Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2200/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı bağ sahəsinə girişçıxışının (yolun) verilməsi, maneələrin aradan qaldırılması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlərin adına komunal xidmətlərə dair bağlanmış müqavilələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-693/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağ massivindəki 240 saylı, 600 kv.m (6 sot) bağ sahəsində giriş-çıxış yolunun verilməsi (ayrılması), cavabdehlərin buna dair maneələrinə və qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehlərin qanunsuz inşa etdikləri evlərin kommunal xidmətlərə dair (qaz, su, işıq) aidiyyəti qurumlarla bağladıqları müqavilələrin ləğv edilməsi, ona məxsus bağ sahəsinin qarşısında cavabdehlərin torpağı zəbt edib qanunsuz tikinti aparmaqlarına göz yumaraq hərəkətsizlik edən aidiyyəti dövlət təşkilatlarının vəzifəli şəxsləri müəyyən edilərək onların istintaqa cəlb edilmələri ilə bağlı xüsusi qərardad çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 3 saylı, 20.02.1990-cı il tarixli qərarı ilə ona Buzovna qəsəbəsində 240 saylı sahədə fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin dəqiq yeri ekspert rəyləri ilə müəyyən edilmişdir. 2003-cü ildə qonşusu xəbər verdi ki, bağ sahəsinə gəlib baxaraq kimə məxsus olduğu ilə maraqlanan şəxs var, qonşu həmin şəxsə bağ sahəsinin ona məxsus olduğunu bildirib əlaqə nömrəsini həmin şəxsə vermişdir. O, zəng edib onunla görüşdükdən sonra onun Ağdam rayonundan məcburi köçkün Cavabdeh3 olmasını bildi və o, sözügedən bağ sahəsi ilə bağlı görüşüb söhbət etmək istədiyini bildirdi. 2003-cü ildə Cavabdeh3 ilə söhbət zamanı bağ sahəsinin 6 sotuna (600 kv.m) adına müvafiq qərarın olduğunu bildirdi. Sonra Cavabdeh3 qohumu Zahid adlı ağsaqqal şəxs onunla danışaraq Faiqin cavan ailə və məcburi köçkün olduğuna görə bağ sahəsindən bir sot ayırıb orada yaşamaq üçün bir otaq tikməsinə icazə verməyini, Faiqin həmçinin əraziyə də nəzarət edəcəyini, eləcə də onun tikinti ustası olduğundan gələcəkdə orada tərəfindən aparılacaq tikintiyə yardım edəcəyini bildirmişdir. Ümumi bağ sahəsinin 12 sotunun (6 sot mənə aid hissəsi, 6 sot isə qarşısında neytral sahə) 3 tərəfi qonşu ilə birgə vəsait hesabına mişar daşı ilə hasara alınmış, ona aid 6 sot sahə öz hesabına traktor vasitəsi ilə düzlənmiş və oraya tərəfindən 3500 ədəd mişar daşı boşaldılmış, darvaza qoyulmadığından qarşı tərəfi, yəni bağa giriş-çıxış hissəsi açıq qalmışdır. O vaxtdan bağ sahəsinə nəzarət etməsini qonşudan xahiş etmişdi. Bağ sahəsində hər hansı bir tikintiyə başlamadığından buna razılıq verdi və yaşayış otağının hansı tərəfdə tikəcəyi ilə Cavabdeh3la razılaşmaları olmuşdur. Bir müddət sonra Cavabdeh3 ona müraciət edərək bildirmişdir ki, həmin bağ sahəsində hər hansı tikinti işlərinin aparılmasında maneə yaranır. Belə ki, əraziyə dövlət təşkilatlarının nümayəndələri gələrək Faiqdən torpağın ona məxsus olub-olmaması və orada tikinti işlərinin aparılmasına dair müəyyən sənəd tələb edirlər. O bunun hansı qaydada həll edəcəklərini soruşduqda, Faiq tikinti işlərinin aparılması ilə bağlı ona etbarmamə verəcəyi halda sərbəst tikinti işlərini aparacağını bildirdi. Bundan sonra 26.11.2003-cü il tarixdə onlar notariat kontoruna getdilər və orada bağ sahəsində tikintinin aparılması barədə Faiqə etibarnamə verdi. Lakin Faiq elə zənn etmişdir ki, “artıq torpaq onun mülkiyyətidir və orada istədiyi hərəkəti edə bilər”. Bir müddət sonra bağ sahəsinə gəldikdə ona aid 6 sot bağ sahəsinin bir hisəsində 3 ədəd xırda təmirsiz otağın və tövlənin tikildiyini gördü. Daha bir müddət sonra bağ sahəsinə baş çəkdikdə gördü ki, Faiq ona məxsus 3500 ədəd mişar daşını istifadə edərək bağ sahəsinin girişçıxış hissəsində yeni ev tikdiyini gördü, onun özbaşınalıq hərəkətləri ilə bağlı aramızda mübahisə yarandıqdan sonra 2006-cı ilin mart ayında DNK-na müraciət edərək vermiş olduğu etibarnaməni ləğv etdirdi, lakin buna baxmayaraq Faiq heç bir icazə və sənəd olmadan bağ sahəsinin qarşısında evin tikintisini başa çatdırmış və darvaza qoyaraq ona məxsus olan qanuni bağ sahəsinə yolunu bağlamışdır. Daha sonra həmin neytral sahədə qardaşı Cavabdeh1 də ev tikərək yaşamağa bağlamış və onun bağ sahəsinə giriş-çıxış yolu bağlandığından bağ sahəsinə keçməyi mümkün olmamışdır. Əlavə qeyd edir ki, qardaşların bağ sahəsinin qarşısında neytral 6 sot ərazidə ev tikərkən Cavabdeh2 nümayəndələri buna göz yumaraq müdaxilə etməyib, tikintinin hansı icazə və ya sənəd əsasında aparıldığını aydınlaşdırmamışlar, tikintinin dayandırılması və sökülməsi məsələsini qaldırmamışlar. Bununla bağlı qarşı tərəflə aralarında məhkəmə mübahisələri başlamışdır. Qeyd edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus 6 sot bağına onlar giriş-çıxışı bağladıqlarından və Xəzər RİH-nin qardaşların bu özbaşınalığına biganə qalması nəticəsində 15 ildir bağ sahəsindən istifadə edə bilməmişdir. Necə ola bilər ki, torpaq sahəsi zəbt olunur və heç bir dövlət qurumu bu hərəkətlərin qarşısını almır, nəticədə qeyri-qanuni evlər tikilərək onun kimi vətəndaşların Konstitusion hüquqları pozulur. Burdan belə nəticəyə gəlmək olur ki, cavabdehlər nəyəsə və ya kimlərəsə arxayın olub cəzasız qalacaqlarına əmin olaraq bu qeyri-qanuni hərəkətlərə əl atmışlar. Əfsuslar olsun ki, bu qeyd etdiyi hallar heç bir dövlət orqanları tərəfindən araşdırılmamışdır. Bundan başqa, cavabdehlər yenə də, hər hansı bir vasitə və tanışlıqla yenə də qanunsuz, zəbt olunmuş ərazidə, qeyri-qanuni tikililərlə bağlı kommunal xidmətlərə dair müqavilələr bağlamışlar (qaz, su, işıq). Aidiyyəti dövlət təşkilatlarına tikilmiş evlərlə bağlı heç bir sənəd təqdim etmədən müqavilə bağlayıb kommunal xidmətlərdən qanunsuz istifadə etmişlər. Cavabdehlərin torpağa və orada tikilmiş evlərə aid heç bir sənədləri olmadan müvafiq dövlət təşkilatları onlara şərait yaradaraq cavabdehlərin kommunal xidmətlərdən heç bir sənəd təqdim etmədən qanunsuz istifadə etməyə göz yummuşlar. Əlavə olaraq bildirir ki, cavabdehlər min bir bəhanələrlə onun öz ərazisindən istifadə etməməyi üçün, vaxt uzatmaq məqsədi ilə müxtəlif bəhanələrlə müxtəlif məhkəmələrdə müxtəlif iddialar irəli sürmüşlər. Təbii ki, heç bir iddiaları təmin olunmamış qalmışdır. Belə olan halda qanunvericiliyin müxtəlif tələblərini rəhbər tutaraq ona məxsus qanuni bağ sahəsinə giriş-çıxış verilməli, cavabdehlərin buna etdikləri maneələr aradan qaldırılmalı, onların qanunsuz hərəkətlərinə son qoyulmalı və kommunal xidmətlərlə (qaz, su, işıq) bağlı aidiyyəti təşkilatların cavabdehlərlə bağladıqları müqavilələr ləğv edilməlidir. Onların qeyri qanuni hərəkətlərinə göz yummuş aidiyyəti dövlət orqanlarının vəzifəli şəxsləri müəyyən edilərək onların istintaqa cəlb edilmələri ilə bağlı xüsusi qərardad qəbul edilməlidir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-693/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağ massivindəki (240 saylı bağ) 600 kv.m (6 sot) bağ sahəsindən istifadə edilməsi məqsədi ilə iddiaçıya məxsus torpaq sahəsinə olan giriş-çıxış yolunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 tərəfindən açılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 23.11.2021-ci il tarixli, 2(003)-693/2021 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən göründüyü kimi iddiaçıya 600 kv.m torpaq sahəsi Əzizbəyov (indiki Xəzər) rayon X3 İcariyyə Komitəsinin 20.02.1990-cı il tarixli 3 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. İddiaçı da bu qərara əsasən tələbi irəli sürmüşdür. Hesab edilir ki, həmin qərarın mövcudluğu iddiaçıya məhkəmənin qeyd etdiyi kimi həmin sahəyə mülkiyyət hüququnun tanınması üçün əsas deyil. Bundan başqa Mülki Məcəllənin ümumi hissəsində qeyd olunan bu maddələr mülkiyyət hüququ ilə bağlı dispozitiv şərtləri müəyyən edir. Məhkəmə bu mübahisəni həll etmək üçün 4 sualı cavablandırmaqla iddianın qanuni əsasını tapmalı idi. Məhkəmə öz qərarında “iddiaçının ona mənsub torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq və onlardan istifadə etmək hüququnu pozulmasını” barədə 3 (üç) əsas (cavabdehlər tərəfindən inşa edilmiş tikililərin özbaşına tikili olması; həmin torpaq sahəsinə dair cavabdehlərin hüquq müəyyənedici sənədlərin olmaması; iddiaçıya məxsus torpaq sahəsinə olan giriş-çıxış yolunu bağlaması) göstərmiş və bunların heç birinin qanuni əsası qeyd edilən normalar deyil. Mülki Məcəllənin həmin normaları mülkiyyət, əşya hüququ, torpağa mülkiyyət hüqunun ümumi xüsusiyyətləri və daşınmaz əmlaka mülkiyyət hüququnun müəyyən edilməsi ilə bağlıdır. Ona görə də baxılan tələb üzrə mübahisənin qanuni əsaslarını müəyyən etmək üçün məhkəmə xüsusi normalara istinad etməli, bu mübahisəni tənzimləyəcək sahəvi normanı tətbiq etməli idi. Lakin bu hallara ümumilikdə məhkəmədə qiymət verilməmişdir. Beləliklə mülkiyyət hüququnun pozulmasının nədə ifadə olunması öz əksini tapmamış, nə üçün iddiaçıya mübahisəli torpaq sahəsindən cavabdehlər tərəfindən giriş-çıxış verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Beləliklə onu qeyd etməyə əsas yaranır ki, iddiaçının bu tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olubolmaması araşdırılmalıdır. Məhkəmə işdə olan, ancaq mötəbərliyi sübhə altında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.02.2020-ci il tarixli, 26113 nömrəli ekspert rəyinin surətinə istinad etmiş, ancaq nəzərə alınmayan X6 Şirkəti Tərəfindən verilmiş 05.07.2021-ci il tarixli, **********60040033B00444 məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə, Texniki Təhlükəsizlik haqqında qanuna, Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Məktubda qeyd olunur ki, aidiyyəti qurum tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri gözlənilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Əzizbəyov (indiki Xəzər) rayon X3 İcariyyə Komitəsinin 20.02.1990-cı il tarixli 3 nömrəli qərarına əsasən İddiaçı Məmmədrahim oğluna Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. Mübahisəni birinci instansiya məhkəməsində araşdıran məhkəmə mübahisəli torpaq sahəsini yerində müayinə etmiş və İddiaçı, Cavabdeh3, Buzovna qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Emin Əliyevin iştirakı ilə yerli baxış keçirilməsi ilə bağlı tərtib edilmiş aktda qeyd edilmişdir ki, torpaq sahəsinin 4 tərəfdən giriş-çıxış vardır. Bağ sahəsinin 3 tərəfdən olan bağlar fiziki şəxslərin mülkiyyətində olan torpaqlardır. Cavabdehlərin evlərinin yerləşdiyi torpaq sahəsi mülkiyyətdə olmadığından mübahisəli torpaq sahəsinə giriş çıxış yalnız həmin sahədən nəzərdə tutulur. Hər iki cavabdehlərin evlərinin arasındakı məsafə 3,5 metr təşkil edir. Həmin yol üzərində mişar daşlar ilə toyuq hini yerləşir. Tərəflər arasında istifadələrində olan torpaq sahələri ilə bağlı uzun müddətdir davam edən mübahisə vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-234/2018 nömrəli 06.02.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı tikilinin sökülməsi, torpaqğın boşaldılması tələbinə dair iddiası qismən təmin edilərək, Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarixli qərarı ilə İddiaçı Məmmədrahim oğluna Buzovna qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 600 m2 torpaq sahəsində cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən inşa edilmiş özbaşına tikililər onların hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmçinin, işdən görünür ki, mübahisəli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsidir. Tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə əsasən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.02.2020-ci il tarixli 26113 nömrəli ekspert rəyinin surətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin teşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsının məsləhətçisi S.Hümbətlinın tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, hal hazırda mubahisəli torpaq sahəsi Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarixli, 3 saylı qərarı əsasında İddiaçı Məmmədrahim oğluna ayrılan torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Suleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarixll, 3 saylı qərarı əsasında İddiaçı Məmmədrahim oğluna ayrılan torpaq sahəsində hazırda 4 kiçik həcmli tikili mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmış, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı Məmmədrahim oğlunun Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarıxlı, 3 saylı qərarı əsasında iddia etdiyi ərazi Cavabdeh3 və Cavabdeh1 istifadəsindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisı S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən istifadə olunan ərazi İddiaçı Məmmədrahim oğlunun adına ayrılmış Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarixli, 3 saylı qərarı əsasında 598 kv.m təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçısı S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı Məmmədrahim oğlunun Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarixli, 3 saylı qərarı əsasında ayrılan torpaq sahəsi cavabdehlər X2 və Cavabdeh1 istifadəsindədir və həmin torpaq sahəsində kiçik həcmli tikili mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavinı Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu İl tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, 4 kiçik həcmli tikili mövcuddur və tikililərin sxemi mütəxəssis rəyinə əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələlən Dovlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rərs müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Həmin tikililər İddiaçı Məmmədrahım oğlunun Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 20.02.1990-cı il tarixli, 3 saylı qərarı əsasında ayrılan torpaq sahəsinə düşür. Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu İl tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ümumi istifadə etdiyi 1127 kv/m ərazinin 598 kv/m-i İddiaçı Məmmədrahım oğluna Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nın 20 02.1990-cı il tarıxlı, 3 saytı qərarı əsasında ayrılan torpaq sahəsidir. Azərbaycan Respublikası Əmlak Məsələlən Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli **********72 saylı məktubla göndərilmiş, geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, ölçülmüş faktiki sahənin sxeminə əsasən Bakı şəhəri, Əzizbəyov rayon XDS İK-nın 20.02.1990-cı il tarixli, 3 saylı qərarı əsasında İddiaçı Məmmədrahim oğluna ayrılan torpaq sahəsindən yola ən yaxın məsafə 23 m təşkil etdiyi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə iddianı qismən edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Əzizbəyov (indiki Xəzər) rayon X3 İcariyyə Komitəsinin 20.02.1990-cı il tarixli 3 nömrəli qərarına əsasən İddiaçı Məmmədrahim oğluna Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə giriş-çıxış yolu cavabdehlər tərəfindən bağlanmışdır. Bunun nəticəsində iddiaçının torpaq sahəsindən istifadə etmək imkanı məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Kollegiya yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən qeyd edir ki, cavabdehlərin yaratdığı maneə nəticəsində iddiaçının özünə məxsus torpaq sahəsindən istifadə etmək hüququ məhdudlaşdırılmış və birinci instansiya məhkəməsi iddiaçıya giriş-çıxış yolunun təmin edilməsi barədə qətnamə qəbul edərkən düzgün nəticəyə gəmişdir. Kollegiya apellyasiya şikayətinin iddiaçının subyektiv hüququnun olmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi Əzizbəyov (indiki Xəzər) rayon X3 İcariyyə Komitəsinin 20.02.1990-cı il tarixli 3 nömrəli qərarına əsasən iddiaçıya ayrılmışdır. Apellyator iddiaçının subyektiv hüququnun olmamasını mübahisələndirsə də, bu barədə mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Apellyator həmçinin özünün istifadə etdiyi və iddiaçıya öz hərəkətləri ilə maneə yaratdığı istifadəsində olan torpaq sahəsinə dair hansı hüquqlarının olmasını təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, apellyator məhkəmə kollegiyasının iclası zamanı mübahisəli torpaq sahəsini iddiaçıdan etibarnamə əsasında aldığını bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, alğısatqının aparılmasına dair məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən cavabdehə hər hansı məzmunda etibarnamə verilmiş olsa belə, bu həmin torpaq sahəsinin alğı-satqısının həyata keçirilməsinə və ya digər formada rəsmiləşdirilməsinə əsas deyil. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-693/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi “iddianın təmin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2200/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2200/2022
01.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver