Məhkəmə qərarları › İş №2(103)-2201/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2201/2025

19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2201/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(005)-1756/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DİN DQ tərəfindən verilmiş xx.xx.1998-ci il və xx.xx.1999-cu il tarixli bildirişlərin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi tərəfindən hakimə etiraz ərizəsi təqdim edilərək işin başqa hakimə verilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 7-ci dəfə eyni işə hakim təyin olunur və xəbər vermədən, sms-bildiriş, “e-məhkəmə” sistemi vasitəsilə məlumat vermədən, qərardadını belə vermədən məhkəmə təminatı hüququna qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 16-cı, MPM-in 19.1.3 və 19.1.7- ci maddələrini, Ali Məhkəmə Plenumunun "Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Qərarını əsas tutub, hakimə etiraz edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(005)-1756/2025 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə Ərizəçi tərəfindən verilmiş hakimə etirazın baxılmamış saxlanılması, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması, Ərizəçi dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinin baxılmamış saxlanılması və ona müvafiq vəkil qurumuna müraciət etmək hüququnun olduğu izah olunması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(005)-1756/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət həmin məhkəmənin 21 fevral 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılır ki, məhkəmə 7-ci dəfə eyni işə hakim təyin edilib və 7-ci dəfə cinayətkar saxtalığa yol verib. Onun hakimə etirazı da iş bu hakim adını ləkələyən xanıma veriləndən sonra təqdim olunub. Ali Məhkəmə Plenumunun "Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Qərarının 6-cı bəndinə görə, məhkəməyə daxil olan etiraza dərhal baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Eyni zamanda həmin Qərarın, MPM-in 20-22-ci maddəsinin tələbinə görə etiraza müvafiq məhkəmənin sədri baxır. Bu qərardadla isə həkim həm etiraza baxıb, həm də ərizənin qəbulundan imtina edib. Bu dəfə MPM-in 153.2.2 maddəsi əsasında yox, MPM-in 153.2.4 maddəsi əsasında. Hakimin savadsızlığı, qərəzi o həddədir ki, Ali Məhkəməni başqa məhkəmə sayır, halbuki Ali Məhkəmə başqa məhkəmə yox, ali instansiya məhkəməsi statusundadır. Hüquqi əhəmiyyətli faktların müəyyən olunmasına dair işlərə isə başqa məhkəmədə yox, yalnız eyni məhkəmədə, indiki halda isə Nərimanov məhkəməsində baxıla bilər. Hakimin eyni tələblə olduğundan qəbuldan imtinası isə heç bir normativ aktda yoxdur. Məhkəmə təcrübəsinin vahidliyini formalaşdıran Ali Məhkəmə Plenumunun 15.4-cü bəndində isə təsbit olunub: " Əlavə qətnamə çıxarılmasından imtina olunması maraqlı şəxsi eyni tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququndan məhrum etmir." Nərimanov məhkəməsi isə özündən hoqqa çıxarır, eyni tələblə olduğundan hüququnu yolverilməz sayır. MPM-in 229.2 maddəsinə görə, əlavə qətnamə və ya əlavə qərardad çıxarılması qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır. X4 nə qanunu, normativ aktı düzgün anlayıb tətbiq edir, nə də məhkəmə təcrübəsinin vahidliyindən başı çıxır. Onun təqdim etdiyi sənədlərin heç biri üzrə, əlavə təqdim etdiyi sübutlar üzrə qətnamə çıxarılmayıb, tərəflər eyni deyil, indiki ərizəsində yalnız DİN DQ maraqlı şəxsdir. xx.xx.2024 tarixli qətnamə qüvvəyə minməyibsə, indi əlavə qətnamə çıxarılmasına, minəndən sonra da ümumi qaydada eyni tələblə məhkəməyə müraciət etmək hüququ Ali Məhkəmə Plenumunun "Məhkəmə qətnaməsi haqqında" Qərarının 15.4-cü bəndi, MPM-in 229-cu maddəsi təsbit edir. Göstərilənləri əsas tutub qərardadın ləğv edilməsini, sonrakı prosessual hərəkətlərin edilməsini tələb edir. MPM-in 153.2.4-cü maddəsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə başqa məhkəmənin icraatında iş olarsa, hakim ərizəni yolverilməzliyinə görə geri qaytarır. Nərimanov məhkəməsi isə Ali Məhkəməni, kassasiya instansiyasını savadsızlıqla başqa məhkəmə sayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(005)- 1756/2025 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə ona görə ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina etmişdir ki, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində göstərilməklə sənədlərin ona məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4483/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3974/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi kassasiya şikayəti qeyrimümkün hesab edilərək, icraata qəbul edilməmişdir. Həmin mülki iş üzrə ərizəçi tərəfindən yenidən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-812/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata götürülmüşdür. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Prosessual Qanunvericiliyin normasına əsasən eyni məsələ üzrə məhkəmə qətnaməsi mövcud olduğu halda, tərəf yenidən eyni ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, tərəf yalnız həmin qətnamədən şikayət vermək hüququna malikdir. Mülki iş üzrə yenidən kassasiya şikayəti verilmişdir və iş hazırda kassasiya icraatındadır. Göründüyü kimi ərizəçi eyni tərəf, eyni predmet, eyni əsaslarla mübahisəyə dair müvafiq məhkəmə qətnamələri olmasına və iş üzrə icraatın hələ yekunlaşmamasına baxmayaraq, yenidən məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyətli faktın tanınmasını xahiş edir. Müvafiq ərizənin icraata qəbul edilməsi isə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından göründüyü kimi ərizəçi hazırkı tələblə daha əvvəl məhkəməyə müraciət etmiş, həmin iş üzrə Ərizəçi tərəfindən yenidən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-812/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata götürülmüşdür. Ərizəçinin əlavə qətnamənin qəbul olunmasından imtina olunması və bu səbəbdən məhkəməyə yenidən müraciət etmək hüququnun olması dəlili ilə bağlı məhkəmə düzgün olaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Ərizəçi 2(103)- 3974/2024 saylı iş üzrə əlavə qətnamənin qəbul edilməsi barədə ərizəsi təmin olunmamışdır. Qərardadda qeyd edilmişdir ki, Ərizəçi izah olunsun ki, o, həmin ərizədə göstərildiyi halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən verilə biləcək kassasiya şikayətində göstərə bilər. Göründüyü kimi hazırda ərizəçinin mübahisələndirdiyi “sənədlərin şəxsə məxsusluğuna” dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsində göstərilən (DİN DQ-nin xx.xx.1998-ci il tarixli, 30/21№-li və xx.xx.1999-cu il tarixli, 19/299 №-li bildirişlərinin, MN MHH-nın xx.xx.1993-cü il tarixli, 296 №-li arayışının ərizəçiyə məxsus olması barədə) məsələyə artıq baxılmış və tərəfə kassasiya şikayəti vermək hüququnun olduğu izah edilmişdir. Apellyasiya mərhələsində ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-812/2025 saylı Qərarı ilə ləğv olunduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(005)-1756/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. “Elektron məhkəmə” informasiya sisetmindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-815/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadı ilə Ərizəçi kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Kollegiya ərizəçinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(005)-1756/2025 saylı qərardadı qəbul olunarkən, eyni məsələ ilə bağlı məhkəmənin icraatında iş olmuş, həmin vaxtı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-812/2025 saylı, 11 mart 2025-ci il tarixli Qərarı mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(005)-1756/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar