Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2206/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı “xxxx” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə, cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(007)-225/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış və xx.xx.2017-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmanın ləğv olunmasını, ödənilmiş 39700 (otuz doqquz min yeddi yüz) manat kompensasiyanın geri alınaraq “xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilidən çıxarılmalarını, ünvan 1 ünvanında dəmir yolunun mühafizə zolağında inşa edilmiş qanunsuz tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmasını, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” QSC-nin hesabına ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(007)-225/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında dəmiryolunun mühafizə zonasında inşa edilmiş tikilidən çıxarılması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilənin şərtləri ilə razılaşaraq imzalamışdı. Müqaviləni imzalayan vaxt ona hər hansı təzyiq göstərilməmişdir. Müqavilədə qeyd olunan kompensasiya məbləğini almış, lakin hazırda əlavə kompensasiya verilməsini istəyir. Belə ki, bugünkü gündə həmin pulla hec bir şərait yaratmaq mümkün deyil. Ona görə də ödənilmiş kompensasiya məbləği ilə razılaşmır. Ekspertiza keçirilərək evin qiyməti müəyyən edilməliydi. Həmin yerlərdə evlərin qiyməti verilmiş kompensasiyadan yüksək olduğu üçün ona əlavə kompensasiya ödənilməlidir Məhkəmə iclasında cavabdeh, eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh1 bildirdi ki, dəfələrlə pulu götürmək istəmədi. 38.000 manata heç nə ala bilməyəcəkdi. Ona “xxxx” QSC-dən dedilər ki, 38.000 manatı götür, sonra özləri də köməklik göstərəcəklər. Lakin indi onu qəbul etmirlər. Əlavə 5000 manatla o, ev ala bilməyəcək. Ona köməklik göstərsinlər, başqa evi olsun, evdən çıxar. Oğlu da hərbi xidmətdədir, tək qadın qalmışdır. Evi 2002-ci ildə atası onun üçün almışdı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, narazı sakinlərin qəbulu keçirildi və əlavə kompensasiya tələb edənlərə 5000 manat təklif olundu. Onlardan bir qismi razılaşdı, bir qismi isə razılaşmadı. Dövlət layihəsi olduğu üçün tikililəri sökməlidirlər. Çünki, evlər xxxxnın lap yaxınlığındadır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında qanunsuz tikili inşa etməklə orada yaşayır. Yaşayış sahəsinin qanunsuz olmasına baxmayaraq, “xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Bu məqsədlə Cavabdeh2 Rövşən oğlu Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin “xxxx” QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazlarının olmadığını bildirmişdirlər. Daha sonra xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmaya əsasən həmin qanunsuz yaşayış sahəsinə görə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 39700 (otuz doqquz min yeddi yüz) manat kompensasiya Cavabdeh1 ödənilmiş, sonuncu kompensasiya məbləğini bank vasitəsi ilə almışdır. Razılaşmanın 9-cu bəndinə əsasən Cavabdeh1 öhdəlik götürmüşdür ki, yaşayış sahəsini 5 gün ərzində boşaldacaqdır. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Nəticədə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin maraqları pozulmuş və həmin ərazidə zəruri işlərin aparılması qeyrimümkün olmuşdur. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 sonuncu dəfə pretenziya (xəbərdarlıq) ünvanlanaraq öhdəliyin 10 gün ərzində icra olunması tələb edilmiş, lakin tələb yenə də icrasız qalmışdır. Qeyd edilən səbəblərdən “xxxx" Qapalı Səhmdar Cəmiyyəti pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanılmış müqavilə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və tərəflərə hər hansı bir təzyiq göstərilməmişdir. Müqavilələrin əsas şərti Cavabdeh1 uzun müddət istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 39700 (otuz doqquz min yeddi yüz) manat məbləğində kompensasiyaya görə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. İddiaçı tərəfindən könüllü surətdə müqavilə şərtlərinə uyğun olaraq cavabdehə 39700 (otuz doqquz min yeddi yüz) manat məbləğində kompensasiya ödənilmiş və müqavilə üzrə üzərlərinə düşən öhdəliklər yerinə yetirilmişdir. Cavabdeh tərəf isə müqavilə ilə nəzərdə tutulmuş kompensasiyanı alsa da üzərinə düşən öhdəliyi icra etməmişdir. xx.xx.2017-ci il tarixli razılaşma üzrə hər iki tərəf öz iradələrini ifadə etməklə könüllü surətdə müqavilə bağlamışlar. İddiaçının Cavabdeh1 ilə arasında imzalanmış və xx.xx.2017-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşma ləğv olunması barədə tələbi təmin edilməməlidir. Cavabdeh1 ödənilmiş 39700 (otuz doqquz min yeddi yüz) manat kompensasiya məbləğinin geri alınaraq iddiaçı “xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Tərəflər qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlamış və müqavilə şərtlərinə öz razılıqlarını ifadə etmişlər. İddiaçı tərəf özü ilk olaraq xx.xx.2017-ci il tarixli müqavilənin bağlanmasına təşəbbüs etmiş, müqavilənin şərtlərinə, o cümlədən, Cavabdeh1 kompensasiya məbləğinin ödənilməsinə razılıq vermiş, məhkəmə tərəfindən bu razılığı etibarsız hesab etmək üçün sübutlar məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə məxsus tikilidən çıxarılması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları nəzərə alır. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh1 istifadəsindədir. Lakin həmin yaşayış sahəsi “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. xx.xx.2017-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmanın şərtlərindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə məxsus tikilidən çıxmaq və iddiaçıda bunun müqabilində kompensassiya kimi ona 39700 manat pul vermək barədə öhdəlik götürmüşlər. Lakin iddiaçı tərəf öz üzərinə düşən öhdəliyi icra etsə də, Cavabdeh1 razılaşma ilə məskunlaşdığı sahəni 5 gün ərzində boşaldacağına dair götürdüyü öhdəliyi hazırkı vaxtadək birtərəfli şəkildə icra etməmişdir. Müqavilə ilə cavabdeh tərəfin öz öhdəliyini yerinə yetirməsi üçün konkret vaxt müəyyən edilmiş və cavabdeh tərəf bu öhdəlikləri yerinə yetirəcəyini öz üzərinə götürərək müqavilənin tələbləri ilə razılaşmışdır. Belə ki, müqavilənin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmiş və müqavilə ilə tərəflər bir-birilərinə münasibətədə qarşılıqlı öhdəlik götürmüş və cavabdehlərin müqavilədə qeyd olunan öhdəliklərinin yerinə yetirilməsindən birtərəfli qaydada imtina etməsi hazırkı halda onun mübahisə predmeti olan sahədən çıxması və öhdəliyin icrası üçün mane deyil. ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edimiş qanunsuz tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci tarixli razılaşmadan görünür ki, Cavabdeh1 39700 (otuz doqquz min yeddi yüz) manat kompensasiya məbləği müqavilində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən imtina etmiş və digər Cavabdeh2 isə Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin “xxxx” QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Göründüyü kimi həmin razılaşmada mübahisəli yaşayış sahəsinin cavabdehlərin hesabına sökülməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini göstərsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Hazırki iş üzrə, təmin olunan hissədə iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İkincisi, tərəflər arasında bağlanmış xx.xx.2017-ci tarixli razılaşmadan görünür ki, Cavabdeh1 39700 (otuz doqquz min yeddi yüz) manat kompensasiya məbləği müqabilində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən imtina etmiş və digər Cavabdeh2 isə Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin “xxxx” QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Apellyasiya şikayətində də cavabdeh müqavilənin şərtləri ilə razılaşaraq imzaladığını və ona hər hansı bir təzyiq göstərilmədiyini göstərmiş, kompensasiya məbləğini alsa da hazırda əlavə kompensasiya verilməsini istədiyini bildirir. Səbəb kimi, aldığı məbləğlə heç bir şərait yaratmağın mümkün olmadığını, evin qiyməti verilmiş kompensasiyanın məbləğindən yüksək olduğunu göstərir. Əlbətdə ki, cavabdehin iddia tələbinə bu formada etirazı başadüşüləndir. Lakin cavabdehin yalnız bu istəyinə görə iddianın təmin edilən hissəsi üzrə qətnamə ləğv edilib, bu hissədə də iddia rədd edilə bilməz. Çünki, cavabdehin özünün də qeyd etdiyi kimi o, razılaşmanın şərtləri ilə razılaşaraq onu imzalamışdır. Həmin vaxt kompensasiyanın hansı miqdarda olduğunu bildiyi üçün razılaşmadan imtina edə yaxud kompensasiya məbləğinin artırılmasını tələb edə bilərdi, lakin etməmişdir. Sonradan əlavə kompensasiya istəməsinin isə hazırki iddianın əsaslılığına heç bir təsiri yoxdur. Üçüncüsü, apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla da birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə düz nəticəyə gəlmişdir. Çünki, tərəflər arasında olan razılaşmaya əsasən mübahisəli ev artıq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə məxsus olduğundan, cavabdehlərin isə həmin evdən çıxmaması özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyi pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Göründüyü kimi, bu məsələlər, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün olan yekun nəticəyə gəlinmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(007)-225/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2206/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2206/2021
15.02.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver