Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2194/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qürbətəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qürbətəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5380/2023 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Qürbətəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin ümumi sahəsi 132.1 kv.m olan mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılması və mənzili iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş "xxxx" ASC-yə yaranmış kommunal borca görə 246 manat və "xxxx" ASC-yə yaranmış kommunal borca görə 65 manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməsi və iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)- 5380/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 2(103)-6817/2024 nömrəli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir.
5. Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5380/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsininin 28 fevral 2024-cü il tarixli məktubuna əsasən Cavabdeh2 apellyasiya şikayəti ilə bağlı mülki işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası qeyd edilənlərə nəzərə alaraq, hesab edir ki, Cavabdeh2 qətnmadən apellasiya şikayətinə baxılması üçün Cavabdeh1 apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
9. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Qürbətəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5380/2023 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2024-cü il tarixli, 2(103)-6817/2024 nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.