Məhkəmə qərarları › İş №2(103)-2208/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2208/2024

24.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2208/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə (Açar sözlər:İşə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və.s ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(006)-4016/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları qətnaməni qəbul etdi, İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" QSC-nin xx.xx.2023-cüil tarixli 13-1-19/3-10- 1869/2023 saylı əmrindən görünür ki, elektrik qatar maşinist köməkçisi İddiaçı Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsinin 4.7 bəndinə əsasən ixtisası nəzərə alınmaqla işdən azad olunaraq başqa işə keçirilməli idi. Lakin istismar xidmətinin ştat cədvəlində onun ixtisasına uyğun ştatın olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş və nəzərinə çatdırılmışdır ki, gələcəkdə hər hansı intizam pozuntularına yol verərsə işdən azad olunacaqdır. -Əmrin İİ hissəsində İstimar xidmətinin İnsan Resursları bölməsinə elektrik qatar maşinist köməkçisi İddiaçı etik davranış qaydalarına sığmayan hərəkətləri, vəzifə öhdəliklərini pozması, funksional rəhbərlərə tabeçilik göstərməməsi, müəssisə rəhbərliyinin ictimai nüfuzuna xələl gətirən davranışları, müxtəlif dövlət orqanlarında dəmir yolunun imicinə, nüfuzuna xələl gətirən hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində aidiyyəti üzrə müvafiq prosedurlara başlanılması əmr edilmişdir. -Əmrin İİİ hissəsində Lokomotiv işinin təşkili, xidməti və təhcizetmə bölməsinin rəisinə bölməsinə elektrik qatar maşinist köməkçisi İddiaçı üzərində nəzarətin gücləndirilməsi tapşırılmışdır.

2. Sərnişin daşımaları departamenti istismar xidməti rəisinin yanında keçirilən xx.xx.2023-cü il tarixli araşdırma üzrə 13 saylı protokola əsasən elektrik qatar maşinist köməkçisi İddiaçı naməlum tarixdə 6703 nömrəli Hacıqabul-Şirvan-Bakı marşrutu ilə hərəkətdə olan zaman Ələt stansiyasında vəzifə öhdəliklərini yerinə yetirməməsi aşkar olunmuşdur. Belə ki, elektrik qatar maşinist köməkçisi İddiaçı naməlum tarixdə Ələt stansiyasında mobil telefon vasitəsilə çəkilişlər apararaq reqlament və təhlükəsizlik qaydalarını kobud surətdə pozmuşdur. Bu çəkilişlər sosial şəbəkədə yayımlandıqdan sonra lokomotiv briqadasının vəzifə təlimatlarını pozmaları aşkar olunmuşdur (elektrik qatar maşinist köməkçisi İddiaçı səfərdə onunla birlikdə olan maşinistin adını verməkdən imtina etmişdir). Bu səbəbdən hadisə barəsində İddiaçı izahat verməsi tələb olunmuşdur. O, izahat verməkdən, həm çəkiliş tarixi, həm də maşinistin kimliyi barədə məlumat verməkdən imtina etmişdir. Belə əməllərin tez-tez təkrar olunması, onun tərəfindən maşinistlərin iradlarına məhəl qoyulmaması səbəbindən bir qrup maşinist İddiaçıla səfərə getmək istəmədikləri barədə Xidmət rəhbərliyinə ərizə ilə müraciət etmişlər. Onlar səbəb olaraq İddiaçı vəzifə təlimatından kənar işlərlə məşğul olması və gələcəkdə bu səbəbdən problemlər yaşamaq istəməmələri ilə əlaqələndirmişlər. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə Xidmət rəisinin lokomotiv briqadalarının işinin təşkili üzrə müavini X3 yanında İddiaçı və onunla səfərə getmək istəməyən maşinistlərin iştirakı ilə məsələyə baxılmışdır. Maşinistlər İddiaçıla səfərə getmək istəməmələri səbəbini izah etdikdən sonra, İddiaçı за öz növbəsində onlarla yola getməkdən imtina etdiyini bildirmişdir. Bu və digər məsələlər barədə akt tərtib olunmuşdur. Naməlum tarixdə 6703 nömrəli Hacıqabul-Şirvan-Bakı marşrutu ilə hərəkətdə olan elektrik qatarının lokomotiv briqadası (elektrik qatar maşinisti və elektrik qatar maşinist köməkçisi İddiaçı Ələt stansiyasında hərəkətdə olan zaman “Azərbaycan X10tarların hərəkəti və manevr işlərində standart, qeyri-standart və qəza allarında danışıq reqlamenti”-nin 3.2.3 (Hərəkət surətinə məhdudiyyət qoyulan yerə yaxınlaşarkən və oranı keçərkən maşinist köməkçisi öz iş yerində ayaq üstə dayanaraq aşinist tərəfindən hərəkət sürətinə riayət olunmasına nəzarət etməlidir), 3.2.6. (Maşinist və — aşinist köməkçisi işıqforların göstəricilərini təkrarlayarkən onların təyinatını (keçid, «əoərdaredici giriş, marşrut, təkrarlayıcı, çıxış, manevr), stansiyalarda isə eyni zamanda yolun nömrəsini bir-birlərinə deməlidir) yaxınlaşarkən maşinistə onun təyin edilmiş keçilmə (sürətini məruzə etməlidir), 3.2.8 (Qatar stansiyanın giriş işıqforuna yaxınlaşarkən maşinist toməkçisi onun görünmə hüdudunda maşinistə giriş işıqforunun göstəricisi və stansiya üzrə toy n edilmiş hərəkət sürəti barədə məlumat verməlidir. Məlumatın düzgünlüyünə əmin olan —aşinist onu təkrar etməlidir), 3.2.9 (Stansiyanı keçərkən maşinist və maşinist köməkçisi r-arşrutun düzgün hazırlanmasını, yolun boşluğunu və çıxış işıqforunun göstəricisini jzəməli, qatarın hərəkət marşrutu və hərəkət sürəti barədə öz aralarında bir-birini: “Yoldəyişənlər marşrut üzrədir, ________yoldan çıxış_____(işarənin göstəricisini bildirir), sürət_____km/saatdır” deməklə məlumatlandırmalıdırlar) bəndlərinin tələblərini pozmuşdur. Araşdırma zamanı İddiaçı sözügedən çəkilişi işdə olmayan zaman, sərnişin kni gedərkən çəkdiyini bildirməyinə baxmayaraq, görüntülərdən aydın olur ki, çəkiliş lokomotivin maşinist kabinasında işdə olan zaman aparılıb, hətta işdə olmayan zaman lökomotivin maşinist kabinasına daxil olaraq çəkiliş aparması qanun pozuntusu sayılır, yolverilməzdir və Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin intizam Nizamnaməsinin 4.1. (İşçinin intizamı pozmaqda təqsirli olması intizam pozuntusu hesab edilir. Dəmir yolu nəqliyyatının xidməti otaqlarında, qatarlarda və müəssisələrinin ərazilərində müəyyən edilmiş etik davranış qaydalarının, əmək və icra intizamının pozulması, hətta bu hal əmək vəzifələrinin icrası zamanı baş vermədikdə belə intizam pozuntusu hesab olunur. Bu zaman mövcud əmək qanunvericiliyi və bu Nizamnamə ilə müəyyən edilmiş intizam tənbehləri tətbiq edilə bilər) bəndinə əsasən intizam tənbehi tətbiq edilməlidir. Bundan başqa “Azərbaycan Dövlət Dəmir Yolunun Texniki istismar Qaydaları”-na dair təlimatının 16.38 (Yolun boşluğunu, işarələri, işarə göstəricilərini və nişanlarını izləmək, onların bütün tələblərini yerinə yetirmək və işıqforlarla verilən bütün işarələri, yoldan və lokomotivdən dayanma və sürətin azaldılması barədə verilən işarələri bir-birlərinə təkrarlamaq), 16.39 (Daimi işarələrin qadağanedici göstəricisini, sürəti azaltma işarələrin və sürətin azaldılmasını tələb edən digər işarələrin göstəricilərində xidməti tormozlama tətbiq edərək qatarı qadağanedici işarənin qarşısında saxlamaq, sürətin azaldılmasını tələb edən işarəni isə həmin işarə üçün müəyyən edilmiş sürətdən böyük olmayan sürətlə keçmək) yarımbəndlərinin tələbləri pozulmuşdur. Çıxış edənlər (Elxan Quliyev, Elçin Məmmədov, Mətləb Rəhimli və Bəyim Həsənova) elektrik qatar maşinist köməkçisi İddiaçı nizam-intizamsız işçi olması, funksional rəhbərliyə tabeçilik göstərməməsi, verilən tapşırıqlara əməl etməməsi, hətta əmək haqqı artımı ilə əlaqədar Əmək müqaviləsində olan dəyişikliyə imza atmaqdan, hər dəfə araşdırmaya gələrkən izahat verməkdən imtina etməsi, araşdırma zamanı özünü qeyri-etik aparması, nəinki İstismar xidmətinin, dəmiryolu rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətməsi və belə davranışların mütəmadi olmasını və qüvvədə olan intizam tənbehini nəzərə alaraq, onun işdən azad olunmasını məqbul hesab etdilər. Qərara alınmışdır ki, 1. “Azərbaycan X10tarların hərəkəti və manevr işlərində standart, qeyri-standart və qəza hallarında danışıq Reqlamenti”-nin 3.2.3, 3.2.6, 3.2.8, 3.2.9 yarımbəndlərinin, "Azərbaycan Dövlət Dəmir Yolunun Texniki istismar Qaydaları”-nın 16.38, 16.39, yarımbəndlərinin tələblərini pozduğuna görə elektrik qatar maşinist köməkçisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”(əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək), "c” (əməyin təhlükəsizliyi normalarına əmək etmək) bəndlərini, 72-ci maddəsinin “ə” (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) bəndini nəzərə alaraq, həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması məqsədi ilə həmin məcəllənin SO-ci maddəsinin 1-ci bəndinə əsasən razılığı alınması üçün İstismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinə müraciət edilsin. İstismar xidmətinin İnsan resursları bölməsi elektrik qatar maşinist köməkçisi İddiaçı qanunvericiliyə uyğun olaraq işdən azad olunması üçün sənədləşmənin aparılmasını təmin etsin. İstismar xidmətinin İnsan resursları bölməsi elektrik qatar maşinist köməkçisi İddiaçı Xidmətin normal iş ahəngini pozmasına, rəhbərliyə tabeçilik göstərməməsinə, onlara qarşı qeyri adekvat davranış və qeyri-etik ifadələr işlətməsinə, digər işçilərə mənfi təsir göstərməsinə və Azərbaycan Rüspublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “d” (dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada şərtlərlə gizli saxlamaq) bəndinin tələblərini pozmasına hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti üzrə müraciət hazırlanmasını təmin etsin. Lokomotivlərin işinin təşkili, xidməti və təchizetmə bölməsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, elektrik qatar maşinist köməkçisi İddiaçıla birlikdə səfərdə olan maşinistin kimliyinin müəyyən edilməsi üçün tədbirlər görsün. Hazırki qərarla aidiyyəti işçilər tanış edilsinlər. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram. 3.Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 33 nömrəli protokolundan görünür ki, iclasın gündəliyinə qoyulan məsələ səs çoxluğu ilə qəbul edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. 4."xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-1-19/3-10- 3732/2023 saylı əmrindən görünür ki, sərnişin daşımaları departamentinin istismar xidmətinin lokomotiv briqadalarının elektrik qatar maşinist köməkçisi peşəsində çalışan İddiaçı 6703 №li Hacıqabul Şirvan Bakı marşrutu ilə hərəkət edərkən Ələt stansiyasında qanunsuz video çəkiliş apararaq iş vaxtı öz vəzifə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş və bununla da “Azərbaycan X10tarların hərəkət və manevr işlərində standart, qeyri-standart və qəza hallarında danışıq Reqlamenti”nin 3.2.3, 3.2.6,, 3.2.8, 3.2.9 yarımbəndlərinin, “Azərbaycan Dövlət Dəmir Yolunun Texniki istismar Qaydaları”na - dair təlimatın 16.38 və 16.39 yarımbəndlərinin tələblərini kobud surətdə pozmuş, bununla da əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. İddiaçı tərəfindən daha əvvəllər də əmək və əmək intizam qaydaları dəfələrlə pozulmuş və müvafiq olaraq barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq intizam tənbehi verilmişdir. Həmçinin İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “c” bəndlərinin tələblərini kobudcasına pozmuşdur. Göstərilənləri və Sərnişin daşımaları departamentinin istismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 33 saylı qərarını nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin İİ hissəsini, 72-ci maddəsinin “e” və “ə” bəndlərini rəhbər tutuaraq xx.xx.2023-cüil tarixindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. 5.Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1838/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa, işə bərpa olunduğu günə qədər əmək haqqılar arasındakı fərqin hesablanaraq, həmçinin maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. 6.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 7490/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1838/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7.İddiaçı cavabdeh "xxxx" QSC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, "xxxx" QSC-nin 06 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv olunması, cavabdeh "xxxx" QSC tərəfindən onun xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqının və son haqq-hesabının, maddi və mənəvi kompensasiya olaraq 5.000 manat məbləğində pulun, 50 manat mediasiya prosesinə çəkilən xərcə görə, 70 manat iddia ərizəsinin yazılmasına dair hüquqi xidmət xərcinin ödənilməsi və cavabdeh "xxxx" QSC tərəfindən qanunsuz işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və işə bərpa barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdən "xxxx" QSC-də fəaliyyət göstərirdi. "xxxx" QSC tərəfindən şirkətdə işləməyə dəvət olunmuşdu və cavabdeh "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixli 580 nömrəli əmək müqaviləsi bağlanaraq maşinist vəzifəsinə işə qəbul edilmişdi. Sözügedən əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşlədiyi şirkətdən səbəbsiz olaraq cavabdeh "xxxx" QSC tərəfindən bağladıqları əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. O, uzun müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Ailə sahibidir və himayəsində azyaşlı uşaqlar var. "xxxx" QSC ilə dəfələrlə əlaqə yaradılsa da, o, hər dəfə müxtəlif bəhanələr gətirərək ona dəymiş maddi və mənəvi ödənilməyən əmək haqqı və son haqq-hesabını ödəməkdən boyun qaçırır. "xxxx" QSC tərəfindən işdən azad olunarkən əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış olmamış və ona Əmək Qanunvericliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Düşünür ki, onu işdən azad etmə səbəbləri facebook sosial mediasında "xxxx" QSC-də baş verən oğurluq hadisəsini paylaşması olub. Çünki paylaşımdan sonra işdə ona qarşı davranışlar dəyişmişdir və onu işdən azad edəcəklərini bildirirdilər. 9.Cavabdeh "xxxx" QSC-nin iddiaya etirazı onunla əsaslandırılır ki, iddiaçı iddia ərizəsində göstərdiyi tarixdən işə götürülməmişdir. Həmin tarixdə, yəni xx.xx.2021-ci ildə iş vaxtı yol verdiyi kobud nöqsanlara görə 580 nömrəli əmrlə elektrik qatar maşinisti vəzifəsindən elektrik qatar maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. Ümumiyyətlə iddiaçının ərizəsində göstərdikləri tamamilə həqiqətdən uzaqdır. Belə ki, İddiaçı xx.xx.1989-cu ildə ADYnin Bakı Lokomotiv deposuna Avtomat sexində 3-cü dərəcəli çilingər, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri əhatə edən dövr ərzində sərbəst elektrovoz maşinist köməkçisi, xx.xx.1993xx.xx.1994-cü il tarixləri əhatə edən dövr ərzində 3-cü dərəcəli çilingər, xx.xx.1994-xx.xx.2002ci il tarixləri əhatə edən dövr ərzində MVHH maşinist köməkçisi, xx.xx.2002-xx.xx.2015-ci il tarixləri əhatə edən dövr ərzində MVHH maşinisti, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri əhatə edən dövr ərzində elektrik qatar maşinisti, xx.xx.2021-ci il tarixdən isə əmək müqaviləsinə xitam verildiyi günə qədər elektrik qatar maşinist köməkçisi vəzifəsində işləmişdir. Yəni iddia ərizəsində göstərildiyi müddətə kimi maşinist deyil, maşinist köməkçisi vəzifəsində işləmişdir. Aşağıda qeyd olunan tarixlərdə İddiaçı işlədiyi müddətdə bir neçə dəfə intizam tənbehi verilmişdir. Belə ki, Bakı Lokomotiv Deposunda işlədiyi müddətdə 223 nömrəli, xx.xx.2014-cü il tarixli intizam əmrində - şiddətli töhmət, 276 nömrəli, xx.xx.2015-ci il tarixli intizam əmrində vəzifəsi aşağı salınaraq çilingər, 43 nömrəli, xx.xx.2021-ci il tarixli intizam əmrində - Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsinin 4.7ci bəndinə əsasən vəzifə kateqoriyası endirilərək elektrik qatar maşinist köməkçisi intizam tənbehi verilmişdir. Göründüyü kimi, iddiaçı işlədiyi dövr ərzində dəfələrlə intizam tənbehi verilməsinə baxmayaraq tənbehlərdən nəticə çıxartmamışdır. Son vəzifəsində işlədiyi dövr ərzində eyni hallar təkrar edildiyi üçün Sərnişin daşımaları departamentinin İstismar xidməti tərəfindən 13-1-19/3-13-1869/2023 nömrəli xx.xx.2023-cü il tarixli intizam tənbehi haqda əmrlə barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Verilmiş şiddətli töhmətlə sonuncu xəbərdarlığa baxmayaraq İddiaçı bir daha kobud qanun pozuntularına yol vermiş, qanunvericiliyin tələblərini pozaraq iş ahənginin pozulmasına səbəb olmuşdur. Belə ki, İddiaçı davamlı olaraq, iş kollektivi arasında davranış qaydalarına, əməkdaşlar arasında qarşılıqlı hörmət, müasir korporativ idarəetmə prinsiplərinə zidd hərəkətlər etməklə, eləcə də, işə vicdanlı münasibət göstərməyərək iş vaxtı şəxsi, iş yoldaşlarının, eləcə də dövlət əmlakının təhlükəsizliyinin qorunması barədə tələbləri pozmuşdur. İddiaçı əvvəlki hallara münasibətdə təkrarən, işdən yayınıb telefon çəkilişləri etmiş, əlavə olaraq iş yoldaşlarının fikrini teplovozun idarəetməsindən yayındıraraq, şəxsi problemlərinə yönəltmiş, o cümlədən iş yoldaşlarında haqsız olaraq, ümumilikdə ADY-nin idarəetmə strukturlarının əleyhinə fikirlər formalaşdırmağa cəhd etmiş, rəhbərliyin ünvanına nalayiq ifadələr işlətmiş, nəticədə işçi kimi özünün əmək funksiyasını, o cümlədən əmək müqaviləsi üzrə öhdəliklərini, yəni qəsdən kommersiya sirrinin yayılması üzrə öhdəlikləri yerinə yetirməmiş, həmçinin əvvəllər verilmiş intizam tənbehlərinə əsas olmuş halları da nəzərə almaqla, yuxarıda sadalanan əməllərlə yəni, onun kobud səhvləri, hüquq pozuntuları nəticəsində Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl dəymişdir. İddiaçı “Azərbaycan Dövlət Dəmir Yolunun Texniki istismar Qaydaları”na - dair təlimatının 16.38 və 16.39 yarımbəndlərinin tələblərini kobud surətdə pozaraq (Yolun boşluğunu, işarələri, işarə göstəricilərini və nişanlarını izləmək, onların bütün tələblərini yerinə yetirmək və işıqforla verilən bütün işarələri, yoldan və lokomotivdən dayanma və sürətin azaldılması barədə verilən işarələri bir-birinə təkrarlamaq), (daimi işarələrin qadağanedici göstəricisini, sürəti azaltma işarələrini və sürətin azaldılmasını tələb edən digər işarələrin göstəricilərində xidməti tormozloma tətbiq edərək qatarı qadağanedici işarənin qarşısında saxlamaq, sürətin azaldılmasnı tələb edən işarəni isə həmin işarə üçün müəyyən edilmiş sürətdən böyük olmayan sürətlə keçmək) müəyyən olunmuş sürət həddini aşmışdır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək), “c” (əməyin təhlükəsizliyi normalarına əməl etmək) bəndlərini, 72-ci maddəsinin “ə” (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) bəndini nəzərə alaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması məqsədi ilə həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinin tələbi ilə razılıq alınması üçün Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. Komitənin xx.xx.2023-cü il tarixli 33 nömrəli protokolunda iclasın gündəliyinə qoyulan məsələ səs çoxluğu ilə qəbul edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən 68, 69, 70, 71, 73, 74, 75, 76 və 79-cu maddələrinin tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verərsə işçi məhkəmə tərəfindən işə bərpa olunmalıdır. Beləliklə, Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilən əsaslar, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mövcud deyildir və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunmuşdur. Sadalanan xüsusatlar işə baxan məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bundan əlavə, iddiaçı 5.000 manat maddi və mənəvi ziyan dəydiyini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu hissədə də iddia tamamilə əsassızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa iddiaçı iddia tələbində ona ödənilməmiş son haqq-hesabın ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirir ki, iddiaçının son haqq-hesabı işdən azad olunduğu gün onun hesabına ödənilmişdir. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Yuxarıda qeyd olunanları əsas tutaraq, İddiaçı cavabdeh "xxxx" QSC-yə (ADY) qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 30 oktyabr 2023-cü il tarixli, 2(006)-4016/2023 saylı qətnaməsi ilə(hakim-Ceyhun Tağıyev) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. 11.X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, "xxxx" QSC-nin sərnişin daşımaları departamentinin istismar xidmətinin rəisi vəzifəsində çalışır. Onların çalışdığı sahə yüksək təhlükə potensiallı sahədir və bu sahədə bütün qaydalar, fəaliyyət müvafiq normativ sənədlərlə, təlimatlarla tənzimlənir. Bu qaydaların pozulmasına yol verən işçilər isə əmək qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunurlar. İddiaçı da intizam pozuntusuna yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilmiş və ona şiddətli töhmət verilmişdir. Daha sonra o, 6 aylıq müddət ərzində təkrar pozuntuya yol verdiyinə görə işdən azad edilmişdir. İddiaçı dəfələrlə intizam qaydalarını pozmuşdur. Belə ki, iddiaçı öncədən də yol verdiyi pozuntulara, surət həddini aşmağa görə maşinist vəzifəsindən kənarlaşdırılaraq maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. Bu məsələ ilə bağlı iddiaçı məhkəməyə müraciət etsə də, onun iddia tələbləri təmin olunmamışdır. 12.X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, həmkarlar ittifaqının sədri vəzifəsində çalışır. O, iki il müddətində iddiaçı ilə biryerdə işləmişdir. İddiaçını tanıdığı vaxtdan da onun necə problemli insan olduğunu görmüşdür. Eyni zamanda, bütün işçilər də iddiaçı barəsində narazılıqlarını ifadə etmişlər. İddiaçı elə bir vəziyyət yaratmışdır ki, iş yoldaşları onunla işləmək istəməmişlər. İddiaçının etdiyi əməllər rəhbərliyin də narazılığını doğurmuşdur. Dəfələrlə icra intizamının pozulmasına yol vermişdir. 13.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı xx.xx.1989-cu ildə ADY-nin Bakı Lokomotiv deposuna Avtomat sexində 3-cü dərəcəli çilingər, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri əhatə edən dövr ərzində sərbəst elektrovoz maşinist köməkçisi, xx.xx.1993 - xx.xx.1994-cü il tarixləri əhatə edən dövr ərzində 3-cü dərəcəli çilingər, xx.xx.1994 - xx.xx.2002-ci il tarixləri əhatə edən dövr ərzində MVHH maşinist köməkçisi, xx.xx.2002-xx.xx.2015-ci il tarixləri əhatə edən dövr ərzində MVHH maşinisti, xx.xx.2015-xx.xx.2021-ci il tarixləri əhatə edən dövr ərzində elektrik qatar maşinisti, xx.xx.2021-ci il tarixdən isə əmək müqaviləsinə xitam verildiyi günə qədər elektrik qatar maşinist köməkçisi vəzifəsində işləmişdir. 14.Hazırda iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğunu mübahisələndirir və tələbinin əsasını facebook sosial mediasında "xxxx" QSC-də baş verən oğurluq hadisəsini paylaşması ilə əsaslandırır. 15.İddiaçı hüquqlarının pozulduğunu bildirərək öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, sonra cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01479 saylı arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasına gəlsə də, cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilmiş İMS-ə gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərcini ödəmişdir. 16.Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İş materiallarından da görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçinin müəssisədaxili intizam qaydalarını pozulması və etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi əsası ilə xitam verilmişdir. Bu səbəbdən, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 06 iyul 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 17.İş materiallarından görünür ki, buna qədər iddiaçıya Bakı Lokomottv deposunda işlədiyi müddətdə 233 №li xx.xx.2014-cü il tarixli intizam əmri ilə ona şiddətli töhmət, 276 №li xx.xx.2015-ci il tarixli intizam əmri ilə vəzifəsi aşağı salınaraq çilingər, 43 №li xx.xx.2021-cü il tarixli intizam əmri ilə ona Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin intizam Nizamnaməsinin 4.7-ci bəndinə əsasən vəzifə kateqoriyası endirilərək elektrik maşinist köməkçisi intizam tənbehi verilmiş, Sərnişin daşımaları departamentinin İstismar xidmətində "xxxx" QSC-nin xx.xx.2023-cüil tarixli, 13-1-19/3-10-1869/2023 saylı əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. 18.Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı əmək funksiyalarını dəfələrlə pozmuş, verilmiş intizam tənbehlərindən nəticə çıxarmamış və bu funksiyaları yerinə yetirməmişdir. 19.Müəyyən edilmişdir ki, 06 iyul 2023-cü il tarixli əmrdə iddiaçının Əmək Məcəlləsində təsbit olunmuş hüquqlarının təmin edilməsi üçün bütün göstərişlər verilmiş, müvafiq ödəniş sənədindən göründüyü kimi, son haqq-hesab hesablanaraq, iddiaçıya təqdim olunmuş, həmçinin məktub ünvanlanaraq əmək kitabçasını İnsan resursları bölməsindən təhvil alması xahiş olunmuşdur. 20.Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (sosial şəbəkədə paylaşımdan dolayı işdən azad edilməsinə və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir. 21.Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi halları təkrarlanan hal olmuşdur və iddiaçı barəsində bir neçə dəfə intizam tənbehi verilmişdir. İddiaçı işdən azad edilməsinin səbəbi kimi onun sosial şəbəkədə paylaşım etməsini göstərsə də, işin faktiki hallarından göründüyü kimi, həmin intizam tənbehləri işdən azad edilməmişdən daha öncəki vaxtlara təsadüf edir və sosial şəbəkədəki həmin paylaşımla sonuncu intizam tənbehi arasında heç bir əlaqə yoxdur. Belə ki, iddiaçı davamlı şəkildə əmək funksiyalarını yerinə yetirməmiş və ona verilən intizam tənbehlərindən nəticə çıxarmamışdır. Bu səbəbdən, işin faktiki halları ilə işəgötürənin Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam verərək iddiaçını işdən azad etməsi müəyyən edilmişdir. 22.Məhkəmə hesab etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə kifayət qədər əsas olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. 23.Beləliklə də, məhkəmə hesab etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olduğundan tələbin "xxxx" QSC-nin 06 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv olunması” hissəsi əsassızdır və təmin edilə bilməz. 24.Məhkəmə hesab etmişdir ki, tələbin "xxxx" QSC-nin 06 iyul 2023- cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv olunması hissəsi əsassız olduğundan digər törəmə tələbləri ("xxxx" QSC tərəfindən onun xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqının və son haqq-hesabının, maddi və mənəvi kompensasiya olaraq 5.000 manat məbləğində pulun, 50 manat mediasiya prosesinə çəkilən xərcə görə, 70 manat iddia ərizəsinin yazılmasına dair hüquqi xidmət xərcinin ödənilməsi və cavabdeh "xxxx" QSC tərəfindən qanunsuz işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və işə bərpa) üzrə əlavə araşdırılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. 25.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 35-ci;Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 10,68-ci maddəsinin 1 və 2-ci bəndinə, 70, 72-ci maddəsinin (a) bəndi, 76.1, 311, 186-cı madddənin 1 və 2-ci hissəsi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4, 216-220-ci maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apelyasiya şikayətinin dəlilləri

26.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən xx.xx.2023-cü il tarixli 22 əmrində göstərilmiş nöqsana yol verilməsində təqsirinin olub-olmaması ilə bağlı işəgötürən tərəfindən araşdırılması, ondan izahat tələb edilmədiyini nəzərə alınmamış və hüquqi qiymət verilməmişdir.İşəgötürənin Əmək məcəlləsinin 186-cı maddəsinin 2-ci hissədində nəzərdə tutulmuş intizam məsulliyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. Hesab edir ki, "xxxx" QSC-nin Həmkarlar Təşkilatının qəbul etdiyi qərar qərəzli, qanunsuz və əsassız olmaqla işçinin deyil, işəgötürənin maraqlarının müdafiəsinə yönəlmişdir. Həmkarlar Təşkilatı öz qərarında işçinin təqsirli olub-olmamağı, işəgötürənin əsas gətirdiyi sübutların nədən ibarət olması və işçi barəsində işəgötürən tərəfindən hansı intizam tənbehlərindən birinin verilməsi nəzərdə tutulduğuna aydınlıq gətirməmişdir. Həmçinin onun xx.xx.2023-cü il tarixdə iclasda iştirak etməməsinə Həmkarlar Təşkilatı münasibət bildirməmiş, onun iştirakı olmadan iclas keçirilmişdir. Həmkarlar Təşkilatı işəgötürənin maraqlarına xidmət edərək onun tərəfindən işçi barəsində yol verilmiş qanun pozuntularını dəstəkləmişdir. Məhkəmə öz növbəsində bu dəstəyin qanuni olduğunu və işəgötürənin yol verdiyi qanusuzluqlara səhv qiymət vermişdir. Əmrin məzmunundan göründüyü kimi bu əmrin verilməsi məqsədi cavabdehin xx.xx.2023-cü il tarixli 33 nömrəli əmrin icrası olmuşdur. Lakin 3 nömrəli əmrda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə əsas olmuş hər hansısa bir hüquqi əsas müəyyən olunmamışdır. İşə baxan hakim sübutları tamvə düzgün qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan halları müəyyən etməmiş, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibtədə olmalarını, həmin iş üzrə hasnı qanunu tətbiq edilməli olduğunu müəyyən etməmişdir. Ondan nə yazılı izahat tələb olunmuş, nə də izahat vermək üçün dəvət olunmuşdur. Ondan izahat alınmamış və işdən çıxma səbəbi araşdırılmamışdır. Həmçinin məhkəmədə verdiyi vəsatətlər barədə qətnamədə hər hasnı bir məlumat verilməmişdir.

b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

28.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı 29.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, Azərbaycan Dəmir Yolunun rəhbər işçiləri ancaq rüşvətlə məşğuldurlar. O, yeyinti hallarını çəkib onların diqqətinə çatdırsa da, heç bir nəticəsi olmayıbdır. Buna görə də, ondan xoşları gəlmir. Onun heç bir pozuntuları olmamışdır. 30.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinə təqdim etdikləri etiraza uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, iddiaçının əvvəllər çoxsaylı pozuntuları olmuşdur. Son vəzifəsində işlədiyi dövr ərzində eyni hallar təkrar edildiyi üçün Sərnişin daşımaları departamentinin İstismar xidməti tərəfindən 13-1-19/3-13-1869/2023 nömrəli xx.xx.2023-cü il tarixli intizam tənbehi haqda əmrlə barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Verilmiş şiddətli töhmətlə sonuncu xəbərdarlığa baxmayaraq İddiaçı bir daha kobud qanun pozuntularına yol vermiş, qanunvericiliyin tələblərini pozaraq iş ahənginin pozulmasına səbəb olmuşdur. Belə ki, İddiaçı davamlı olaraq, iş kollektivi arasında davranış qaydalarına, əməkdaşlar arasında qarşılıqlı hörmət, müasir korporativ idarəetmə prinsiplərinə zidd hərəkətlər etməklə, eləcə də, işə vicdanlı münasibət göstərməyərək iş vaxtı şəxsi, iş yoldaşlarının, eləcə də dövlət əmlakının təhlükəsizliyinin qorunması barədə tələbləri pozmuşdur. İddiaçı əvvəlki hallara münasibətdə təkrarən, işdən yayınıb yüksək təhlükə mənbəyini idarə edərkən telefon çəkilişləri etmiş, dəfələrlə sürət həddini aşmış, əlavə olaraq iş yoldaşlarının fikrini teplovozun idarəetməsindən yayındıraraq, şəxsi problemlərinə yönəltmiş, o cümlədən iş yoldaşlarında haqsız olaraq, ümumilikdə ADY-nin idarəetmə strukturlarının əleyhinə fikirlər formalaşdırmağa cəhd etmiş, rəhbərliyin ünvanına nalayiq ifadələr işlətmiş, nəticədə işçi kimi özünün əmək funksiyasını, o cümlədən əmək müqaviləsi üzrə öhdəliklərini, yəni qəsdən kommersiya sirrinin yayılması üzrə öhdəlikləri yerinə yetirməmiş, həmçinin əvvəllər verilmiş intizam tənbehlərinə əsas olmuş halları da nəzərə almaqla, yuxarıda sadalanan əməllərlə yəni, onun kobud səhvləri, hüquq pozuntuları nəticəsində Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl dəymişdir. İddiaçı “Azərbaycan Dövlət Dəmir Yolunun Texniki istismar Qaydaları”na - dair təlimatının 16.38 və 16.39 yarımbəndlərinin tələblərini kobud surətdə pozaraq (Yolun boşluğunu, işarələri, işarə göstəricilərini və nişanlarını izləmək, onların bütün tələblərini yerinə yetirmək və işıqforla verilən bütün işarələri, yoldan və lokomotivdən dayanma və sürətin azaldılması barədə verilən işarələri bir-birinə təkrarlamaq), (daimi işarələrin qadağanedici göstəricisini, sürəti azaltma işarələrini və sürətin azaldılmasını tələb edən digər işarələrin göstəricilərində xidməti tormozloma tətbiq edərək qatarı qadağanedici işarənin qarşısında saxlamaq, sürətin azaldılmasnı tələb edən işarəni isə həmin işarə üçün müəyyən edilmiş sürətdən böyük olmayan sürətlə keçmək) müəyyən olunmuş sürət həddini aşmışdır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək), “c” (əməyin təhlükəsizliyi normalarına əməl etmək) bəndlərini, 72-ci maddəsinin “ə” (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) bəndini nəzərə alaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması məqsədi ilə həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinin tələbi ilə razılıq alınması üçün Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmiş, Komitənin xx.xx.2023-cü il tarixli 33 nömrəli protokolunda iclasın gündəliyinə qoyulan məsələ səs çoxluğu ilə qəbul edilmişdir. 31.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası:

32. 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 33.Maddə 2.2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 34.Maddə 2.3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 35.Maddə 3.3.İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 36.Maddə 3.5.Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 37.Maddə 3.9.Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 10.Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 38.Maddə 10.İşçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 39.Maddə 11.Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; 40.Maddə 12.Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək.

41. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır.

42. 70-ci maddəsinin “ç” bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.

43. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 44.72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d)qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e)əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə)əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f)iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

45. 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

46. 80-cı maddənin 1-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

47. 80-cı maddənin 2-ci hissəsi. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir

48. 186-cı maddəsinin 1-ci hisəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

49. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.

50. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 51.Maddə 300. 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 53.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri 54.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 55.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 56.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, mülki iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 57.Kollegiya ilk olaraq qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir. Yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. 58.Həmçinin, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 59.Kollegiya qeyd edir ki, iddiaçı əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən, Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud şəkildə pozduğuna görə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 60.İş materiallarından görünür ki, iddiaçının çalışdığı sahə yüksək təhlükə potensiallı sahədir və o, yüksək təhlükə mənbəyi olan elektrik qatarını idarə etmişdir. Əvvəllər pozuntularına görə çoxsaylı intizam tənbehləri verilmiş, sonuncu dəfə Sərnişin daşımaları departamentinin İstismar xidmətində "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-1-19/3-10-1869/2023 saylı əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. 61.Göründüyü kimi, iddiaçı əmək funksiyalarını dəfələrlə pozmuş, verilmiş intizam tənbehlərindən nəticə çıxarmamış, sonuncu intizam tənbehindən sonra altı ay müddətində yenidən pozuntu hallarına yol vermişdir. 62.İddiaçı barəsində 06 iyul 2023-cü il tarixdə intizam tənbehi verilməzdən əvvəl araşdırma aparılmış, 16 iyun 2023-cü il tarixli araşdırmanın nəticəsi olaraq 13 saylı protokol tərtib edilmişdir. Qeyd olunan protokoldan görünür ki, iddiaçı həmin araşdırmada iştirak etmişdir (i/v 84) 63.Bundan sonra Həmkarlar İttifaqı Komitəsi tərəfindən 24 iyun 2023-cü il tarixdə 33 saylı Protokol tərtib edilmişdir. Protokoldan da görünür ki, iddiaçı həmin iclasa dəvət olunmuşdur. 64.Belə olan halda, kollegiya iddiaçının araşdırmada iştirak etdiyi halda Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət olunmaması ilə bağlı dəlilini əsaslı hesab etmir. 65.İddiaçı iddia tələbində işdən azad olunmasını sırf sosial şəbəkələrdə paylaşım etməsi ilə bağlı olduğunu bildirsə də, qeyd olunan hal tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. 66.Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi halları təkrarlanan hal olmuşdur və iddiaçı barəsində bir neçə dəfə intizam tənbehi verilmişdir. İddiaçı işdən azad edilməsinin səbəbi kimi onun sosial şəbəkədə paylaşım etməsini göstərsə də, işin faktiki hallarından göründüyü kimi, həmin intizam tənbehləri işdən azad edilməmişdən daha öncəki vaxtlara təsadüf edir və sosial şəbəkədəki həmin paylaşımla sonuncu intizam tənbehi arasında heç bir əlaqə yoxdur. Belə ki, iddiaçı davamlı şəkildə əmək funksiyalarını yerinə yetirməmiş və ona verilən intizam tənbehlərindən nəticə çıxarmamışdır. Bu səbəbdən, işin faktiki halları ilə işəgötürənin Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam verərək iddiaçını işdən azad etməsi müəyyən edilmişdir. 67.Kollegiya onu da qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsində cavabdeh təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halları aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınması təklif olunsa da, iddiaçı bundan imtina etmişdir (i/v 92-də Akt).Həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi gündən qanunla müəyyən edilmiş müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır. 68.Kollegiya hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə kifayət qədər əsaslar olmuşdur. 69.Həmçinin iş materialları ilə müəyyən olunur ki, 06 iyul 2023-cü il tarixli əmrdə iddiaçının Əmək Məcəlləsində təsbit olunmuş hüquqlarının təmin edilməsi üçün bütün göstərişlər verilmiş, müvafiq ödəniş sənədindən göründüyü kimi, son haqq-hesab hesablanaraq, iddiaçıya təqdim olunmuş (i/v 35), həmçinin məktub ünvanlanaraq əmək kitabçasını İnsan resursları bölməsindən təhvil alması xahiş olunmuşdur. 70.Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. 71.Məhkəmə düzgün olaraq hesab etmişdir ki, tələbin "xxxx" QSC-nin 06 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv olunması hissəsi əsassız olduğundan digər törəmə tələbləri ("xxxx" QSC tərəfindən onun xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqının və son haqq-hesabının, maddi və mənəvi kompensasiya olaraq 5.000 manat məbləğində pulun, 50 manat mediasiya prosesinə çəkilən xərcə görə, 70 manat iddia ərizəsinin yazılmasına dair hüquqi xidmət xərcinin ödənilməsi və cavabdeh "xxxx" QSC tərəfindən qanunsuz işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və işə bərpa) üzrə əlavə araşdırmaya lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. 72.Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 73.Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(006)-4016/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 74.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 75.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 76.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 77.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 78.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(006)-4016/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Məmməd Məmmədov

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar