Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2211/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC və Cavabdeh1na qarşı “əqdin etibarsızlığı, daşınmaz əmlaka olan hüquqların bərpa edilməsi və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əqdin etibarsızlığı, daşınmaz əmlaka olan hüquqların bərpa edilməsi və maddi zərərin əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 MMC və Cavabdeh1na qarşı “əqdin etibarsızlığı, daşınmaz əmlaka olan hüquqların bərpa edilməsi və maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6nə dair Cavabdeh1 təsdiq edilmiş 4Ə2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi; ünvan 6nə dair Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qeydiyyatların ləğv edilməsi, İddiaçı ünvan 6nə olan hüquqlarının bərpa edilməsi və cavabdehlər tərəfindən sökülmüş iddiaçıya məxsus yaşayış evinin cavabdehin vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 6 iddiaçının atası, mərhum X6 mülkiyyətində olmuşdur. Həmin bağ sahəsində iddiaçının özü də hazırda rəsmi qeydiyyatdadır. İddiaçının atası vəfat edənədək, uzun müddət onlarla yaşamamışdır. İddiaçı özü də xeyli müddətdir ki, xarici ölkədə Argentinada işləyir və imkan olduqca Azərbaycan Respublikasına da ailəsinin yanına gəlib-gedir. Bu yaxınlarda, iddiaçı internet səhifələrində onun rəsmi qeydiyyatda olduğu bağ sahəsində villa tikildiyini görmüş və bundan sonra Azərbaycanda yaxınları ilə əlaqə saxlayanda, ona bildirilmişdir ki, iddiaçının rəsmi qeydiyyatda olduğu və atasına məxsus olmuş torpaq sahəsində tikinti işləri aparılır. Qeyd etmək lazımdır ki, iddiaçı mübahisəli torpaq sahəsində öz vəsaiti hesabına özünə əlavə ev də inşa etmiş və həmin evin daxilində ona məxsus bir sıra ev əşyaları və şəxsi əşyaları olmuşdur. Sonradan iddiaçının vəkili tərəfindən verilmiş sorğuya cavab məktubundan müəyyən edilmişdir ki, mərhum atası tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvanda yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmiş, bağ sahəsi xx.xx.2021-ci il tarixdə sonuncunun adına qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə isə torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə birlikdə vahid əmlak kimi cavabdehin adına qeydiyyata alınmışdır. İddiaçı hesab edir ki, onun rəsmi qeydiyyatda olduğu yaşayış sahəsi onun xəbəri və razılığı olmadan özgəninkiləşdirilmiş və bununla da onun əmlaka olan hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinin tələbinə görə, “Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.” İddiaçıya verilmiş məlumata əsasən, iddiaçının tikmiş olduğu yaşayış evi də cavabdehlər tərəfindən sökülmüşdür. Daşınar əşyalarının taleyi barədə də heç bir məlumat yoxdur. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən onun ünvan 6nə olan hüquqları pozulmuş, qanunsuz olaraq onun tərəfindən inşa edilmiş yaşayış evi də sökülmüş və ona maddi zərər yetirilmişdir. Beləliklə, iddiaçı hesab edir ki, onun ünvan 6nə olan hüquqları bərpa edilməli və cavabdehlər tərəfindən sökülmüş yaşayış evi bərpa edilərək, əvvəlki vəziyyətinə qaytarılmalıdır.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) iddia tələbi təmin edilməmişdir.
4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
5. İşə apellyasiya qaydasında baxılarkən, X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri:
6. Apellyasiya şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi öz qətnaməsində son dərəcə ziddiyyətli mülahizələrə yer vermiş, notariat orqanının hərəkətlərinin qanuniliyi barədə tərəddüd etdiyini açıq bəyan etmiş, iddia müddəti ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bir tərəfdən məhkəmə hesab etmişdir ki, “mərdəkan bağ massivi, 1640/38 saylı bağ sahəsi ünvanında yerləşən, 0.12 hektar torpaq sahəsinə dair Cavabdeh1 təsdiq edilmiş 4Ə- 2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin Mülki Məcə lə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması faktı müəyyən edilməmişdir.” Digər tərəfdən məhkəmə hesab etmişdir ki, “iddiaçının qeydiyyatda olduğu ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 49-cu bəndinin tələbi pozulması halı olsa da belə, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcə ləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür ki, bu da qanunvericiliklə kəsici müddət kimi müəyyən edilmişdir. Bu halda iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilməsinə zərurət yoxdur. Məhkəmə iddia müddəti barədə olan maddi-hüquq normalarına - Mülki Məcə lənin 354.2-ci maddəsinə əsaslanmışdır. Həmin maddənin tələbinə görə “maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.” Məhkəmə işin araşdırılmış halları ilə hesab etmişdir ki, iddiaçının atasının vəfatından sonra Azərbaycan Respublikasının ərazisində olarkən bağ sahəsinin atası tərəfindən özgəninkiləşdirilməsi barədə məlumatı olmuş və o, xx.xx.2021-ci ildə də vəkilə etibarnamə versə də, uzun müddət bu halı mübahisələndirməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı vəkilə başqa işlər üzrə də etibarnamə verə bilər. Bu qanunla qadağan edilməmişdir. Belə ki, İddiaçı vəkilə notariat orqanına vərəsəlik işinin açılması məqsədilə həmin etibarnaməni vermiş və bundan sonra sonuncunun nümayəndəsi həmin etibarnamə əsasında müvafiq notariat orqanına müraciət etmişdir (rəsmi sənədlər vardır). Notariat orqanına rəsmi müraciət olunmasına baxmayaraq, miras qoyanın digər vərəsələri tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsində başlanılmış 2(003)-1772/2022 nömrəli mülki iş üzrə vəkil, həmin etibarnamə əsasında cavabdeh qismində cəlb olunan İddiaçı nümayəndəsi kimi məhkəmə proseslərində iştirak etmiş və hazırda da iştirak edir (məhkəmə prosesləri yekunlaşmamışdır). Bu proseslər barədə hakimə dəfələrlə məlumat verilmişdir. Bu haları diqqətdən kənarda qoyan birinci instansiya məhkəməsinin hakimi nəzərə almamışdır ki, notariat qaydasında etibarnamə vəkilə yalnız bir iş üzrə verilməyə bilər. Eyni zamanda, məhkəmə nəzərə almamışdır ki, İddiaçı Argentinada yaşayır və atasının yas mərasiminə çox qısa müddətə gələrək, sonra ölkəni tərk etmiş və hazıra qədər də xaricdədir. Mübahisəli bağ sahəsinin alqı-satqızı zamanı da İddiaçı ölkədə olmamış (bu fakt məhkəmə tərəfindən də müəyyən edilmişdir) və alqı-satqıdan sonuncunun məlumatı ola bilməzdi. Digər tərədən atasının yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi səbəbi ilə iddiaçı məhz atasının yas mərasimində iştirak etmək üçün ölkəyə gəlmiş və qısa müddətdən sonra ölkəni tərk edərək, vəkilə vərəsəlik işləri ilə bağlı notariata müraciət etməsini tapşırmışdır. Həmin vaxt məhkəmə mübahisələri başlamış və yalnız sonradan vəkil sorğusuna əsasən mübahisəli bağ sahəsinin satılması barədə rəsmi məlumat alınmışdır. Nəticə etibarı ilə iddia (kəsici) müddətinin ötürülməsi halı baş verməmişdir. Məhkəmə öz qətnaməsində tərəddüd edərək qeyd etmişdir ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında hüququnun pozulmasını vəkil sorğusu əsasında əldə edilmiş cavab məktubu əsasında ona 2023-cü ilin fevral ayında məlum olması və bununla da müddət ötürülmədən verilmiş iddia əsaslı olması qəbul edilsə belə, nəzərə alınmalıdır ki, mübahisələndirilən müqavilə üzrə tərəf olan Cavabdeh3 hazırki iş üzrə vicdanlı əldə edəndir. Qeyd edilməlidir ki, məhkəmənin bu mövqeyi də əsaslı hesab edilə bilməz. Belə ki, alqı-satqı predmeti olan bağ sahəsində iki tikilinin və iddiaçının şəxsi əşyalarının mövcud olmasını, habelə bağ sahəsində satıcıdan başqa iddiaçının da rəsmi qeydiyyatda olduğunu Cavabdeh3 bilirdi və bilməli idi. İddia tələblərinin digər hissələrdə ümumiyyətlə araşdırılmadığı birinci instansiya məhkəməsinin özü tərəfindən qətnamədə açıq qeyd edilmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı Argentinada yaşayır və atasının yas mərasiminə çox qısa müddətə gələrək, sonra ölkəni tərk etmiş və hazıra qədər də xaricdədir. Mübahisəli bağ sahəsinin alqı-satqısı zamanı da İddiaçı ölkədə olmamış (bu fakt məhkəmə tərəfindən də müəyyən edilmişdir) və alqı-satqıdan sonuncunun məlumatı ola bilməzdi, iddiaçının həmin ünvanda qeydiyyatda olması onlar tərəfindən tam sübut olunmuşdur, eyni zamanda sözügedən torpaq sahəsində iddiaçıya aid tikili olmuş və orada iddiaçının şəxsi əşyaları mövcud olmuşdur. Hazırda həmin əşyaların harada olması məlum deyil, odur ki, şikayətin təmin olunmasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin və apellyasiya icraatı zamanı cəlb olunmuş üçüncü şəxs M.Hacıyevin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
9. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1na məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 07 noyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən, 0.12 hektar torpaq sahəsi 7 saylı order və X11 kitabında xx.xx.2012-ci il tarixdə 30484 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2014-cü il tarixdə X6 adına qeydiyyata alınmışdır. Arxiv qovluğunda mövcud olan sənədlərə əsasən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə və ərizə ilə təqdim edilmiş çıxarışın itirilməsi barədə qəzetdə elan və Bakı şəhər BPİ-nin tapıntılar bürosunun xx.xx.2017-ci il tarixli, 0339-16379-1217 nömrəli arayışı əsasında sözügedən baş sahəsinə dair X6 adına çıxarışın dublikatı verilmişdir. Daha sonra Mərdəkan bağ massivi, 1640/38 saylı bağ sahəsi ünvanında yerləşən, 0.12 hektar torpaq sahəsi Cavabdeh1 təsdiq edilmiş 4Ə- 2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə isə torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi ilə birlikdə vahid əmlak kimi onun adına qeydiyyata alınmışdır. 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 4Ə-1489 reyestr nömrəli, xx.xx.2023 cü il tarixli alqı-satqı müqaviləsi əsasında 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 407.8 kv.m olan 1640/38 saylı bağ evi xx.xx.2023-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
12. Cavabdeh1 tərəfindən təqdim edilmiş notariat işinin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən 1241679№-li, RX seriyalı Çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X6 adına qeydiyyata alınmışdır.
13. Həmin notariat işinin materiallarından görünür ki, X12 ərizə ilə Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsini satmaq istədiyini bildirmiş, xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında isə satıcı X.Aydın ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəni alıcı Cavabdeh3 satmışdır.
14. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilən Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
15. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən 427549 saylı Çıxarışın surətindən görünür ki, ünvan 2 xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
16. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən 427549 saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi, 1640/38. Yeni qaydalarla: AZ 1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X8 küçəsi, 383 ünvanında bağ evi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır.
17. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 və alıcı X9 arasında müqavilə bağlanmış, həmin müqavilə əsasında satıcı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1640/38 Yeni qaydalarla: AZ 1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X8 küçəsi, 383 ünvanında yerləşən mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 407.8 kv/m olan bağ evinin tam mülkiyyət üzrə ona məxsus hissəni alıcı X1.
18. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi, 1640/38. Yeni qaydalarla: AZ 1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X10 küçəsi, 383 ünvanında bağ evi xx.xx.2023-cü il tarixdə X3 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
19. 2 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixdə 15- 26681 saylı reyestr nömrəsi olan etibarnamədən görünür ki, İddiaçı həmin tarixdə bir sıra səlahiyyətləri, o cmlədən məhkəmədə nümayəndəliklə bağlı səlahiyyətləri Vəkil etibar etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20. 6.1 və 6.1.2-cı maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir.
21. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
22. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
23. 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə, ondan fayda götrməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
26. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
27. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
28. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
29. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4cü maddələri baxımından şərh edilməsinə dair” 3 noyabr 2015-ci il tarixli Qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
36. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
37. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
38. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
42. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
44. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı ünvan 6 ünvanında qeydiyyatda olsa da, təqdim edilmiş notariat icraatlarında bu barədə məlumat olmamış və X12 mülkiyyətində olan əmlakını Cavabdeh3 adına özgəninkiləşdirərkən təqdim etdiyi ərizələrində bu barədə məlumat qeyd etməmişdir. Lakin həmin halın mövcudluğu alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas yaratmır, belə ki, mərhum X4 ikən mülkiyyəti üzrə sərəncam verməkdə tam sərbəst idi və bu hüququnu reallaşdırmışdır.
47. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində həmçinin iddia ərizəsində mübahisələndirilən alqı-satqı müqaviləsindən məlumatsız olmasını bildirsə də, xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı Asan xidmət mərkəzinin notariat ofisində özündə bir sıra səlahiyyətləri, o cümlədən məhkəmədə nümayəndəliklə bağlı səlahiyyətlərini Vəkil etibar edilməsi əks edilən 15-26681 saylı reyestr nömrəsi olan etibarnamə də vermiş, apellyasiya şikayətində isə həmin etibarnamənin Xəzər Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə başlayan vərəsəlik işi ilə bağlı verildiyini qeyd etmişdir.
48. Adı çəkilən, vərəsəlik işi üzrə iddiaçının nümayəndə vasitəsi ilə təmsil edilməsi isə onu deməyə əsas verir ki, həmin iş üzrə mərhuma məxsus olmuş əmlaklar eləcə də mirası təşkil edən əmlaklar barədə araşdırma aparılması qaçınılmazdır və bu zaman da iddiaçının ən azından nümayəndəsi vasitəsi ilə qeydiyyatda olduğu torpaq sahəsinin satılmasından məlumatı olmalı idi.
49. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı atasının vəfatından sonra müəyyən vaxtlarda ölkədə olmuşdur. Bundan başqa iddiaçı torpaq sahəsində olan tikilidə özünə məxsus əşyaların olmasını bildirir ki, bu zaman iddiaçının atasının vəfatından sonra həmin torpaq sahəsinin taleyindən məlumatlı olmaması ağlabatan olmamışdır.
50. Göründüyü kimi Mərdəkan bağ massivi, 1640/38 saylı bağ sahəsi ünvanında yerləşən, 0.12 hektar torpaq sahəsinə dair Cavabdeh1 təsdiq edilmiş 4Ə-2210 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması faktı müəyyən edilməmişdir.
51. İddiaçının əqdin etibarsızlığını tələb edərkən ona əsaslanır ki, iddiaçı atasına məxsus bağ sahəsində qeydiyyatda olmuş, lakin bağ sahəsi satılarkən onun razılığı alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçını bu dəlili əsassızdır, çünki daşınmaz əmlakın özgəninkiləşdirilməsi, eləcə də sair formada yüklü edilməsi zamanı qeydiyyatda olan və mülkiyyətçi olmayan digər şəxslərin razılığının alınmaması əqdin etibarsızlıq şərti olmamasına dair formalaşmış məhkəmə təcrübəsi mövcuddur.
52. Bununla bağlı Konstitusiya Məhkəməsinin də oxşar hüquqi mövqeyi vardır. Belə ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4cü maddələri baxımından şərh edilməsinə dair” 3 noyabr 2015-ci il tarixli Qərarında təsbit olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Demək ki, atasının mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı qeydiyyatda olan iddiaçının razılığının alınmaması həmin əqdin etibarsız hesab edilməsi üçün əsas deyildir.
53. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür ki, bu da qanunvericiliklə kəsici müddət kimi müəyyən edilmişdir. Bu halda iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilməsinə zərurət yoxdur.
54. Belə ki, ən azından iddiaçı vərəsəlik hüququ baxımından miras qalmış mübahisəli bağ sahəsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş müddətdə notariata müraciət edə bilərdi. Əgər həqiqətən iddiaçının bağ sahəsinin satılmasından xəbəri olmasa idi, vərəsə olaraq notariata müraciət etdiyi təqdirdə həmin əmlakın satılmasından bu yolla xəbəri ola bilərdi və bilməli idi.
55. Bununla yanaş,ı işin müəyyən edilmiş hallarından görünür ki, mübahisələndirilən müqavilə üzrə tərəf olan Cavabdeh3 hazırki iş üzrə vicdanlı əldə edəndir. Belə bir statusa həmçinin hazırda mübahisəli bağ sahəsini əldə etmiş və müqaviləsi hazırki iş üzrə iddia predmeti olmayan həmin sahənin yeni mülkiyyətçisi X9 da malikdir.
56. Belə ki, hazırkı halda yuxarıda qeyd olunduğu kimi, Cavabdeh3 həmçinin X9 bağladıqları əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək, dəyərini ödəməklə əldə etmişlər, torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reystrində qeydə aldırmışdır.
57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi mahiyyəti etibarı ilə düzgün olmuşdur.
58. MM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
59. Bunula belə, mübahisələdirilən müqavilə ilə istifadə hüququnun pozulduğunu, eləcə də həmin ünvanda özünə aid ayrıca tikilinin olduğunu və onun söküldüyünü, habelə orada olan şəxsi əşyalarının aparıldığını bildirən iddiaçıya izah olunur ki, o, həmin hallara dair ayrıca iddia irəli sürmək hüququna malikdir.
60. Beləliklə, kollegiya hazırkı işin hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
63. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
64. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3346/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.