Məhkəmə qərarları › İş №2(103)-2198/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2198/2021

01.03.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2198/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin ləğvi, kompensasiyanın geri alınması, qanunsuz tikilidən çıxarılma və qanunsuz tikilinin sökülməsi" tələbinə dair Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-232/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış və xx.xx.2017-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmanın ləğv olunmasını, Cavabdeh1 ödənilmiş 36000 (otuz altı min) manat kompensasiyanın geri alınaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edilmiş qanunsuz tikilidən çıxarılmasını, ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmasını, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” QSC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında qanunsuz tikili inşa etməklə orada yaşayır. Yaşayış sahəsinin qanunsuz olmasına baxmayaraq, "xxxx” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Bu məqsədlə Cavabdeh2 Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin “xxxx’’ QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazlarının olmadığını bildirmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmaya əsasən həmin qanunsuz yaşayış sahəsinə görə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 36000 (otuz altı min) manat kompensasiya Cavabdeh1 ödənilmiş, sonuncu kompensasiya məbləğini bank vasitəsi ilə almışdır. Razılaşmanın 9-cu bəndinə əsasən Cavabdeh1 öhdəlik götürmüşdür ki, yaşayış sahəsini 5 gün ərzində boşaldacaqdır. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Nəticədə “Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinin maraqları pozulmuş və həmin ərazidə zəruri işlərin aparılması qeyri-mümkün olmuşdur. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 sonuncu dəfə pretenziya (xəbərdarlıq) ünvanlanaraq öhdəliyin 10 gün ərzində icra olunması tələb edilmiş, lakin tələb yenə də icrasız qalmışdır. Qeyd edilən səbəblərdən “xxxx” X5 pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yaranmış vəziyyətdə tərəflər arasında bağlanılmış müqavilə ləğv edilməli, Cavabdeh1 öhdəliyi vaxtında icra etmədiyi üçün ona ödənilmiş 36000 (otuz altı min) manat kompensasiya geri alınaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. ünvan 1 ünvanında inşa edilən qanunsuz tikili dəmir yolunun mühafizə zonasında yerləşir. Ona görə də cavabdehlər X3 və Cavabdeh2 təxirəsalınmadan həmin zəbt olunmuş sahədən çıxarılmalı və qanunsuz tikili cavabdehlərin sökülməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005- ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-232/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında dəmiryolunun mühafizə zonasında inşa edilmiş tikilidən çıxarılmaları, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun “xxxx” QSC-yə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikаyətlərini belə əsaslandırmışdır ki, məhkəmə iclaslarında iştirakları təmin edilməmiş, həmçinin onlara ödənilən kompensasiya məbləğinin onların evlərinə barəbər şəraitli fərd yaşayış evinin inşasına yetməyəcəyi faktını araşdırmamışdır. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş, işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbləri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, iddia tələbləri dörd hissədən – müqavilənin ləğvi, kompensasiyanın geri alınması, qanunsuz tikilidən çıxarılma və qanunsuz tikilinin sökülməsi hissələrindən ibarət olmuş, müvafiq olaraq qətnamə də hər dörd tələb üzrə çıxarılmışdır. Cavabdehlər isə qətnaməni yalnız iddia tələbinin təmin edilmiş hissəsində, yəni onların qanunsuz tikilidən çıxarılması hissəsində mübahisələndirmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız cavabdehlrin qanunsuz tikilidən çıxarılması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir; başqa sözlə, qətnamənin “müqavilənin ləğvi, kompensasiyanın geri alınması və qanunsuz tikilinin sökülməsi”nə dair hissələri hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edilən kontekstdə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Birinci tərəf” Cavabdeh1 ilə “ikinci tərəf” “xxxx” QSC arasında bağlanmış xx.xx.2017-ci tarixli razılaşmadan görünür ki, “birinci tərəf” uzun müddət istifadəsində olan Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 450 olan xx.xx.2017-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin küçürülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 36000 (otuz altı min) manat məbləğində kompensasiyaya görə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. Razılaşmaya əsasən (6-cı bəndi) notarius müqaviləni təsdiqlədikdən sonra Cavabdeh1 yaşayış sahəsinə aid sənədləri “xxxx”Qapalı Səhmdar Cəmiyyətinə verməyə borcludur. Həmçinin “birinci tərəf” müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 5 (beş) gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 xx.xx.2017-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə və hər hansı veriləcək kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan “xxxx” QSC-nin Cavabdeh1 ünvanlanmış pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci tarixli müqavilə üzrə öhdəliyini 10 (on) gün ərzində icra olunaraq yaşayış sahəsini təxirəsalınmadan boşaldılması tələb olunmuşdur. Qeyd olunan pretenziya tələbi icra olunmadığı təqdirdə aidiyyəti üzrə prokurorluq və məhkəmə orqanlarına müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan “xxxx” QSC-nin xx.xx.2019-cu il tarixli aktından görünür ki, "Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 4 nömrəli Bakı yol sahəsinin rəisi Əfqan İsrəfilov, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X1 istehsalat şöbəsinin rəis müavini Bəhrəm Şükürov, Nizami raynu, Keşlə qəsəbəsi İcra nümayəndəsinin müavini Rüstəm Cəlilov həmin aktı tərtib edirlər ondan ötrü ki, Bakı şəhəri, Nizami raynu, P.Fərzəliyev küçəsində dəmir yolunun təhkim zolağında qanunsuz inşa edilmiş tikililərin söküntüsü layihəsi çərçivəsində Nizami rayonu, P.Fərzəliyev küçəsi ev 136-da yaşayan (qeydiyyat ünvanı: Lerik rayonu, Sors kəndi) Cavabdeh1 kompensasiya ödənildikdən sonra ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, evi müəyyən edilmiş vaxtdan cari tarixə kimi boşaltmadığı üçün sonuncu pretenziya (xəbərdarlıq) məktubu tərəflərindən təqdim olunmuş, lakin Cavabdeh1 həmin məktubu qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndədiliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarxili 450 saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, 2008-ci il təvəllüdlü X2 və 2011-ci il təvəllüdlü X4 ünvan 3 ünvanında qonşuların aktına əsasən qeydiyyatsız yaşayırlar. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında qanunsuz tikili inşa etməklə orada yaşayır. Yaşayış sahəsinin qanunsuz olmasına baxmayaraq, "xxxx” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Bu məqsədlə Cavabdeh2 Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin “Azərbaycan Dəmir Yollan’’ QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazlarının olmadığını bildirmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmaya əsasən həmin qanunsuz yaşayış sahəsinə görə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 36000 (otuz altı min) manat kompensasiya Cavabdeh1 ödənilmiş, sonuncu kompensasiya məbləğini bank vasitəsi ilə almışdır. Razılaşmanın 9-cu bəndinə əsasən Cavabdeh1 öhdəlik götürmüşdür ki, yaşayış sahəsini 5 gün ərzində boşaldacaqdır. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Nəticədə ‘Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinin maraqları pozulmuş və həmin ərazidə zəruri işlərin aparılması qeyri-mümkün olmuşdur. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 sonuncu dəfə pretenziya (xəbərdarlıq) ünvanlanaraq öhdəliyin 10 gün ərzində icra olunması tələb edilmiş, lakin tələb yenə də icrasız qalmışdır. Qeyd edilən səbəblərdən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin tikililərin cavabdehin (konkret halda apellyatorun) hesabına sökülməli olması barədə düzgün nəticəyə gəlmişdir; belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Kollegiya hesab edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh1 istifadəsindədir. Lakin həmin yaşayış sahəsi “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə məxsus olduğundan, cavabdehlərin həmin torpaq sahəsində iddiaçının razılığı olmadan apardığı tikinti işləri iddiaçının torpaq sahəsindən istifadə hüququnu pozma kimi qiymətləndirilməli, buna görə birinci instansiya məhkəməsinin cavabdehlərin həmin tikilidən çıxarılması barədə gəldiyi nəticə qanuni hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmanın şərtlərindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə məxsus tikilidən çıxmaq və iddiaçıda bunun müqabilində kompensassiya kimi ona 36000 manat pul vermək barədə öhdəlik götürmüşlər. Lakin iddiaçı tərəf öz üzərinə düşən öhdəliyi icra etsə də, Cavabdeh1 razılaşma ilə məskunlaşdığı sahəni 5 gün ərzində boşaldacağına dair götürdüyü öhdəliyi hazırkı vaxtadək birtərəfli şəkildə icra etməmişdir. Kollegiya apellyasiya şikayətinin kompensasiyanın az olması barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə ki, tərəflər qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlamış və müqavilə şərtlərinə öz razılıqlarını ifadə etmişlər. Kompensasiyanın məbləği barədə tərəflər razılığa gəlmiş və buna dair müqavilə imzalamışlar, məhkəmə tərəfindən bu razılığı etibarsız hesab etmək üçün sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştiraklarının təmin olunmaması barədə cavabdehlərin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından cavabdehlərin ünvanına bildirişlər göndərildiyi, lakin orada yaşamadıqları barədə qeyd yazılmaqla geri qaytarıldığı aydın olur; məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdehlər özləri daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Мəhkəməsinin 2(007)-232/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar