Məhkəmə qərarları › İş №2(103)-2193/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2193/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2193/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2nə qarşı ”nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (nikahın etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X26 və X*3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçılar İddiaçı* və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(003)-28**/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı* və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı *.X7 ilə X20 29.04.202*-ci il tarixdə rəsmi nikah bağlanmış, X20 *8.05.202*-ci il tarixdə, X7 isə 27.*2.2022-ci il tarixdə vəfat etmişdir. 2.İddiaçılar İddiaçı* və İddiaçı2 mərhum X4 ilə X7 arasında bağlanmış 29.04.202*-ci il tarixli nikahın etibarsız hesab edilməsini tələb edirlər. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2na qarşı ”nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə X20 arasında bağlanmış və Cavabdeh2 tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 29.04.202*-ci il tarixdə *6 sayla qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsi, 27 saylı ev 2* sentyabr 202*-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçılara ataları X25 miras qalmış və həmin evə dair onların xüsusi mülkiyyət hüquqları 05 oktyabr 202*-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Onların qardaşı X20 qeyd edilən fərdi yaşayış evində tək yaşamış, lakin o, *8 may 202*ci il tarixdə ölmüşdür. X4 subay olmuş, onun heç bir vərəsəsi olmamışdır. Qardaşları öləndən sonra həmin ev boş qalmış, onlar həmin evə getmək istədikdə isə həmin evdə X5 və sonuncunun oğlu Cavabdeh* yaşamasını görmüşlər. Bundan sonra onlar xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət edərək X3 və Cavabdeh* ünvan 1 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında cavabdeh X*2 nikah haqqında şəhadətnaməni məhkəməyə təqdim edərək, X4 ilə 29 aprel 202*-ci ildə nikaha daxil olmasını, ona görə həmin evə qeydiyyata alınmasını göstərmişdir. Bundan sonra onlar tələblərinin həcminin artırılaraq X7 ilə X4 arasında bağlanmış 29 aprel 202*-ci il tarixli nikahın etibarsız hesab edilməsini tələb etmiş, lakin Pirallahı Rayon Məhkəməsinin 2(094)-3**/2022 saylı 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizənin icraata götürülmədən geri qaytarılması qərara alınmışdır. Pirallahı Rayon Məhkəməsində iddialarının məhkəmə araşdırması zamanı cavabdeh X7 27.*2.2022-ci il tarixdə ölmüş, mülki işə məhkəmənin qərardadı ilə ona aid hissədə icraata xitam verilmişdir. Pirallahı Rayon Məhkəməsinin 2(094)- 9/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaları təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin 2(*03)-2873/2023 saylı *6 may 2023-cü il tarixli qətnaməsi ilə Pirallahı Rayon Məhkəməsinin 2(094)-9/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh* Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi F.Hüseynov küçəsi 27 saylı evdən çıxarılması qət edilmişdir. Bundan sonra Cavabdeh* onlara qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən əsəbəsi, Elsevər Hüeynov küçəsi, 27 sayl evə dair 33 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2*.09.202*-ci il tarixli 2V-50 saylı şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhz Cavabdeh* öz anası X7 ilə iddiaçıların qardaşı X20 arasında bağlanmış 29 aprel 202*-ci il tarixli nikah qeydinin olmasından istifadə edərək, iddiaçıların atalarına məxsus əmlaka dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etməsi artıq onlara həmin nikah qeydinin etibarsız hesab edilməsi barədə məhkəməyə iddia verməyə məcbur etmişdir. X* ilə X4 arasında nikah qeydinin olmasını ** oktyabr 2022-ci il tarixdə bilmişlər. X4 02 may *938-ci ildə anadan olmuş, o ailə qurmamış, cavan vaxtlarında X7 ilə münasibətləri olmuşdur. O, son zamanlar qocalığı ilə əlaqədar psixi sarsıntılar keçirmiş, əqli vəziyyəti yaxşı olmamış, öz hərəkətlərinin mənasını başa düşməmişdir. Cavabdeh X7 isə bundan istifadə edərək 29 aprel 202*-ci ildə qardaşlarını məcburi olaraq Cavabdeh2nə aparmış, orada onunla nikaha daxil olmuşdur. Nikaha daxil olan zaman qardaşlarının 83 yaşı olmuş, Cavabdeh* onun xəstə olmasını, tezliklə öləcəyini başa düşüb onun öz anası X7 ilə nikaha daxil olmasını təşkil etmiş və onlar nikaha daxil olduqdan sonra *8.05.202*-ci il tarixdə iddiaçıların qardaşı X20 ölmüşdür. Qardaşlarının ölümü ilə əlaqədar Pirallahı rayon prokurorluğunda araşdırma aparılmış, onun ölümündən bir müddət əvvəl özünü bıçaqla vurması, psixi pozuntusunun olması müəyyən edilmişdir. X7 iddiaçıların qardaşı X20 ilə ailə qurmaq niyyəti ilə deyil, onun yaşadığı evə qeydiyata düşməsi niyyəti ilə nikaha daxil olmuşdur. Çünki qardaşı X20 heç bir zaman ailə qurmamış, X7 ilə cavanlıqda faktiki ailə münasibətləri olsa da, onun X7 ilə rəsmi nikaha daxil olmaq niyyəti olmamış, öziradəsi ilə X7 ilə nikaha daxil olmamışdır. Qardaşlarının xəstəliyindən, onun psixi durumundən və qoca olmasından istifadə edərək onunla X7 arasında nikah bağlanmışdır. 5.Məhkəmə iclasında İddiaçı* iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmiş və vəkilinin izahatına oxşar məzmunda izahat verərək əlavə olaraq bildirmişdir ki, qardaşının ömrünün son vaxtlarında yaddaşı tamamilə itmişdi. Heç kəsi tanımamışdır. X7 ilə 28.04.202*-ci il tarixdə nikaha girmiş, bundan təxminən * ay sonra, *8.05.202*-ci il tarixdə isə vəfat etmişdir. X7 isə evə qardaşının ölümündən cəmi 3 gün sonra 2*.05.202*-ci il tarixdə pasport qeydiyyatına düşmüşdür. Bu da həmin nikahın yalnız ev üçün bağlanan saxta nikah olduğunu əks etdirir. 6.Məhkəmə iclasında şahid X22 ifadəsində göstərdi ki, o, Mirzoyev Aslanla qonşu olmuşdur. Evi Aslanın atası tikib. Uşaqlar həmin evdə doğulublar. İddiaçılar və qardaşları Aslan ayrı-ayrı evlərdə yaşamışlar. Aslan xəstə və yaşlı idi. Axır vaxtlar yaddaş pozğunluğuna görə bəzən onu tanımamışdır. Son vaxtlar Aslan evdə həmin mərhum Svetlana Mitrofanova adlı qadınla yaşamışdır. 7.Məhkəmə iclasında şahid X*7 ifadəsində göstərdi ki, o, İddiaçı* oğludur. Dayısının övladı olmamışdır. O, xəstə olmuşdur. Axır vaxtlar yaddaşını itirdiyinə görə onu tanımamışdır. Rəsmi nikaha daxil olmasından xəbəri olmamışdır. Məhkəmə prosesi zamanı öyrənmişdir. Əvvəl başqa evdə yaşamışlar, sonradan həmin evə köçmüşlər. Təxminən 20 ilə yaxın birlikdə yaşamışlar. Dayısı ilə ünsiyyəti çox sıx olmamışdır. Ölümündən * ay qabaq onu görmüşdür. 8.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 noyabr 2023-cü il tarixli, 2(003)-28**/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Emin Rüstəmov) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 9.Qanun üzrə vərəsəlik hüququ haqqında 2*.09.202*-ci il tarixli şəhadətnamənin şurətindən görünür ki, 08.07.*965-ci il tarixdə vəfat etmiş X29 qanun üzrə vərəsələri İddiaçı2 və İddiaçı* müəyyən olunmuşdur. *0.AZ-İİ seriyalı, *60348 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 *8.05.202*-ci il tarixdə vəfat etmişdir. Bu barədə akt qeydləri kitabında 76 nömrə ilə qeyd edilmişdir. **.Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evin */2 hissədə İddiaçı*, */2 hissədə isə İddiaçı2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. *2.“ASAN 5” tərəfindən verilmiş 448*969 nömrəli, 08.*0.202*-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında Cavabdeh* və X7 qeydiyyatdadır. *3.Cavabdeh2 tərəfindən 29.04.202*-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 378498 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X7 29.04.202*-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə *6 nömrə ilə qeyd edilmişdir. *4.*0 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 00238 B saylı arayışın surətindən görünür ki, X*0 Məcəlləsinin *3.*-ci maddəsinə əsasən tibbi müayinədən keçmiş və ona müvafiq məsləhətlər verilmişdir. *5.*0 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 00238 A saylı arayışın təsdiq edilmiş surətindən görünür ki, X2 Məcəlləsinin *3.*-ci maddəsinə əsasən tibbi müayinədən keçmiş və ona müvafiq məsləhətlər verilmişdir. *6.Yaşayış yeri üzrə qeydiyyat haqqında 08.*0.202*-ci il tarixdə verilmiş 448*969 saylı arayışın surətindən görünür ki, İddiaçı* Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsi 27 saylı evdə qeydiyyatdadır. Evdə qeydiyyatda olan digər şəxslər xx.xx.*962-ci il təvəllüdlü Cavabdeh* və 23.05.*942-ci il təvəllüdlü X6r. *7.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki,X7 ilə X20 29.04.202*-ci il tarixdə rəsmi nikah bağlanmış və X20 *8.05.202*-ci il tarixdə, X7 isə 27.*2.2022-ci il tarixdə vəfat etmişdir. *8.Məhkəmə qeyd etmişdir ki, iddiaçıların irəli sürdükləri “nikahın etibarsız sayılması” tələbinə dair iddialarının hüquqi əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.*-ci maddəsinə əsasən tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmamağı, yəni “saxta nikah” faktı və *2.0.3-*-ci maddəyə əsasən tərəflərdən birinin sağlamlıq vəziyyətinin nikaha girmək üçün uyğun olmaması faktı təşkil edir. *9.Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı hesab etmişdir ki, X20 ilə X7 arasında ailə qurmaq məqsədilə bağlanmış və müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış 29 aprel 202*-ci il tarixli rəsmi nikah tərəflərin könüllü ittifaqıdır. Könüllü ittifaqın təzahürü olan nikah məhz tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Həmin nikahdan irəli gələn ər-arvadın əmlak və şəxsi qeyri-əmlak hüquq və vəzifələrin müəyyənləşdirilməsi nikah tərəflərinin mülki hüquq subyekt kimi iradə sərbəstliyi və müqavilə azadlığı prinsipinə əsaslanmışdır. 20.Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçılar İddiaçı* və İddiaçı2 “mərhum X4 ilə X7 arasında bağlanmış 29 aprel 202*-ci il tarixli rəsmi nikahın etibarsız sayılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26.*-ci maddəsində “nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər”in dairəsi dəqiq müəyyən edilmiş və onların genişləndirilməsi yolverilməzdir. Həmin Məcəllənin 26.*.*-26.*.6-cı maddələrinə əsasən mövcud iddia tələbi üzrə iddiaçılar nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid deyillər. İddiaçılar İddiaçı* və İddiaçı2 “saxta nikah” (tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmadıqda bağlanan nikah) faktına, eləcə də, Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən nikahın etibarsız hesab edilməsinin digər hüquqi əsaslarına görə cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2nə qarşı “nikahın etibarsızsayılması” tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmadığı üçün iddia tələbi təmin edilməməlidir. 2*.Bundan başqa, Ailə Məcəlləsinin 26.*.6-cı maddəsinə əsasən 26.*.4-cü — 26.*.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin *2-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslərin də nikahın etibarsızlığını tələb etmək hüququ olması göstərilsə də, X7 ilə X*9rasında bağlanmış nikahın Məcəllənin *2-ci maddəsinin tələblərini pozması müəyyən edilməmişdir. 22.Belə ki, iddiaçılar İddiaçı* və İddiaçı2 nikah bağlanan zaman qardaşlarının sağlamlıq vəziyyətinin pis olmasını, onun yaddaşını tamamilə itirməsini bildirsələr də, həmin halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, X20 ilə X7 nikahlarını bağlamazdan əvvəl tibbi müayinədən keçirilmiş və nikahın bağlanmasına maneə ola biləcək hər hansı xəstəlik onlarda aşkar edilməmişdir. Eyni zamanda iddiaçılar təqdim etdikləri iddia ərizəsində və məhkəmə prosesində verdikləri izahatlarında X20 ilə X3 daha əvvəllər faktiki nikah münasibətlərinin olmasını bildirmişlər. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, uzun müddət faktiki ər-arvad münasibətində olan şəxslərin sonradan nikahlarını rəsmiyyətə salmaları onların nikaha girmək niyyətlərinin olmaması mühakiməsini (arqumentini) tamamilə aradan qaldırır. 23.Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçılar hazırki tələblə məhkəəyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadıqlarından iddia tələbi təmin edilməməlidir. 24.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.*, *2.0.3-*, 2.*, 4, 25.*, 26.*, 26.*.*, 26.*.2, 26.*.3, 26.*.4, 26.*.5, 26.*.6, 26.*.7, 26.*.8, *3.7-ci; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.*.2 və 324.*-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarına; “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ** iyun 2004cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının *30-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarına;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin4.*, 2*6-220 və 360-cı maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 25.İddiaçılar İddiaçı* və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıların qardaşının X7 ilə rəsminikaha daxil olmaq niyyəti olmamış, öz iradəsi ilə X7 ilə nikaha daxil olmamışdır. İddiaçıların qardaşı X7 ilə nikahı rəsmiləşdirilən zaman onun səhhətinin, eyni zamanda psixi drumunun yaxşı olmaması, məhkəməyə təqdim etdikləri sübutlarla öz təsdiqini tapmış, lakin məhkəmə həmin sübutlara öz qətnaməsində toxunmamış, bu hallara qiymət verməmişdir. Belə ki, məhkəmə psixoloji ekspertizasının 08 iyul 202*-ci il tarixli, **/28 saylı rəyi ilə müəyyən edilmişdir ki, X*5 ölümündən əvvəlki dövrdə fərdi psixi xüsusiyyətlərində bəzi psixogendepressiv reaksiya əlamətləri müəyyən olunur. Eyni zamanda Pirallahı rayon prokurorluğunun *3 iyul 202*-ci il tarixli Cinayətişinin başlanmasının rədd edilməsi haqqında qərarından da görünür ki, X*5 ölümündə özünü öldürmə həddinə çatdırmafaktı müəyyən edilməmiş və o, əvvəlki dövrdə fərdi psixi xüsusiyyətlərindən bəzi psixogen-depressiv reaksiya əlamətlərinin mövcud olması səbəbindən öz yaşamaq həvəsinin itirməsi nəticəsində həyatından bezərək özünə bıçaqla xəsarət yetirmişdir. Həmçinin məhkəmə iclasında izahat verən şahidlər göstərmişdirlər ki, Mirzoyev AslanMirzəbala oğlunun ölümündən *-2 ay əvvəl onun huşu aydın olmamış, öz yaxınlarını belə tanımamışdır. İş materiallarından isə görünür ki, X20 və X7 28 aprel 202*-ci il tarixdə nikaha daxil olmaq üçün Xəzər RQŞ-nin Zirə Bölməsinə ərizə vermiş, nikahın qeydiyyatı 29 may 202*-ci il tarixə təyin edilsə də, nikah 29 aprel 202*-ci il tarixdə qeydə alınmışdır. (baxmayaraq ki, həmin ərizədə olan Aslana məxsus imza da onun imzasına oxşamır).Göründüyükimi nikaha daxil olmaqla Aslanın özünü bıçaqlaması arasında cəmi *3 gün fərq olub. Yəni artıq X*5 ölümündən əvvəl psixogendepressiv reaksiya əlamətlərinin mövcud olması səbəbindən öz yaşamaq həvəsinin itirməsi nəticəsində həyatından bezməsi mötəbər sübutlarla öz təsdiqini tapmış, məhkəmə isə bu sübutlara qiymət verməmişdir. Burada ölümündən əvvəl dedikdə qardaşlarının nikaha daxil olduğu ərəfə başa düşülür.Yəni ekspert rəyinə əsasən X*5 ölümündən əvvəl psixogen-depressiv reaksiya əlamətləri mövcud olmuş, şahidlərin izahatına əsasən o, ölümündən *-2 ay əvvəl yaxınlarını tanımamışsa, necə olur ki, onun birdən-birə nikaha daxil olmaq niyyəti baş qaldırır? – Məhkəmə isə bu suala cavab tapmaq əvəzinə sübutlara hüquqi qiymət verməkdən yayınmışdır.Məhkəmənin qiymət vermədiyi məhkəmə araşdırması zamanı müəyyən edilən digər bir hal isə odur ki, X20 və X7 nikaha daxil olmaq üçün Xəzər RQŞ-nin Zirə Bölməsinə 28 aprel 202*-ci iltarixdə ərizə vermiş, nikahın qeydiyyatı 29 may 202*-ci il tarixə təyin edilsə də, nikah 29 aprel 202*-ci il tarixdə, yəni ərizə verən gündən bir gün sonra qeydə alınmışdır.Halbuki, qanunverciliyin tələbinə əsasən nikah qeydiyyat şöbəsinə ərizə verdikdən * ay sonra bağlana bilər. Həmin ərizənin özündən də görünür ki, nikahın qeydiyyatı 29 may 202*-ci il tarixə təyin edilib. Bu zaman bir sual ortaya çıxır - Əgər X8 idisə, başqa hansı bir zərurət var idi ki, nikah ərizə verilən günün sabahısı gün qeydə alınırdı?- Məhkəmə iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilən bu sübuta da qiymət verməmişdir.Əslində isə bu hal belə bir ehtimal verir ki, 29 aprel 202*-ci il tarixdə qeydə alınmış nikah saxtadır, çünki həmin nikahın qeydiyyata alınması 29 may 202*-ci il tarixə təyin edilmiş, X20 *8 may 202*-ci il tarixdə öldüyünə görə həmin nikah arxa tarixlə, yəni 29 aprel 202*-ci il tarixlə qeydə alınmışdır. Hər bir halda məhkəmə nikahın * gün içində qeydə alınmasına əsas olmuş səbəbləri müəyyən etməli idi. Məhkəmənin digər əsası ilə, iddiaçıların hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqlarının olmaması əsası ilə də razı deyillər və bununla əlaqədar qeyd edirlər ki, X3 oğlu iddiaçıların qardaşı ilə onun anasının nikahına istinad edərək iddiaçılara məxsus evə dair onlara məxsus mülkiyyət sənədlərinin və vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi barədə iddia qaldırması, yəni həmin nikaha istinad edərək iddiaçıların əmlakına iddia etməsi artıq, iddiaçılara həmin sənədin etibarsız hesab edilməsini tələb etmək hüququ vermişdir. Əgər etibarsız hesab edilməsini tələb etdikləri nikaha istinad edilərək iddiaçılara dair vərəsəlik hüququ haqqında şəhandətnamə və mülkiyyət sənədi mübahisələndirilməsəydi bu zaman iddiaçıların həmin nikahın etibarsız hesab edilməsini tələb etmək hüququ yaranmazdı, hazırki halda isə onların vərəsəlik və mülkiyyət hüquqlarının həmin nikahla əlaqədar məhdudlaşdırılması məsələsi qalxdığından iddiaçıların hazırki iddianı qaldırmaq hüququ yaranmışdır. Beləliklə də belə hesab edirlər ki, onlar öz iddialarının əsaslandığı halları sübut edən bütün sənədləri məhkəməyə təqdim etdiklərindən, təqdim edə bilmədikləri sənədlər məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edildiyindən iddialaır sübuta yetmiş hesab edilməli, öz əmlak hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etdiklərindən isə onların hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmış hesab edilməli, iddia təmin edilməli idi.Ailə Qanunvericiliyində nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsi müəyyən edilsə də, orada maraqları pozulan digər şəxslərin bu nikahın etibarsız hesab edilməsi üçün iddia qaldırmaq hüququnun olmaması göstərilməmişdir. Yəni iddiaçıların mülkiyyət hüquqları pozulduğu üçün, mülki prosessual qanunvericiliyə əsasən bu iddianı qaldırmaq hüququ yaranmışdır. İddiaçılar öz əmlaklarınısaxta bir nikah əsasında başqa şəxsin adına keçməsi ehtimalının olmasını düşünüb, bu nikahı mübahisələndirmişlər, yəni hər bir halda onlar özlərinin əmlak hüquqlarını qorumaq məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmişdir. İddia tələbinin əsaslarından biri də o, olmuşdur ki, X20 ilə X7 arasında nikah bağlanarkən X*5 psixi durumu yaxşı olmamış, o, heç kəsi tanımamışdır. Bu halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilmiş, şahidlər bu halı təsdiqləmişlər. Cavabdeh isə iddiaya etiraz belə etməmişdir.Məhkəmə öz qətnaməsində göstərir ki, iddiaçılar İddiaçı* və İddiaçı2nikah bağlanan zaman qardaşlarının sağlamlıq vəziyyətinin pis olmasını, onun yaddaşını tamamilə itirməsini bildirsələr də, həmin halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Əgər məhkəmə X*5 psixi drumu barədə ekspert rəyini və şahidlərin izahatını iddianın sübut etmək üçün kifayət hesab etmirdisə bu zaman onlara əlavə sübutları təqdim etməyi təklif etməli idi. Çünki onlar bu sübutları məhkəməyə təqdim etdikdən sonra həmin sübutların kifayət qədər mötəbər sübut olmasını düşünmüş və məhkəməyə əlavə sübut təqdim etməmişlər. Qətnamədən də görünür ki, məhkəmə iş üzrə təqdim edilmiş heç bir sübuta qiymət verməmiş, əksinə iddianın əsaslandığı halların sübut edən sənədlərin məhkəməyə təqdim edilməməsini göstərmişdir. Halbuki, iddiaçılar X*6 nikaha daxil olan zaman psixi durumu barədə ekspert rəyini, cinayət işinin rədd edilməsi barədə qərarı məhkəməyə təqdim etmiş, nikaha daxil olması barədə ərizənin surəti məhkəməyə təqdim edilmiş, məhkəmə isə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, ümumiyyətlə heç bir sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. 27.İş apellyasiya məhkəməsinin icraatında olarkən, iddiaçılar tərəfindən apellyasiya şikayətinə əlavə verilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Məhkmə kollegiyasının iclasında iddiaçılar İddiaçı* və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini və ona əlavəni müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 30.İş üzrə cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 3*.Maddə 34 birinci hissə.Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. 32.Maddə 34 ikinci hissə.Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 33.Maddə 2.*. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra-bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. 34.Maddə 4.Bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. 35.Maddə 25.*. Bu məcəllənin *0-*2-ci maddələrində və *3.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 36.Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 37.Maddə 26.* Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: -26.*.*. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin *0.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; -26.*.2. nikah bu Məcəllənin 26.*.*-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin *8 yaşlı ər (arvad); -26.*.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); -26.*.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; -26.*.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); -26.*.6. bu Məcəllənin 26.*.4-cü — 26.*.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin *2-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; -26.*.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); -26.*.8. bu Məcəllənin *3.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). 38.Maddə *2.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: -*2.0.*. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); -*2.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; -*2.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; -*2.0.3-*. bu Məcəllənin *3-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; -*2.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 39.Maddələr *4.2, 77.*, 2*7.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 4*.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin hissəsində qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayəti və iş materiallarını tədqiq edərək, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 44.Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 45.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 46.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 20**-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 20*2-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 47.Göründüyü kimi, hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 48.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçılar subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. 49.İş materiallarından müəyyən olnur ki, X7 ilə X20 29.04.202*-ci il tarixdə rəsmi nikah bağlanmış və X20 *8.05.202*-ci il tarixdə, X7 isə 27.*2.2022-ci il tarixdə vəfat etmişdir. 50.İddiaçı tərəf irəli sürdükləri “nikahın etibarsız sayılması” tələbinə dair iddialarının hüquqi əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.*-ci maddəsinə əsasən tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmamağı, yəni “saxta nikah” faktı və *2.0.3-*-ci maddəyə əsasən tərəflərdən birinin sağlamlıq vəziyyətinin nikaha girmək üçün uyğun olmaması faktı təşkil edir. 5*.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.*-ci maddəsinə əsasən həmin məcəllənin *0-*2ci maddələrində və *3.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 52.Kollegiya ilk olaraq qeyd edir ki, X20 ilə X7 arasında ailə qurmaq məqsədilə bağlanmış və müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış 29 aprel 202*-ci il tarixli rəsmi nikah tərəflərin könüllü ittifaqıdır. Könüllü ittifaqın təzahürü olan nikah məhz tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Həmin nikahdan irəli gələn ər-arvadın əmlak və şəxsi qeyri-əmlak hüquq və vəzifələrin müəyyənləşdirilməsi nikah tərəflərinin mülki hüquq subyekt kimi iradə sərbəstliyi və müqavilə azadlığı prinsipinə əsaslanmışdır. 53.Ailə Məcəllənin 26.*-ci maddəsində nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslərin dairəsi göstərilmişdir. 54.Qanunda nikahın etibarsızlığını tələb etmək hüququ olan şəxslərin dairəsi dəqiq müəyyən edilir. Həmin şəxslərin maraq dairəsindən asılı olaraq iki qrupa bölmək olar. Birinci qrupa nikahın etibarsız hesab olunmasında şəxsi marağı olan şəxslər (ər-arvad, yetkinlik yaşına çatmayan ərarvad, onların valideynləri (onları əvəz edən şəxslər), ikinci qrupa isə hakimiyyət səlahiyyətlərini yerinə yetirən başqa şəxslərin hüquqlarını müdafiə edən orqanlar (icra hakimiyyətinin qəyyumluq və himayə orqanları) aid edilə bilər. 55.Qanunvericilikdə belə məhdudiyyətin nəzərdə tutulması başqa şəxslərin ailə həyatına əsassız müdaxiləsinin qarşısının alınması və ailə sirrinin qorunması məqsədlərinə xidmət edir. 56.Kollegiya qeyd edir ki, bu müddəa Konstitusiyanın 34-cü maddəsinin (hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququna malik olması) və “İnsan hüquqlarının Ümumi Bəyənnaməsi”nin *6-cı maddəsinin (yetkinlik yaşına çatmış kişilər və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq və ailə qurmaq hüququnun olması) tələblərinə tam uyğundur. 57.Konstitusiyanın 34.2-ci maddəsinə və “İnsan hüquqlarının Ümumi Bəyənnaməsi”nin *6.2-ci maddəsinə uyğun olaraq nikah könüllü razılıq əsasında bağlanır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Ona görə də, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadığı hallarda bağlanarsa, yalnız nikah bağlanarkən hüquqları pozulmuş ər(arvad) həmin nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Ailə Məcəlləsinin 2 və 3-cü maddələrinə əsasən nikah könüllülük prinsipinə əsaslanır. 58.Hazırki işdə iddiaçılar İddiaçı* və İddiaçı2 mərhum X4 ilə X7 arasında bağlanmış 29.04.202*-ci il tarixli nikahın etibarsız hesab edilməsini tələb edirlər. 59.Kollegiya qeyd edir ki, iddiaçılar İddiaçı* və İddiaçı2 “mərhum X4 ilə X7 arasında bağlanmış 29 aprel 202*-ci il tarixli rəsmi nikahın etibarsız sayılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26.*-ci maddəsində “nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər”in dairəsi dəqiq müəyyən edilmiş və onların genişləndirilməsi yolverilməzdir. Həmin Məcəllənin 26.*.*-26.*.6-cı maddələrinə əsasən mövcud iddia tələbi üzrə iddiaçılar nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid deyillər. 60.İddiaçılar İddiaçı* və İddiaçı2 “saxta nikah” (tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmadıqda bağlanan nikah) faktına, eləcə də, Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən nikahın etibarsız hesab edilməsinin digər hüquqi əsaslarına görə cavabdehlər Cavabdeh* və Bakı şəhəri Cavabdeh2nə qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmadığı üçün iddia düzgün olaraq məhkəmə tərəfindən təmin edilməmişdir. 6*.Məhkəmə kollegiyası iddiaçıların Ailə Məcəlləsinin 26.*.6-cı maddəsinə istinad etməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, həmin Məcəlləsinin 26.*.6-cı maddəsinə əsasən 26.*.4-cü — 26.*.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin *2-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslərin də nikahın etibarsızlığını tələb etmək hüququ olması göstərilsə də, X7 ilə X20 arasında bağlanmış nikahın Məcəllənin *2-ci maddəsinin tələblərini pozması müəyyən edilməmişdir. 62.Belə ki, iddiaçılar İddiaçı* və İddiaçı2 nikah bağlanan zaman qardaşlarının sağlamlıq vəziyyətinin pis olmasını, onun yaddaşını tamamilə itirməsini bildirsələr də, həmin halları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, X20 ilə X7 nikahlarını bağlamazdan əvvəl tibbi müayinədən keçirilmiş və nikahın bağlanmasına maneə ola biləcək hər hansı xəstəlik onlarda aşkar edilməmişdir. Eyni zamanda iddiaçılar təqdim etdikləri iddia ərizəsində və məhkəmə prosesində verdikləri izahatlarında X20 ilə X3 daha əvvəllər faktiki nikah münasibətlərinin olmasını bildirmişlər. Həmçinin məhkəmə qeyd etmişdir ki, uzun müddət faktiki ərarvad münasibətində olan şəxslərin sonradan nikahlarını rəsmiyyətə salmaları onların nikaha girmək niyyətlərinin olmaması mühakiməsini (arqumentini) tamamilə aradan qaldırır. 63.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən 07.**.2023-cü il tarixdə işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul olunduqdan sonra, iddiaçı tərəf **.*2.2023-cü il tarixdə “X32” X34 müraciət etmiş, oradan ** yanvar 2024-cü il tarixdə *8-*-*6/2-8/2024 saylı məktub əldə etdikdən sonra, apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Kollegiya apellyasiya şikayətinə əlavədə qeyd olunan dəlilləri iddiaçı tərəfin yeni sübut əldə etməyə cəhdi kimi qiymətləndirərək, əsassız hesab edir. 64.Məhkəmə kollegiyası həmçinin cavabdehin iddiaya etiraz etməməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehin məhkəmə iclaslarına gəlməməsi iddiaya etiraz etməməsi kimi şərh edilə bilməz. 65.Qeyd olunanlara əsasən kollegiya iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(003)- 28**/2023 saylı qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. 66.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 67.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 68.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 69.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 70.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı* və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(003)-28**/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar