Məhkəmə qərarları › İş №2(103)-221/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-221/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-221/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh Bayram oğlunun nümayəndəsi X3, Cavabdeh Zamin1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk iddia ərizəsi, iddiaçılar Zamin1 və Zamin2 cavabdeh İddiaçı ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən tərəflərin apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" ASC cavabdehlər Cavabdeh Bayram oğluna, Zamin1 və Zamin2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli 122.LN.2106.150115.00001 saylı kredit müqaviləsi üzrə 44638,34 manat əsas borc, 16312,50 manat faiz borcu, 3893,75 manat cərimə, 892,76 manat komissiya haqqı olmaqla, cəmi 65737,35 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipotekaya qoyulmuş “X13” yük markalı, Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Fliegel” yarımqoşqu markalı, Az **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Zamin1 və Zamin2 İddiaçı ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlarla İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələrinin etibarsız hesab edilməsi, onlara vurulmuş 10120 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın əvəzi olmaqla, cəmi 15120 manat məbləğində pulun İddiaçı ASC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx xxxxxx 2015-ci tarixli 122.LN.2106.150115.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 28% olmaqla 36 ay müddətinə 51000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq həmin tarixli 122.CL.150115.00001/e saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus “X13” yük markalı Az **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil və 122.CL.150115.00001/d saylı ipoteka müqaviləsinə əsasən “Fliegel” yarımqoşqu markalı Az **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilimişdir. Bundan başqa, İddiaçı ASC ilə Zamin1 və Zamin2 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh öhdəliklərini icra etməmiş, nəticədə onun İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixə 44638,34 manat əsas borc, 16312,50 manat faiz borcu, 3893,75 manat cərimə və 892,76 manat komissiya olmaqla, cəmi 65737,35 manat borcu yaranmışdır. Borclu öhdəliklərini yerinə yetirmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Zamin1 2015-ci ilin fevral-mart aylarında Ramiz adlı şəxslə tanış olmuş, tanışlıqlarından bir müddət sonra, təxminən 2015-ci ilin aprel ayının əvvəllərində Ramiz kreditlə əldə olunan, qaynatasına məxsus qoşqulu yük maşınını satmaq istədiklərini bildirmişdir. Ramiz bildirmişdir ki, ilkin ödəniş olaraq 12000 manat və banka ödənişdə bir neçə ay ləngimə nəticəsində yaranmış borc ödənildikdən sonra 30 ay ərzində hər ay 1800 manat pul ödənilməlidir. O həmin maşını almaq istədiyini, lakin ilkin ödəniş olaraq 10000 manat ödəyə biləcəyini demiş və Ramizlə razılıq əldə edərək banka getmişlər. Bankda dəqiqləşdirmişdir ki, həqiqətən maşın Ramizin qaynatası Cavabdeh adınadır, aylıq ödəniş 1800 manat təşkil edir və ödəmələrdə bir neçə aylıq gecikmələr var. Bankda ona bildirmişlər ki, əgər gecikdirilmiş məbləğlər ödənilərsə və Cavabdeh razılığı olarsa, maşın DYP-də onun adına keçirilə bilər. O, 2015-ci ilin aprel ayında razılaşdıqları kimi ilkin ödəniş məbləğini, yəni 10000 manat pulu Ramizə ödəmişdir. Bundan sonra xx xxxxx 2015-ci ildə Cavabdeh etibarnamə almışdır. O, xx xxxxxx 2015-ci ildə İddiaçı ASC-yə gedərək gecikdirilmiş məbləği – 8120 manat pulu banka ödəmişdir. Bankdan bildirmişlər ki, maşının adına keçiriləcəyi şəxs Bakı şəhərində qeydiyyatda olmalıdır. Bu səbəbdən o, maşını həyat yoldaşı Zamin2 adına qeydiyyata aldırmağa qərar vermişdir. Bankdan bildirmişlər ki, maşının Cavabdeh adından çıxarılması üçün Zamin1 və Zamin2 kredit müqaviləsinin təminatı olaraq müvəqqəti zamin olmalıdırlar. Ona görə də zamin olmaq niyyətləri olmadığı halda, aldatma nəticəsində zaminlik müqaviləsi bağlamağa məcbur olmuşlar. Onlar xx xxxxxx 2015-ci ildə İddiaçı ASC-nin əməkdaşı və Cavabdeh ilə birlikdə Baş Dövlət X8 Qeydiyyat və imtahan şöbəsinə getmişlər. Baş Dövlət X8 Qeydiyyat və imtahan şöbəsində maşının Zamin2 adına rəsmiləşdirilməsi üçün tələb olunan bütün sənədləşmə işləri aparılmış, maşına görə yaranmış cərimə məbləğləri Zamin1 və Zamin2 tərəfindən ödənilmiş və maşın texniki baxışdan keçirilmişdir. Maşının nömrələrindən biri itdiyi üçün onun axtarışa verilməsi ilə bağlı ərizə yazılmış və onlara bildirilmişdir ki, bir həftə sonra gəlib müvafiq arayışı alıb yekun sənədləşmə işlərini tamamlaya bilərlər. Maşının Zamin2 adına rəsmiləşdirilməsinin yekun mərhələsində aydın olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə Az **-TV- *** dövlət qeydiyyat nişanlı “X14” yük markalı və Az **-ZB-*** dövlət qeydiyyat nişanlı özüboşaldan nəqliyyat vasitələrinin alqı-satqı əməliyyatlarının aparılmasına, özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Zamin1 və Zamin2 bunu bilib İddiaçı ASCnin nümayəndəsi və Cavabdeh pulun geri qaytarılmasını tələb etmiş, bankın əməkdaşı bununla bağlı banka müraciət etmələrini bildirmişdir. Zamin1 və Zamin2 banka müraciət etmiş, lakin bankdan bildirmişlər ki, pulun qaytarılması mümkün deyil, onlara yalnız o formada kömək edilə bilər ki, bundan sonra gecikməyə görə yarana biləcək cərimə və faizlər dayandırılacaq, Binəqədi Rayon Məhkəməsində maşın üzərindən həbs götürüldükdən sonra maşın Zamin2 adına keçiriləcək və bundan sonra razılaşdırılmış qrafik üzrə aylıq ödənişlər aparılacaqdır. Həmin tarixdən etibarən Cavabdeh ilə birgə 2 il davam edən məhkəmə çəkişmələrinin nəticəsini gözləmək məcburiyyətində qalmışlar. Nəhayət maşın üzərinə həbs qoyulmasına səbəb olmuş iddianın əsassızlığı məhkəmə qaydasında müəyyən olunmuş və Binəqədi Rayon Məhkəməsi maşının üzərindən həbsin götürülməsi barədə qərardad qəbul etmişdir. Bütün bu proseslər barədə bank mütəmadi olaraq məlumatlandırılmışdır. Lakin İddiaçı ASC tərəfindən onlara zamin kimi öhdəliklərinin yerinə yetirilməməsi barədə məktub ünvanlanmışdır. O həmin məktubla bağlı banka müraciət etmiş, orada Hüquq Departamentinin müdiri və adını xatırlamadığı İdarə Heyətinin sədr müavini ilə görüşmüş və iradlarını bildirmişdir ki, zaminlik müqaviləsi formal və müvəqqəti xarakter daşımışdır. Hüquq Departamentinin müdiri ona əslində onun və həyat yoldaşının aldatma yolu ilə zaminlik müqaviləsi bağladığını, bankın kredit üzrə ödənişi təmin etmək üçün bütün vasitələrdən, o cümlədən belə aldatma vasitələrindən istifadə etməkdə haqlı olduğunu bildirmişdir. O isə bankdan verdiyi vədə əməl etməsini tələb etmişdir. Lakin bankdan bildirmişlər ki, bu mümkün deyil və indiyə kimi bütün cərimə məbləği və hesablanmış faizlər ödənməlidir, yalnız bundan sonra maşın onun həyat yoldaşının adına keçirilə bilər. Hesab edir ki, özü və həyat yoldaşı ilə İddiaçı ASC arasında bağlanmış zaminlik müqaviləsi aldatma yolu ilə bağlanıldığından etibarsız hesab olunmalıdır. Belə ki, həmin müqavilənin etibarsızlığı açıq-aşkardır. Çünki birincisi, onların kredit müqaviləsinin təminatçısı kimi zamin qismində müqavilə bağlamaq niyyətləri heç vaxt olmamışdır, əksinə mübahisə predmeti olan maşını almaq istəmişlər. İkincisi, zaminlik müqaviləsi xx xxxxxx 2015-ci ildə, Cavabdehlə kredit müqaviləsi isə xx xxxxxx 2015-ci ildə bağlanıb, belə çıxır ki, kredit müqaviləsi bağlandıqdan 7 ay sonra 2 nəfər könüllü olaraq heç bir qohumluq və digər yaxınlıq münasibəti olmayan şəxsin götürdüyü kreditə zamin olmaq istədiyini bildirmişdir. Bank əməkdaşlarının özlərinin də etiraf etdiyi kimi, İddiaçı ASC maşın üzərinə həbsin qoyulması barədə məlumatlı olduğu halda, bu faktı bilərəkdən gizlədib və onlardan 8120 manat vəsaiti ələ keçirmək məqsədilə onlarla formal zaminlik müqaviləsi bağlayıb. Bundan əlavə, ona və həyat yoldaşı Zamin2 İddiaçı ASC-nin onları aldatması nəticəsində əlavə maddi ziyan da vurulmuşdur. Belə ki, onlar Baş Dövlət X8 Qeydiyyat və imtahan şöbəsində rəsmiləşdirmə prosesi zamanı əlavə olaraq cərimələrə görə 2000 manat pul ödəmişlər. İddiaçı ASC-nin onları aldatması, formal zaminlik müqaviləsi bağlanması, formal müqavilənin şərtlərinə əməl olunması tələbi həmçinin onların ciddi mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Beləliklə İddiaçı ASC-nin qanunazidd hərəkətləri nəticəsində onlara 10120 manat maddi, 5000 manat isə mənəvi, cəmi 15120 manat zərər dəymişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)- 199/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli 122.EN.2106.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixə yaranmış 44638,34 manat əsas borc, 16312,50 manat faiz borcu, 1000 manat cərimə, 892,76 manat komissiya olmaqla, cəmi 62843,6 manat məbləğində borc pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipotekaya qoyulmuş “X13” yük markalı, Az **-TV-*** dövlət qeydiyyat nişanlı və “Fliegel” yarımqoşqu markalı, Az **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin Cavabdeh “xxxx” ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh ümumi qaydada tutulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Zamin1 və Zamin2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrinin etibarsız hesab edilməsi, 8120 manat məbləğində pulun İddiaçı ASC-dən tutularaq Zamin1 və Zamin2 ödənilməsi qət edilmişdir. Qətnamədən tərəflərin hamısı apelyasiya şikayəti vermişlər. İddiaçı ASC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə gecikmədə olan borcu üzrə Zamin1 tərəfindən banka ödənilən 8120 manat məbləğində pulun İddiaçı ASC-dən tutulması barədə qərar qəbul etmişdir. Zamin1 tərəfindən banka ödənilən 8120 manat məbləğində pul Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinə silinmişdir. Həmin pul məbləği İddiaçıASC-dən deyil, Cavabdeh tutulmalıdır. Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Halbuki obyektiv araşdırma aparılsaydı, öhdəliyin onun təqsiri olmadan baş vermiş hallar nəticəsində icra edilmədiyi aydınlaşardı. Belə ki, 2015-ci ildə X6 və X2 cavabdehlər Azərbaycan Respublikası Baş Dövlət X9 və Cavabdeh qarşı nəqliyyat vasitəsinin sahibinə qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçıların iddianı təmin etmə tədbiri qismində ərizəsi əsasında avtomobillərin üzərinə həbs qoyulmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh 40000 ABŞ dolları məbləğində pulun alınaraq X4 ödənilməsi, bu mümkün olnadıqda isə Cavabdeh adına verilmiş Az **-TV-*** dövlət qeydiyyat nişanlı “X13” yük yəhərli dartıcı və Az **-ZB-*** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomobillərin alqı-satqı müqavilələrinin ləğv edilməsi, Az 90-TV-l69 dövlət qeydiyyat nişanlı “X13” yük yəhərli dartıcı və Az 99-ZB- 769 dövlət qeydiyyat nişanlı özüboşaldan avtomobillərin əvvəlki hüquqi vəziyyətə gətirilməsi, Cavabdeh 25000 manat məbləğində pulun tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Yalnız sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra iddianı təminetmə tədbiri barədə qərardadı ləğv edilmiş, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbs ləğv olunmuş və bununla bağlı bütün məhdudiyyətlər götürülmüşdür. Avtomobillərə həbs qoyulması barədə məlumatı 2015-ci ilin avqust ayında həmin avtomobilləri Zamin1 həyat yoldaşı Zamin2 adına rəsmiləşdirmək məqsədilə DYP-yə müraciət etdikdən sonra ala bilmişlər. Bundan sonra Banka müraciət etmiş, bankdan bildirmişlər ki, Zamin1 tərəfindən banka ödənilmiş 8120 manat məbləğində gecikdirilmiş pulun qaytarılması mümkün deyil. Bank tərəfindən yalnız o formada kömək edilə bilər ki, bundan sonra gecikməyə görə yarana biləcək bütün cərimə və faizlər dayandırılır və maşın üzərindən həbs götürüldükdən sonra maşın Zamin2 adına keçirilir, bundan sonra isə razılaşdırılmış qrafik üzrə aylıq ödənişlər aparılır. O tarixdən başlayaraq iki il davam edən məhkəmə çəkişmələrinin nəticəsini gözləmək məcburiyyətində qalmışlar. Nəhayət maşın üzərinə həbs qoyulmasına səbəb olmuş iddianın əsassızlığı məhkəmə qaydasında müəyyən olunmuş və maşın üzərindən həbsin götürülməsi barədə qərardad qəbul etmişdir. Göründüyü kimi, öhdəliyin pozulması onun cavabdeh olmadığı haldan irəli gəlmişdir. Çünki onun kredit müqaviləsi bağlanan zaman kiminsə ona qarşı əsassız iddia irəli sürəcəyi və məhkəmənin ipoteka ilə yüklü edilmiş avtomobilin üzərinə həbs qoyacağı hallarını nəzərə alması mümkün deyildi. Digər tərəfdən, hətta bankla aralarında qeyd olunan razılaşma olmasaydı belə, 2015-ci ilin avqust ayından 2018-ci ilin mart ayınadək nəqliyyat vasitələrinin texniki pasportlarının DYP-də qalması səbəbindən onlardan istifadə edə bilmədiyindən kredit ödənişini aparmaqda çətinliklər qaçılmaz olacaqdı. Zamin1 və Zamin2 apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddianın qismən təmin olunması ilə razı deyillər. Məhkəmə araşdırması zamanı təqdim edilən sübutlarla paralel İddiaçı ASC nümayəndələri də etiraf etmişlər ki, iddiaçılara vurulmuş zərər tam olaraq Bankın fəaliyyəti nəticəsində baş vermişdir. Onlar nəqliyyat vasitələrini rəsmi qaydada alqı-satqı yolu ilə əldə etmək istəmişlər. Amma İddiaçı ASC qeyd olunan nəqliyyat vasitələri üzərində məhkəmə yolu ilə özgəninkiləşdirilməsinə qadağa olduğunu bildiyi halda Cavabdeh banka borclu olduğu 8120 manat pulu ondan ələ keçirmək məqsədilə bu alqı-satqıya razılıq görüntüsü yaratmış, onu aldadaraq 10120 manat maddi itki ilə üzləşməyinə səbəb olmuşdur. Bunlar kifayət etmirmiş kimi, dəfələrlə ona zəng edərək, ev ünvanına və həyat yoldaşının işinə məktub göndərərək, zamin kimi öhdəliklərini yerinə yetirməyi tələb etmiş, ona maddi zərərlə yanaşı, mənəvi zərər vurmuş, ailədə münaqişə yaranmasına səbəb olmuş, həm onun, həm də həyat yoldaşının ciddi iztirab çəkməsinə səbəb olmuşdur. O dəfələrlə, həm telefon vasitəsilə, həm də İddiaçı ASC-nin rəhbər şəxsləri ilə görüşərək onlara bildirmişdir ki, onların da bildiyi kimi, həmin nəqliyyat vasitəsini almaq istəmiş, tanımadıqları bir insana zamin durmaq niyyətində olmamışlar. Lakin bunların heç biri bank tərəfindən nəzərə alınmamış, aldatma yolu ilə bağlanmış saxta zaminlik müqaviləsi ləğv edilməmiş, onlara vurulmuş ziyan geri qaytarılmamışdır. Cavabdeh İddiaçı ASC-nin qanunazidd hərəkətləri nəticəsində onlara 10120 manat maddi və 5000 manat məbləğində mənəvi zərər, cəmi 15120 manat zərər dəymişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X12 Bağırovun apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Abil Bayramov izahatında göstərdi ki, girov qoyulmuş nəqliyyat vasitələrinin üzərində uzun müddət həbs olduğuna görə Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirə bilməmişdir. Bundan əlavə, Zamin1 və Zamin2 heç vaxt Cavabdeh zamin durmaq niyyətləri olmamış, zaminlik müqavilələri sırf bank əməkdaşlarının təşəbbüsü ilə bağlanmışdır. Cavabdehla Zamin1 və Zamin2 arasında zaminliklə bağlı hər hansı razılaşma da olmamışdır. Zamin1 tərəfindən İddiaçı ASC-yə Sabib Bağırovun adından ödənilmiş 8120 manat pul vəsaiti də bankın təşəbbüsü ilə olmuşdur. Zamin1 tərəfindən həmin məbləğdə pul ona görə ödənilmişdi ki, girov predmeti olan avtomaşınlar onun həyat yoldaşı Zamin2 adına keçirilsin. Məlum olduğu kimi, həmin avtomaşınlar üzərində həbs olduğuna görə addan-ada keçirilməsi mümkün olmamışdır. Təmsil etdiyi Cavabdeh hesab edir ki, Zamin1 onun adından banka ödədiyi 8120 manat pul Bank tərəfindən Zamin1 geri qaytarılmalıdır. Belə ki, o, Zamin1 ona görə ziyana düşməsini istəmir. Həmin borc Cavabdeh borcudur və əgər gələcəkdə məhkəmə tərəfindən həmin borcun Sabib Bağırovdan tutulması qət olunarsa, o, banka olan borcunu ödəyəcəkdir. İzahatının sonunda Abil Bayramov təmsil etdiyi Cavabdeh apelyasiya şikayətinin təmin olunmasını, İddiaçı ASC-nin apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdi, Zamin1 və Zamin2 apelyasiya şikayətinin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh Zamin1 öz apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı ASC-nin apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdi, Cavabdeh apelyasiya şikayətinin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçı ASC və cavabdeh Zamin2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apelyasiya şikayətinə İddiaçı ASC-nin nümayəndəsinin və cavabdeh Zamin2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)-199/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlarla müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 22 faizlə 36 ay müddətinə 51000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus, Az **-TV-*** dövlət qeydiyyat nişanlı “X14” yük markalı və “Fliegel” yarımqosqu markalı Az **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan ipoteka müqavilələri qeydiyyata alınmışdır. xx xxxxxx 2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən kredit müqaviləsinin təminatı olaraq Zamin2 və Zamin1 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 44638,34 manat əsas borcu, 16312,50 faiz borcu, 3893,75 manat artırılmış faiz borcu, 892,76 manat kredit üzrə komissiya olmaqla, cəmi 65737,35 manat borcu vardır. xx.xx.2015ci il tarixdə Zamin1 tərəfindən banka Cavabdeh adından 8120 manat məbləğində pul ödənilmişdir. xx xxxxxx 2015-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinə əsasən Cavabdeh Zamin2 həmin nəqliyyat vasitələrini satmışdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərardadı və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh qarşı pul tələbinə dair mübahisə olmuş, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, həmin iddia rədd edilmiş, daha sonra həbs götürülmüşdür. Apelyasiya icraatı zamanı alınmış Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin eksperti tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 25766 saylı rəyindən görünür ki, xx.xx.2015 tarixə banka olan borc 53197,27 manat (48956,01 manat əsas, 4241,26 manat faiz), xx.xx.2017ci il tarixə olan borc 65135,23 manat (44638,34 manat əsas, 20496,9 manat faiz borcu) müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Apelyasiya şikayətlərində qeyd edilən dəlilləri məhkəmə kollegiyası əsassız hesab edərək bildirir ki, borclu Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən, İddiaçı ASC borc tələbində, həmçinin tutmanın ipoteka predmeti olan nəqliyyat vasitələrinə yönəldilməsi tələbində haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması Cavabdeh həmin Bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməkdən azad etmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə 8120 manat məbləğində pulun bankdan tutularaq Zamin1 və Zamin2 ödənilməsi hissəsində əsaslıdır. Belə ki, 8120 manat pul İddiaçı ASC-yə Zamin1 tərəfindən nəqliyyat vasitəsinin alınması məqsədilə ödənilmiş, lakin həmin əqd baş tutmadığından həmin pul məhz bankdan tutulmalıdır. Belə ki, Zamin1 və Zamin2 heç vaxt Cavabdeh kredit öhdəlikləri üzrə zamin durmaq və ya onun əvəzinə kredit borcu ödəmək niyyəti olmamış, bu faktı Cavabdeh da etiraf etmişdir. Qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində də məhkəmənin qətnaməsi qanunidir. Belə ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, Zamin1 və Zamin2 almaq istədikləri nəqliyyat vasitələrinə görə 2000 manat məbləğində inzibati cərimələri banka ödəmədiklərinə görə həmin pul İddiaçı ASC-dən tutula bilməz. Bundan əlavə, qarşılıqlı iddiaçılar onlara İddiaçı ASC-nin hərəkətləri nəticəsində mənəvi zərər vurulmasını sübuta yetirə bilmədiklərinə görə birinci instansiya məhkəməsi haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin, Cavabdeh, Zamin1 və Zamin2 apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)-199/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 145 manat pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar