Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-220/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı oğlunun, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı İddiaçı Cavabdeh qarşı bağ sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi və bağ sahəsinin sahibliyinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər XDS-nin İK-nin 11/632 saylı, xx.xx.1988-ci il tarixli qərarına və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, sahəsi 1200 kv.m olan 4703 saylı bağ sahəsindən Cavabdeh çıxarılması, həmin bağ sahəsində tikilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və bağ sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi, şikayətin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, Ləhiş bağ massivində ona torpaq sahəsi 2007-ci ildə, iddiaçıya isə 1988ci ildə verilmişdir. Həmin torpaq sahəsində o, 2009-cu ildən əvvəlcə abadlıq işləri aparmış. Daha sonra isə yaşayış evi tikmişdir. İddiaçı isə 30 il öz torpaq sahəsi ilə maraqlanmamış, ümumiyyətlə ona məxsus torpaq sahəsinin yerini belə bilmir. Belə ki, iddiaçı bundan qabaq onu yox, başqa qonşunu torpaq iddiası ilə məhkəməyə vermişdir. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilmişdir, lakin onun iştirakı ilə həmin bağ sahəsinə baxış keçirilməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, Ləhiş bağ massivində ona torpaq sahəsi 2007-ci ildə, iddiaçıya isə 1988-ci ildə verilmişdir. Həmin torpaq sahəsində o, 2009-cu ildən əvvəlcə abadlıq işləri aparmış. Daha sonra isə yaşayış evi tikmişdir. İddiaçı isə 30 il öz torpaq sahəsi ilə maraqlanmamış, ümumiyyətlə ona məxsus torpaq sahəsinin yerini belə bilmir. Belə ki, iddiaçı bundan qabaq onu yox, başqa qonşunu torpaq iddiası ilə məhkəməyə vermişdir. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilmişdir, lakin onun iştirakı ilə həmin bağ sahəsinə baxış keçirilməmişdir. Sonuncu ekspertiza keçirilən zaman onun iştirakı ilə keçirilmiş, həmin rəyə əsasən də ona məxsus bağ sahəsi ilə iddiaçının bağ sahəsinin üst-üstə düşməməsi müəyyən edilmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili A.Ələkbərov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Bakı şəhər X4 İcraiyyə Komitəsinin 11/632 saylı, xx xxxxxx 1988-ci il tarixli qərarı ilə İddiaçı bağ-tikinti kooperativinin tərkibinə daxil edilmiş və bağ sahəsi ayrılmışdır. Mülki işdə olan 39 saylı orderin surətindən görünür ki, İddiaçı Bakı şəhər X4 İcraiyyə Komitəsinin 11/632 saylı, xx xxxxxx 1988-ci il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 4703 saylı 1200 kv.m olan bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********52 saylı xx xxxxx 2018-ci il tarixli məktubundan görünür ki, tərəflərin iştirakı ilə mübahisəli bağ sahəsinə texniki baxış keçirilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin elektoron kadastr baza məlumatlarına və bölgü sxeminə istinadən vətəndaşın iddia etdiyi bağ sahəsi 4704 saylı bağ sahəsidir. 4703 saylı bağ sahəsi iddia olunan bağın şimal qonşuluğunda yerləşir. Həmin 4703 saylı bağ sahəsi digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmışdır və ərazidə 1 mərtəbəli bağ evi inşa edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 04/930 saylı məktubunun surətindən görünür ki, 4703 saylı bağ sahəsi kənar şəxslər tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********71 saylı xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq 4703 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Elektron kadastr bazada İsgəndərov X7 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat olmadığından və Sabunçu Rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışına əlavə edilmiş sxem koordinatsız, situasiyasız hər hansı bir dayaq nöqtəsindən məsafə ilə göstəriciləri olmadığından cavabdeh İsgəndərov X7 ayrılmış torpaq sahəsi ilə Bakı şəhər X4 icraiyyə Komitəsinin 11/632 saylı, 18 11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı iddia etdiyi naturada koordinatları müəyyən edilmiş bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinə uyğun gələn ölçülmüş ərazidə yaşayış evi inşa edilmişdir. İddiaçının faktiki göstərdiyi mübahisəli torpaq sahəsi Dövlət mülkiyyətindədir. İddiaçının faktiki göstərdiyi mübahisəli torpaq sahəsi özəlləşdirməden öncə də bağçılıq təsərrüfatı üçün ayrılmış Dövlət mülkiyyətində olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(008)-34/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı cavabdeh X3 qarşı bağ sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi, bağ sahəsinin sahibliyinə verilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışından görünür ki, cavabdeh İsgəndərov X7 Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində torpaq sahəsi ayrılmışdır. Mülki iş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********71 saylı xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq 4703 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Elektron kadastr bazada İsgəndərov X7 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat olmadığından və Sabunçu Rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışına əlavə edilmiş sxem koordinatsız, situasiyasız hər hansı bir dayaq nöqtəsindən məsafə ilə göstəriciləri olmadığından cavabdeh İsgəndərov X7 ayrılmış torpaq sahəsi ilə Bakı şəhər X4 icraiyyə Komitəsinin 11/632 saylı, 18 11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********01 saylı xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, elektron kadastr bazada İsgəndərov X7 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat olmadığından, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil dövlət mülkiyyəti torpağı olduğundan və Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışına əlavə edilmiş sxem koordinatsız, situasiyasız hər hansı bir dayaq nöqtəsindən məsafə ilə göstəriciləri olmadığından cavabdeh İsgəndərov X7 ayrılmış torpaq sahəsi ilə Bakı şəhər X4 İcraiyyə Komitəsinin 11/632 saylı, xx.xx.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı ayrılmış torpaq sahəsi ilə bağlı bildirilir 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq 4703 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1341 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Sabunçu Rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışı ilə E.İskəndərova ayrılmış Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadı. Eyni zamanda, araşdırma zamanı müəyyən olundu ki, E.İskəndərov 4702 saylı bağ sahəsindən istifadə edir. Bakı şəhər X4 İcraiyyə Komitəsinin 11/632 saylı, 18 11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinin yeri naturada müəyyən olundu, həmin torpaq sahəsi E.İskəndərovun istifadəsində olan 4702 saylı bağ sahəsi ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. Həmçinin İddiaçı ayrılmış torpaq sahəsi cavabdeh E.İskəndərova ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşmir, bitişik olmaqla həmsərhəddir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********71 saylı xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq 4703 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Elektron kadastr bazada İsgəndərov X7 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat olmadığından və Sabunçu Rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışına əlavə edilmiş sxem koordinatsız, situasiyasız hər hansı bir dayaq nöqtəsindən məsafə ilə göstəriciləri olmadığından cavabdeh İsgəndərov X7 ayrılmış torpaq sahəsi ilə Bakı şəhər X4 icraiyyə Komitəsinin 11/632 saylı, 18 11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Kollegiya bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********01 saylı xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, elektron kadastr bazada İsgəndərov X7 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat olmadığından, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil dövlət mülkiyyəti torpağı olduğundan və Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışına əlavə edilmiş sxem koordinatsız, situasiyasız hər hansı bir dayaq nöqtəsindən məsafə ilə göstəriciləri olmadığından cavabdeh İsgəndərov X7 ayrılmış torpaq sahəsi ilə Bakı şəhər X4 İcraiyyə Komitəsinin 11/632 saylı, xx.xx.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı ayrılmış torpaq sahəsi ilə bağlı bildirilir 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq 4703 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1341 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Sabunçu Rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışı ilə E.İskəndərova ayrılmış Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadı. Eyni zamanda, araşdırma zamanı müəyyən olundu ki, E.İskəndərov 4702 saylı bağ sahəsindən istifadə edir. Bakı şəhər X4 İcraiyyə Komitəsinin 11/632 saylı, 18 11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsinin yeri naturada müəyyən olundu, həmin torpaq sahəsi E.İskəndərovun istifadəsində olan 4702 saylı bağ sahəsi ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. Həmçinin İddiaçı ayrılmış torpaq sahəsi cavabdeh E.İskəndərova ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşmir, bitişik olmaqla həmsərhəddir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur.Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı ayrılmış torpaq sahəsi cavabdeh E.İskəndərova ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşmir, bitişik olmaqla həmsərhəddir. Bu səbəbdən də, hazırkı iddia tələbi təmin edilə bilməz. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün olmayan nəticəyə gəlindiyindən şikayət təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-645/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-220/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-220/2021
28.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver