim A.Tağıyev) iddia təmin edilərək, X8 ilə İddiaçı arasında Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilinə dair 11 oktyabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilinə (bundan sonra - mübahisəli mənzil) dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən İddiaçı adına verilmiş, qeydiyyat tarixi 23 oktyabr 2013-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********68-05101-093005 olan, Seriya RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2(103)- 6644/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)- 22/2016 saylı qətnaməsi dəyişdirilərək iddiaçı Cavabdeh 120000 manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh İddiaçı ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli, 2(102)-178/2019 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2(103)- 6644/2018 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçı Cavabdeh kassasiya şikayəti əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)- 3656/2019 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev sədrlik edən, məruzəçi, E.Şamayev və Ş.Məhərrəmova) cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-22/2016 saylı 26 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli, 2(102)-6067/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 10 aprel 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azər Rəhimovun arvadı, hazırki iş üzrə Cavabdeh, “alğı-satqı müqaviləsinin” onun razılığı olmadan bağlandığını bildirərək müvafiq iddia ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iddiasının təmin edilməsi, mənzilə dair İddiaçı ilə Azər Rəhimov arasında bağlanmış və Bakı Şəhəri 38 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi və mənzilə dair İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi qət edilmişdir. Qeyd edilən qətnamə icraya yönəldilmiş və hazırki iş üzrə İddiaçı adına mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış” ləğv edilmişdir. Cavabdeh Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin mövcudluğundan istifadə edərək Bakı Şəhəri, 19-cu Notariat Kontoruna ərizə ilə müraciət etmiş və ərizə əsasında xx.xx.2016-cı il tarixdə ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Şəhadətnamədə miras əmlak kimi yuxarıda qeyd edilən mənzil göstərilmişdir. Bundan sonra, İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh iddiasının təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, İddiaçı ilə Azər Rəhimov arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanılmış, müqavilənin bağlanmasından Cavabdeh məlumatı olmuş və o, həmin müqavilənin bağlanması üçün yazılı razılıq vermişdir. Belə olan halda hesab edilməlidir ki, həmin müqavilə bağlanan zaman Cavabdeh hüquqları pozulmamış, mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməmişdir. Bununla da qeyd edilən mülki işin baxışına yekun vurulmuşdur. İddiaçı cavabdehlər Cavabdeh, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, notariat ofisi tərəfindən Cavabdeh 22 iyun 2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(009)-1675/2022 saylı iş üzrə 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələrində mübahisələndirildən sonra dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Hazırki vəziyyətdə mübahisəli mənzildə Rəhimov Azərin ailə üzvləri yaşamaqda davam edir və bu iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur.

3. Eyni zamanda iddiaçılar X6 və X7 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçıların atası X8 ilə anası Cavabdeh 20 dekabr 1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. 10 dekabr 2003-cü il tarixdə Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzili almışlar. Həmin mənzilin mülkiyyətçisi X8 olmuşdur. Həmin mənzildə 2003-cü ildən birlikdə yaşamışlar və 10 mart 2015-ci ildə A.Rəhimov qəflətən vəfat etdi. Onun vəfatından sonra məlum oldu ki, A.Rəhimov M.Bağıorvdan 11 oktyabr 2013-cü il tarixdə borc müqaviləsinə əsasən 150.000 manat borc almış və həmin gün Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilin alqı-satqısına dair formal müqavilə bağlamışlar. Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən anası Cavabdeh yaşadıqları mənzilə mülkiyyət hüququ tanındı və onlar pasport qeydiyyatına alındılar. Sözügedən mənzilə 2003-cü ildən köçməklə bu günə kimi yaşamaqla mənzilə istifadə hüququ əldə etmişdirlər.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-964/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmiş, Cavabdeh, X6 və X7 Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilindən çıxarılsınlar və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi, ilkin iddia üçün ödənilən 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, qarşılıqlı iddia üçün ödənilən dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıların özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 178.1; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabehin ona məxsus əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçılar X6 və X2 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” barədə iddiasının təmin edilməsi üzrə yuxarıda göstərilən əsaslara istinad edərək hesab edir ki, İddiaçı iddiası təmin olunduğu halda, yəni cavabdehin və onun övladlarının mübahisəli mənzilə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqları müəyyən edildiyindən, qarşılıqlı iddia tələbi özü-özlüyündə əsassızdır və təmin edilməməlidir. İddiaçı Cavabdeh İmaməddən qızının cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, İddiaçı ilə Azər Rəhimov arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanılmış, müqavilənin bağlanmasından Cavabdeh məlumatı olmuş və o, həmin müqavilənin bağlanması üçün yazılı razılıq vermişdir. Sözügedən qərar ilə iddia rədd edilmişdir.Ali Məhkəmənin gəldiyi yekun mövqeyə əsasən sözügedən mənzil barəsində Azər Rəhimov ilə İddiaçı arasında bağlanmış 2013-cü il tarixli alğı-satqı müqaviləsi etibarlı müqavilədir və Cavabdeh həmin müqavilənin bağlanması üçün yazılı razılıq vermişdir. Burdan belə bir nəticəyə gəlmək olar ki, həmin alğı-satqı müqaviləsi bağlanarkən X8 daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, daşınmaz əmlakın mülkiyyətini İddiaçı keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüquqlarını (habelə onun tərkib hissəsi olan mənzildən istifadə hüququnu) aradan qaldırmış, İddiaçı isə mənzilin mülkiyyətini əldə etmişdir. Belə olan halda onun ailə üzvləri sayılan hazırki qarşılıqlı iddia üzrə iddiaçıların sözügedən mənzilə olan istifadə hüquqları həmin vaxtdan itirilmiş sayılmışdır.

5. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(102)-2834/2023 saylı Qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş və Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir; - Cavabdeh övladları ilə birlikdə iddiaçıya məxsus evə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqla, həmin evdən istifadə edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. Cavabdehlər apellyasiya şikayəti verərək, Səbail rayon məhkəməsinin 22 may 2024-cü il tarixli 2(009)-964/2024 saylı qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd edilməsini,qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567; “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8, 9; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə ilkin iddia tələbini təmin etməsini belə əsaslandırmışdır ki,məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir.Cavabdeh övladları ilə birlikdə iddiaçıya məxsus evə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqla, həmin evdən istifadə edir.Məhkəmənin gəldiyi bu nəticə əsassızdır.Belə ki,Bakı şəhəri,Səbail rayonu, Xanlar küçəsi,ev 47 ünvanda yerləşən mübahisəli 3 otaqlı 15 saylı mənzili 10 dekabr 2003-cü ildə X8 almışdır.Həmin mənzilin mülkiyyətçisi X8 olmaqla həmin mənzildə pasport qeydiyyatında olmuşdur. X4 həyat yoldaşı Cavabdeh və qızları-xx.xx.1995-ci il təvəllüdlü X6 və xx.xx.1998-ci il təvəllüdlü X7 2003-cü ildən mübahisəli ünvanda yaşayırlar və mənzildən istifadə edirlər. Azər Rəhimov 11 oktyabr 2013-cü il tarixdə İddiaçı borc müqaviləsinə əsasən 150000 manat borc pul almış və həmin gün,yəni xx.xx.2013-cü il tarixə yaşadığı və mülkiyyətçisi olduğu Bakı şəhəri, Səbail rayonu,Xanlarküçəsi,ev 47 ünvanda 3 otaqlı 15 saylı mənzilin alqı-satqısına dair formal müqavilə yazmışlar.A.Rəhimov borc aldığı 150000 manat pulu qaytara bilmədiyindən İddiaçı Azər Rəhimovun mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmış və iddia tələbləri təmin edilmişdir.A.Rəhimov pulu qaytara bilmədiyindən vaxt qazanmaq üçün mənzildən çıxarılmasına dair məhkəmə qərarlarından apellyasiya və kassasiya şikayətləri vermişdir. A.Rəhimov 10 mart 2015-ci ildə qəflətən vəfat etmiş və bundan sonra cavabdehlər-Cavabdeh,Nəzrin Rəhimova və Nərmin Rəhimova yaşadıqları mənzilin Azər Rəhimov tərəfindən aldığı borc pulun müqabilində formal olaraq İddiaçı adına alqı-satqı etmişdir.İddiaçı-İddiaçı mənzili 11 oktyabr 2013-cü il tarixdə alqı-satqı edəndən sonra aldığı mənzili təhvil almamışdır.İddiaçı ümumiyyətlə mübahisəli mənzilin ünvanını belə bilməmiş və Azər Rəhimovun ölümündən sonra ünvanı tanımışdır. Səbail rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh mübahisəli mənzilə dair mülkiyyət hüququ tanınmış və ondan sonra Cavabdeh və hər iki qızı mənzilə pasport qeydiyyatına alınmışdır. Məhkəmə qətnamədə qarşılıqlı iddia tələbini rədd etməsini belə əsaslandırmışdır ki,məhkəmə eyni zaman da qarşılıqlı iddia üzrə iddiaçılar X6 və X2 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” barədə iddiasının təmin edilməsi üzrə yuxarıda göstərilən əsaslara istinad edərək hesab edir ki, İddiaçı iddiası təmin olunduğu halda,yəni cavabdehin və onun övladları nın mübahisəli mənzilə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqları müəyyən edildiyindən,qarşılıqlı iddia tələbi özü-özlüyündə əsassızdır və təmin edilməməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və izahatlar:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Rəna xanımın mərhum həyat yoldaşı ilə iddiaçının dost olduqlarını, keçmişdə Rəna xanımın həyat yoldaşının iddiaçıdan borc aldığını və həmin borcun müqabilində mübahisəli mənzili formal olaraq iddiaçının adına keçirdiyini, lakin cavabdehlərin bu hadisədən məlumatlı olmadığını, 2015-ci ildə Rəna xanımın ərinin vəfat etdiyini, Səbail rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə dair mülkiyyət hüququnun tanındığını və Cavabdeh və hər iki qızının mənzilə pasport qeydiyyatına alındıqlarını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, artıq illərdir cavabdehlərin müxtəlif iddia tələbləri ilə məhkəməyə müraciət edərək süründürməçilik etdiyini qeyd etmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən:13.1Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən : 16.Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır.

13. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir .77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

14. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə çıxarılmışdır. Artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmişdir, cavabdehin mərhum həyat yoldaşı tərəfindən mübahisə mənzil iddiaçıya satılarkən onun yazılı razılığı alınmışdır. Hazırda həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətçi kimi ona məxsus olan hüquqlardan istifadə edərək cavabdehlərin mənzildə çıxarılmasını haqlı olaraq tələb etdiyi halda cavabdehlərin qarşılıqlı iddia tələblərinin təmin olunması üçün hər hansı əsas müəyyən edilmir. Belə ki, cavabdehlərin mənzildən istifadə hüquqlarının mövcudluğu müəyyən edilmir və tanınması üçün heç bir hüquqi əsas mövcud deyil (təqdim edilmir).Cavabdehlərin dəlilləri digər mübahisələrdən irəli gəlir və orada yaşamaqdan irəli gəlir ki, məhkəmə bunlara qiymət verməkdə səlahiyyətli deyildir və bu məsələ qanunla hüquqları müdafiə edilən mülkiyyətçinin iradə ifadəsi ilə biləvasitə bağlıdır.

15. Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İlk iddia üzrə cavabdehlərin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-964/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiuyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar